Bizə yazın

Baku

-°C

USD

-

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb 

Cəmiyyət 12 Avqust 2026, 10:31

272

Naxçıvan Muxtar Respublikasında 2026-2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsi, habelə abadlıq-quruculuq işləri davam etdiriləcək.

CİTYpOST.AZ  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Naxçıvan MR-in sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi üçün dövlət büdcəsindən və Naxçıvanın büdcəsindən ümumilikdə 258 milyon manat vəsait nəzərdə tutulub.

Həmin vəsaitdən Ordubad rayonunun Tivi kəndində Gilançay üzərində ümumi gücü 15,6 MVt olan Tivi Su Elektrik Stansiyasında tikinti-quraşdırma işlərinin davam etdirilməsi üçün "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə 66 milyon manat, ümumilikdə 156,3 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 420 kilometr olan 2 kəndlərarası, 5 şəhər və 10 kəndin ərazisindəki avtomobil yollarının əsaslı təmiri üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 70 milyon manat (yolların siyahısı əlavə olunur) ayrılıb.

Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksinin tikintisi məqsədilə Elm və Təhsil Nazirliyinə 25 milyon manat, Naxçıvan, Şərur, Culfa, Ordubad və Şahbuz şəhərlərində ümumilikdə 2 164 mənzilli 92 yaşayış binasının tam, Naxçıvan, Culfa və Şərur şəhərlərində cəmi 3 087 mənzilli 70 yaşayış binasının isə yalnız fasad hissəsinin əsaslı təmiri üçün müvafiq şəhər (rayon) icra hakimiyyətlərinə 15 milyon manat, Naxçıvan Muxtar Respublikasında ümumilikdə 640 yerlik 5, o cümlədən Naxçıvan şəhərinin Bulqan kəndində 100 yerlik, Ordubad rayonunun Dəstə kəndində 100 yerlik, Şərur şəhərində 100 yerlik, Culfa rayonunun Əbrəqunus kəndində 240 yerlik, Kəngərli rayonunun Qarabağlar kəndində 100 yerlik yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 20 milyon manat, şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsi məqsədilə ilkin mərhələdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 53 milyon manat, Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində ümumilikdə 122 yaşayış binasının 5 335 mənzilinə xidmət göstərən 45 istilik qazanxanasının əsaslı təmiri üçün müvafiq şəhər (rayon) icra hakimiyyətlərinə 9 milyon manat ayrılıb.

Sərəncamda həmçinin qeyd olunub ki, son illərdə Naxçıvan Muxtar Respublikasının davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi, infrastruktur təminatının və sosial xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, habelə əhalinin məşğulluğunun və rifah halının yaxşılaşdırılması məqsədilə bir sıra mühüm dövlət proqramları və tədbirlər planları təsdiq olunmuş, o cümlədən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", "Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında", "Naxçıvan Sənaye Parkının yaradılması haqqında", "Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında", "Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında", "Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında", "Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpası ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin Fərmanı və sərəncamları qəbul edilib.

Bununla yanaşı, Azərbaycan Prezidentinin 2026-cı il 25 may tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Naxçıvan Muxtar Respublikasında aqrar sektorun modernləşdirilməsi, ekstensiv istehsalatdan intensiv modelə keçid və ərzaq təhlükəsizliyinin təmin olunması, habelə aqrar məhsul istehsalı kooperativləri və onların ittifaqlarının dövlət dəstəyi ilə pilot olaraq yaradılması və fəaliyyətinin dəstəklənməsi istiqamətində mühüm strateji hədəflər müəyyən edilib.

Dövlət proqramlarının və infrastruktur layihələrinin uğurlu icrası nəticəsində Naxçıvan Muxtar Respublikası dinamik inkişafını davam etdirir. Bu çərçivədə Naxçıvan Regional DOST Mərkəzi inşa edilmiş, şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 68 mənzil ayrılıb.

Naxçıvan şəhərində görkəmli memar Əcəmi Naxçıvaninin abidəsi ucaldılıb və hazırda Möminə xatun türbəsində bərpa-konservasiya işləri aparılır.

Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, o cümlədən Naxçıvan şəhərində Regional Rəqəmsal İdarəetmə və SCADA Mərkəzinin, 110/35/10 kV-luq "Naxçıvan", 154/110/10 kV-luq "Babək", Culfa rayonunda 132/110/10 kV-luq "Culfa" və Babək rayonunda 110/35/10 kV-luq "Çeşməbasar" elektrik yarımstansiyalarının inşası başa çatdırılmışdır və 400/330/110 kV-luq "Naxçıvan çevirici qovşaq" yarımstansiyasının tikintisinə hazırlıq işləri aparılır.

Azərbaycanın ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində yaşıl enerji zonası elan olunmuş muxtar respublikada ümumi gücü 50 MVt olan "Şəms 1" və "Üfüq" günəş elektrik stansiyalarının, habelə gücü 36 MVt olan "Ordubad" və 15,6 MVt olan "Tivi" su elektrik stansiyalarının inşası davam etdirilir.

Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində də işlər davam etdirilir, o cümlədən 194,2 kilometrlik təkxətli Naxçıvan dəmir yolu xəttinin 7 kilometrlik hissəsində tikinti işləri aparılır.

Hazırda Naxçıvan Sənaye Parkının, Naxçıvan şəhərində 518 mənzilli sosial evlərin və yeni otel kompleksinin tikintisinə başlanılması üçün müvafiq tədbirlər görülür.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edilib 

Nərminə Elsevər qızı Mustafayeva Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.CityPost.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

12 Avqust 2026, 11:42

Saday Şəkərlinin Avropada yeni kitabları nəşr edilib

Bu ili tanınmış şair Saday Şəkərli üçün yaradıcılıq baxımçından çox uğurlu il hesab etmək olar. Onun son iki ayda Avropada beş kitabı işıq üzü görüb. Sonuncu kitab “Üç poema”, (Trilogiya) adlanır. Bu kitaba “lənətlənmiş cənnət və ya azadlıq şərqisi”, “Sürgün” və “Tənha keçən”... poemaları daxil edilir. Kitabın tərcüməçisi Vika Krutu (Almaniya), redaktoru Tariyel Azərtürk (ABŞ), tərcüməçisi isə Ukraynalı İrina Solıtskayadır.Xatırladaq ki, bu kitaba qədər Saday Şəkərlinin “Mən səndən ayrılmazdım”...(ana dilində), “Vuruş sözüm”, “Ümid işığı” (fransız dilində) və “Ümiddən uzun” (ingilis dilində) şeirlər kitabları nəşr olunub.Müşərrəfxanım...

12 Avqust 2026, 10:45

Qərar verməkdə çətinlik çəkənlər: "Analiz iflicı" sindromundan necə qurtulmalı?

Gündəlik həyatda, iş mühitində və ya şəxsi seçimlərdə ən sadə məsələdən tutmuş vacib həyat qərarlarına qədər hər bir xırdalığı həddindən artıq dərəcədə düşünmək, bütün ehtimalları dəfələrlə hesablamaq və nəticədə heç bir addım ata bilməmək müasir dövrün ən yayğın psixoloji problemlərindən biridir. Psixologiyada "analiz iflici" (analys paralysis) adlandırılan bu vəziyyət, insanın mövcud variantları, riskləri və məlumatları həddindən artıq təhlil etməsi nəticəsində qərar vermə qabiliyyətini müvəqqəti olaraq itirməsi ilə xarakterizə olunur. Seçimlərin bolluğu, səhv etmək qorxusu və mükəmməllik həsrəti insanı fəaliyyətsizliyə yönəldərək zehni yorğunluq və gərginlik yaradır.Citypost.az xəbər verir ki, analiz iflicinin yaranmasında ən böyük amil "mükəmməl seçim" axtarışı və tam informasiya...

12 Avqust 2026, 09:53

Səssiz ziyalılıq  

İnsan ömrünü yalnız illərin sayı ilə ölçmək mümkün deyil. Əsl ömür insanın yaşadığı illərin arxasında qoyduğu iz, qazandığı hörmət, yaratdığı dəyərlər və insanların yaddaşında tutduğu yer ilə ölçülür. Bəzən bir insan haqqında danışmaq onun keçdiyi həyat yolunu sadalamaqdan daha çox, həmin ömrün mənəvi mahiyyətini anlamağa çalışmaq deməkdir.Elə insanlar var ki, onları bir sözlə təqdim etmək çətindir. Onların həyatında elm də var, peşə də, sənətə sevgi də, insanlara münasibətdə özünəməxsus bir mədəniyyət də. Belə şəxsiyyətləri tanıdıqca anlayırsan ki, insanın zənginliyi yalnız sahib olduğu bilik və titullarla deyil, onları hansı mənəvi keyfiyyətlərlə daşıması ilə müəyyənləşir.Hüquq elmləri doktoru, ziyalı Simran Həsənov da mənim...

12 Avqust 2026, 09:43

Şuşa azad olunanda Putin... – Əliyevdən diqqətçəkən sözlər 

Biz tarixi həm olduğu kimi bilməliyik, həm unutmamalıyıq və tarixin təhrifinə, o cəhdlərə heç vaxt imkan verməməliyik.CityPost.az  xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.“O vaxt – noyabrın 9-da Şuşa işğaldan azad olunandan sonra Rusiya Prezidentinin vasitəsilə üçtərəfli danışıqlar gedirdi. Mən qəti təkid edirdim ki, imzalanacaq bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhliz mütləq öz əksini tapmalıdır. Ermənistan tərəfi buna razılıq vermək istəmirdi. Ancaq onun o qədər də böyük alternativləri də yox idi. Müharibə davam etdirilsəydi, əlbəttə, biz də itkilər verəcəkdik, amma Ermənistan daha çox itki verəcəkdi. Çünki onların qoşunları demək olar ki, mühasirədə...

12 Avqust 2026, 09:24

Prezidentin sosial şəbəkə hesabında Naxçıvana səfəri ilə bağlı videoçarx paylaşılıb 

Prezident İlham Əliyevin "X" sosial şəbəkəsindəki hesabında dövlət başçısının Naxçıvana səfəri ilə bağlı videoçarx paylaşılıb.CityPost.az  paylaşımı təqdim edir:Qədim diyarımız Naxçıvan! pic.twitter.com/FlnhWH8lvx— İlham Əliyev (@azpresident) August 11, 2026

11 Avqust 2026, 23:06