Bizə yazın

Baku

-°C

USD

-

Şəhərin qarmaqarışıq vətəndaşları: Şişdən tutmuş metroya və “lisenziyasız gözəlliyə” qədər 

Cəmiyyət 13 Avqust 2026, 11:28

648

Yay fəslidir, amma bizimkıların “hərarəti” havadan daha yüksəkdir. Yardımlıda bir vətəndaş çayın soyuq gəlməyini “milli faciə” kimi qəbul edib, əlinə keçən şişi manqalda qızdırıb arvadına “dağ” basır. Şiş, bax, belə bir alətdir: kabab bişirmək üçün də istifadə olunur, arvad-uşaq “tərbiyələndirmək” üçün də. Məhkəmə də çox təəccüblənib, sanki Yardımlı dağlarında şişlə "işgüzar münasibətlər" qurulmasının yeni hüquqi presedent olduğunu bilmirmiş kimi.

Həmin vaxt Hacıqabulda da başqa bir “ailə məhkəməsi” qapıdadır. Qayınata kürəkəni odun parçasıyla elə bir “tərbiyə” edib ki, hüquqşünaslar da, məhkəmə də məsələnin belə tez “barışıqla” həll olunmasına mat qalıb. Görünür, bizim cəmiyyətdə qanunvericilik bir yana, "odun və şiş konstitusiyası" daha sürətli işləyir.

 Amma paytaxt Bakıya gələndə hava bir qədər də ağırlaşır. Küçədə gecələyən yaşlı qadının “üç övladı var” xəbəri sosial şəbəkələri silkələyir. Görəsən, o üç övladın anasını küçəyə qoymaq üçün hansı ürək, hansı vicdan lazımdır? Yoxsa onlar da özləri üçün "soyuq çay" bəhanəsi axtarırlar? Bəlkə də, heç bəhanəyə də ehtiyac yoxdur – sadəcə, insanlıq artıq gündəlik həyatın bir parçası olmaqdan çıxıb, "lazımsız yük" kimi kənara atılıb.

 Hələ bu azmış kimi, Bakıda "gözəllik də qurban tələb edir" prinsiri ilə işləyən lisenziyasız kosmetoloji mərkəzlər üzə çıxır. Sən demə, paytaxtın ortasında hansısa mərkəz heç bir kağız-kuğuz, lisenziya tanımadan xalqa “gözəllik bəxş edirmiş”. İnsanlarımızın üzünə elə “kosmetik” toxunurlar ki, adamın ya üzü qalır, ya da cəriməsi. Yardımlıda ər arvadın dərisini şişlə “düzəldir”, Bakıda isə kosmetoloqlar lisenziyasız iynə-dərmanla. Ferma, sex, yoxsa salon – fərqi yoxdur, əsas odur ki, qanunsuzluq üçün hər yerdə bol şərait var.

 Və bütün bu “yük”ün üstünə metronun da əhalini xərcə salması gəlir. “Nizami” ilə “28 May” arasındakı 11 aylıq fasilə, o əlavə 60 qəpiklik avtobuslar... Ekspertlər “qəza riski azalsın”, “müasir standartlar olsun” deyə izahat verirlər. Əlbəttə, hər şey vətəndaşın rifahı üçün! Amma vətəndaşın rifahı həmin o 60 qəpiklərin yığılmasından keçirsə, gələcəkdə bəlkə də, metroya girmək üçün də "şiş istiliyi" qədər əzab çəkməli olacağıq.

Yardımlıda şiş, Hacıqabulda odun, Bakı küçələrində çarəsizlik, lisenziyasız kosmetoloji "möcüzələr" və metroda qəpik-qəpik hesablanan gələcək... Biz necə bir zamanda yaşayırıq? Bəlkə, bütün bu hadisələr bir-birindən xəbərsiz deyil? Bəlkə, şişin qızdığı manqaldan çıxan tüstü bütün ölkəni bürüyüb, gözümüzü kor edib, ürəyimizi daşlaşdırıb?

 Allah sonumuzu xeyir eləsin, amma görünən budur ki, hələ uzun müddət "soyuq çay" içəcəyik – həm məcazi, həm də əsl mənada.

 Şəmsi Qoca 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

MÜBARİZ ƏHMƏDOĞLU HƏYASIZLIĞINA QISA CAVAB  

Paho, Azərbaycanın ən gopçu politoloqu kimi tanınan Mübariz Əhmədoğlu da son günlərin mövzusu ilə bağlı müdrik fikirlərini səsləndirməyi vacib sayıb. Tipik bir məzhəbçi zehniyyətə sahib Mübariz Əhmədoğlu da daxil xeyli adamlar arqumentləri tükənəndə birdən-birə Türkiyədə diqqət çəkmək üçün guya Səfəvilər mövzusu müzakirəyə çıxaranların FETO və ya Gülənçiliklə əlaqəli olduğunu vurğulamağa çalışırlar. Bu mənə daha çox nəyi xatırladır? Demək hansısa sağlam fikrin önünün kəsilməsi üçün bunların düşünə biləcəkləri deyəsən başqa bir böhtan tapılmır.  Səfəvi məsələsində qardaş Türkiyəmizə qarşı nifrətlərini ört-bas etmək üçün anti-Osmanlı görüntüsü verməsinlər deyə yeni bir tendensiya tapmışlar. Azərbaycanda yazdığı əsərlərində illərdir məzhəbçiliyin və təriqətçiliyin İslama vurduğu zərbəni açıq...

13 Avqust 2026, 12:03

MEYXANAYA “YOX!” DEMƏYİN VAXTIDIR!  

Meyxana söz sənəti, ədəbi-estetik zövq və sosial-mədəni fenomen kimi mübahisəlidir.  Onu Azərbaycan mədəni həyatında uzun müddətdir mövcud olan, xüsusilə şifahi improvizasiya, ritmik söz demək və qarşılıqlı deyişmə üzərində qurulan folklor hadisəsi hesab etmək olarmı? Meyxana  haqqında danışarkən iki fərqli məsələ: birincisi, meyxananın tarixi-mədəni fenomen kimi mövcudluğu; ikincisi isə onun ayrı-ayrı nümunələrinin bədii, dil və estetik keyfiyyəti çoxlu suallar doğurur. Meyxananı bütövlükdə bir sənət növü kimi qiymətləndirmək düzgün deyil, onun bayağı, kobud, söyüş və təhqir üzərində qurulan nümunələrini tənqid etmək isə zamanın tələbidir. Meyxananın əsas problemi  sözün sənət səviyyəsindən məişət səviyyəsinə enməsidir. Söz sənətinin əsas xüsusiyyətlərindən biri fikrin sadəcə ifadə edilməsi deyil, onun bədii...

13 Avqust 2026, 10:52

Bu tarixdə dəhşətli istilər gəlir: Rekord qırılacaq 

2026-cı ilin avqustu tarixə ən isti avqust ayı kimi düşəcək.Citypost.az xəbər verir ki, bu barədə Yaponiyanın Meteorologiya Agentliyinin (JMA) hazırladığı JRA-3Q qlobal atmosfer təhlilində bildirilib.Məlumata əsasən, avqustun ilk 11 günündə Yer kürəsində orta qlobal hava temperaturu 17,03°C təşkil edib. Bu rəqəm adətən 14-15 olurdu.Beləliklə, temperatur göstəriciləri bu səviyyədə davam edərsə, 2026-cı ilin avqustu tarixdə ən isti avqust ayı kimi düşə bilər.Qeyd edək ki, 2026-cı ildə qlobal temperaturun rekord səviyyələrə çatacağı ilə bağlı beynəlxalq iqlim proqnozları da mövcuddur. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 2026–2030-cu illər arasında ən azı bir ilin 2024-cü ilin rekordunu geridə qoyması ehtimalı 86 faiz qiymətləndirilir. (Globalinfo.az)...

13 Avqust 2026, 10:10

Elnur Məmmədovun ailəsində - Ağır itki

Xarici işlər nazirinin müavini Elnur Məmmədova ağır itki üz verib.Sfera.az xəbər verir ki, nazir müavininin atası İsrafil Məmmədov vəfat edib.Qeyd edək ki, E.Məmmədov Milli Məclisin deputatı Nigar Məmmədova ilə evlidir./qafqazinfo

13 Avqust 2026, 10:07

Kəmaləddin Heydərov Baş İdarəni ləğv etdi 

Fövqəladə Hallar Nazirliyində (FHN) Baş İdarə ləğv edilib.cİTYpOST.AZ  xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, dövlət qurumlarında aparılan müvafiq struktur islahatları çərçivəsində FHN-nin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsi ləğv olunub.Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.Qeyd edək ki, 24 dekabr 2024-cü ildən sözügedən idarənin rəisi polkovnik Kənan Aşurov idi. O, mərhum hüquqşünas, sabiq polis rəisi İsaxan Aşurovun oğludur....

13 Avqust 2026, 10:06

AzTV-nin əməkdaşı dənizdə bataraq ölüb 

AzTV-nin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Məmmədli Məqsəd Əlisahib oğlu dənizdə boğularaq ölüb.CityPost.az  xəbər verir ki, bu barədə AzTV-nin “Facebook” hesabında məlumat verilib.Onun İnformasiya Proqramları studiyasının prodüseri olduğu bildirilir.

12 Avqust 2026, 21:39