Moskva meri: Son gecə yüzlərlə dron hücumu qeydə alınıb
Dünya 28 İyul 2026, 08:30
450
Rusiya paytaxtı Moskva və ətraf bölgələr 27 iyul axşamı və 28 iyul gecəsi genişmiqyaslı dron hücumuna məruz qalıb.
Citypost.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Moskva meri Sergey Sobyaninin sözlərinə görə, həmin müddətdə Moskva bölgəsinə 390-dan çox pilotsuz uçuş aparatı buraxılıb. Onun bildirdiyinə görə, dronların əksəriyyəti uzaq məsafədə hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib, paytaxta yaxınlaşan 81 dron isə məhv edilib.
TASS agentliyinin hesablamasına əsasən, bu hücum son iki ildə Moskvaya qarşı həyata keçirilən ən böyük dron hücumlarından biri hesab olunur.
Digər bölgələrdə də hücumlar qeydə alınıb. Belqorod vilayətinin Şebekino şəhərində dronun avtobusa zərbə endirməsi nəticəsində 19 nəfər yaralanıb. Ryazan vilayətində isə çoxmənzilli yaşayış binasına dəyən zərbə nəticəsində bir nəfər xəsarət alıb.
Eyni vaxtda Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Rusiyanın gecə saatlarında Ukraynaya 131 hücum dronu buraxdığını açıqlayıb. Bildirilib ki, hava hücumundan müdafiə qüvvələri ölkənin müxtəlif bölgələrində 107 dronu vurub. Bununla belə, bəzi pilotsuz aparatların hədəflərinə çatdığı qeyd olunub.
Həmçinin oxuyun
Sumı vilayətində idarə olunan bombalarla həyata keçirilən gecə hücumu nəticəsində üçü uşaq olmaqla altı nəfər yaralanıb. Xersonda isə səhər saatlarında baş verən atəş nəticəsində bir nəfərin öldüyü bildirilib.
Məlumata görə, Rusiya qüvvələri 28 iyul gecəsi Kiyevə də hücum etməyə cəhd göstərib və paytaxtda partlayış səsləri eşidilib.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“Allah əmr etdi” deyib üç qadını bıçaqladı
Fransanın paytaxtı Parisdə üç qadının bıçaqlandığı hadisə ilə bağlı bir nəfər saxlanılıb. Hücum zamanı iki mətbəx bıçağından istifadə etdiyi bildirilən şübhəli ətrafdakıların müdaxiləsindən sonra zərərsizləşdirilib.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, hadisə iyulun 27-də Parisin Porte de Klişi ərazisində, yerli vaxtla saat 11:30 radələrində qeydə alınıb.19, 24 və 36 yaşlarında üç qadın xəstəxanaya çatdırılıb. Onlardan ikisinin ağır yaralandığı, lakin həyatlarının təhlükədə olmadığı bildirilib. Yerli məlumatlara görə, yaralanan qadınlardan biri hamilədir.Hadisə zamanı şübhəlinin hər iki əlində iri mətbəx bıçağı olduğu və qadınlara hücum etdiyi görüntülənib. Ətrafdakı şəxslər onun qarşısını almaq üçün müdaxilə ediblər.Bildirilib ki, şəxslərdən biri hücumçunun üzərinə çamadan ataraq onu silahlarından...
28 İyul 2026, 13:20
İsraildə seçki öncəsi Netanyahuya əsas rəqib ortaya çıxıb
İsraildə oktyabrın 27-də keçiriləcək parlament seçkiləri öncəsi ölkənin sabiq Baş Qərargah rəisi Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunun əsas rəqibi kimi ön plana çıxıb.Citypost.az İsrail KİV-lərinə istinadən xəbər verir ki, son rəy sorğularına əsasən, Ayzenkotun rəhbərlik etdiyi yeni siyasi qüvvə Likud Partiyasına yaxın nəticə göstərir. O, seçki kampaniyasında ölkənin təhlükəsizliyinin gücləndirilməsi, demokratik institutların qorunması və HƏMAS-ın 7 oktyabr 2023-cü il hücumu ilə bağlı müstəqil dövlət araşdırma komissiyasının yaradılmasını vəd edir.Analitiklərin fikrincə, Ayzenkotun namizədliyi həm mərkəzçi, həm də hökumətdən narazı sağçı seçicilər üçün alternativ kimi qiymətləndirilir.Turan...
28 İyul 2026, 12:20
Atlantikdəki dəyişiklik dünyaya təsir edə bilər - Alimlər AÇIQLADI
Atlantik meridional çevrilmə dövranının (AMOC) zəifləməsi dünyanın müxtəlif bölgələrində hava şəraitinə ciddi təsir göstərə bilər. Kaliforniya Universitetinin Riversayd (UCR) alimlərinin apardığı və Nature Communications jurnalında dərc olunan yeni araşdırmaya görə, bu proses Kaliforniyada daha güclü qasırğa və fırtınalara səbəb ola, eyni zamanda Qrenlandiyada qar yağıntılarının azalmasına gətirib çıxara bilər.Citypost.az jurnala istinadən xəbər verir ki, tədqiqatçılar müəyyən ediblər ki, AMOC-un zəifləməsi okean temperaturunu dəyişdirərək atmosferdə rütubətin paylanmasına və yüksək hündürlük küləklərinin güclənməsinə təsir edir. Nəticədə, Kaliforniya sahillərinə daha çox rütubət daşıyan atmosfer çayları formalaşır və bu da daşqın riskini artırır.Alimlərin proqnozlarına görə, eyni zamanda Qrenlandiya və Arktikada fırtına aktivliyi azalacaq. Araşdırmada...
28 İyul 2026, 12:07
HONOR ilk “Robot Phone” smartfonunu bu tarixdə təqdim edəcək
HONOR şirkəti ilk “Robot Phone” adlandırdığı innovativ smartfonunun təqdimat tarixini açıqlayıb. Yeni model avqustun 12-də təqdim olunacaq. Çində cihaz üçün artıq öncədən sifarişlər qəbul edilir.Citypost.az xəbər verir ki, smartfonun əsas yeniliyi mexaniki asqı sistemi ilə təchiz olunmuş, korpusdan çıxan titan kamera moduludur. Kamera 360 dərəcə fırlana bilir, obyekti avtomatik izləyir və kadrı özü tənzimləyir. Şirkətin məlumatına görə, sistem CIPA 5.5 səviyyəli görüntü sabitləşdirməsi təqdim edir ki, bu da ayrıca gimballa çəkilişə ehtiyacı minimuma endirir.Cihaz üçlü kamera sistemi ilə təchiz olunacaq. Buraya 200 meqapiksellik əsas kamera, 50 meqapiksellik ultra genişbucaqlı kamera və 200 meqapiksellik periskop telefoto obyektiv daxildir. Görüntü emalı sahəsində...
28 İyul 2026, 12:04
İrina Şeyk özündən 11 yaş kiçik basketbolçu ilə eşq yaşayır?
Supermodel İrina Şeyk ilə NBA ulduzu Devin Buker arasında romantik münasibət yaşandığı iddia olunur.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, 40 yaşlı model və 29 yaşlı basketbolçu ötən həftəsonu ABŞ-ın Hamptons kurortunda birlikdə görüntüləniblər. Cütlüyün Şərqi Hamptondakı kafedən birlikdə çıxarkən və daha sonra məşhur Delilah klubunda keçirilən tədbirdə birlikdə vaxt keçirdiyi bildirilir.İddialar məşhurların həyatı ilə bağlı paylaşımlar edən Deuxmoi platformasında yayılan məlumatlardan sonra gündəmə gəlib. Şahidlərin sözlərinə görə, Şeyk və Buker səmimi davransalar da, basketbolçunun məkan daxilində digər qadınlarla da flört etməsi modelin narazılığına səbəb olub.Qeyd edək ki, İrina Şeyk daha əvvəl aktyor Bredli Kuper və NFL ulduzu Tom Bredi...
28 İyul 2026, 12:01
Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb
Türkiyənin Bakırköy prokurorluğunun tanınmış şəxslərlə bağlı apardığı narkotik vasitələrin istifadəsi ilə əlaqədar istintaq çərçivəsində saxlanılan 19 şübhəli barəsində aparılan ekspertizanın nəticələri məlum olub.Citypost.az "Report"a istinadən xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.Məlumata görə, müğənni İlyas Yalçıntaş, Ayşənur Balcı, Orhan Yıldız və Şefik Ömər Dolman barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Qeyd olunub ki, müğənni Sıla Gençoğlu, İrem Haznedar, Aybüke Albere, Ateş İnce, Gökhan Şafak, Buğra Balkaya, Hilal Zeynep Hedbe, Volkan Büyükhanlı, Büşra Tatar, Feyza Cihan və Asude Mercan isə məhkəmənin qərarı ilə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıblar.Ekspertiza nəticələrinə görə, İlyas Yalçıntaş, Ayşənur Balcı, Orhan Yıldız, Akın...
28 İyul 2026, 09:16