Bakıda bu yollarda tıxacvar - SİYAHI
Cəmiyyət 16 İyun 2026, 08:22
438
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.
Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
Həmçinin oxuyun
5. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
6. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
7. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);
8. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ramin Məmmədovun vətəndaş qəbulunun vaxtı dəyişib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun 18 iyun tarixində Lerik rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.Citypost.az xəbər verir ki, bu barədə Komitədən bildirilib.Sədr iyunun 19-da Lerik, Lənkəran, Astara, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək.Qəbul saat 10:00-da Lerik rayon Mədəniyyət Mərkəzində (ünvan: Lerik şəhəri, A.Əsədullayev küçəsi, 22) keçiriləcək.Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, qəbulda iştirak etmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran-Astara regional bölməsinə (əlaqə vasitələri: (050) 380 27 43, (025) 258 39 84, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur....
16 İyun 2026, 11:06
İlham Əliyev Roma Papası XIV Leo Azərbaycana səfərə dəvət etdi
Roma Papası XIV Leo Azərbaycana səfərə dəvət olunub.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı dəvət məktubunu iyunun 16-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakadı qəbul edərkən təqdim edib.
16 İyun 2026, 10:41
İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakadı qəbul edib.Citypost.az xəbər verir ki, söhbət zamanı ölkəmizlə Müqəddəs Taxt-Tac arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında roluna toxunulub. Bu baxımdan Corc Ceykob Kuvakadın ölkənin regionlarına da səfər edəcəyinin əhəmiyyəti qeyd olunub.Qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Roma Papası XIV Leonun və Vatikanın dövlət katibi kardinal Pietro Parolinin salamlarını dövlət başçısına çatdırıb.Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Roma Papasına və Vatikanın dövlət katibinə çatdırmağı xahiş...
16 İyun 2026, 10:36
Toral Ağayev: Klassik mahnılara sonradan siyasi məna yüklənir
Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev son dövrlər klassik Azərbaycan mahnılarının yaranma tarixi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.Citypost.az xəbər verir ki, o, sosial şəbəkə hesabında yazıb ki, son zamanlar xalq arasında sevilən və artıq klassikaya çevrilmiş bir sıra lirik mahnılara siyasi və ideoloji məzmun yüklənməsi halları müşahidə olunur.Toral Ağayev qeyd edib ki, sovet dövründə xalqdan gizlədilən və haqqında danışılması qadağan olunan mövzuların insanların yaddaşında və milli şüurunda yaşaması danılmaz faktdır. Bununla belə, onun fikrincə, “Şuşanın dağları”, “Küçələrə su səpmişəm”, “Dağlar qızı Reyhan” kimi mahnıların yaranma tarixində milli mübarizə və ya gizli siyasi məzmunun olması ilə bağlı...
16 İyun 2026, 10:20
Media və Yayım Şurası yaradılır
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır.Citypost.az-ın xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.Media və Yayım Şurası Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq.Beləliklə, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın səlahiyyətlərini bu qurum yerinə yetirəcək. Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr də verilir. Yeni hüquqlar aşağıdakılar olacaq:- media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görmək;- dövlət orqanları (qurumları) ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi, dövlət orqanlarının (qurumlarının) media subyektləri ilə əlaqələrinin təkmilləşdirilməsi və...
16 İyun 2026, 10:10
Fövqəladə Hallar Nazirliyi sığınacaqda maarifləndirmə tədbiri keçirib
Fövqəladə Hallar Nazirliyi tərəfindən “İnsan hüquqları aylığı” çərçivəsində “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən sığınacaqda fövqəladə hallarla bağlı davranış qaydalarına dair maarifləndirmə tədbiri keçirilib.Bu barədə Citypost.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, tədbirin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə sığınacaq sakinlərinə, həmçinin müəssisənin əməkdaşlarına müvafiq biliklərin verilməsi olub.Tədbirdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə...
16 İyun 2026, 10:08