Tofiq Zülfüqarov: 1994 və 2020-ni müqayisə etmək olmaz
Siyasət 12 İyun 2026, 09:55
400
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistan cəmiyyətində və bəzi ekspert dairələrində səsləndirilən “siz birinci Qarabağ müharibəsini, biz isə ikinci Qarabağ müharibəsini uduzduq” tezisini tənqid edib.
Citypost.az xəbər verir ki, Tofiq Zülfüqarov bildirib ki, 1994-cü ildə əldə olunan atəşkəs razılaşması ilə 2020-ci ilin nəticələrini müqayisə etmək doğru deyil. Onun sözlərinə görə, 1994-cü ildə tərəflər arasında yazılı sülh sazişi imzalanmayıb, yalnız atəşkəs barədə razılıq əldə olunub və həmin razılaşma tərəflərin hüquqi statusunu müəyyənləşdirməyib.
Sabiq nazir qeyd edib ki, həmin dövrdə tərəflər döyüş əməliyyatlarının dayandırıldığı vaxt tutduqları mövqelərdə qalıblar. O vurğulayıb ki, danışıqlar birbaşa qarşı tərəflə deyil, ATƏT-in Minsk Qrupu çərçivəsində vasitəçilik edən Rusiya vasitəsilə aparılırdı və əsas öhdəlik danışıqlar prosesinin davam etdirilməsi idi.
T.Zülfüqarov xatırladıb ki, 1994-cü ilin yazında Ermənistan qüvvələri Gəncə istiqamətində genişmiqyaslı hücum cəhdi göstərsələr də, ciddi itkilər verdikdən sonra əməliyyatları dayandırmağa məcbur olublar. Onun fikrincə, uzunmüddətli atəşkəs də məhz bundan sonra mümkün olub.
Politoloq 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanatın isə tamamilə fərqli xarakter daşıdığını bildirib. O qeyd edib ki, sənədi Ermənistanın müdafiə naziri deyil, dövlət başçısı imzalayıb. Bundan başqa, Ermənistan müəyyən edilmiş müddətlər ərzində qüvvələrini və hərbi texnikasını işğal olunmuş ərazilərdən çıxarmaq, həmçinin hərbi-siyasi xarakterli bir sıra öhdəlikləri yerinə yetirmək məcburiyyətində qalıb.
Həmçinin oxuyun
“Bu səbəbdən 1994-cü il atəşkəsi ilə 2020-ci ilin nəticələrini eyniləşdirmək mümkün deyil. Bunlar mahiyyətcə fərqli hadisələrdir”, – deyə Zülfüqarov vurğulayıb.
Sabiq xarici işlər naziri Ermənistan müxalifətini siyasi məqsədlər naminə baş vermiş hadisələrin mahiyyətini təhrif etməməyə çağırıb.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azər Həsrət: ABŞ-ın zərbələri və Güney Azərbaycanla bağlı iddialar düzgün təqdim edilmir
Əməkdar jurnalist, siyasi şərhçi Azər Həsrət ABŞ-ın İrana endirdiyi zərbələrlə bağlı iddialara münasibət bildirib.Citypost.az xəbər verir ki, sosial şəbəkə hesabında yazıb ki, ABŞ-nin hücumları əsasən İranın fars bölgələrinə yönəlir və bu prosesdə Güney Azərbaycanın hədəf alınmadığı qeyd olunur.Azər Həsrət bildirib ki, İran tərəfi isə cavab addımları kimi raketləri Təbriz və Zəncan ərazilərindən istiqamətləndirir.Jurnalist bu vəziyyətin yanlış interpretasiyalar yaratdığını vurğulayaraq, bəzi şəxslərin hadisələri “Güney Azərbaycan vurulur” kimi təqdim etməsinə etiraz edib.Onun sözlərinə görə, mövcud informasiya axını emosional və yanlış nəticələrə səbəb ola bilər və hadisələr daha diqqətli şəkildə analiz edilməlidir.Əli...
12 İyun 2026, 10:41
Heydər Oğuz: “Ya İran Trampı barmağına dolayıb, ya da Tramp dünya ilə məzələnir”
ABŞ Prezidenti Donald Trampın İranla bağlı son açıqlamaları müxtəlif reaksiyalara səbəb olub.Jurnalist Heydər Oğuz sosial şəbəkə hesabında paylaşdığı fikirlərində bildirib ki, Tramp son aylarda dəfələrlə İranla “tarixi” və ya “fövqəladə” razılaşma əldə olunduğunu bəyan etsə də, bu açıqlamaların əksəriyyəti real nəticələrlə müşayiət olunmayıb.Onun sözlərinə görə, Tramp son açıqlamasında İrana qarşı planlaşdırılan hərbi əməliyyatların dayandırıldığını, həmçinin danışıqlarda ciddi irəliləyiş əldə edildiyini bildirib. ABŞ prezidenti razılaşmanın yaxın günlərdə imzalana biləcəyini və bunun nəticəsində Hörmüz boğazının açılacağını qeyd edib.Lakin İran tərəfi danışıqların mətni üzrə yekun razılığın əldə olunması barədə iddiaları təkzib edib.Məsələyə münasibət bildirən Heydər Oğuz qeyd edib ki, Trampın tez-tez dəyişən bəyanatları...
12 İyun 2026, 09:50
Zaur Əliyev kürd-erməni əməkdaşlığından yazdı
Professor Zaur Əliyev ABŞ Prezidenti Donald Trampın kürdlərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərək tarixi bir sənədi ictimaiyyətə təqdim edib.Citypost.az xəbər verir ki, Zaur Əliyev qeyd edib ki, Trampın “ABŞ-ın İranda yaşayan və hakimiyyəti dəstəkləməyən kürdlərə verdiyi silahların başqalarına ötürülməyərək onların özlərində saxlanılması” barədə açıqlaması ona tarixi bir faktı xatırladıb.Professorun sözlərinə görə, söhbət Türkiyə Daxili İşlər Nazirliyinin Urfadakı xüsusi şöbəsinin 24 yanvar 1937-ci ildə Baş Qərargaha göndərdiyi sənəddən gedir.Sənəddə qeyd olunur ki, Hasiçədən (müasir Suriyanın Əl-Həsəkə şəhəri) erməni və ərəb liderləri kürd qəbilə başçısı Hajo Ağanın yanına gələrək toplantı keçiriblər. Toplantıda Suriyanı qorumaq məqsədilə türklərə qarşı silahlı dəstələrin yaradılması, həmçinin Fransanın...
12 İyun 2026, 08:41
Pərvanə Vəliyeva: Şuşa Bəyannaməsi qardaşlığın siyasi təsdiqidir
15 iyun 2021-ci il tarixində, Vətən müharibəsindən dərhal sonra Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış, “Şuşa Bəyannaməsi” iki qardaş dövlət arasında strateji tərəfdaşlığın yeni səviyyəyə - müttəfiqlik səviyyəsinə yüksəldiyini rəsmən təsbit etdi. Bu gün biz əminliklə deyə bilərik ki, dünyada elə iki dövlət yoxdur ki, Azərbaycan və Türkiyə kimi bir-biri ilə bu qədər yaxın dostluq və qardaşlıq münasibətlərində olsun. Şuşa bəyannaməsi məhz, bu dostluq və qardaşlığın institutsionallaşdırılması, “Bir millət, iki dövlət” prinsipinin siyasi və hüquqi müstəvidə daha da möhkəmləndirilməsi idi.Bu fikirləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Citypost.az-a açıqlamasında...
11 İyun 2026, 15:10
Vüqar Rəhimzadə: Azərbaycan–Türkiyə birliyi dünyaya nümunədir
Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin dünyaya təqdimatı olan Şuşa Bəyannaməsinin imzalanmasından beş il keçir. 2021-ci il iyunun 15-də Qarabağın tacı, Azərbaycanın, Türk dünyasının və İslam dünyasının mədəniyyət paytaxtı olan Şuşanın şahidliyi ilə imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” təkcə iki dost, qardaş ölkənin münasibətlərində deyil, ümumilikdə regionun gələcək inkişafında əhəmiyyətli rol oynayacaq mühüm sənəd kimi dəyərləndirildi. Zəngin tarixə, dərin köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri bütün dövrlərdə uğurla inkişaf edir. Azərbaycan və Türkiyə prezidentlərinin 15 iyun 2021-ci il tarixində Şuşa Bəyannaməsini imzaladıqdan sonra mətbuata birgə bəyanatlarında dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Türkiyə...
11 İyun 2026, 14:00
Hakan Fidan və Məhəmməd İshaq Dar Yaxın Şərqdə sülhün bərpasına çağırış ediblər
Pakistan və Türkiyə Yaxın Şərqdəki gərginliyin bütün tərəfləri arasında regionda möhkəm və davamlı sülhün bərqərar olmasına kömək edəcək qarşılıqlı anlaşmanın tezliklə əldə olunacağına ümid edirlər."Report" Pakistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar və onun türkiyəli həmkarı Hakan Fidan arasında baş tutan telefon danışığı zamanı müzakirə olunub.Qurumun məlumatında qeyd edilib ki, tərəflər cari regional vəziyyət barədə fikir mübadiləsi aparıb, dialoq və təmkinliliyin vacibliyini vurğulayıblar."Xarici işlər nazirləri qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər üzrə sıx koordinasiyanı saxlamaq, həmçinin çoxşaxəli Pakistan-Türkiyə tərəfdaşlığını daha da gücləndirmək üçün yüksək səviyyəli təmasları davam etdirmək...
11 İyun 2026, 11:27