Bizə yazın

Baku

-°C

USD

-

Qulu Məhərrəmli: Çin dünya siyasətində Rusiyanı qabaqlayır

Siyasət 20 May 2026, 08:14

382

Professor, əməkdar jurnalist Qulu Məhərrəmli son illərdə dünyada baş verən geosiyasi proseslərlə bağlı diqqətçəkən fikirlər səsləndirib.

Citypost.az xəbər verir ki, professor  bildirib ki, qlobal siyasi və iqtisadi dəyişikliklərdən ən çox qazanan ölkələrdən biri məhz Çin olub. Professorun sözlərinə görə, Pekin öz xarici siyasətini elə qurub ki, artıq böyük dövlətlərin yolu bu ölkədən keçir və mühüm qərarlar Çin amili nəzərə alınmadan qəbul edilmir.

Qulu Məhərrəmli qeyd edib ki, ABŞ prezidenti Donald Trumpın Çinə səfərindən dərhal sonra Rusiya prezidenti Vladimir Putinin də Pekinə getməsi təsadüfi deyil. Onun fikrincə, bu addımlar Çinin beynəlxalq münasibətlər sistemində artan təsir gücünü göstərir.

Professor vurğulayıb ki, hazırda Çin dünya siyasətində bir çox məsələlərdə Rusiyanı qabaqlayır və yaxın regionlarda baş verən hadisələr zamanı artıq Moskvanın deyil, daha çox Pekinin mövqeyi əsas götürülür.

Əməkdar jurnalistin fikrincə, dünya yeni güc balansına doğru dəyişir və bu prosesdə Çin əsas söz sahibinə çevrilməkdədir.

Yusif

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ekvadorun sabiq XİN rəhbəri: Dünya əhalisi sürətlə yaşlanır 

Dünyada doğum səviyyəsinin azalması ilə yanaşı, texnologiyanın həyati əhəmiyyəti daha da artacaq.Citypost.az xəbər verir ki, bunu Ekvadorun sabiq xarici işlər naziri, Qlobal Cənub QHT Platformasının baş katibinin müavini Luiz Qalleqos WUF13 çərçivəsində keçirilən “Dayanıqlı şəhərlərin süni intellektlə qurulması və ağıllı infrastruktur” adlı yan tədbirdə deyib.“Eyni zamanda dünya əhalisi sürətlə yaşlanır. Hazırda yaşlanan insanların sayı çox böyükdür və 2050-ci ilə qədər bu rəqəm 2 milyarda çatacaq. Bu isə cəmi 24 il sonra baş verəcək.Biz robot texnologiyalarından, süni intellektdən və sensorlardan qayğı xidmətlərində, insan əməyini əvəz edən dəstək sistemlərində istifadə edilməsindən danışırıq.Burada söhbət milyardlarla insandan gedir. Əgər 1,3 milyard əlilliyi olan insan...

20 May 2026, 11:42

Zaur Şükürov:Azərbaycan şəhərsalma sahəsində mühüm nailiyyətlər əldə edib

BMT Ümümdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13-cü sessiyası (WUF13) uğurla davam edir. Bu mötəbər tədbir Azərbaycanın inkişaf modelinin, beynəlxalq nüfuzunun və müasir şəhərsalma siyasətinin daha bir mühüm göstəricisinə çevrilir. Dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələrinin, memarların, ekspertlərin, şəhərsalma üzrə mütəxəssislərin və beynəlxalq təşkilatların təmsilçilərinin bir araya gəldiyi bu forum təkcə şəhərlərin gələcəyi ilə bağlı müzakirə platforması deyil, eyni zamanda Azərbaycanın qazandığı uğurların beynəlxalq auditoriyaya təqdim edilməsi üçün mühüm fürsətdir.Azərbaycan Prezidenti cənab İlham Əliyev Forumunun 13-cü Sessiyasının açılış mərasimində çıxışı zamanı tədbirin miqyasının və əhəmiyyətinin xüsusi diqqətəlayiq olduğunu bildirərək qeyd edib ki, Forum iştirakçı sayına görə rekord nəticəyə imza atıb: “182 ölkədən...

20 May 2026, 11:24

Tofiq Zülfüqarov: Paşinyanın “sülh siyasəti” çoxlu suallar doğurur

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın baş naziri Nikol Paşinyanın siyasəti ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, Tofiq Zülfüqarov bildirib ki, bəzi media orqanlarında Nikol Paşinyanın “sülhə can atması” və Kremlə qarşı mübarizəsi ilə bağlı tərif dolu yazılar dərc olunur. Onun sözlərinə görə, Paşinyan siyasi fiqur kimi deyil, daha çox “qurama səhnələrin aktyoru” kimi təsir bağışlayır.Sabiq nazir bir sıra sualların cavabsız qaldığını vurğulayıb. O qeyd edib ki, əgər Paşinyan həqiqətən Moskvanın təsirindən uzaqlaşmaq istəyirsə, o zaman niyə Rusiya ilə ticarət dövriyyəsi və sanksiyalardan yayınma əməliyyatlarının həcmi artır, niyə 2018-ci ildən bu yana Ermənistandakı Rusiya hərbi və təhlükəsizlik...

20 May 2026, 10:45

Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” 

Həm Azərbaycanda, həm də Türkiyədə iki qardaş ölkə arasında “qaşınmayan yerdən qan çıxmağa çalışan” qruplar fəallaşıblar. Ən xırda hadisəni böyüdüb bir qaşıq suda fırtına qoparmaq üçün əlləşən bu qruplar rəsmən bizi parçalamaq və bir-birimizə düşürmək üçün əllərindən gələni edirlər. Dərd burasındadır ki, bu təxribatçı mövqeyi sərgiləyənlər arasında etnik azlıqlara mənsub şəxslər mühüm yer tuturlar. Erməni əsilli Türk jurnalisti Alin Ozinian da bu təxribatçı zümrənin önündə gələnlərdəndir. Onun Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovun Türkiyənin “Cümhuriyət” qəzetinə verdiyi açıqlamanın ucundan tutub ucuzluğa varması, Azərbaycanla Türkiyənin xarici siyasət sahəsində birgə məsləhətləşmələrdən sonra ortaq addımlar atdığını söyləməsini başqa istiqamətlərə çəkməsi anlaşılır kimi deyil. Ozinyanın...

20 May 2026, 10:32

İrəvan üçün ŞOK fürsət – "üçlü model"ə qoşulur… 

Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanan Birgə Kommünike iqtisadiyyat, enerji, nəqliyyat və kommunikasiya sahələrində yeni mərhələnin başlanğıcıdır. Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, hər iki ölkə regionu Avropa ilə Asiya arasında əsas bağlantı habına çevirmək istiqamətində ortaq siyasi iradə nümayiş etdirir.Türkiyənin də regional əməkdaşlığın iştirakçısı olduğunu nəzərə alsaq, Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq modelinin dünyamiqyaslı layihələrin gerçəkləçdirilməsini təmin etdiyini sübut etməyə ehtiyac yoxdur. Ortada faktlar, həyata keçirilmiş meqa layihələr var. Bu model regionun ən uğurlu çoxtərəfli tərəfdaşlıq nümunələrindən biridir. Üç qonşu dövlət regional təhlükəsizliyi, enerji marşrutlarını, nəqliyyat dəhlizlərini və iqtisadi inteqrasiyanı birlikdə təmin edir. Bu əməkdaşlıq modeli regionda sabitliyin qorunmasında mühüm...

19 May 2026, 17:42

Vüqar Rəhimzadə: WUF13 Azərbaycanın şəhərsalma sahəsində qlobal təqdimatıdır

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Azərbaycanın keçmişdən gələcəyə doğru atdığı inamlı  addımları 182 ölkədən 45 mindən artıq iştirakçıya təqdim edirMayın 17-dən başlayaraq Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu qlobal urbanizasiya platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edən Azərbaycanın 182 ölkədən 45 mindən artıq qeydiyyatdan keçmiş iştirakçını bir araya gətirməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun təqdimatıdır. Mayın 22-dək davam edəcək “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan bu mötəbər beynəlxalq tədbir BMT-nin Məskunlaşma Proqramı - UN-Habitat tərəfindən təşkil edilir və şəhərsalma, dayanıqlı inkişaf, inklüziv yaşayış mühiti kimi qlobal...

19 May 2026, 14:05