Bizə yazın

Baku

-°C

USD

-

Bakıda ən çox bina bu rayonda söküləcək - YENİ AÇIQLAMA

Cəmiyyət 19 Avqust 2026, 19:38

455

Bakı şəhərinin Baş Planı 30 dekabr 2023-cü il tarixli Nazirlər Kabinetinin 504 nömrəli qərarı ilə təsdiqlənib.

Citypost.az Sfera.az-a istinadən bildirir ki, planda yaşayış fondunun yenilənməsi, qəzalı binaların sökülməsi, ərazilərin regenerasiyası və infrastrukturun inkişafı nəzərdə tutulur.

Baş Plan paytaxtın demək olar ki, bütün rayonlarını əhatə edir. Maraqlıdır ki, plana əsasən Bakının hansı rayonlarında sökünütü işləri aparılacaq? Hansı binalar ilkin mərhələdə söküləcək?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc BAKU.WS-ə bildirib ki, sökülən binaların yerində yeni yaşayış komplekslərinin tikilməsi nəzərdə tutulursa, bunun üçün investor cəlb edilməli, yaxud layihə dövlət və özəl sektorun birgə iştirakı ilə həyata keçirilməlidir:

"Bu isə müəyyən qədər uzun prosesdir. Hansı əraziyə investor maraq göstərirsə, həmin istiqamətdə layihənin reallaşdırılması üçün müvafiq müraciətlər edilir. Bu səbəbdən dövlətin ümumi söküntü və yenilənmə planı olsa da, konkret ərazidə işlərin nə vaxt başlanması həm investorun marağından, həm də dövlət büdcəsindən və həmin ərazidə planlaşdırılan abadlıq layihələrindən asılıdır.

Mövcud gözləntilərə görə, ilk mərhələdə Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən ticarət və tikinti materialları bazarlarının ərazilərində söküntü işlərinin aparılması gündəmdədir.

Bundan başqa, Mərkəzi Parkın genişləndirilməsi, "İçərişəhər" metrosu ətrafı və "Təzəpir" məscidinin yaxınlığında da planlama və yenilənmə işləri həyata keçirilir. Bayıl qəsəbəsinin də söküntü və yenilənmə prosesində ön sıralarda olacağı gözlənilir.

Binəqədi rayonunda Birinci, İkinci və Üçüncü mədən massivləri, həmçinin Biləcəri qəsəbəsi, xüsusilə Asəf Zeynallı küçəsi istiqamətində də söküntü və abadlıq işlərinin aparılması nəzərdə tutulan ərazilər sırasındadır. Ümumilikdə ən çox söküntü digər rayonlarla müqayisədə Binəqədi rayonu ərazisindəki binaları əhatə edəcək.

Yasamal və Nəsimi rayonlarında da bir-birinə çox yaxın və sıx şəkildə tikilmiş, köhnəlmiş iki mərtəbəli binalar da plana düşəcək. Söküntü prosesinin Nizami, Xətai, Sabunçu, Suraxanı və Pirallahı rayonlarının müxtəlif ərazilərini də əhatə etməsi gözlənilir. Eyni zamanda, Sumqayıtda da bu istiqamətdə işlərə başlanıldığı və daha genişmiqyaslı söküntü layihələrinin həyata keçirilməsinin gözlənildiyi bildirilir".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qalib Salahzadə: “Çingiz Qənizadə haqqında həqiqətləri söyləsəm, heç kəs ona salam verməz”

Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadə millət vəkili Çingiz Qənizadənin onun haqqında söylədiyi fikirlərə cavab verib.Q.Salahzadə “Ölkə.Az”-a açıqlamasında deyib ki, Çingiz Qənizadə dəfələrlə siyasi əqidəsini dəyişmiş, “satılmış” adamdır:“Çingiz Qənizadənin mənim əleyhimə danışmağı gözlənilən idi. Onun indi belə danışmağı təbiidir. Çünki hazırda Çingiz Qənizadənin oğlu Binəqədi rayon prokurorunun müavinidir. Çingiz Qənizadə mənim əleyhimə danışmaqla oğlunun vəzifəsini böyütməyə çalışır. Digər tərəfdən isə Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir. Həmin Çingiz Qənizadə ulu öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər onun əleyhinə iş aparıb, AXC-Müsavat hakimiyyətinin istəklərini yerinə yetirib. Hətta, 1993-cü ildən sonra Çingiz Qənizadə...

19 Avqust 2026, 20:43

Əlövsət Əliyev: "Sabiq deputat Etibar Əliyev qırmızı xətti keçir..."

Əlisa Nicatın Azərbaycan xalqı haqqında söylədiyi fikirləri qəbul etmək mümkün deyil. “Mənim xalqım Azərbaycan xalqı deyil, Azərbaycan xalqının min nəfəridir” deməsi və xalqı “qoyun” obrazı ilə xarakterizə etməsi təəssüf doğurur.Azərbaycan xalqının tarixini, müharibələrini, şəhidlərini, milli mübarizəsini görməzdən gəlib milyonlarla insanı bir sözlə alçaltmaq tənqid deyil. Buna baxmayaraq, o, xalqa deyil, onun düşüncəsinə münasibət bildirdiyini iddia edə bilər.Əlisa Nicatın bu fikirlərinə əsəbləşən sabiq deputat Etibar Əliyev isə qırmızı xətti keçir və onun fikirlərini tənqid edərkən özünü “yaramaz və sarsaq qoca” adlandırır. Bu da qəbul edilə bilməz.Çünki heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Şəxsin şərəf və ləyaqətinin nalayiq formada...

19 Avqust 2026, 20:33

Mikayıl Müşfiq və Hüseyn Cavidin tutulmasında Ayna Sultanovanın rolu nə idi?

Yəqin ki, ona Azərbaycan tarixinin ən xəyanətkar qadını desək, yanılmarıq.Bəli, o, Azərbaycana xəyanət, xalqına zülm edən, ancaq buna baxmayaraq, ad-sanı yaşadılan Ayna Sultanovadır.O Ayna Sultanova ki, Azərbaycan SSR-nin Maarif Xalq Komissarı, yəni naziri, “Şərq Qadını” jurnalının redaktoru, Azərbaycan tarixinin ilk qadın naziri, Xalq Ədliyyə Komissarı və Ali Məhkəmə sədri olmuşdur.Sovet rejiminin böyük dövlət xadiminə çevirdiyi bu xəyanətkar bolşevik qadın, Cümhuriyyətin devrilməsi üçün Nəriman Nərimanovla, qardaşı Qəzənfər Musabəyovla, əri Həmid Sultanovla əllərindən gələni etmiş, xalqı Cümhuriyyəti devirməyə çağırmış, çevrilişə dəstək vermək çağırışlarına imza atmışdılar.Hətta onu da demək olar ki, o, Sovet sisteminə, bolşevizmə Stalindən də çox bağlı idi. Bu səbəb idi...

19 Avqust 2026, 20:27

Mustafa Abbasbəylinin yerinə o təyin olundu

Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyinatı olub.Mədəniyyət Nazirliyindən “qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu vəzifəyə mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hikmət Mövlud oğlu Mustafayev təyin edilib.1997-ci ildən dövlət qulluğunda fəaliyyət göstərən H.Mustafayev Dövlət Əmlak Komitəsində, İqtisadi İnkişaf Nazirliyində və Əmlak Məsələləri Dövlət Komitəsində müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb.Bu təyinatadək Heydər Əliyev Mərkəzi direktorunun müşaviri vəzifəsində fəaliyyət göstərən H.Mustafayev strateji planlaşdırma, institusional koordinasiya və təşkilati idarəetmə sahələrində geniş təcrübəyə malik mütəxəssis kimi tanınır.Dövlət qulluğunun baş müşaviridir.Xatırladaq ki, əvvəlki Aparat rəhbəri Mustafa Abbasbəyli ötən gün vəzifəsindən azad olunaraq başqa vəzifəyə təyin edilib....

19 Avqust 2026, 18:12

Bu tarixdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Avqustun 20-si gündüzdən şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur./Sfera.az

19 Avqust 2026, 15:54

Balzakın anım gününə...  

...Balzak insan sərrafıdır, nəfsin anatomiyasını, canı yandırıb külə döndərən ehtirasların tərkibini onun qədər dəqiq bilən bir sənətkar tapılmaz. Buna əmin olmaq üçün təkcə elə “Şaqren dərisi” fəlsəfi romanını oxumaq yetər. Vur-tut otuz iki yaşında yazdığı bu əsərdə qədim əşyalar satan 125 yaşlı müdrik qocanın diliylə müəllif belə deyir: “İndi mən sizə bir neçə kəlməylə həyatın ən böyük sirrini açmaq istəyirəm. İnsan saya-hesaba gəlməyən ağılsız hərəkətlərlə özünü üzür, məhz elə bu səbəbdən onun həyat mənbələri tükənir. Ölümün bu iki səbəbinin bütün formaları bu bir cüt sözə calanır – istəmək, bir də almaq. İnsan əməllərinin bu iki qütbü arasında müdriklərin tutduğu başqa...

19 Avqust 2026, 15:45