Kompüter tomoqrafiyası nə qədər təhlükəsizdir?
Tibb 12 İyun 2026, 10:48
2037
Müasir tibbdə diaqnostikanın ən vacib üsullarından biri hesab edilən kompüter tomoqrafiyası (KT) bir çox xəstəliyin vaxtında aşkar edilməsində mühüm rol oynayır. Xüsusilə travmalar, daxili orqan xəstəlikləri, damar patologiyaları və onkoloji proseslərin müəyyənləşdirilməsində KT müayinəsi həkimlər üçün əvəzsiz məlumat mənbəyidir. Bununla belə, pasiyentləri ən çox maraqlandıran suallardan biri kompüter tomoqrafiyasının təhlükəsizliyi, müayinədən əvvəl xüsusi hazırlığın lazım olub-olmaması və kontrast maddənin orqanizmə təsiri ilə bağlıdır.
Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, əksər hallarda kompüter tomoqrafiyası üçün xüsusi və mürəkkəb hazırlığa ehtiyac olmur. Müayinə qısa müddətdə həyata keçirilir və pasiyent üçün ciddi narahatlıq yaratmır. Həkimin təyinatı və tibbi göstəriş olduğu halda aparılan KT müayinəsi təhlükəsiz hesab olunur.
Xüsusilə vena daxilinə vurulan kontrast maddə ilə bağlı cəmiyyətdə müəyyən narahatlıqlar mövcuddur. Lakin müasir radiologiyada istifadə olunan yeni nəsil kontrast preparatları yüksək təhlükəsizlik göstəricilərinə malikdir. Həkim nəzarəti altında və müvafiq göstəriş əsasında tətbiq edilən kontrast maddələr orqanizm üçün ciddi təhlükə yaratmır. Əksinə, bu maddələr müayinənin dəqiqliyini əhəmiyyətli dərəcədə artıraraq xəstəliklərin daha erkən və düzgün aşkarlanmasına imkan verir.
Radioloqlar bildirirlər ki, kontrast maddənin tətbiqi görüntülərin keyfiyyətini yüksəldir, damarların, daxili orqanların və müxtəlif patoloji törəmələrin daha aydın görünməsini təmin edir. Bu isə diaqnozun düzgün qoyulmasına və müalicə taktikasının daha dəqiq müəyyən edilməsinə kömək edir.
Onkoloji xəstəliklərin diaqnostikasında kontrastlı kompüter tomoqrafiyası xüsusi əhəmiyyət daşıyır. Şişlərin ölçüsünün, yerləşməsinin və yayılma dərəcəsinin qiymətləndirilməsi, həmçinin aparılan müalicənin effektivliyinin izlənilməsi üçün kontrastlı KT hazırda ən etibarlı üsullardan biri sayılır. Bir çox hallarda bu müayinə onkoloji xəstəliklərin aşkarlanmasında və nəzarətində "qızıl standart" kimi qəbul edilir.
Həmçinin oxuyun
Bununla yanaşı, bəzi xüsusi vəziyyətlərdə KT müayinəsinə ehtiyatla yanaşılır. Hamiləlik dövründə kompüter tomoqrafiyası, adətən, tövsiyə edilmir. Çünki rentgen şüalanması döl üçün müəyyən risklər yarada bilər. Yalnız həyati təhlükə yaradan və təxirəsalınmaz hallarda həkim qərarı ilə bu müayinə aparıla bilər. Belə vəziyyətlər isə istisna hesab olunur.
Uşaqlarda da kompüter tomoqrafiyasının aparılması mümkündür. Lakin mütəxəssislər vurğulayırlar ki, azyaşlı pasiyentlərdə KT yalnız ciddi tibbi göstəriş olduqda və digər alternativ müayinə üsulları kifayət etmədikdə tətbiq edilməlidir. Bu qərar pediatr və müvafiq ixtisas həkimi tərəfindən verilir.
Həkimlər qeyd edirlər ki, kompüter tomoqrafiyası və kontrast maddə ilə bağlı əsassız qorxulara ehtiyac yoxdur. Ən vacib məqam müayinənin həkim təyinatı ilə, tibbi göstəriş əsasında və peşəkar nəzarət altında aparılmasıdır. Bu halda KT müayinəsi xəstəliyin erkən aşkarlanmasına, düzgün diaqnozun qoyulmasına və effektiv müalicənin seçilməsinə mühüm töhfə verir. Müasir tibbin imkanlarından biri olan kompüter tomoqrafiyası bu gün milyonlarla insanın sağlamlığının qorunmasında əhəmiyyətli rol oynamaqda davam edir.
Yusif
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qaraciyəri səssizcə zədələyən 4 gündəlik vərdiş
Qaraciyər insan orqanizmində yüzlərlə vacib funksiyanı yerinə yetirən ən mühüm orqanlardan biridir. O, orqanizmi zərərli maddələrdən təmizləyir, maddələr mübadiləsini tənzimləyir, vitamin və mineralları ehtiyat şəklində saxlayır, hormonların balansında iştirak edir. Lakin mütəxəssislər bildirirlər ki, gündəlik həyatda yol verdiyimiz bəzi vərdişlər qaraciyərin sağlamlığını hiss olunmadan pozur və zamanla piylənmə, iltihab, hətta sirroz kimi ciddi problemlərə səbəb ola bilir.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, qaraciyərə ən çox zərər verən vərdişlərdən biri hər gün şəkərli içkilərin qəbul edilməsidir. Enerji içkiləri, qazlı şirin sular və paketlənmiş meyvə şirələrinin tərkibində yüksək miqdarda şəkər və fruktoza olur. Bu maddələr artıq qəbul edildikdə qaraciyərdə yağa çevrilir...
22 İyul 2026, 10:38
Gecə yatmazdan əvvəl əsəbiləşmək sağlamlığınıza necə təsir edir?
Gün ərzində yaşanan gərginlik, mübahisələr və ya yatmazdan əvvəl alınan pis xəbərlər təkcə əhval-ruhiyyəyə deyil, həm də orqanizmin ümumi sağlamlığına ciddi təsir göstərə bilər. Mütəxəssislər bildirirlər ki, gecə saatlarında əsəbiləşmək və stress keçirmək yuxunun keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır, ürək-damar sisteminə əlavə yük yaradır və uzunmüddətli dövrdə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, insan yatmazdan əvvəl əsəbiləşdikdə orqanizmdə stress hormonları – adrenalin və kortizolun səviyyəsi artır. Bunun nəticəsində ürək döyüntüsü sürətlənir, arterial təzyiq yüksəlir və orqanizm sanki təhlükə vəziyyətində qalır. Bu hal beynin rahatlaşmasına mane olur və insanın yuxuya getməsini çətinləşdirir.Mütəxəssislər qeyd edirlər ki,...
22 İyul 2026, 09:36
Səpkisiz bədən qaşınması allergiya əlamətidirmi?
Heç bir səpki və ya dəri dəyişiklikləri olmadığı halda bütün bədəndə yaranan qaşınma bir çox insanın rastlaşdığı narahatedici problemlərdən biridir. Əksər hallarda insanlar bu əlaməti allergiya ilə əlaqələndirərək özbaşına antihistamin preparatlardan istifadə etməyə başlayırlar. Halbuki mütəxəssislər bildirirlər ki, səpkisiz qaşınmanın səbəbi təkcə allergiya olmur və bu simptom bəzən daha ciddi xəstəliklərin ilk əlaməti ola bilər.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bəzi allergik xəstəliklər zamanı həqiqətən də dəridə səpki olmadan güclü qaşınma müşahidə edilə bilər. Belə hallarda qaşınma gün ərzində davam edə, xüsusilə gecə saatlarında daha da şiddətlənə və insanın yuxusunu, gündəlik fəaliyyətini, eləcə də həyat keyfiyyətini ciddi şəkildə poza...
22 İyul 2026, 08:34
Sıx süd vəzi toxuması nə deməkdir? – Mütəxəssis açıqladı
Son illər süd vəzi xərçənginin erkən aşkarlanması məqsədilə aparılan müayinələrə maraq əhəmiyyətli dərəcədə artıb. Bununla yanaşı, mammoqrafiya, süd vəzi ultrasəs müayinəsi (USM), maqnit-rezonans tomoqrafiyası (MRT), süd vəzisində aşkarlanan kistlər və sıx süd vəzi toxuması ilə bağlı cəmiyyətdə müxtəlif suallar və yanlış fikirlər də formalaşıb. Mütəxəssislər bildirirlər ki, düzgün seçilmiş müayinə proqramı xəstəliyin erkən mərhələdə aşkarlanması və uğurlu müalicəsi üçün ən vacib amillərdən biridir.Citypost.az xəbər verir ki, həkimlər bildirib ki, son 10-15 il ərzində süd vəzi müayinələrinə başlama yaşı əvvəlki illərlə müqayisədə daha aşağı salınıb. Bunun əsas səbəbi gənc yaşlarda süd vəzi xəstəliklərinin və bəzi hallarda süd vəzi xərçənginin daha erkən...
21 İyul 2026, 10:39
Yaddaşı gücləndirən dərman var ?
Yaddaş zəifliyi və diqqət pozğunluğu son illərdə ən çox şikayət olunan problemlərdən biridir. Bir çox insan yaddaşını gücləndirmək üçün müxtəlif dərman və ya qida əlavələrinə üz tutur. Lakin mütəxəssislər bildirirlər ki, hazırda yaddaşı möcüzəvi şəkildə yaxşılaşdıran hər hansı dərman mövcud deyil. Beynin sağlam və məhsuldar işləməsinin əsas yolu onun davamlı məşq etdirilməsidir.Citypost.az xəbər verir ki, nevroloqların sözlərinə görə, insan orqanizmində olduğu kimi, beyin də işlədikcə inkişaf edir. Necə ki, əzələlər fiziki məşqlər nəticəsində güclənir, beyin də intellektual fəaliyyət hesabına daha çevik və məhsuldar olur. Buna görə də yaddaşı qorumağın və inkişaf etdirməyin ən təsirli üsulu zehni fəaliyyəti daim aktiv saxlamaqdır.Mütəxəssislər...
21 İyul 2026, 09:33
Səhər acqarına zeytun yağı içmək faydalıdırmı?
Son illər sağlam qidalanma ilə maraqlanan insanların gündəlik vərdişlərindən biri də səhər acqarına zeytun yağı qəbul etməkdir. Sosial şəbəkələrdə və müxtəlif platformalarda yayılan məlumatlarda iddia olunur ki, zeytun yağı bağırsaqları təmizləyir, həzmi yaxşılaşdırır, qaraciyərin fəaliyyətini dəstəkləyir, xolesterini azaldır və hətta arıqlamağa kömək edir. Bəs bu fikirlər nə dərəcədə doğrudur?Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, zeytun yağı dünyanın ən faydalı bitki yağlarından biri hesab olunur. Onun tərkibində orqanizm üçün vacib olan mono doymamış yağ turşuları, xüsusilə olein turşusu, E vitamini, polifenollar və güclü antioksidant maddələr mövcuddur. Bu komponentlər ürək-damar sisteminin sağlamlığının qorunmasına, iltihabi proseslərin azalmasına və hüceyrələrin sərbəst radikalların zərərli...
21 İyul 2026, 08:32