Bizə yazın

Baku

-°C

USD

-

ŞAİR ÇİNGİZ ƏLİ OĞLUNUN FƏXRİ XİYABAN HAQQI

Cəmiyyət 11 Avqust 2026, 20:37

394

Azərbaycan ədəbiyyatında elə sənətkarlar var ki, onların yaradıcılıq yolu yalnız yazdıqları şeirlərin sayı ilə ölçülmür. Hemde onların ədəbiyyata xidməti bütöv bir ömrü, tərcüməçilik fəaliyyətini, nəşriyyatçılıq əməyini, milli ədəbi prosesə verdikləri töhfəni və Azərbaycan sözünü dünya ədəbiyyatı ilə bağlayan körpüləri əhatə edir.

Çingiz Əlioğlu da belə sənətkarlardandır.

1944-cü ildə Füzulidə anadan olan Çingiz Əlioğlu yarım əsrdən artıq yaradıcılıq fəaliyyəti ilə Azərbaycan poeziyasının özünəməxsus simalarından birinə çevrilib. Onun yaradıcılıq irsi yalnız şeirlə məhdudlaşmayıb. O, tərcüməçi, redaktor, nəşriyyatçı və mədəniyyət təşkilatçısı kimi də Azərbaycan mədəniyyətinə xidmət edib.

Onun müəllifliyi ilə 50-dən artıq kitabın nəşr edilməsi, əsərlərinin müxtəlif dillərə çevrilməsi və müxtəlif ölkələrdə çap olunması bu yaradıcılığın miqyasını göstərən mühüm faktlardandır. “Nikbinlik”, “Vağzallar... Yollar...”, “Soraqladı sevgi məni”, “Ömür ağacı”, “Alnından ay doğan adam”, “Tanrını tanı”, “Ruhumun həndəsəsi”, “Atlantlar”, “Çərçivə”, “Qapı”, “Qonşunun iti” və digər əsərləri onun çoxillik poetik axtarışlarının nəticəsidir.

Lakin Çingiz Əlioğlunun ədəbiyyat qarşısındakı xidmətlərini yalnız müəllif kitablarının sayı ilə ölçmək düzgün olmaz.

Azərbaycan oxucusuna dünya poeziyasını gətirən tərcüməçi kimisə xatırlanmalıdır.

Çingiz Əlioğlunun yaradıcılığının mühüm istiqamətlərindən biri tərcüməçilikdir.

O, dünya poeziyasının bir sıra böyük nümayəndələrinin əsərlərini Azərbaycan dilinə çevirib. Anna Axmatova, Marina Svetayeva, Nikolay Nekrasov, Yevtuşenko, Marşak, Dementyev, Agniya Barto və digər müəlliflərin əsərlərinin Azərbaycan oxucusuna çatdırılmasında onun misilsiz xidmətləri var.

Xüsusilə “Kalevala” kimi Finlandiyanın milli-mədəni yaddaşının əsas abidələrindən birinin Azərbaycan dilinə tərcüməsi onun tərcüməçi kimi fəaliyyətinin miqyasını göstərən en mühüm nümunədir.

Belə fəaliyyət sadəcə tərcümə işi deyil, 

Hemde Azərbaycan dilinin imkanlarını dünya ədəbiyyatının böyük nümunələri qarşısında sınamaq, iki xalqın ədəbi yaddaşı arasında körpü yaratmaqdır.

O, yalnız şair deyil, Azərbaycan kitabının yaradıcılarından biri olub

Çingiz Əlioğlunun fəaliyyəti Azərbaycan nəşriyyat sistemində də mühüm izler buraxıb.

O, “Gənclik” nəşriyyatında redaktor, böyük redaktor və redaksiya müdiri kimi çalışıb. Daha sonra Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor və Mətbuat və İnformasiya Nazirliyində nəşriyyatlar idarəsinin rəisi vəzifələrində fəaliyyət göstərib.

 şairin xidmətini yalnız öz yazdıqları ilə məhdudlaşmadi. Sənətkar kimi uzun illər ölkənin kitab və nəşriyyat sistemində çalışıbsa, yüzlərlə müəllifin əsərinin oxucuya çatmasına, kitabların hazırlanmasına və Azərbaycan ədəbi mühitinin formalaşmasına xidmət edibsə, bu da onun milli mədəniyyət qarşısındakı milli xidmətinin ayrılmaz hissəsidir.

Çingiz Əlioğlunun fəaliyyəti məhz bu baxımdan daha geniş  qiymətləndirilməlidir.

Çingiz Əlioğlu Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Onun mədəniyyət sahəsindəki fəaliyyəti müxtəlif fəxri fərmanlar, mükafatlar və beynəlxalq təltiflərlə də qiymətləndirilib.

O, Finlandiya Respublikasının Maarif Nazirliyinin təqaüdçüsü olub, Beynəlxalq “Kalevala” cəmiyyətinin üzvü seçilib.

2015-ci ildə Belarus Respublikasının “Fransisk Skorina” medalı ilə təltif edilməsi də onun beynəlxalq mədəni əlaqələrə verdiyi töhfənin göstəricilərindən biridir.

Onun “Çərçivə” kitabının “Kitab sənəti” VII Beynəlxalq müsabiqəsinin baş mükafatına layiq görülməsi isə poetik yaradıcılığından əlavə kitab sənəti və nəşriyyat mədəniyyətinə verdiyi töhfənin də beynəlxalq səviyyədə qiymətləndirildiyini göstərir. Indi Fəxri xiyabanda danisasiyiq.

"Fəxri xiyaban" sadəcə qəbiristanlıq deyil.

O, Azərbaycanın dövlətçilik, elm, mədəniyyət, ədəbiyyat və ictimai fikir tarixində xüsusi xidmətləri olan insanların xatirəsinin yaşadıldığı məkandır.

Təbii ki, Fəxri xiyabanda dəfn olunmaq yalnız bir fəxri adın alınması ilə avtomatik müəyyənləşmir. Bunun üçün ayrıca qərar və müvafiq prosedur məsələsi mövcuddur.

Lakin məhz buna görə Çingiz Əlioğlunun yaradıcılıq irsinin və Azərbaycan mədəniyyətinə xidmətlərinin ictimai və dövlət səviyyəsində yenidən qiymətləndirilməsi məsələsini qaldırmaq tamamilə əsaslıdır.

Çünki söhbət yalnız bir qəbirdən getmir.

Söhbət Azərbaycan ədəbiyyatına yarım əsrdən artıq xidmət etmiş bir sənətkarın milli yaddaşda tutduğu yerin müəyyənləşdirilməsindən gedir.

Əgər bir şair:

— onlarla kitabın müəllifidirsə;

— əsərləri müxtəlif dillərə tərcümə olunubsa;

— dünya poeziyasının seçilən nümayəndələrini Azərbaycan oxucusuna çatdırıbsa;

— “Kalevala” kimi mühüm dünya ədəbiyyatı nümunəsinin Azərbaycan dilində səslənməsinə xidmət edibsə;

— uzun illər nəşriyyat sistemində çalışaraq Azərbaycan kitabının inkişafına töhfə veribsə;

— dövlət tərəfindən fəxri ad və mükafatlarla təltif olunubsa;

— beynəlxalq ədəbi və mədəni qurumlarla əlaqələr yaradıbsa;

— beynəlxalq mükafatlara və medallara layiq görülübsə;

onda onun Azərbaycan mədəniyyətindəki mövqeyinin daha geniş müstəvidə müzakirə olunması təbii və qanunauyğundur.

Azərbaycan ədəbiyyatına və mədəniyyətinə bu miqyasda xidmət etmiş sənətkarların dövlət səviyyəsində son mənzilinin və xatirəsinin müəyyənləşdirilməsində hansı meyarlar əsas götürülür?

Əgər meyar milli mədəniyyətə xidmət, ədəbi irsin miqyası, beynəlxalq tanınma, dövlət təltifləri və uzunmüddətli ictimai-mədəni fəaliyyətidirsə, Çingiz Əlioğlunun irsi bu meyarların ciddi şəkildə müzakirə edilməsinə əsas verir.

Mənim fikrimcə xalqına təmənnasız bu qədər xidmətləri olan şair, Qurd qapısında deyil, Fəxri xiyabanda dəfn olunmali idi. Fəxri xiyaban meselesi , Azərbaycan ədəbiyyatının və milli yaddaşıninin duzgun dəyərləndirilməsi məsələsidir.

Çingiz Əlioğlunun yaradıcılığı yalnız onun yaşadığı dövrə aid deyil.

Şeir kitabları, tərcümələri, redaktə fəaliyyəti, nəşriyyat işi və beynəlxalq ədəbi əlaqələri onun irsini Azərbaycan mədəniyyətinin daha geniş xəritəsinə daxil edir.

Ona görə də Çingiz Əlioğlunun həyat və yaradıcılığının dövlət səviyyəsində yenidən qiymətləndirilməsi, onun Azərbaycan ədəbiyyatındakı yerinin daha obyektiv və geniş şəkildə müəyyənləşdirilməsi və Fəxri xiyabanda dəfn olunmağa layiq sənətkarlar sırasında olub-olmaması məsələsinin açıq şəkildə araşdırılması tamamilə əsaslı ictimai məsələdir. Bu məsələdə Yazıçılar ittifaqının sədri Anar ve Mədəniyyət naziri Adil Kerimov böyük məsuliyyət daşıyır.

Çünki sənətkarın qiyməti yalnız ölümündən sonra qoyulan daşla ölçülmür.

Amma milli yaddaş da ədalətli olmalıdır.

Çingiz Əlioğlu Azərbaycan sözünə  vicdanla xidmət edib.

Azərbaycan sözünə xidmət edənlərin isə tarix qarşısında haqqı unudulmamalıdır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq 

Bakının Binəqədi və Sabunçu rayonlarında iki küçədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.Bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.Bildirilib ki, təmir işləri ilə əlaqədar avqustun 12-də saat 08:00-dan Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Ruslan Allahverdiyev küçəsinin bir hissəsində, saat 11:00-dan isə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsinin bir hissəsində hərəkət dayandırılacaq.Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.Sürücülərdən alternativ yollardan istifadə etmələri, müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş edilir....

11 Avqust 2026, 21:22

Prezident İlham Əliyev Naxçıvanda səfərdədir 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər.CityPost.az  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

11 Avqust 2026, 20:12

İLYAS İSMAYILOV: "SƏMƏD VURĞUN AZƏRBAYCAN XALQININ MİLLİ SƏRVƏTİDİR!"    

Mən Baş Prokuror olarkən Mikayıl Müşfiqin cinayət işinin materialları ilə şəxsən tanış olmuşam.Səməd Vurğun Azərbaycan xalqının yetişdirdiyi ən böyük şairlərindəndir. Əslində o, bizim milli sərvətimizdir. İlhamı bulaq kimi çağlayan, hətta bir neçə gün ərzində böyük poema yazacaq qədər mahir sənətkar olan bu adamın yeganə bədbəxtçiliyi sovet hakimiyyətinin ən repressiv dövründə yaşamış olmasıdır. Bununla belə, bütün çətinliklərə baxmayaraq o, ədəbiyyat xəzinəmizə misilsiz əsərlər vermiş, ölkəmizin dünyaya tanıdılmasında əvəzsiz xidmət göstərmişdir. Xüsusilə, II Dünya müharibəsi dövründə onun qələmə aldığı əsərlər bütün dünyanın mübarizə apardığı alman faşizminə qarşı mübarizədə sözün həqiqi mənasında ideoloji silaha çevrilmişdir. Təsadüfi deyil ki, onun müharibə illərində yazdığı "Ukrayna...

11 Avqust 2026, 16:57

Zəfərdən sonra: Naxçıvan xilaskarlıq qalasından

strateji qovşağa doğru

Prezident İlham Əliyevin Naxçıvana səfəri ölkəmizin ayrı-ayrı regionlarına səfərlərindən daha üstün siyasi-iqtisadi məna daşıyır. Bir əsr əvvəl Qafqazlarda dəyişən siyasi xəritənin ağır mirasına malik bir bölgənin tarixi, geosiyasi mövqeyi və Azərbaycanın müstəqilliyində daşıdığı missiya ölkə başçısının məhz avqust ayında - Amerika Birləşmiş Ştatlarında imzalanan üçtərəfli anlaşmaların ildönümündə razılaşmanın strateji hədəflərinə doğru atılan mühüm addımları kimi dəyərləndirilə bilər. Naxçıvan Azərbaycan dövlətçiliyinin həm ən çətin illərinin yaddaşını özündə əks etdirir, həm də Zəfərdən sonrakı yeni regional arxitekturanın əsas coğrafi dayaqlarından biridir. Azərbaycan tarixində elə ərazilər var ki, onların siyasi çəkisi coğrafi ölçülərindən qat-qat böyükdür. Naxçıvan məhz belə məkandır. 1990-cı illərin əvvəllərində Azərbaycan dövlətçiliyi...

11 Avqust 2026, 15:41

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir 

Bu gün və sabah zəif geomaqnit qasırğası (G1) gözlənilir.Bu barədə  N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.Bildirilib ki, əgər axınlar eyni vaxtda birləşib çatarsa, qasırğanın G2 səviyyəsinədək yüksəlməsi istisna olunmur.Günəş küləyi sürətinin 11-12 avqustda gözlənilən Tac Kütlə Atılmaları (TKA) və Tac Dəliyi Axınlarının (TDA) təsiri ilə normadan yüksək olacaq.

11 Avqust 2026, 13:30

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib 

Daxili İşlər Nazirliyi vətəndaşlara onlayn alış-verişlə bağlı xəbərdarlıq edib.Bu barədə  nazirlikdən məlumat verilib.Bildirilib ki, mütəmadi olaraq aparılan maarifləndirmə tədbirlərinə və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, onlayn alış-veriş zamanı vətəndaşların kiberdələduzluqla üzləşməsi halları hələ də müşahidə olunur.Aparılan araşdırmalar və daxil olan müraciətlər göstərir ki, kiberdələduzlar saxta satış səhifələri yaradaraq müxtəlif məhsulları cəlbedici qiymətlərlə təklif edir, ödəniş alındıqdan sonra isə vətəndaşla əlaqəni kəsərək telefon nömrələrini və sosial şəbəkə hesablarını bloklayırlar:"Bu kimi halların qarşısının alınması məqsədilə vətəndaşlara internet və sosial şəbəkələrdə rastlaşdıqları satış səhifələrinin etibarlılığını əvvəlcədən yoxlamaq, tanımadıqları və etibar etmədikləri şəxslərdən məhsul sifariş etməmək, xüsusilə əvvəlcədən ödəniş tələb olunan təkliflərə qarşı diqqətli olmaq...

11 Avqust 2026, 12:58