Bizə yazın

Baku

-°C

USD

-

İki eli birləşdirən qürur simvolu: Əlirza Həsrətdən "Xudafərin" şeiri

Söz adamı 19 Avqust 2026, 20:30

545

İki eli birləşdirən,

Bir qucaqdır Xudafərin.

Qəldən qəlbə şəfəq saçan,

Gur çıraqdır Xudafərin.

Aramızda dönüb dağa,

Nə qul keçir,nə də ağa.

Zalımdan qisas almağa,

Bir yaraqdır Xudafərin.

Sərhəd telindən asdığı,

Dərdli Xan Araz yastığı.

Vətən bağrına basdığı,

Bir bayraqdır Xudafərin.

Yavaş-yavaş qızarır dan,

Üzün gülsün Azərbaycan.

 Budaqdan asılıb qalan,

Son yarpaqdır Xudafərin.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

​"Hər gün ürəyimdən gəlib-gedirsən..." – Vasif Süleymanın "Səyyah" şeiri

Hər gün ürəyimdən gəlib-gedirsən,Yaxşı yol tapmısan gəlib-getməyə.Elə yaxşısını sən eyləyirsən,Qorxuram, başqası gələ, getməyə.Birdən səsə düşər, qulağın səsə,Dinlə o sözləri bir yalan kimi.Hələ harasıdır, ürəyim üstə,Dünyanı gəzəcən Magellan kimi.Elə sənsizlikmiş ümid, pənahım,Hər şeyi yazıram qəmin boynuna,Heç qubar eyləmə mənim səyyahım,Dəmir çarığın da mənim boynuma.Tələsmə, bu yolda, astaca, aram,Gör neçə gecəmiz, səhərimiz var.İndidən deməyə bir az qorxuram,Hələ o dünyaya səfərimiz var.Tələsmə, adına biçilib bu yol,Tələsmə, bu yolla tən gedənin yox.Mənim ürəyimdə sən arxayın ol,Qapıdan çıxanda ləngidənin yox.Bu yol nə uzundu, nə də ki, qısa,Bu yol ömür ilə ölüm arası.Qəlbimə yol saldın, amma..Hardasa,Yolunu gözləyir kimsə, qadası.Hər gün ürəyimdən gəlib-gedirsən,Yaxşı yol tapmısan gəlib-getməyə.Elə yaxşısını...

19 Avqust 2026, 20:50

Sözdə müqəddəslikdən gerçək dəyərə: Ailəni qorumaq üçün nə yetmir?

Ailə önəmli deyil. Ailə hər şeydir.Bu gün Sürixdə maşınla gedərkən yol kənarında bir plakat diqqətimi çəkdi. Almandilli şəhərdə ingiliscə yazılmışdı:”Family is not an important thing. It’s everything.”(Ailə önəmli şeylərdən biri deyil. Ailə hər şeydir.)Bir anlıq düşündüm.Bu cümlənin Avropanın ortasında, Sürixdə böyük bir plakata yazılması özü maraqlıdır.Biz uzun illər Qərb haqqında danışanda onu ailə dəyərlərinin zəiflədiyi, insanların getdikcə fərdiləşdiyi bir dünya kimi təqdim etmişik.Amma görünür, Qərbdə də ailənin dəyəri yenidən düşünülür, onun insan həyatındakı yeri haqqında danışılır.Bəlkə məsələ ailəni sadəcə “önəmli” hesab etməkdə deyil.İnsanın həyatında çox önəmli şeylər var: iş, pul, karyera, dostlar, uğur, rahatlıq…Amma bu plakat başqa şey deyirdi:Ailə onların...

19 Avqust 2026, 20:47

Tədqiqatçı-tarixçi İldırım Şükürzadənin şair Oqtay Rza ilə bağlı xatirə yazısı

Oqtay Rzanın vəfatı və ya müəllim, alim və şair itkisi.Dünən sosial şəbəkədə şair Oqtay Rzanın vəfatı xəbərini oxudum. Bu acı xəbər hamı kimi məni də bərk sarsıtdı. Oqtay Rzanı qiyabi olaraq ötən əsrin 80-ci illərindən mətbuat vasitəsilə tanımışam. Həmin vaxtlarda respublika mətbuatında dərc olunmuş şeirlərini oxuyurdum. 1990-1995-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Univesitetinin tarix fakültəsində təhsil alarkən o da universitetdə dərs deyirdi. Günlərin birində universitetin dəhlizində tələbə yoldaşlarımla söhbət edərkən kimsə yanımızdan keçən orta boylu və həm də orta yaşlı kişinin şair Oqtay Rza olduğunu söylədi. Bu təqribən 1993-cü ilə təsadüf edir. Beləliklə mətbuatda şeirlərini oxuduğum Oqtay Rzanı ilk dəfə...

19 Avqust 2026, 20:39

BAHAR  - Balayar Sadiqin şeiri

İstədim sənə üz tutum,Ürəyimə qubar gəlir.Allah,bu yurdun əyninəHaqqın köynəyi dar gəlir.Baş qalmayıb baş açmağa,Yer yox özündən qaçmağa.Halalllqdan söz açmağaDaha adama ar gəlir.Həqiqət tənha yalquzaq.Ömür qısa ,yolu uzaq.İlahi,gözündən uzaq,Hardan bu adamlar gəlir?Bu dünyanın o ucunda ,Ovdu ovun da, ovçun da.Payızı tutub ovcundaGöz yaşıma bahar gəlir.

19 Avqust 2026, 13:50

İlqar Fəhmi — yağış kimi şair

İlqar Fəhminin doğum günüdür. Onu illərdir tanıyıram. “Vahid” Poeziya Evində, rəhmətlik qəzəlxan şair Həkim Qəninin rəhbərlik etdiyi poeziya dərnəyində tanış olmuşduq. Bir qrup bakılı gənc idi: Sərraf, Mahir Cürət, İlqar və digərləri. Adlarını unutduqlarım da var, adlarını heç yaddaşıma köçürmədiklərim də...İlqar Fəhmi isə elə ilk gündən fərqli idi. Həm şeirləri, həm oxunan şeirlərə münasibəti, həm də məclisdəki şairlərlə qurduğu ünsiyyətlə seçilirdi. Arada çay süfrəsi arxasında oturub söhbətləşəndə özünəməxsus təbəssümü, şirin Bakı ləhcəsi və danışdığı lətifələrlə yaddaşıma köçürdü.Onu əsl şair, qəzəlxan kimi tanıdım və yaradıcılığına ehtiramla yanaşdım. Bu, mənim daxilimdə baş verirdi və heç də özünə sezdirmirdim. Heç vaxt fikir ayrılığımız...

19 Avqust 2026, 13:05

GÖSTƏR-Osman Fərmanoğlunun şeiri

Tanrım,bu dik,nə dik ola,Dolama yerini göstər.Məni bu dolama yolaSalana yerini göstər.Canını alıb ahudan,Kimdi belə qan axıdan?Günah dərib günahlıdan,Yalana yerini göstər...Bir gözlük yuxudu hərə,Bir kaman oxudu hərə...Özünü toxudu hərəTalana, yerini göstər.Əlindədi hər var olan,Dərdsə,dərdiylə oyalan;Ağanın əlində qalanQuluna yerini göstər.Osman,yükü daşdı,almaz,-Yolunu yoran yorulmaz.Gedəni saxlamaq olmaz,Qalana yerini göstər.--------YİYƏ----Nə uzaqların istisindən, nə yaxınların tüstüsündən yarıdım.His verən ocaqlargözlərimi dumanlandırdı,Buzlaqlardan gələn işartılarfikrimi sırsıralarda dolandırdı...İynəylə gor qazanları görəndəgözlərimdən düşdü cəhənnəmin qır qazanları.Əlində təsbeh dilənən gördümnə qədər talelərə əlavələr yazanları.Gözlərimdə gecələdiilmələri yarımçıq gəbələr, kəsilmədi xanaların qotazlı xalıları,sevindirmədi çeşniyə baxmaqdangözünün nuru getmiş qarıları...Yuxularda da qayıtmadıatla dönəsi kişilər,--axan ulduzların xofundan,bəlkə də, görməmişik,günün birində gəlib keçmişlər,Hə, belə-belə işlər...Bir də, sən kimi axtarırsan, könül,onsuz da...

18 Avqust 2026, 12:00