Bizə yazın

Baku

-°C

USD

-

Sabiq deputat: Kitab mədəniyyəti məhv edilib

Cəmiyyət 12 İyun 2026, 10:39

474

Təhsil eksperti, sabiq deputat Etibar Əliyev Milli Məclisdə keçirilən “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirəyə münasibət bildirib.

Citypost.az xəbər verir ki, Etibar Əliyev sosial şəbəkə hesabında yazıb ki, tədbirdən yayılan fotolardan görünür ki, müzakirəyə kitab sahəsini bilən bir neçə nəfər dəvət olunub. O, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlunun hansı inkişaf perspektivlərindən danışa biləcəyini sual edib.

Ekspert bu məqamda Mirzə Ələkbər Sabirin “Çatlayır, Xanbacı, qəmdən ürəyim” satirik şeirindəki “Biz olan evdə haçan vardı kitab?” misrasını xatırladaraq bildirib ki, Polad Bülbüloğlu və sabiq mədəniyyət naziri Əbülfəz Qarayevin rəhbərlik etdikləri dövrlərdə kitab mağazalarının, kitabxanaların və incəsənət ocaqlarının kütləvi bağlanması prosesi baş verib.

Etibar Əliyevin sözlərinə görə, sovet dövründə Bakıda təxminən 160 kitab mağazası və 60 kitab köşkü fəaliyyət göstərirdi. Hazırda isə paytaxtda fəaliyyət göstərən kitab mağazalarının sayı 8-10 arasında dəyişir. O qeyd edib ki, Sumqayıt və Gəncə kimi böyük şəhərlərdə də kitab mağazaları və kitabxanaların sayı ciddi şəkildə azalıb, rayon və kəndlərdə isə demək olar ki, kitab mağazaları qalmayıb.

Sabiq deputat vaxtilə fəaliyyət göstərmiş “Kitab passajı”, “Kitab evi” və Neftçilər prospektində yerləşən “Abunə” kitab mağazasının bağlandığını xatırladıb. O bildirib ki, “Azərkitab” Kitab-Ticarət Birliyinin də ləğv olunmasından sonra kitab mağazalarının sayı sürətlə azalmağa başlayıb.

Etibar Əliyev vurğulayıb ki, sovet dövründə, xüsusilə 1970-1980-ci illərdə Azərbaycanda kitabxana şəbəkəsi geniş olub. Onun sözlərinə görə, həmin illərdə ölkədə 4245 kütləvi kitabxana fəaliyyət göstərib, kitab fondlarında isə 38 milyondan çox nüsxə ədəbiyyat toplanıb. Həmin dövrdə kitabxanaların mərkəzləşdirilməsi aparılıb, kənd və qəsəbələrdə çoxlu sayda yeni kitabxana açılıb. O qeyd edib ki, təkcə 1969-1980-ci illərdə respublikada 1155 yeni kitabxana tikilib.

Ekspert bildirib ki, müstəqillik illərində, xüsusilə 1990-cı illərdən sonra kitabxanaların yerləşməsi yenidən nəzərdən keçirilib və bir sıra kitabxanalar bağlanıb. Hazırda ölkədə təxminən 2900 kütləvi kitabxana fəaliyyət göstərsə də, onların böyük əksəriyyətinin vəziyyəti qənaətbəxş deyil.

Etibar Əliyev hesab edir ki, kitab mağazaları və kitabxanalar cəmiyyətin mədəni inkişaf səviyyəsinin göstəricilərindən biridir və bu sahədəki geriləmə ciddi narahatlıq doğurur.

Sabiq deputat paylaşımında mədəni irs nümunələrinin qorunması ilə bağlı məsələlərə də toxunub. O bildirib ki, vaxtilə Səttar Bəhlulzadə adına sərgi salonunun fəaliyyətinə son verilib, binadakı bəzi incəsənət nümunələrinin taleyi isə naməlum qalıb. Həmçinin “Səadət” sarayında aparılan təmir işləri zamanı tarixi bədii elementlərin zədələndiyini iddia edib.

Etibar Əliyev dünyanın bir çox ölkələrində yüzillərlə yaşı olan tarixi-mədəni abidələrin qorunduğunu xatırladaraq, Azərbaycanda da bu sahədə beynəlxalq təcrübədən istifadə edilməsinin vacibliyini vurğulayıb.

“Kitab mağazalarını və kitabxanaları bağladıqdan sonra mövcud vəziyyətlə bağlı narahatlıq ifadə etmək problemin həllinə xidmət etmir”, – deyə o qeyd edib.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sahibə Qafarova: Güclü Azərbaycan Heydər Əliyev irsinin davamıdır

Müasir Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur.Citypost.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.Spiker bildirib ki, 15 iyun - Milli Qurtuluş günü tariximizdə müstəsna yer tutur: “Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tarixi seçimi idi, Ulu öndər zamanın çağırışına cavab vermək bacarığı nəticəsində müstəqil Azərbaycanı qoruyub saxladı: “Ölkəmiz qlobal iqtisadi və siyasi tədbirlərin mərkəzinə çevrildi. Müasir Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur. Heydər Əliyev eyni zamanda bugünkü parlamentin banisidir. Torpaqlarımızın 30 illik işğalınma son qoyulması, Azərbaycanın güclü dövlətə çevrilməsi Heydər Əliyev siyasi xəttinin ardıcıl şəkildə davam etdirilməsinin nəticəsidir. Milli Qurtuluş günü ərəfəsində biz...

12 İyun 2026, 11:31

Dövlət başçısı Filippin Prezidentini təbrik edib

Prezident İlham Əliyev Filippin Respublikasının Prezidenti Ferdinand Romualdez Markosa təbrik məktubu ünvanlayıb.Citypost.az  xəbər verir ki, məktubda deyilir:Ətraflı"Hörmətli cənab Prezident,Filippin Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.İnanıram ki, Azərbaycan ilə Filippin arasında dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq inkişafı və genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.Bu xoş gündə Sizə, möhkəm cansağlığı, xoşbəxtlik, dost Filippin xalqına əmin-amanlıq və firavanlıq arzulayıram"....

12 İyun 2026, 11:29

Azərbaycan Prezidenti Vladimir Putinə təbrik ünvanlayıb

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:“Hörmətli Vladimir Vladimiroviç.Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün rusiyalıları dövlət bayramı – Rusiya Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər xalqlarımızı əsrlər boyu birləşdirən dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. İkitərəfli iqtisadi-ticari qarşılıqlı fəaliyyətin fəal şəkildə inkişaf etməsini, regionlararası və mədəni-humanitar əlaqələrin genişlənməsini məmnunluqla qeyd edirəm.Əminəm ki, birgə səylərimiz dost ölkələrimizin və xalqlarımızın rifahı naminə Azərbaycan-Rusiya münasibətlərinin, strateji tərəfdaşlıq və müttəfiqlik məcrasında çoxplanlı əməkdaşlığın bundan sonra da inkişafına və möhkəmlənməsinə kömək edəcək.Hörmətli Vladimir...

12 İyun 2026, 11:12

Milli Məclis Milli Qurtuluş günü münasibətilə Prezident və Birinci vitse-prezidenti təbrik edib

Milli Məclis 15 iyun - Milli Qurtuluş günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası çərçivəsində bu gün keçirilən iclasda çıxış edib.Deputatlar təklifi alqışlarla dəstəkləyib.

12 İyun 2026, 11:07

"Politico" nəşri Ukraynanın müttəfiqlərindən 20 milyard dollar istədiyini öyrənib.  

"Politico" nəşrinin Ukraynanın yüksək vəzifəli hərbi rəsmisinə istinadən verdiyi məlumata görə, Kiyev Qərb tərəfdaşlarından əlavə 20 milyard dollarlıq hərbi yardım istəmək niyyətindədir.Citypost.az xəbər verir ki, Nəşrə istinadən xəbər verir ki, "Ukrayna müttəfiqlərindən əlavə 20 milyard dollar istəyir... 20 milyard dollarlıq tələb iyunun 18-də Ukrayna üçün Müdafiə Məsələləri üzrə Təmas Qrupunun, həmçinin Ramşteyn formatı kimi tanınan növbəti iclasında təqdim olunacaq".Qəzet qeyd edib ki, bu məsələ artıq Ukraynanın müdafiə naziri Mixail Fyodorov və digər hökumət nümayəndələri tərəfindən Norveç, İsveç, Almaniya və Kanadadan olan nümayəndə heyətləri ilə görüşlər zamanı qaldırılıb.Almaniya Sosial Ədalət və İqtisadi Səbəb Birliyi partiyasının lideri Sara Vagenknext Almaniyanı və Baltikyanı...

12 İyun 2026, 11:07

Milli Məclisin iclası başlayıb

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb.Citypost.az xəbər verir ki, iclasın gündəliyində 10 məsələ var.İclasa parlamentin spikeri Sahibə Qafarova sədrlik edir.

12 İyun 2026, 11:06