Bizə yazın

Baku

-°C

USD

-

Göyçayda güclü külək fəsadlara yol açıb

Hadisə 16 İyun 2026, 09:18

455

Göyçay rayonunda axşam saatlarında müşahidə olunan güclü külək və leysan xarakterli yağış bir sıra fəsadlara səbəb olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əlverişsiz hava şəraiti nəticəsində Ucar–Göyçay avtomobil yolunun kənarında yerləşən irigövdəli ağaclar kökündən çıxaraq yolun hərəkət hissəsinə aşıb. Nəticədə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinlik yaranıb.

Hadisə yerinə dərhal yol və post patrul xidmətinin əməkdaşları cəlb olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülür, ağacların yoldan kənarlaşdırılması və nəqliyyatın təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Güclü küləyin törətdiyi fəsadlar rayonun Yeniarx kəndində də qeydə alınıb. Belə ki, irigövdəli ağacların qırılaraq elektrik xətlərinin üzərinə aşması nəticəsində kəndə elektrik enerjisinin verilişi dayandırılıb.

Kənd sakinlərinin sözlərinə görə, təbiət hadisəsi nəticəsində bir neçə fərdi yaşayış evinin və yardımçı tikilinin dam örtüyünə ziyan dəyib. Bundan başqa, bir vətəndaşa məxsus minik avtomobili aşan ağacın təsirindən zədələnib.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ağstafada evdə kişi meyiti tapılıb 

Ağstafada evdə meyit tapılıb.Citypost.az xəbər verir ki, hadisə rayonun Xətai kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1975-ci il təvəllüdlü 51 yaşlı E.Əliyevin meyiti yaşadığı evdə aşkarlanıb.Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Ölümün səbəbi məlum deyil.Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Potoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin rayon şöbəsinə təhvil verilib.Faktla bağlı araşdırma aparılır.

16 İyun 2026, 10:14

Gəncədə sərnişin avtobusu avtomobilə çırpılıb, xəsarət alanlar var 

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.Citypost.az xəbər verir ki, şəhərin çıxışında, Gəncə-Goranboy xətti üzrə hərəkət edən "Hyundai" markalı sərnişin avtobusu "Range Rover"ə çırpılıb. Qəza nəticəsində avtobusda olan bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.

15 İyun 2026, 17:55

Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib 

Moskvanın Tuşino rayon məhkəməsi sabiq vəkil Elman Paşayevin oğlu Elvin Paşayevi külli məbləğdə dələduzluq ittihamı ilə həbs edib."Report" TASS-a istinadən xəbər verir ki, müvafiq qərar məhkəmə aktında yer alıb."Paşayevə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (külli miqdarda dələduzluq) üzrə iki cinayət törətməkdə ittiham irəli sürülüb. Tuşino rayon məhkəməsi hakiminin qərarı ilə ibtidai istintaq dövründə Paşayev barəsində həbs qətimkan tədbiri seçilib", - qərarda qeyd olunub.Məhkəmə qərarında həmçinin qeyd edilib ki, Paşayev barəsindəki cinayət işi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ("Qətl") ilə başlanmış işlə bir icraatda birləşdirilib.Daha əvvəl bildirilmişdi ki, Rusiya İstintaq Komitəsinin hərbi istintaq orqanları tərəfindən...

15 İyun 2026, 16:17

Ağdamda kişi tanışını güllələyib 

Ağdamda çoban çobanı ov tüfəngi ilə güllələyib.Citypost.az xəbər verir ki, hadisə rayonun Çullu kəndində baş verib.Belə ki, 1979-cu il təbəllüdlü Elşad Gözəlov mübahisə nəticəsində 1975-ci il təvəllüdlü Rövşən Şirinova ov tüfəngindən atəş açıb. Qolundan yaralanan Rövşən Şirinov xəstəxanaya çatdırılıb.Elşad Gözəlov hadisədən sonra həmin tüfənglə qarın nahiyəsinə atəş açaraq özünü öldürüb.Ov tüfəngi maddi sübut olaraq götürülüb.Faktla bağlı cinayət işi başlanılıb.

15 İyun 2026, 16:09

Sumqayıtda qızıl oğurluğu edən şəxs saxlanılıb 

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Belə ki, zərərçəkən polisə müraciət edərək yaşadığı evdən ümumi dəyəri 4000 manat olan qızıl-zinət əşyalarının talandığını bildirib.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 31 yaşlı R.Quliyeva müəyyən olunaraq saxlanılıb.Araşdırma zamanı onun bundan əvvəl də bir nəfərə məxsus planşeti oğurladığı məlum olub.Araşdırmalar davam etdirilir....

15 İyun 2026, 14:44

Dələduzluğa görə axtarışda olan 8 nəfər tutulub 

Dələduzluğa görə axtarışda olan 8 nəfər tutulub.Citypsot.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.Polis əməkdaşlarının iyunun 13-də və 14-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

15 İyun 2026, 10:50