MÜBARİZ ƏHMƏDOĞLU HƏYASIZLIĞINA QISA CAVAB
Cəmiyyət 13 Avqust 2026, 12:03
478
Paho, Azərbaycanın ən gopçu politoloqu kimi tanınan Mübariz Əhmədoğlu da son günlərin mövzusu ilə bağlı müdrik fikirlərini səsləndirməyi vacib sayıb. Tipik bir məzhəbçi zehniyyətə sahib Mübariz Əhmədoğlu da daxil xeyli adamlar arqumentləri tükənəndə birdən-birə Türkiyədə diqqət çəkmək üçün guya Səfəvilər mövzusu müzakirəyə çıxaranların FETO və ya Gülənçiliklə əlaqəli olduğunu vurğulamağa çalışırlar. Bu mənə daha çox nəyi xatırladır? Demək hansısa sağlam fikrin önünün kəsilməsi üçün bunların düşünə biləcəkləri deyəsən başqa bir böhtan tapılmır. Səfəvi məsələsində qardaş Türkiyəmizə qarşı nifrətlərini ört-bas etmək üçün anti-Osmanlı görüntüsü verməsinlər deyə yeni bir tendensiya tapmışlar. Azərbaycanda yazdığı əsərlərində illərdir məzhəbçiliyin və təriqətçiliyin İslama vurduğu zərbəni açıq şəkildə ifadə edən Fazil Mustafaya xüsusi həyasızlıqla bu cür böhtanlar yönəldilməsi təsadüfi deyil. Qonşu dövlətin xüsusi xidmət orqanlarının şəxsimə qarşı 2023-cü ildə düzənlədiyi sui-qəsdi törədənlər etiraf edirdilər ki, onlara sosial şəbəkədə Fazil Mustafa ilə bağlı FETO böhtanının atılmasını xüsusi olaraq tapşırmışdılar. Bu istintaqda təsdiq olunan ifadələrdir. İndi baxıram ki, bu gopçu politoloq Mübariz Əhmədoğlu və digərləri həmin ittihamın sifarişini sanki terrorçularla eyni mənbədən almışlar. Maraqlıdır ki, biz Elçibəy məktəbni keçmiş insanlar üçün hansı müstəvidə oluruqsa olaq, Azərbaycanın dövlət maraqlarınından uca heç bir məqam tanımırırq. Bir Azərbaycan vətəndaşının bir Hizbullaçı, bir İŞİD-çı, bir FETO-çu, bir Qumçu, bir Gülənçi, PKK-çı, YPQ-çi olması və yaxud Azərbaycan və qardaş Türkiyənin maraqlarına qarşı çıxan digər məzhəbçi və təriqətçi olması şəxsən mənim anlayışıma görə Vətənin namusunu satmaq deməkdir. Dövlət də, millət də bizim bu Vətən üçün hansı fədakarlığı etdiyimizi, hətta canımızı necə ortaya qoyduğumuzu dəqiqliklə bilir. Belə namussuzluğu bəlkə də Mübariz Əhmədoğlu və başqa ona bənzərlər rahatlıqla edə bilərlər və yenə də onların qarşısında bu dövlətin marağını bizlər qoruyacağıq. Bu şəxslərin xəstə düşüncələrini istənilən platformada darmadağın etmək mənim üçün qətiyyət çətinlik yaratmır, ancaq bunlar müzakirə yerinə üzərimizə böhtan və təhqirlə gəlirlər. Yazdığım, söylədiyim bütün fikirlərin arxasındayam, lazım bildiyim bütün platformalarda da Azərbaycan Respublikasının ali maraqlarının qorunması üçün yenə də vəzifəmdən, ictimai mövqeyimdən asılı olmadan ardıcıl mübarizə aparacağam. Yeni kitabımın Mübariz Əhmədoğlu və onun kimi geriçi ünsürlərin bütün içiboş nağıllarının ifşasını və dövlətimiz üçün zərərini daha aydın şəkildə göstərəcəkdir.
Milli Məclisin deputatı Fazil Mustafa
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Şəhərin qarmaqarışıq vətəndaşları: Şişdən tutmuş metroya və “lisenziyasız gözəlliyə” qədər
Yay fəslidir, amma bizimkıların “hərarəti” havadan daha yüksəkdir. Yardımlıda bir vətəndaş çayın soyuq gəlməyini “milli faciə” kimi qəbul edib, əlinə keçən şişi manqalda qızdırıb arvadına “dağ” basır. Şiş, bax, belə bir alətdir: kabab bişirmək üçün də istifadə olunur, arvad-uşaq “tərbiyələndirmək” üçün də. Məhkəmə də çox təəccüblənib, sanki Yardımlı dağlarında şişlə "işgüzar münasibətlər" qurulmasının yeni hüquqi presedent olduğunu bilmirmiş kimi.Həmin vaxt Hacıqabulda da başqa bir “ailə məhkəməsi” qapıdadır. Qayınata kürəkəni odun parçasıyla elə bir “tərbiyə” edib ki, hüquqşünaslar da, məhkəmə də məsələnin belə tez “barışıqla” həll olunmasına mat qalıb. Görünür, bizim cəmiyyətdə qanunvericilik bir yana, "odun və şiş konstitusiyası" daha sürətli...
13 Avqust 2026, 11:28
MEYXANAYA “YOX!” DEMƏYİN VAXTIDIR!
Meyxana söz sənəti, ədəbi-estetik zövq və sosial-mədəni fenomen kimi mübahisəlidir. Onu Azərbaycan mədəni həyatında uzun müddətdir mövcud olan, xüsusilə şifahi improvizasiya, ritmik söz demək və qarşılıqlı deyişmə üzərində qurulan folklor hadisəsi hesab etmək olarmı? Meyxana haqqında danışarkən iki fərqli məsələ: birincisi, meyxananın tarixi-mədəni fenomen kimi mövcudluğu; ikincisi isə onun ayrı-ayrı nümunələrinin bədii, dil və estetik keyfiyyəti çoxlu suallar doğurur. Meyxananı bütövlükdə bir sənət növü kimi qiymətləndirmək düzgün deyil, onun bayağı, kobud, söyüş və təhqir üzərində qurulan nümunələrini tənqid etmək isə zamanın tələbidir. Meyxananın əsas problemi sözün sənət səviyyəsindən məişət səviyyəsinə enməsidir. Söz sənətinin əsas xüsusiyyətlərindən biri fikrin sadəcə ifadə edilməsi deyil, onun bədii...
13 Avqust 2026, 10:52
Bu tarixdə dəhşətli istilər gəlir: Rekord qırılacaq
2026-cı ilin avqustu tarixə ən isti avqust ayı kimi düşəcək.Citypost.az xəbər verir ki, bu barədə Yaponiyanın Meteorologiya Agentliyinin (JMA) hazırladığı JRA-3Q qlobal atmosfer təhlilində bildirilib.Məlumata əsasən, avqustun ilk 11 günündə Yer kürəsində orta qlobal hava temperaturu 17,03°C təşkil edib. Bu rəqəm adətən 14-15 olurdu.Beləliklə, temperatur göstəriciləri bu səviyyədə davam edərsə, 2026-cı ilin avqustu tarixdə ən isti avqust ayı kimi düşə bilər.Qeyd edək ki, 2026-cı ildə qlobal temperaturun rekord səviyyələrə çatacağı ilə bağlı beynəlxalq iqlim proqnozları da mövcuddur. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 2026–2030-cu illər arasında ən azı bir ilin 2024-cü ilin rekordunu geridə qoyması ehtimalı 86 faiz qiymətləndirilir. (Globalinfo.az)...
13 Avqust 2026, 10:10
Elnur Məmmədovun ailəsində - Ağır itki
Xarici işlər nazirinin müavini Elnur Məmmədova ağır itki üz verib.Sfera.az xəbər verir ki, nazir müavininin atası İsrafil Məmmədov vəfat edib.Qeyd edək ki, E.Məmmədov Milli Məclisin deputatı Nigar Məmmədova ilə evlidir./qafqazinfo
13 Avqust 2026, 10:07
Kəmaləddin Heydərov Baş İdarəni ləğv etdi
Fövqəladə Hallar Nazirliyində (FHN) Baş İdarə ləğv edilib.cİTYpOST.AZ xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, dövlət qurumlarında aparılan müvafiq struktur islahatları çərçivəsində FHN-nin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsi ləğv olunub.Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.Qeyd edək ki, 24 dekabr 2024-cü ildən sözügedən idarənin rəisi polkovnik Kənan Aşurov idi. O, mərhum hüquqşünas, sabiq polis rəisi İsaxan Aşurovun oğludur....
13 Avqust 2026, 10:06
AzTV-nin əməkdaşı dənizdə bataraq ölüb
AzTV-nin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Məmmədli Məqsəd Əlisahib oğlu dənizdə boğularaq ölüb.CityPost.az xəbər verir ki, bu barədə AzTV-nin “Facebook” hesabında məlumat verilib.Onun İnformasiya Proqramları studiyasının prodüseri olduğu bildirilir.
12 Avqust 2026, 21:39