Bizə yazın

Baku

-°C

USD

-

Arterial təzyiq qalxanda nə etməli? – Ev şəraitində ilk yardım üsulları

Tibb 13 Avqust 2026, 17:27

2148

Yüksək arterial təzyiq (hipertoniya) qəfildən meydana çıxdıqda orqanizm, xüsusən ürək-damar sistemi üçün ciddi təhlükə yaradır. Təzyiqin anidən yüksəlməsi başağrısı, başgicəllənmə, gicgahlarda sızıltı, ürəkbulanma, təngnəfəslik kimi əlamətlərlə özünü büruzə verir. Bu zaman vahiməyə düşmədən, təcili tibbi yardım gələnədək ev şəraitində doğru ilk yardım addımlarını atmaq hayati əhəmiyyət kəsb edir.

Citypost.az xəbər verir ki, təzyiq qalxdıqda birinci növbədə xəstəni tam sakitləşdirmək, fiziki hərəkəti dayandırmaq lazımdır. Həyəcan, qorxu hissi qanda adrenalin səviyyəsini artıraraq təzyiqi daha da yüksəldir. Şəxsi yarıoturaq vəziyyətdə əyləşdirmək, belinə rahat söykənəcək yaratmaq, sıxıcı geyimlərin yaxasını açmaq məqsədəuyğundur. Otağın pəncərəsini açaraq məkana bol təmiz havanın daxil olmasını təmin etmək nəfəsalmanı rahatlaşdırır.

İkinci təsirli addım dərin, sakit tənzimlənən tənəffüs məşqi etməkdir. Burnundan yavaşca dərin nəfəs alıb, nəfəsi bir neçə saniyə saxladıqdan sonra ağızdan yavaş-yavaş vermək sinir sistemini sakitləşdirir, damarların gərginliyini azaldır. Həmçinin ayaqları, baldırları ilıq-isti su dolu qaba qoymaq, yaxud baldır nahiyəsinə isidici kağızı qoymaq qanın aşağı ətraflara axınını sürətləndirərək beynin, ürəyin qan damarlarındakı təzyiqi müəyyən qədər endirməyə kömək edir.

Üçüncü vacib məqam dərman qəbulu ilə bağlıdır. Əgər həkim tərəfindən öncədən təyin olunmuş arterial təzyiq salıcı təcili preparatlar varsa, təlimata uyğun olaraq qəbul edilməlidir. Özbaşına, dozasını bilmədən güclü dərmanlar içmək təzyiqin kəskin düşməsinə yol açaraq daha təhlükəli fəsadlar törədə bilər. Təzyiq 180/110 mm c.st. həddini keçdikdə, döş qəfəsində şiddətli ağrı, nitq pozuntusu, uyuşma müşahidə olunduqda dərhal təcili tibbi yardım çağırılmalıdır.

Səkinə Yusifova/Citypost.az

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ağzınızı açanda çənənizdən səs gəlirsə, bu nədən xəbər verir? – Mütəxəssisdən AÇIQLAMA

Ağzı açarkən çənə nahiyəsindən klik, xırtıltı və ya digər səslərin gəlməsi bir çox insanın qarşılaşdığı haldır. Bəzi insanlar bunu adi vəziyyət hesab edir və ağrı olmadığı müddətdə həkimə müraciət etməyə ehtiyac görmürlər. Lakin mütəxəssislərin sözlərinə görə, çənə oynağından gələn səslər hər zaman zərərsiz olmaya bilər. Xüsusilə bu səslər təkrarlanırsa, zaman keçdikcə artırsa və ağrı, ağızın açılmasında çətinlik və ya çənədə hərəkət məhdudluğu ilə müşayiət olunursa, vəziyyətin araşdırılması vacibdir.Citypost.az xəbər verir ki , həkimlər bildirirlər ki, çənə oynağından səs gəlməsinin müxtəlif səbəbləri ola bilər. Bunlardan biri çənə oynağında yerləşən diskin normal vəziyyətindən dəyişməsidir. Çənə hərəkət etdikdə oynaqdakı strukturların qarşılıqlı hərəkəti nəticəsində...

08 Sentyabr 2026, 10:37

Zob xəstəsi ömür boyu dərman qəbul etməlidirmi? – Mütəxəssisdən açıqlama

Qalxanabənzər vəz, yəni xalq arasında daha çox “zob” adlandırılan xəstəlikləri olan insanların ən çox verdiyi suallardan biri dərmanların nə qədər müddət qəbul edilməli olması ilə bağlıdır. Bir çox pasiyent düşünür ki, zob diaqnozu qoyulduqdan sonra ömrünün sonuna qədər dərman qəbul etməyə məcbur olacaq. Lakin mütəxəssislərin sözlərinə görə, bu suala hamı üçün eyni cavab vermək mümkün deyil. Çünki qalxanabənzər vəzin müxtəlif xəstəlikləri mövcuddur və hər xəstəliyə fərqli yanaşma tələb olunur.Citypost.az xəbər verir ki, bəzi xəstələrdə dərman müalicəsi uzunmüddətli, hətta ömürlük ola bilər. Digər xəstələrdə isə müəyyən müddət aparılan müalicədən sonra dərmanların dayandırılması mümkündür. Bu, əsasən xəstəliyin növündən, qalxanabənzər vəzin vəziyyətindən və...

08 Sentyabr 2026, 09:37

Bel yırtığı ağrıları öz-özünə keçə bilər? – Mütəxəssislər AÇIQLADI

Bel yırtığı nəticəsində yaranan bel və ayaq ağrıları bir çox insanın qarşılaşdığı sağlamlıq problemlərindən biridir. Lakin mütəxəssislərin sözlərinə görə, hər bel yırtığı eyni şəkildə inkişaf etmir və bütün xəstələrdə eyni müalicə nəticəsini vermir. Xəstənin yaşı, fiziki vəziyyəti, yanaşı xəstəliklərinin olub-olmaması və yırtığın yaratdığı təsirlər sağalma prosesində mühüm rol oynayır.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bel yırtığı nəticəsində yaranan bel ağrıları və ya ayağa yayılan ağrılar bəzi hallarda zaman keçdikcə öz-özünə azala və aradan qalxa bilər. Bu vəziyyət daha çox gənc, fiziki cəhətdən sağlam və başqa ciddi xəstəlikləri olmayan insanlarda müşahidə edilir.Xüsusilə gənc yaşlarda orqanizmin bərpa imkanlarının daha yüksək olması,...

08 Sentyabr 2026, 08:34

Səpki solmursa, diqqətli olun – Meningit XƏBƏRDARLIĞI

Meningit sürətlə inkişaf edə bilən və bəzi hallarda həyati təhlükə yaradan ciddi xəstəliklərdən biridir. Xəstəliyin ilkin əlamətləri bəzən adi virus infeksiyasını xatırlada bilər. Lakin yüksək hərarət, güclü baş ağrısı, boyun sərtliyi, qusma, işığa həssaslıq, yuxululuq və huşun dəyişməsi kimi əlamətlərin bir arada müşahidə olunması ciddi diqqət tələb edir. Xüsusilə meningokok infeksiyası zamanı vəziyyət qısa müddətdə ağırlaşa bildiyi üçün xəstəliyin əlamətlərini vaxtında tanımaq və tibbi yardıma gecikməmək mühüm əhəmiyyət daşıyır.Meningokok meningitinin diqqət çəkən əlamətlərindən biri də dəridə meydana çıxa bilən səpkilərdir. Bu səpkilər xırda qırmızı və ya bənövşəyi nöqtələr şəklində görünə bilər. Onların üzərinə təzyiq göstərildikdə rənginin dəyişməməsi, yəni solmaması ciddi...

07 Sentyabr 2026, 10:30

Astmanın müalicəsində integrativ yanaşma necə tətbiq olunur? – Mütəxəssisdən AÇIQLAMA

Astma tənəffüs yollarının xroniki iltihabı ilə müşayiət olunan və dünyanın milyonlarla insanının həyat keyfiyyətinə təsir göstərən xəstəliklərdən biridir. Xəstəlik müxtəlif insanlarda fərqli formada özünü göstərə bilər. Bəzi pasiyentlərdə əsas problem dövri öskürək olduğu halda, digərlərində boğulma tutmaları, nəfəs darlığı, sinədə sıxılma hissi və ya vızıltılı tənəffüs daha qabarıq şəkildə müşahidə edilir.Citypost.az xəbər verir ki, mütəxəssislərin fikrincə, astmanın müalicəsində əsas məqsəd yalnız tutma zamanı yaranan şikayətləri aradan qaldırmaq deyil, həm də xəstəliyin nəzarətdə saxlanılması, tənəffüs yollarındakı iltihabın azaldılması və gələcək tutmaların qarşısının alınmasıdır. Bu baxımdan bəzi hallarda standart tibbi müalicəyə əlavə olaraq həyat tərzi, qidalanma, tənəffüs vərdişləri və digər dəstəkləyici üsulları...

07 Sentyabr 2026, 09:30

Təzyiq dərmanı niyə özbaşına kəsilməməlidir? Həkimlər AÇIQLADI 

Yüksək arterial təzyiq, yəni hipertoniya dünyada ən geniş yayılmış ürək-damar problemlərindən biridir. Bu xəstəliyin əsas təhlükələrindən biri isə onun bəzən uzun müddət heç bir ciddi əlamət vermədən davam etməsidir. İnsan özünü yaxşı hiss etdikdə, təzyiqi normallaşdıqda və ya dərmanı qəbul etdikdən sonra vəziyyətinin yaxşı olduğunu gördükdə bəzi hallarda dərmanlarını özbaşına dayandırır. Mütəxəssislər isə bildirirlər ki, bu yanaşma ciddi fəsadlara səbəb ola bilər.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, arterial təzyiq üçün təyin olunan dərmanların əsas məqsədi sadəcə təzyiqi həmin an aşağı salmaq deyil. Bu preparatlar təzyiqin uzunmüddətli nəzarətdə saxlanmasına, ürək-damar sisteminin qorunmasına və gələcəkdə yarana biləcək ağırlaşmaların riskinin azaldılmasına xidmət...

07 Sentyabr 2026, 08:30