27 Aprel işğalının baş təşkilatçılarından biri: Əliheydər Qarayevin tarixi portreti
Maraqlı 20 Avqust 2026, 17:38
528
Xatirəsi Bakıda adına olan küçə ilə də yaşadılan, ancaq heç şübhəsiz, xalqına düşmən kəsilən, siyasi, milli satqın olan tarixi simalardan biri də Əliheydər Qarayevdir.
Azərbaycan SSR dövlət xadimi, jurnalist, Gürcüstan Demokratik Respublikası və Azərbaycan Xalq Cümhuriyyəti parlamentlərinin deputatı olan Əliheydər Qarayev, rus işğalçıları Azərbaycana tamah salanda, Cümhuriyyətimizin məhvi istiqamətində addımlar atılanda, o məhz azadlığımıza, müstəqilliyimizə, cümhuriyyətimizə xəyanət edən, bir xalqın qan bahasına qurduğu hakimiyyəti heç neçəyə düşmənə satan, əli azərbaycanlıların, günahsız insanların qanına batan insan olub.
O, o adam idi ki, 11-ci Qırmızı Ordunun Azərbaycana müdaxilə etməsində və Cümhuriyyətin süqutunda birbaşa əli var idi.
Bəli, Əliheydər Qarayev də digər xəyanətkar silahdaşları kimi cümhuriyyətçilərə xəyanət edib və bolşeviklərin tərəfinə keçib.
Məhz bu dönüklüyündən sonra da Rusiya Qarayevin xidmətlərini qiymətləndirib.
Belə ki, Qarayev Bakı Müvəqqəti İnqilab Komitəsinin sədri, Azərbaycan SSR xalq ədliyyə və əmək komissarı, Bakı Soveti İcraiyyə Komitəsinin sədri, Azərbaycan SSR xalq hərbi dəniz işləri komissarı və s. kimi yüksək məqamlara qədər xəyanətləri hesabına qalxa bilib.
Onun necə bir xislətli insan olduğunu bilmək üçün təkcə Məhəmməd Əmin Rəsulzadə ilə olan bu dialoqunu bilmək kifayət edir.
1920-ci il aprelin 27-də Azərbaycan Demokratik Cümhuriyyətini təslim etmək barədə bolşevik deputat Həmid Sultanovun ultimatumu parlamentdə müzakirə olunanda qalmaqal düşür.
Digər bolşevik deputat Əliheydər Qarayev Cümhuriyyətin rəhbəri Məhəmməd Əmin Rəsulzadənin üstünə qışqırır:
- Razılaşmasan, gözlərini çıxartdıraram!
M.Rəsulzadə təəssüflə cavab verir:
- Sən bütün millətin gözlərini çıxartdın!
Ə.Qarayev salona üz tutur:
- Səsini çıxardanı gülləbaran edəcəyəm!
M.Rəsulzadə:
- Sən bir güllə atmadan milləti məhv etdin, Əliheydər, «tovarişlər» səni güllələyəndə məni xatırlayarsan!" (Mənbə: Tarixçi-alim Firdovsiyyə Əhmədova)
Bəli, bu, o Əliheydər Qarayevdir ki, Azərbaycan Xalq Cümhuriyyətini devirmək üçün silahlı üsyan təşkil etmək məqsədilə "operativ qərargah”ı yaratmışdı.
O Əliheydər Qarayev ki, Azərbaycanın bütün şəhər və rayonlarında sovet hakimiyyəti əleyhinə baş verən silahlı üsyanların yatırılması əməliyyatına birbaşa rəhbərlik edirdi.
Həmçinin oxuyun
O Əliheydər Qarayev ki, yazıçıları panislamist türkçü adlandıran, onları həbsə, sürgünə, ölümə göndərirdi.
O Əliheydər Qarayev ki, Mikoyan, Mirzoyan, Serobrovski, Kirovla ən yaxın dost, silahdaş idi.
Əlbəttə, Əliheydər Qarayev də Ayna Sultanova kimi təkbaşına xəyanət etmirdi. Bu işdə ona ailəsi, yəni arvadı Xavər Qarayeva köməklik edirdi.
Xavər Qarayeva ixtisası diş həkimi olsa da, mahiyyətcə və fiziki olaraq da qadınlar arasında təbliğat maşını idi.
Belə ki, 1919-cu ildə onu Sovet İttifaqi Kommunist partiyasına üzv seçirlər və azərbaycanlı qadınlar arasında təbliğat aparmağı tapşırırlar.
Bu tapşırıqları can-başla həyata keçirən Xavər Qarayeva, düz on ildən çox Azərbaycan Kommunist Partiyasının Bakı Komitəsində qadınlar şöbəsində təlimatçı, Azərbaycan Kommunist Partiyasının Bakı Komitəsinin və Mərkəzi Komitəsinin təlimatçısı kimi məsul vəzifələrdə işləyir və çirkin əməllərə davam edir.
Ancaq nə xoş ki, tarix onun da əməllərini cavabsız qoymadı.
Etdiyi xidmətlərə baxmayaraq, 1937-ci il iyunun 1-də Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının ayrıca tələbi ilə Əliheydər Qarayev və onun həyat yoldaşı, həkim Xavər Qarayeva Moskvada "xalq düşmənləri" kimi həbs edilərək Bakıya göndərildilər.
Həbsxana gözətçilərindən birinin uzun illər sonra danışdığına görə, ilk olaraq Əliheydərin əl-qolunu bağlayaraq gözləri qarşısında Xavər Qarayeva dəhşətli işgəncələr verir, təhqiramiz hərəkətlər edirlər.
Sonra da Xavər Qarayevanın gözləri önündə eyni hərəkətləri Əliheydərə qarşı edirlər.
Bunu edənlər isə Əliheydərin bir zamanlar ən yaxın dostları olan S.M.Kirovun, Mikoyanın, Mirzoyanın soydaşları idi.
Hər gün səhər, axşam davam edən bu işgəncələr 1938-ci ilin əvvəllərinə kimi təkrarlanır.
İşgəncələrə dözməyən Əliheydər Qarayev tamamilə ağlını itirir, qeyri-adi hərəkətlər etməyə başlayır.
Sonda Xavər Qarayeva sürgünə, Əliheydər Qarayev isə Moskvaya güllələnməyə göndərilir.
Moskvada da daha dəhşətli işgəncələrə məruz qalan Əliheydəri, 1938-ci ilin 24 aprelində güllələyirlər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Uğurlu CV tərtib etməyin incəlikləri və hazırlıq bələdçisi
Uğurlu CV tərtib etmək əmək bazarında rəqabət üstünlüyü qazanmağın, işəgötürənin diqqətini çəkməyin ilk vacib şərtidir. Müraciət edilən vakansiyaya uyğun hazırlanmayan, pərakəndə məlumatlarla dolu sənədlər insan resursları mütəxəssisləri tərəfindən sürətlə kənara qoyulur. Peşəkar CV hazırlayarkən məlumatların dəqiq, strukturlaşdırılmış, vizual baxımdan oxunaqlı olması namizədin müsahibə mərhələsinə dəvət alma şansını kəskin artırır.Citypost.az xəbər verir ki, karyera sənədinin strukturunda ilk sırada əlaqə vasitələri, namizəd haqqında qısa xülasə bölümü yer almalıdır. Ad, soyad, telefon nömrəsi, peşəkar e-poçt ünvanı, LinkedIn profili aydın görünən hissədə qeyd edilməlidir. Doğum tarixi, ailə vəziyyəti, tam yaşayış ünvanı kimi lazımsız detalların yazılması tövsiyə edilmir. Xülasə hissəsində isə namizəd öz peşəkar təcrübəsini,...
20 Avqust 2026, 17:53
Orxideya gülünə düzgün qulluq qaydaları: Çürümənin qarşısını necə almalı?
Orxideya incə, nəfis görünüşü ilə evlərdə geniş bəslənən, xüsusi diqqət tələb edən otaq bitkisidir. Bu çiçəyin uzunömürlü olması, müntəzəm çiçəkləməsi üçün doğru suvarma, işıq, dibçək mühitinin yaradılması böyük əhəmiyyət kəsb edir. Orxideya baxımında yaşanan ən böyük problem kök sisteminin çürüməsidir. Həddindən artıq rütubət, yanlış dibçək seçimi, havalandırma çatışmazlığı köklərin sürətlə sıradan çıxmasına, bitkinin məhvinə gətirib çıxarır.Citypost.az xəbər verir ki, çürümənin qarşısını almaq üçün birinci növbədə suvarma rejimini düzgün tənzimləmək lazımdır. Orxideyanı müəyyən olunmuş sabit günlərdə deyil, torpağı (ağac qabığı substratı) tam quruduqdan sonra suvarmaq vacibdir. Şəffaf dibçək istifadə etmək köklərin vəziyyətini izləməyə imkan verir; köklər boz, gümüşü rəng alıbsa, bu,...
20 Avqust 2026, 17:05
Məhsuldarlığı artırmaq üçün torpağın gübrələnmə vaxtı və dozası
Torpağın düzgün gübrələnməsi kənd təsərrüfatında yüksək, keyfiyyətli məhsul əldə edilməsinin başlıca şərtidir. Gübrələrin vaxtında, adekvat dozada tətbiq olunmaması bitkilərin inkişafını ləngidir, torpaq strukturu zədələnir, iqtisadi baxımdan əlavə xərclər yaradır. Məhsuldarlığı maksimum səviyyəyə çatdırmaq üçün bəslənmə prosesi torpaq analizinin nəticələrinə, əkilən bitkinin vegetasiya dövrünə, iqlim şəraitinə uyğun olaraq planlaşdırılmalıdır.Citypost.az xəbər verir ki, gübrələmə vaxtı əsasən üç mərhələyə bölünür: payızda şumaltı, əkinqabağı, vegetasiya dövründə yemləmə verilişi. Payız aylarında torpağın dərin qatlarına fosfor, kalium tərkibli gübrələr, peyin kimi orqanik maddələr daxil edilir. Bu elementlər suda yavaş həll olunduğundan qış boyunca torpaqla tam reaksiyaya girərək yazda kök sisteminin istifadəsinə hazır olur. Yazda, əkin öncəsi...
20 Avqust 2026, 16:35
Domain və Hosting nədir? – Yeni sayt açanlar üçün addım-addım bələdçi
İnternet məkanında yeni sayt yaratmaq istəyənlər üçün domain (domen) və hosting (hostinq) anlayışlarını düzgün mənimsəmək ilk vacib addımdır. Bu iki texniki xidmət şəbəkədə veb-saytın fəaliyyət göstərməsini təmin edən təməl sütunlar sayılır. Sadə dildə ifadə etsək, saytı bir ev kimi təsəvvür etdikdə domain onun dəqiq ünvanı, hosting isə tikildiyi torpaq sahəsidir. Bu iki komponent bir-birini tamamlamadan hər hansı bir saytın internet istifadəçilərinə əlçatan olması qeyri-mümkündür.Citypost.az xəbər verir ki, domain – veb-saytın internetdəki adıdır. İstifadəçilər brauzerin ünvan sətrinə bu adı daxil edərək birbaşa lazımi səhifəyə keçid edirlər. Kompüterlər şəbəkədə bir-birini mürəkkəb rəqəmlərdən ibarət IP ünvanlar vasitəsilə tapır. Domain sistemi bu çətin rəqəmlər...
20 Avqust 2026, 15:30
Ankaranın paytaxt seçilməsinin tarixi və coğrafi səbəbləri
Ankaranın Türkiyə Respublikasının paytaxtı seçilməsi yalnız inzibati qərar olmayaraq, ölkənin istiqlaliyyət mübarizəsinin, geopolitik strateji planlamasının mühüm nəticəsidir. Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının paytaxtı İstanbulun xarici qüvvələr tərəfindən işğal edilməsi, dövlət idarəçiliyinin iflic vəziyyətinə düşməsi yeni müstəqil mərkəzin axtarışını zəruri etdi. Mustafa Kamal Atatürk, onun silahdaşları Qurtuluş savaşı dövründə Ankaranı hərəkatın mərkəzi qərargahı kimi seçərək, 13 oktyabr 1923-cü ildə şəhərə rəsmi paytaxt statusu verdilər.Citypost.az xəbər verir ki, Ankaranın paytaxt olmasında ən böyük rol oynayan amillərdən biri onun unikal coğrafi mövqeyidir. Anadolu yarımadasının tam mərkəzində yerləşən şəhər dənizlərdən, xarici işğal təhlükələrindən uzaq, müdafiə olunması asan təbii istehkam zonasında yerləşirdi. İstanbulun hərbi...
20 Avqust 2026, 15:12
Mikrodalğalı sobaya qoyulması təhlükəli olan materiallar və qidalar
Mikrodalğalı sobadan istifadə zamanı müəyyən materialların, qidaların bu cihazın daxilinə yerləşdirilməsi ciddi məişət qəzalarına, yanğınlara, zəhərlənmələrə yol aça bilər. Cihazın işləmə prinsipi su molekullarını sürətlə hərəkətə gətirməyə əsaslandığından, yanlış seçilən qablar, tərkibi uyğun gəlməyən ərzaqlar yüksək təzyiq, partlayış yaradır. Mətbəx təhlükəsizliyini qorumaq, mikrodalğalı sobanın sıradan çıxmasının qarşısını almaq üçün hansı maddələrin istifadəsindən imtina edilməsi dəqiq bilinməlidir.Citypost.az xəbər verir ki, metal qablar, alüminium folqa, kənarları qızılı, gümüşü naxışlı qab-qacaq mikrodalğalı sobaya qoyulması ən təhlükəli sayılan materiallar sırasındadır. Metallar mikrodalğaları əks etdirərək qığılcım yaradır, bu da cihazın alovlanmasına, yanğına səbəb olur. Birdəfəlik plastik qablar, polietilen paketlər yüksək hərarətdən əriyərək tərkibindəki toksik kimyəvi...
20 Avqust 2026, 11:04