ADSEA su infrastrukturunun təmir-bərpası ilə bağlı planlarının açıqlayıb
Cəmiyyət 12 İyun 2026, 11:45
1923
Dövlət investisiyaları ilə yanaşı, daxili imkanlar hesabına, 2025-ci il ərzində su təsərrüfatı obyektlərində aparılmış əsaslı təmir işləri çərçivəsində Ağsu rayonu üzrə kanalların beton üzlüyə alınması 2,1 kilometr təşkil edib. Cari il üçün isə Ağsu, İsmayıllı və Şamaxı rayonları üzrə kanalların beton üzlüyə alınması 3,9 kilometr, subartezian quyularının təmiri isə 3 ədəd həcmində nəzərdə tutulur.
Citypost.az xəbər verir ki, bunu "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.
“Həyata keçirilən və planlaşdırılan bu tədbirlər suvarma sistemlərinin dayanıqlığını artırmaqla yanaşı, su itkilərinin azaldılmasına və kənd təsərrüfatı istehsalının davamlı inkişafına xidmət edir. Lakin su ehtiyatlarının səmərəli idarə olunması yalnız infrastrukturun qurulması və istismarı ilə də məhdudlaşmır. Bu sahədə dövlət nəzarəti, monitorinq və qanunvericiliyə riayət olunması da xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti yaradılmışdır. Xidmətin əsas fəaliyyət istiqaməti su ehtiyatlarının düzgün, səmərəli və qanunvericiliyə uyğun istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsidir. Bu çərçivədə mənbələrdən su ehtiyatlarının götürülməsi qaydalarına əməl olunması, müxtəlif xarakterli çirklənmələrdən qorunması və ekoloji tarazlığın saxlanılması, su limitlərinə dəqiqliklə əməl olunması, su itkilərinin qarşısının alınması da əsas prioritetlər sırasındadır”, - İlham Bayramov qeyd edib.
Onun sözlərinə görə, hazırkı mərhələdə əsas hədəf su resurslarından daha rasional və qənaətli istifadə prinsiplərini formalaşdırmaqdı. Ənənəvi selləmə suvarma ilə müqayisədə damcı və pivot suvarma sistemlərinin tətbiqi su sərfiyyatını əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı məhsuldarlığın artırılmasına da imkan yaradır.
Həmçinin oxuyun
“Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin mühüm hissəsi də məhz müasir və innovativ suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsinə, rəqəmsal monitorinq və idarəetmə sistemlərinin qurulmasına, su uçotunun təkmilləşdirilməsinə və su istifadəçiləri ilə əməkdaşlıq mexanizmlərinin gücləndirilməsinə yönəlmişdir. Çünki müasir çağırışlara əsasən, aqrar sektor və kənd təsərrüfatının gələcək inkişafı yalnız yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi və ekstensiv genişləndirilmə ilə deyil, mövcud su və torpaq ehtiyatlarından daha maksimum səmərəliliklə istifadə olunması ilə təmin edilməlidir”, - İlham Bayramov vurğulayıb.
O əlaə edib ki, Dağlıq Şirvan iqtisadi rayonu üzrə kənd təsərrüfatının inkişaf perspektivləri olduqca böyükdür. Hazırda icra olunan infrastruktur layihələri və Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş tədbirlər regionda kənd təsərrüfatı istehsalının daha da genişlənməsinə mühüm imkanlar yaradacaqdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi öz səlahiyyətləri çərçivəsində Dövlət Proqramının icrasına tam dəstək verməyə, fermerlərin və kənd təsərrüfatı istehsalçılarının su təminatının yaxşılaşdırılması istiqamətində bütün zəruri tədbirləri davam etdirməyə davam edəcək.
“Əminəm ki, bu müşavirə çərçivəsində müəyyən edilmiş hədəflər, həmçinin dövlət qurumlarının, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin, fermerlərin və sahibkarların sıx əməkdaşlığı nəticəsində regionun aqrar potensialı daha dolğun şəkildə reallaşdırılacaq, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və kənd yerlərində sosial rifahın yüksəldilməsi sahəsində qarşıya qoyulan məqsədlərə nail olunacaq”, - İlham Bayramov yekunlaşdırıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan və Slovakiya məxfi məlumat mübadiləsinə dair saziş bağladı
Azərbaycan və Slovakiya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş imzalanıb.Bu barədə Citypost.az-a Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) istinadən xəbər verir.Qeyd edilib ki, Slovakiya Milli Təhlükəsizlik Agentliyinin direktoru Roman Koneçninin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.Səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevlə görüşüb, qarşılıqlı maraq doğuran bir sıra aktual məsələləri müzakirə ediblər.Görüşün yekunu olaraq, ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə "Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in imzalanma mərasimi keçirilib....
22 İyul 2026, 20:30
Macarıstanın baş prokuroru istefa verib
Macarıstanda əvvəlki hakimiyyət dövründə təyin edilmiş baş prokuror Qabor Balint Nad istefa verib.Citypost.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Index" məlumat yayıb.Q.Nadın istefasının qəbul ediləcəyi təqdirdə onun səlahiyyətlərinə avqustun 25-də xitam veriləcək. O, bu vəzifədə bir ildən çox müddətdə çalışıb."Məhkəmə sisteminin, o cümlədən prokurorluğun nüfuzunun qorunması demokratik sistemin təməl daşlarından biridir. Prokurorluq siyasi mübarizə alətinə çevrilə bilməz. Bunu vurğulamaq üçün bu gün mən mandatımın avqustun 25-də başa çatması xahişi ilə istefa ərizəsi təqdim etdim", - baş prokuror bildirib.Baş nazir Peter Madyar Nadın istefa ərizəsini şərh edərək, ölkənin "daha bir Orbandan xilas olduğunu" bildirib....
22 İyul 2026, 20:05
Azərbaycan və Çexiya arasında aqrar-sənaye sahəsində əməkdaşlıq müzakirə olunub
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çex Respublikasının aqrar-sənaye sahəsində fəaliyyət göstərən "Agrofert" Şirkətlər Qrupunun Direktorlar Şurasının sədr müavini Peter Singr ilə görüşüb.Bu barədə Citypost.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.Qeyd olunub ki, görüşdə "Agrofert" Şirkətlər Qrupu ilə aqrar-sənaye, kimya sənayesi və enerji sektorlarında əməkdaşlıq imkanları nəzərdən keçirilib.Görüşdə həmçinin iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivlərinə uyğun olaraq biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi və işgüzar əlaqələrin təşviqi məsələləri müzakirə olunub.Azərbaycanın əlverişli biznes və investisiya mühiti, qeyri-neft-qaz sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar və sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib.Tərəflər aqrar-sənaye, kimya sənayesi və enerji sektorlarında əməkdaşlıq imkanlarını, eləcə də investisiya layihələri üzrə...
22 İyul 2026, 19:44
Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb
Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb.Citypost.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.Məlumata görə, yeni tarifə əsasən, muzeyə giriş böyüklər üçün 50% endirimlə 5 AZN, məktəblilər üçün isə cəmi 2 AZN-dir."Bundan başqa, 65 və daha yuxarı yaşlı təqaüdçülər üçün muzeyə giriş artıq pulsuzdur.Qiymətsiz təcrübəni daha sərfəli qiymətə əldə etmək üçün dəmiryol muzeyini ziyarətə tələsin", - məlumatda vurğulanıb.
22 İyul 2026, 19:34
Ağdamın Sarıcalı kəndində açıq ərazidə yanğın başlayıb
Ağdam rayonunun Sarıcalı kəndində açıq ərazidə yanğın baş verib."Report"un Qarabağ bürosunun xəbərinə görə, yanğının söndürülməsi üçün əraziyə FHN-nin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.Yanğının başvermə səbəbi araşdırılır.
22 İyul 2026, 19:20
MEDİA-nın təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
Bu gün Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib.Citypost.az xəbər verir ki, tədbirdə bir sıra rəsmi şəxslər iştirak ediblər.Açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri, AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolunun ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynadığını bildirib.Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi media siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, medianın müstəqilliyinin gücləndirilməsi, peşəkar jurnalistikanın inkişafı və informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Vurğulanıb ki, milli mətbuatın zəngin ənənələrinin qorunması və gələcək...
22 İyul 2026, 19:07