Hallux Valqus deformasiyası nədir və niyə yaranır?
Tibb 12 İyun 2026, 09:49
2155
Ayaq sağlamlığı ilə bağlı ən çox rast gəlinən problemlərdən biri hallux valqus deformasiyasıdır. Xalq arasında bu problem daha çox "baş barmaq əyriliyi" və ya "ayaqda çıxıntı" kimi tanınır. Hallux valqus ayağın baş barmağının öz normal mövqeyindən kənara, digər barmaqlara doğru əyilməsi nəticəsində yaranan deformasiya hesab olunur.
Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, bu zaman baş barmaq metatarsofalangeal oynaq səviyyəsində xaricə doğru yer dəyişir. Nəticədə baş barmaq ikinci barmağın altına və ya üstünə keçə bilir. Bu vəziyyət isə yalnız estetik problem yaratmır, eyni zamanda ciddi ağrı və hərəkət məhdudiyyəti ilə müşayiət olunur.
Deformasiya irəlilədikcə barmaqlar arasında sıx təmas yaranır. Bu da dəridə qıcıqlanma, qabarlar, yaralar və iltihabi proseslərin meydana çıxmasına səbəb olur. Eyni zamanda oynaqda artroz dəyişiklikləri inkişaf edir və xəstə gündəlik həyatında ciddi narahatlıq hiss etməyə başlayır.
Hallux valqusdan əziyyət çəkən insanlar xüsusilə ayaqqabı geyinərkən ağrı hiss edirlər. Uzun müddət yerimək, ayaq üstə qalmaq və fiziki aktivlik zamanı ağrılar daha da artır. Bəzi hallarda xəstələr rahat ayaqqabı tapmaqda belə çətinlik çəkirlər. Zaman keçdikcə ayağın formasında dəyişiklik baş verir və bu da insanın yerimə biomekanikasını pozur.
Mütəxəssislər bildirirlər ki, hallux valqusun yaranmasında həm genetik, həm də sonradan qazanılmış amillər mühüm rol oynayır. Bəzi insanlarda ayaq daraq sümüklərinin quruluşu, vətərlərin yerləşməsi, oynaqların anatomik xüsusiyyətləri və irsi meyllilik bu problemin yaranma riskini artırır.
Lakin yalnız genetik faktorlar deyil, gündəlik həyat tərzi də xəstəliyin inkişafına ciddi təsir göstərir. Xüsusilə uzun illər hündür dabanlı və ucu sivri ayaqqabılar geyinən qadınlarda hallux valqus daha çox müşahidə olunur. Bu tip ayaqqabılar barmaqların təbii vəziyyətini pozur, onların bir-birinə sıxılmasına səbəb olur və zamanla deformasiyanın inkişafını sürətləndirir.
Həmçinin oxuyun
Məhz buna görə ortopedlər qadınlara uzun müddət yüksək dabanlı və darburun ayaqqabılardan istifadə etməməyi tövsiyə edirlər. Çünki ilkin mərhələdə sadə narahatlıq kimi görünən bu problem sonrakı dövrlərdə cərrahi müdaxilə tələb edən ciddi xəstəliyə çevrilə bilər.
Hallux valqusun erkən mərhələlərində xüsusi ortopedik içliklər, barmaqarası separatorlar, fizioterapiya və düzgün ayaqqabı seçimi ilə xəstəliyin inkişafını ləngitmək mümkündür. Ancaq deformasiya artıq ciddi səviyyəyə çatdıqda və ağrılar gündəlik həyatı məhdudlaşdırdıqda cərrahi müalicəyə ehtiyac yaranır.
Müasir ortopedik cərrahiyyədə tətbiq olunan əməliyyatlar vasitəsilə baş barmağın normal anatomik vəziyyəti bərpa edilir, ağrılar aradan qaldırılır və xəstənin həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılır.
Həkimlər vurğulayırlar ki, ayaqda baş barmağın əyilməsi, çıxıntının yaranması, ayaqqabı geyinərkən ağrı və ya yeriyərkən narahatlıq hiss olunursa, problemi illərlə gözləmək əvəzinə vaxtında ortoped-travmatoloqa müraciət etmək lazımdır. Erkən diaqnoz və düzgün müalicə gələcəkdə daha mürəkkəb əməliyyatların qarşısını ala bilər.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qaraciyəri səssizcə zədələyən 4 gündəlik vərdiş
Qaraciyər insan orqanizmində yüzlərlə vacib funksiyanı yerinə yetirən ən mühüm orqanlardan biridir. O, orqanizmi zərərli maddələrdən təmizləyir, maddələr mübadiləsini tənzimləyir, vitamin və mineralları ehtiyat şəklində saxlayır, hormonların balansında iştirak edir. Lakin mütəxəssislər bildirirlər ki, gündəlik həyatda yol verdiyimiz bəzi vərdişlər qaraciyərin sağlamlığını hiss olunmadan pozur və zamanla piylənmə, iltihab, hətta sirroz kimi ciddi problemlərə səbəb ola bilir.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, qaraciyərə ən çox zərər verən vərdişlərdən biri hər gün şəkərli içkilərin qəbul edilməsidir. Enerji içkiləri, qazlı şirin sular və paketlənmiş meyvə şirələrinin tərkibində yüksək miqdarda şəkər və fruktoza olur. Bu maddələr artıq qəbul edildikdə qaraciyərdə yağa çevrilir...
22 İyul 2026, 10:38
Gecə yatmazdan əvvəl əsəbiləşmək sağlamlığınıza necə təsir edir?
Gün ərzində yaşanan gərginlik, mübahisələr və ya yatmazdan əvvəl alınan pis xəbərlər təkcə əhval-ruhiyyəyə deyil, həm də orqanizmin ümumi sağlamlığına ciddi təsir göstərə bilər. Mütəxəssislər bildirirlər ki, gecə saatlarında əsəbiləşmək və stress keçirmək yuxunun keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır, ürək-damar sisteminə əlavə yük yaradır və uzunmüddətli dövrdə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, insan yatmazdan əvvəl əsəbiləşdikdə orqanizmdə stress hormonları – adrenalin və kortizolun səviyyəsi artır. Bunun nəticəsində ürək döyüntüsü sürətlənir, arterial təzyiq yüksəlir və orqanizm sanki təhlükə vəziyyətində qalır. Bu hal beynin rahatlaşmasına mane olur və insanın yuxuya getməsini çətinləşdirir.Mütəxəssislər qeyd edirlər ki,...
22 İyul 2026, 09:36
Səpkisiz bədən qaşınması allergiya əlamətidirmi?
Heç bir səpki və ya dəri dəyişiklikləri olmadığı halda bütün bədəndə yaranan qaşınma bir çox insanın rastlaşdığı narahatedici problemlərdən biridir. Əksər hallarda insanlar bu əlaməti allergiya ilə əlaqələndirərək özbaşına antihistamin preparatlardan istifadə etməyə başlayırlar. Halbuki mütəxəssislər bildirirlər ki, səpkisiz qaşınmanın səbəbi təkcə allergiya olmur və bu simptom bəzən daha ciddi xəstəliklərin ilk əlaməti ola bilər.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bəzi allergik xəstəliklər zamanı həqiqətən də dəridə səpki olmadan güclü qaşınma müşahidə edilə bilər. Belə hallarda qaşınma gün ərzində davam edə, xüsusilə gecə saatlarında daha da şiddətlənə və insanın yuxusunu, gündəlik fəaliyyətini, eləcə də həyat keyfiyyətini ciddi şəkildə poza...
22 İyul 2026, 08:34
Sıx süd vəzi toxuması nə deməkdir? – Mütəxəssis açıqladı
Son illər süd vəzi xərçənginin erkən aşkarlanması məqsədilə aparılan müayinələrə maraq əhəmiyyətli dərəcədə artıb. Bununla yanaşı, mammoqrafiya, süd vəzi ultrasəs müayinəsi (USM), maqnit-rezonans tomoqrafiyası (MRT), süd vəzisində aşkarlanan kistlər və sıx süd vəzi toxuması ilə bağlı cəmiyyətdə müxtəlif suallar və yanlış fikirlər də formalaşıb. Mütəxəssislər bildirirlər ki, düzgün seçilmiş müayinə proqramı xəstəliyin erkən mərhələdə aşkarlanması və uğurlu müalicəsi üçün ən vacib amillərdən biridir.Citypost.az xəbər verir ki, həkimlər bildirib ki, son 10-15 il ərzində süd vəzi müayinələrinə başlama yaşı əvvəlki illərlə müqayisədə daha aşağı salınıb. Bunun əsas səbəbi gənc yaşlarda süd vəzi xəstəliklərinin və bəzi hallarda süd vəzi xərçənginin daha erkən...
21 İyul 2026, 10:39
Yaddaşı gücləndirən dərman var ?
Yaddaş zəifliyi və diqqət pozğunluğu son illərdə ən çox şikayət olunan problemlərdən biridir. Bir çox insan yaddaşını gücləndirmək üçün müxtəlif dərman və ya qida əlavələrinə üz tutur. Lakin mütəxəssislər bildirirlər ki, hazırda yaddaşı möcüzəvi şəkildə yaxşılaşdıran hər hansı dərman mövcud deyil. Beynin sağlam və məhsuldar işləməsinin əsas yolu onun davamlı məşq etdirilməsidir.Citypost.az xəbər verir ki, nevroloqların sözlərinə görə, insan orqanizmində olduğu kimi, beyin də işlədikcə inkişaf edir. Necə ki, əzələlər fiziki məşqlər nəticəsində güclənir, beyin də intellektual fəaliyyət hesabına daha çevik və məhsuldar olur. Buna görə də yaddaşı qorumağın və inkişaf etdirməyin ən təsirli üsulu zehni fəaliyyəti daim aktiv saxlamaqdır.Mütəxəssislər...
21 İyul 2026, 09:33
Səhər acqarına zeytun yağı içmək faydalıdırmı?
Son illər sağlam qidalanma ilə maraqlanan insanların gündəlik vərdişlərindən biri də səhər acqarına zeytun yağı qəbul etməkdir. Sosial şəbəkələrdə və müxtəlif platformalarda yayılan məlumatlarda iddia olunur ki, zeytun yağı bağırsaqları təmizləyir, həzmi yaxşılaşdırır, qaraciyərin fəaliyyətini dəstəkləyir, xolesterini azaldır və hətta arıqlamağa kömək edir. Bəs bu fikirlər nə dərəcədə doğrudur?Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, zeytun yağı dünyanın ən faydalı bitki yağlarından biri hesab olunur. Onun tərkibində orqanizm üçün vacib olan mono doymamış yağ turşuları, xüsusilə olein turşusu, E vitamini, polifenollar və güclü antioksidant maddələr mövcuddur. Bu komponentlər ürək-damar sisteminin sağlamlığının qorunmasına, iltihabi proseslərin azalmasına və hüceyrələrin sərbəst radikalların zərərli...
21 İyul 2026, 08:32