Milli Məclis Milli Qurtuluş günü münasibətilə Prezident və Birinci vitse-prezidenti təbrik edib
Cəmiyyət 12 İyun 2026, 11:07
439
Milli Məclis 15 iyun - Milli Qurtuluş günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Citypost.az xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası çərçivəsində bu gün keçirilən iclasda çıxış edib.
Həmçinin oxuyun
Deputatlar təklifi alqışlarla dəstəkləyib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
ADSEA su infrastrukturunun təmir-bərpası ilə bağlı planlarının açıqlayıb
Dövlət investisiyaları ilə yanaşı, daxili imkanlar hesabına, 2025-ci il ərzində su təsərrüfatı obyektlərində aparılmış əsaslı təmir işləri çərçivəsində Ağsu rayonu üzrə kanalların beton üzlüyə alınması 2,1 kilometr təşkil edib. Cari il üçün isə Ağsu, İsmayıllı və Şamaxı rayonları üzrə kanalların beton üzlüyə alınması 3,9 kilometr, subartezian quyularının təmiri isə 3 ədəd həcmində nəzərdə tutulur.Citypost.az xəbər verir ki, bunu "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.“Həyata keçirilən və planlaşdırılan...
12 İyun 2026, 11:45
Sahibə Qafarova: Güclü Azərbaycan Heydər Əliyev irsinin davamıdır
Müasir Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur.Citypost.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.Spiker bildirib ki, 15 iyun - Milli Qurtuluş günü tariximizdə müstəsna yer tutur: “Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tarixi seçimi idi, Ulu öndər zamanın çağırışına cavab vermək bacarığı nəticəsində müstəqil Azərbaycanı qoruyub saxladı: “Ölkəmiz qlobal iqtisadi və siyasi tədbirlərin mərkəzinə çevrildi. Müasir Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur. Heydər Əliyev eyni zamanda bugünkü parlamentin banisidir. Torpaqlarımızın 30 illik işğalınma son qoyulması, Azərbaycanın güclü dövlətə çevrilməsi Heydər Əliyev siyasi xəttinin ardıcıl şəkildə davam etdirilməsinin nəticəsidir. Milli Qurtuluş günü ərəfəsində biz...
12 İyun 2026, 11:31
Dövlət başçısı Filippin Prezidentini təbrik edib
Prezident İlham Əliyev Filippin Respublikasının Prezidenti Ferdinand Romualdez Markosa təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:Ətraflı"Hörmətli cənab Prezident,Filippin Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.İnanıram ki, Azərbaycan ilə Filippin arasında dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq inkişafı və genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.Bu xoş gündə Sizə, möhkəm cansağlığı, xoşbəxtlik, dost Filippin xalqına əmin-amanlıq və firavanlıq arzulayıram"....
12 İyun 2026, 11:29
Azərbaycan Prezidenti Vladimir Putinə təbrik ünvanlayıb
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:“Hörmətli Vladimir Vladimiroviç.Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün rusiyalıları dövlət bayramı – Rusiya Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər xalqlarımızı əsrlər boyu birləşdirən dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. İkitərəfli iqtisadi-ticari qarşılıqlı fəaliyyətin fəal şəkildə inkişaf etməsini, regionlararası və mədəni-humanitar əlaqələrin genişlənməsini məmnunluqla qeyd edirəm.Əminəm ki, birgə səylərimiz dost ölkələrimizin və xalqlarımızın rifahı naminə Azərbaycan-Rusiya münasibətlərinin, strateji tərəfdaşlıq və müttəfiqlik məcrasında çoxplanlı əməkdaşlığın bundan sonra da inkişafına və möhkəmlənməsinə kömək edəcək.Hörmətli Vladimir...
12 İyun 2026, 11:12
"Politico" nəşri Ukraynanın müttəfiqlərindən 20 milyard dollar istədiyini öyrənib.
"Politico" nəşrinin Ukraynanın yüksək vəzifəli hərbi rəsmisinə istinadən verdiyi məlumata görə, Kiyev Qərb tərəfdaşlarından əlavə 20 milyard dollarlıq hərbi yardım istəmək niyyətindədir.Citypost.az xəbər verir ki, Nəşrə istinadən xəbər verir ki, "Ukrayna müttəfiqlərindən əlavə 20 milyard dollar istəyir... 20 milyard dollarlıq tələb iyunun 18-də Ukrayna üçün Müdafiə Məsələləri üzrə Təmas Qrupunun, həmçinin Ramşteyn formatı kimi tanınan növbəti iclasında təqdim olunacaq".Qəzet qeyd edib ki, bu məsələ artıq Ukraynanın müdafiə naziri Mixail Fyodorov və digər hökumət nümayəndələri tərəfindən Norveç, İsveç, Almaniya və Kanadadan olan nümayəndə heyətləri ilə görüşlər zamanı qaldırılıb.Almaniya Sosial Ədalət və İqtisadi Səbəb Birliyi partiyasının lideri Sara Vagenknext Almaniyanı və Baltikyanı...
12 İyun 2026, 11:07
Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb.Citypost.az xəbər verir ki, iclasın gündəliyində 10 məsələ var.İclasa parlamentin spikeri Sahibə Qafarova sədrlik edir.
12 İyun 2026, 11:06