Bizə yazın

Baku

-°C

USD

-

Aslan Aslanov kimdir? – Həyatı, elmi irsi və 100 illik yubileyi

Söz adamı 20 Avqust 2026, 17:30

563

Avqustun 20-də Azərbaycan elm və təhsilinin görkəmli simalarından biri, Bakı Dövlət Universitetinin Estetika və etika kafedrasının müdiri (1961-1977), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), Azərbaycan Dövlət İncəsənət Universitetinin rektoru (1977–1987), AMEA-nın vitse-prezidenti, Fəlsəfə və Hüquq İnstitutunun direktoru (1990–1995), fəlsəfə elmləri doktoru (1974), professor (1976), Əməkdar elm xadimi, akademik Aslan Aslanovun (1926-1995) anadan olmasının 100 ili tamam olur.
 Aslan Məhəmməd oğlu Aslanov 1926-cı il avqustun 20-də Ağstafa rayonunda dünyaya gəlmişdir. Məktəbi qurtardıqdan sonra II Dünya müharibəsi illərində müəllim çatışmadığından bir il Ağstafa şəhəri Dəmiryol məktəbində ibtidai sinifdə müəllim işləmişdir. Ali təhsilini 1945–1950-ci illərdə Bakı Dövlət Universitetində almışdır. O, Tarix fakültəsini Fəlsəfə ixtisası üzrə bitirmişdir.
Aslan Aslanov 1961-ci ildən 1977-ci ilədək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Estetika və etika kafedrasının müdiri olmuşdur. 1977-ci ildən 1987-ci ilə qədər Azərbaycan Dövlət İncəsənət İnstitutunun rektoru, 1987-ci ilin martından 1995-ci ilədək Azərbaycan Elmlər Akademiyasının Tarix, İqtisadiyyat, Fəlsəfə və Hüquq bölməsinin akademik-katibi olmuşdur. 1990–1995-ci illərdə eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun direktoru olmuşdur.
Aslan Aslanov 1959-cu ildə fəlsəfə doktoru, 1974-cü ildə isə elmlər doktoru elmi dərəcəsini almışdır. O, 1976-cı ildə professor elmi adına layiq görülmüşdür. O, 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Akademik Aslan Aslanov Qərb fəlsəfi-estetik fikrinin məsələlərini tədqiq etmiş, milli mədəniyyətlərin qarşılıqlı zənginləşməsi təsirinin fəal tərbiyəvi mahiyyətinin estetik aspektlərini araşdırmışdır. O, Aristotelin "Poetika"sını və Didronun "Qardaşım oğlu Ramo" əsərini, C. Bayronun "Gavur", A.Tvardovskinin "Vasili Tyorkin" poemalarını Azərbaycan dilinə tərcümə etmişdir. Bir neçə şeir kitabının müəllifidir.
Akademik Aslan Aslanov dünyanın bir çox ölkələrində keçirilən elmi toplantılarda Azərbaycan elmini ləyaqətlə təmsil etmiş, dərin məzmunlu məruzələrlə çıxış etmişdir.
Böyük alim və pedaqoq, tanınmış elm və təhsil təşkilatçısı akademik Aslan Aslanov 1995-ci il avqustun 23-də, ad günündən 3 gün sonra 69 yaşında Bakıda vəfat etmiş, II Fəxri xiyabanda dəfn edilmişdir.
Allah rəhmət eləsin!

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

​"Təskinlik üçün də gücsüz hiss edirəm özümü..." – Mədət Coşqunun acı taleyi

MƏDƏT COŞQUNA təskinlik əvəzi…Ölüm haqdır. Hər şey zamanında daha gözəldi. Zaman anlayışı da nisbidi. Ən gənc yaşlarında xilaskar olub şəhadətə ucalanlar da, 100-ü keçib ətaflar üçün fayda verməyənlər də yaşayır.Biz ən əzizimizə uzun ömür arzulayırıq. Amma bu arzu dilə gələndə hər ucalan yaşın məziyyətlərini unuduruq. Uzun ömür yaşayan insan 70-80-dən sonra dramatik ömür yaşamaq zorunda qalır. Əzizləri azalır, onların ağrısını yaşamaq qismətin olur. Ata-ana, bacı-qardaş, qohum itkilərinin hər biri streslər yaşadır. Ən pisi 100 yaş ömür arzuladığımız əzizimizin həyat yoldaşını, oğul, qızını itirməsidir, o dəhşətli ağrını yaşamasıdır. Mədət Coşqun ləyaqətli kişidir. Gözümün qabağında hansı ağrılar yaşadığını görnüşəm. Həyat yoldaşını itirdi. Uzun...

20 Avqust 2026, 17:13

​"Hər gün ürəyimdən gəlib-gedirsən..." – Vasif Süleymanın "Səyyah" şeiri

Hər gün ürəyimdən gəlib-gedirsən,Yaxşı yol tapmısan gəlib-getməyə.Elə yaxşısını sən eyləyirsən,Qorxuram, başqası gələ, getməyə.Birdən səsə düşər, qulağın səsə,Dinlə o sözləri bir yalan kimi.Hələ harasıdır, ürəyim üstə,Dünyanı gəzəcən Magellan kimi.Elə sənsizlikmiş ümid, pənahım,Hər şeyi yazıram qəmin boynuna,Heç qubar eyləmə mənim səyyahım,Dəmir çarığın da mənim boynuma.Tələsmə, bu yolda, astaca, aram,Gör neçə gecəmiz, səhərimiz var.İndidən deməyə bir az qorxuram,Hələ o dünyaya səfərimiz var.Tələsmə, adına biçilib bu yol,Tələsmə, bu yolla tən gedənin yox.Mənim ürəyimdə sən arxayın ol,Qapıdan çıxanda ləngidənin yox.Bu yol nə uzundu, nə də ki, qısa,Bu yol ömür ilə ölüm arası.Qəlbimə yol saldın, amma..Hardasa,Yolunu gözləyir kimsə, qadası.Hər gün ürəyimdən gəlib-gedirsən,Yaxşı yol tapmısan gəlib-getməyə.Elə yaxşısını...

19 Avqust 2026, 20:50

Sözdə müqəddəslikdən gerçək dəyərə: Ailəni qorumaq üçün nə yetmir?

Ailə önəmli deyil. Ailə hər şeydir.Bu gün Sürixdə maşınla gedərkən yol kənarında bir plakat diqqətimi çəkdi. Almandilli şəhərdə ingiliscə yazılmışdı:”Family is not an important thing. It’s everything.”(Ailə önəmli şeylərdən biri deyil. Ailə hər şeydir.)Bir anlıq düşündüm.Bu cümlənin Avropanın ortasında, Sürixdə böyük bir plakata yazılması özü maraqlıdır.Biz uzun illər Qərb haqqında danışanda onu ailə dəyərlərinin zəiflədiyi, insanların getdikcə fərdiləşdiyi bir dünya kimi təqdim etmişik.Amma görünür, Qərbdə də ailənin dəyəri yenidən düşünülür, onun insan həyatındakı yeri haqqında danışılır.Bəlkə məsələ ailəni sadəcə “önəmli” hesab etməkdə deyil.İnsanın həyatında çox önəmli şeylər var: iş, pul, karyera, dostlar, uğur, rahatlıq…Amma bu plakat başqa şey deyirdi:Ailə onların...

19 Avqust 2026, 20:47

Tədqiqatçı-tarixçi İldırım Şükürzadənin şair Oqtay Rza ilə bağlı xatirə yazısı

Oqtay Rzanın vəfatı və ya müəllim, alim və şair itkisi.Dünən sosial şəbəkədə şair Oqtay Rzanın vəfatı xəbərini oxudum. Bu acı xəbər hamı kimi məni də bərk sarsıtdı. Oqtay Rzanı qiyabi olaraq ötən əsrin 80-ci illərindən mətbuat vasitəsilə tanımışam. Həmin vaxtlarda respublika mətbuatında dərc olunmuş şeirlərini oxuyurdum. 1990-1995-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Univesitetinin tarix fakültəsində təhsil alarkən o da universitetdə dərs deyirdi. Günlərin birində universitetin dəhlizində tələbə yoldaşlarımla söhbət edərkən kimsə yanımızdan keçən orta boylu və həm də orta yaşlı kişinin şair Oqtay Rza olduğunu söylədi. Bu təqribən 1993-cü ilə təsadüf edir. Beləliklə mətbuatda şeirlərini oxuduğum Oqtay Rzanı ilk dəfə...

19 Avqust 2026, 20:39

İki eli birləşdirən qürur simvolu: Əlirza Həsrətdən "Xudafərin" şeiri

İki eli birləşdirən,Bir qucaqdır Xudafərin.Qəldən qəlbə şəfəq saçan,Gur çıraqdır Xudafərin.Aramızda dönüb dağa,Nə qul keçir,nə də ağa.Zalımdan qisas almağa,Bir yaraqdır Xudafərin.Sərhəd telindən asdığı,Dərdli Xan Araz yastığı.Vətən bağrına basdığı,Bir bayraqdır Xudafərin.Yavaş-yavaş qızarır dan,Üzün gülsün Azərbaycan. Budaqdan asılıb qalan,Son yarpaqdır Xudafərin.

19 Avqust 2026, 20:30

BAHAR  - Balayar Sadiqin şeiri

İstədim sənə üz tutum,Ürəyimə qubar gəlir.Allah,bu yurdun əyninəHaqqın köynəyi dar gəlir.Baş qalmayıb baş açmağa,Yer yox özündən qaçmağa.Halalllqdan söz açmağaDaha adama ar gəlir.Həqiqət tənha yalquzaq.Ömür qısa ,yolu uzaq.İlahi,gözündən uzaq,Hardan bu adamlar gəlir?Bu dünyanın o ucunda ,Ovdu ovun da, ovçun da.Payızı tutub ovcundaGöz yaşıma bahar gəlir.

19 Avqust 2026, 13:50