Bizə yazın

Baku

-°C

USD

-

Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” 

Siyasət 20 May 2026, 10:32

316

Həm Azərbaycanda, həm də Türkiyədə iki qardaş ölkə arasında “qaşınmayan yerdən qan çıxmağa çalışan” qruplar fəallaşıblar. Ən xırda hadisəni böyüdüb bir qaşıq suda fırtına qoparmaq üçün əlləşən bu qruplar rəsmən bizi parçalamaq və bir-birimizə düşürmək üçün əllərindən gələni edirlər. Dərd burasındadır ki, bu təxribatçı mövqeyi sərgiləyənlər arasında etnik azlıqlara mənsub şəxslər mühüm yer tuturlar. Erməni əsilli Türk jurnalisti Alin Ozinian da bu təxribatçı zümrənin önündə gələnlərdəndir. Onun Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovun Türkiyənin “Cümhuriyət” qəzetinə verdiyi açıqlamanın ucundan tutub ucuzluğa varması, Azərbaycanla Türkiyənin xarici siyasət sahəsində birgə məsləhətləşmələrdən sonra ortaq addımlar atdığını söyləməsini başqa istiqamətlərə çəkməsi anlaşılır kimi deyil. Ozinyanın və qonağının fikrincə, bu ifadə Azərbaycanın Türkiyəyə xarici siyasət sahəsində təzyiqinin, Ankaranın isə bu təzyiqə boyun əyməsinin etirafından başqa bir şey deyil.

Açığı, Ozinyanın bu sözlərindən sonra açıb səfir Rəşad Məmmədovun “Cümhuriyət”ə verdiyi açıqlamasına baxdım. Fikrimcə, səfirin açıqlamasında hər hansə qəbahət görmədim. Rəşad Məmmədov müsahibəsində Ankaraya hər hansı ideyasını təlqin etmir, əksinə “Azərbaycanın Türkiyə ilə kompromis siyasəti yürüdüyünü və Türkiyə Xarici İşlər Nazirliyi ilə daim əlaqə saxladığını”, bir növ, xarici siyasətini qardaş ölkə ilə sinxronlaşdırdığını bildirir. Burada anlaşılmayan və ya pis olan nədir ki? Axı biz – həm Azərbaycan, həm də Türkiyə illərlə erməni lobbilərinin və dəstəkçilərinin basqılarına məruz qalan dövlətlərik. İstəsək də, istəməsək də bu basqılara bir yerdə əl-ələ verərək sinə gərə bilərik. 

Ozinyanın və qonağının fikrincə, Bakının İrəvandan “Konstitusiyandakı ölkəmizin ərazi bütövlüyünü heçə sayan maddələri və qeydləri çıxart, sonra kommunikasiya əlaqələrini açaq” deməsi və Ankaranın bu məsələdə bizimlə eyni mövqedə olduğunu bildirməsi Türkiyəyə təzyiqdir. Halbuki, bunu bizim səfirimizdən əvvəl Türkiyə yetkiləri açıq şəkildə bəyan ediblər və Rəşad Məmmədov da görünür, bu açıqlamalara istinadən həmin fikirləri dilə gətirib. Məsələn, Türkiyənin Xarici işlər naziri Hakan Fidan ötən ilin noyabr ayında "Azərbaycan və Ermənistan yekun sülh müqaviləsi imzaladıqdan sonra Ermənistanla münasibətləri normallaşdırmağa hazırıq" demişdi. Və bunu Azərbaycanın qara qaşına, ala gözünə aşiq olduğu üçün bildirməmişdi. Hakan Fidan və digər Türkiyə rəsmiləri bundan 17 il əvvəl İrəvanla imzaladıqları Sürix protokollarının aqibətini yaxşı xatırlayırlar. Onlar bilirlər ki, ermənilər Azərbaycan və Türkiyə ilə bağlanmış müqavilələri uzun illər süründürə-süründürə vaxt qazanmağa, sonunda isə Konstitusiya Məhkəməsi tərəfindən imzalanan sənədlərini “Konstitusiyamıza ziddir” deyib ləğv etməyə meyllidirlər. Odur ki, Ankara da ermənilərin öz sözlərini tutmasının Konstitusiya ilə təminat altına almasında ən azı bizim qədər maraqlıdır və ya maraqlı olmalıdır. Əks halda, ermənilərlə əldə olunan bütün razılaşmaların Sürix protokolu aqibətini yaşamayacağına heç kim zəmanət verə bilməz.

Şəxsən bir Azərbaycan türkü kimi mənə ən ağır təsir edən söz Ozinyanın fikirləri deyildi. Onun qonağı olan Aydın Sezer adlı ekspertin erməniləri Osmanlı varisləri sayması, bizi isə özlərindən ayırması oldu. İnsafən qeyd edim ki, Aydın Sezer əfəndi haqsız deyil. Azərbaycan türklərinin böyük əksəriyyəti özünü Osmanlı imperiyasının varisi saymır və saymamalıdır da. Amma biz Türkiyə dövlətini də Osmanlının varisi kimi yox, Böyük Atatürkün strateji ağlı ilə demokratik və hüquqi dövlət prinsipləri üzərində qurulmuş dövlət kimi tanıyırıq, bu səbəbdən də ona böyük sayqı duyuruq. Fəqət bu o demək deyil ki, Osmanlı imperiyasına barmaq arası baxırıq. Biz Osmanlını da, Səvəfini də, Qacariyəni də, Teymuriləri də, Qızıl Ordanı da və s. kimi tarixi dövlətləri də vahid Türk tarixinin tərkib hissəsi kimi qəbul edir və ortaq tariximizə eyni həssasiyyətlə yanaşırıq. Təbii ki, digər qardaşlarımızdan da eyni həssasiyyəti gözləyirik.

O ki qaldı ermənilərin Osmanlı varisi olduğu barədə iddialara, açığı, mən bu barədə nəsə demək istəmirəm. İnanıram ki, bu fikirləri dəyərləndirməyi Türkiyəli qardaşlarımızın ixtiyarına buraxmaq daha ədalətli olar. Amma tarixdən onu bilirəm ki, ermənilər əgər həqiqətən də Osmanlı varisləridirlərsə, təəssüf ki, onları fərasətli övlad saymaq mümkün deyil. Ən azı 1915-ci ildən indiyədək onun-bunun qucağına sığınıb Türk xalqına köpək dişlərini göstərdiklərinə görə. Fərasətsiz övladın isə təəssübü çəkilməz.

Soyadındakı yan tərkibindən erməni olduğu aydınlaşan Ozinyanın tənqid atəşinə tutduğu, qurddalaya-qurddalaya içərisindən qurd çıxarmağa çalışdığı açıqlamanı da olduğu kimi diqqətinizə çatdırıram. Və Sizi vicdanınızla baş-başa buraxıram. Diqqətlə baxın, görün, Azərbaycanın Ankaradakı səfir Rəşad Məmmədov nəyi səhv deyib və hansı diplomatik qəbahətə yol verib:

“Kamuoyunda bir süredir, Türkiye’nin Ermenistan ile kara sınırlarını açmak istediği ancak Azerbaycan’ın ‘vetosuyla’ karşılaştığı öne sürülüyordu. Memmedov, “Normalleşme sürecinde olan Türkiye ile Ermenistan’ın sınırlarının açılmasını Azerbaycan mı istemiyor” sorusunu, “Biz Türkiye ile uzlaşmış bir siyaset yürütüyoruz, Türk Dışişleri ile sürekli irtibattayız. Ermenistan-Türkiye normalleşmesiyle Ermenistan-Azerbaycan normalleşmesi süreçlerini paralel yürütüyoruz. Birbirimizle uzlaşıyoruz, adım adım gidiyoruz. Ermenistan anayasasında Azerbaycan'a yönelik toprak iddiası var. 7 Haziran’daki seçimden sonra anayasayı değiştirecekler, bir referandum yapacaklar. Toprak iddiası ortadan kalktıktan sonra, ABD’de paraf edilen Azerbaycan-Ermenistan barış anlaşması imzalanacak. Ondan sonra Ermenistan-Türkiye ve Ermenistan-Azerbaycan sınırları açılacak” şeklinde yanıtladı.

‘KÜÇÜK ADIMLAR ATILIYOR’

Memmedov, geçtiğimiz hafta Türkiye ile Ermenistan’ın doğrudan ticarete başlamasını nasıl değerlendirdiğine yönelik soruya ise, “Küçük adımlar atıyoruz, Azerbaycan da atıyor. Azerbaycan da ticarete başladı. Artık Ermenistan’ın enerji güvenliğinde bir rol oynuyoruz. Petrollerini, akaryakıtlarını veriyoruz. Onların buğday vesaire ürünlerini Azerbaycan üzerinden, Kazakistan'dan, Rusya'dan taşınmasını sağlıyoruz. Ve onlara diyoruz ki, barış olursa sizin güvenliğiniz de daha iyi olur. Türkiye de küçücük adımlar atıyor” yanıtını verdi”.

Sonda onu vurğulamaq istərdim ki, Ozinyan və Aydın Sezer kimi insanlardan fərqli olaraq, Türkiyə yetkililəri Azərbaycanın Ermənistanla bağlı siyasətinə hörmətlə yanaşır və yeri gələndə onu təqdir edir. Əsas olan da budur. Ozinyanlar, Aydın Sezerler həmişə olub və olacaq. Amma onlar Türkiyə kimi böyük dövlətin xarici siyasətini dəyişə bilməyəcəklər.

Üstəlik, Azərbaycan səfiri Rəşad Məmmədovun təbirincə desək, rəsmi Bakı Türkiyənin Ermənistanla ticari əlaqələri genişləndirməsinə qarşı deyil. Belə olsaydı, ilk növbədə özü İrəvana neft məhsulları göndərməz, taxıl kimi strateji qida məhsullarının tranzitinə icazə verməzdi. Bizim tələbimiz olduqca sadə və anlaşılandır: Ermənistan öz Konstitusiyasındakı ərazi bütövlüyümüzü təhdid edən maddələri çıxarmayacaqsa, biz onunla hər hansı ciddi sövdələşmələrə getməyəcəyik. Hər halda bizim orta koridoru Gürcüstan üzərindən də açmaq və ya davam etdirmək şansımız var. Dəyərli bəzi Türk qardaşlarımız illah da bu yolun Ermənistan üzərindən açılmasını istəyirsə, biz onların da fikirlərinə hörmətlə yanaşacağıq. Amma onlar da gərək günü bu gündən arabalarına və TIR-larına təyyarə qanadı taxıb Azərbaycanın böyründən Türküstana uçmaq məşqlərinə başlasınlar.

Heydər Oğuz

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ekvadorun sabiq XİN rəhbəri: Dünya əhalisi sürətlə yaşlanır 

Dünyada doğum səviyyəsinin azalması ilə yanaşı, texnologiyanın həyati əhəmiyyəti daha da artacaq.Citypost.az xəbər verir ki, bunu Ekvadorun sabiq xarici işlər naziri, Qlobal Cənub QHT Platformasının baş katibinin müavini Luiz Qalleqos WUF13 çərçivəsində keçirilən “Dayanıqlı şəhərlərin süni intellektlə qurulması və ağıllı infrastruktur” adlı yan tədbirdə deyib.“Eyni zamanda dünya əhalisi sürətlə yaşlanır. Hazırda yaşlanan insanların sayı çox böyükdür və 2050-ci ilə qədər bu rəqəm 2 milyarda çatacaq. Bu isə cəmi 24 il sonra baş verəcək.Biz robot texnologiyalarından, süni intellektdən və sensorlardan qayğı xidmətlərində, insan əməyini əvəz edən dəstək sistemlərində istifadə edilməsindən danışırıq.Burada söhbət milyardlarla insandan gedir. Əgər 1,3 milyard əlilliyi olan insan...

20 May 2026, 11:42

Zaur Şükürov:Azərbaycan şəhərsalma sahəsində mühüm nailiyyətlər əldə edib

BMT Ümümdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13-cü sessiyası (WUF13) uğurla davam edir. Bu mötəbər tədbir Azərbaycanın inkişaf modelinin, beynəlxalq nüfuzunun və müasir şəhərsalma siyasətinin daha bir mühüm göstəricisinə çevrilir. Dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələrinin, memarların, ekspertlərin, şəhərsalma üzrə mütəxəssislərin və beynəlxalq təşkilatların təmsilçilərinin bir araya gəldiyi bu forum təkcə şəhərlərin gələcəyi ilə bağlı müzakirə platforması deyil, eyni zamanda Azərbaycanın qazandığı uğurların beynəlxalq auditoriyaya təqdim edilməsi üçün mühüm fürsətdir.Azərbaycan Prezidenti cənab İlham Əliyev Forumunun 13-cü Sessiyasının açılış mərasimində çıxışı zamanı tədbirin miqyasının və əhəmiyyətinin xüsusi diqqətəlayiq olduğunu bildirərək qeyd edib ki, Forum iştirakçı sayına görə rekord nəticəyə imza atıb: “182 ölkədən...

20 May 2026, 11:24

Tofiq Zülfüqarov: Paşinyanın “sülh siyasəti” çoxlu suallar doğurur

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın baş naziri Nikol Paşinyanın siyasəti ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, Tofiq Zülfüqarov bildirib ki, bəzi media orqanlarında Nikol Paşinyanın “sülhə can atması” və Kremlə qarşı mübarizəsi ilə bağlı tərif dolu yazılar dərc olunur. Onun sözlərinə görə, Paşinyan siyasi fiqur kimi deyil, daha çox “qurama səhnələrin aktyoru” kimi təsir bağışlayır.Sabiq nazir bir sıra sualların cavabsız qaldığını vurğulayıb. O qeyd edib ki, əgər Paşinyan həqiqətən Moskvanın təsirindən uzaqlaşmaq istəyirsə, o zaman niyə Rusiya ilə ticarət dövriyyəsi və sanksiyalardan yayınma əməliyyatlarının həcmi artır, niyə 2018-ci ildən bu yana Ermənistandakı Rusiya hərbi və təhlükəsizlik...

20 May 2026, 10:45

Qulu Məhərrəmli: Çin dünya siyasətində Rusiyanı qabaqlayır

Professor, əməkdar jurnalist Qulu Məhərrəmli son illərdə dünyada baş verən geosiyasi proseslərlə bağlı diqqətçəkən fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, professor  bildirib ki, qlobal siyasi və iqtisadi dəyişikliklərdən ən çox qazanan ölkələrdən biri məhz Çin olub. Professorun sözlərinə görə, Pekin öz xarici siyasətini elə qurub ki, artıq böyük dövlətlərin yolu bu ölkədən keçir və mühüm qərarlar Çin amili nəzərə alınmadan qəbul edilmir.Qulu Məhərrəmli qeyd edib ki, ABŞ prezidenti Donald Trumpın Çinə səfərindən dərhal sonra Rusiya prezidenti Vladimir Putinin də Pekinə getməsi təsadüfi deyil. Onun fikrincə, bu addımlar Çinin beynəlxalq münasibətlər sistemində artan təsir gücünü göstərir.Professor vurğulayıb ki, hazırda Çin dünya siyasətində...

20 May 2026, 08:14

İrəvan üçün ŞOK fürsət – "üçlü model"ə qoşulur… 

Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanan Birgə Kommünike iqtisadiyyat, enerji, nəqliyyat və kommunikasiya sahələrində yeni mərhələnin başlanğıcıdır. Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, hər iki ölkə regionu Avropa ilə Asiya arasında əsas bağlantı habına çevirmək istiqamətində ortaq siyasi iradə nümayiş etdirir.Türkiyənin də regional əməkdaşlığın iştirakçısı olduğunu nəzərə alsaq, Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq modelinin dünyamiqyaslı layihələrin gerçəkləçdirilməsini təmin etdiyini sübut etməyə ehtiyac yoxdur. Ortada faktlar, həyata keçirilmiş meqa layihələr var. Bu model regionun ən uğurlu çoxtərəfli tərəfdaşlıq nümunələrindən biridir. Üç qonşu dövlət regional təhlükəsizliyi, enerji marşrutlarını, nəqliyyat dəhlizlərini və iqtisadi inteqrasiyanı birlikdə təmin edir. Bu əməkdaşlıq modeli regionda sabitliyin qorunmasında mühüm...

19 May 2026, 17:42

Vüqar Rəhimzadə: WUF13 Azərbaycanın şəhərsalma sahəsində qlobal təqdimatıdır

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Azərbaycanın keçmişdən gələcəyə doğru atdığı inamlı  addımları 182 ölkədən 45 mindən artıq iştirakçıya təqdim edirMayın 17-dən başlayaraq Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu qlobal urbanizasiya platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edən Azərbaycanın 182 ölkədən 45 mindən artıq qeydiyyatdan keçmiş iştirakçını bir araya gətirməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun təqdimatıdır. Mayın 22-dək davam edəcək “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan bu mötəbər beynəlxalq tədbir BMT-nin Məskunlaşma Proqramı - UN-Habitat tərəfindən təşkil edilir və şəhərsalma, dayanıqlı inkişaf, inklüziv yaşayış mühiti kimi qlobal...

19 May 2026, 14:05