Tural İrfan GİLEYLƏNDİ: “Yaşamırıq, yalnız problem həll etməklə məşğuluq”
Cəmiyyət 03 Sentyabr 2026, 11:33
284
İlahiyyatçı, yazar və MCP sədrinin müavini Tural İrfan ölkədə sosial vəziyyətin ağırlığı ilə bağlı fikirlərini bölüşüb.
Tural İrfan sosial şəbəkə hesabında yazdığı paylaşımda kommunal ödənişlərlə bağlı yaşadığı çətinliklərdən söz açıb. O, ötən aydan borcunun qaldığını və işığının kəsilməsi ilə bağlı xəbərdarlıq edildiyini bildirib.
İlahiyyatçı qeyd edib ki, bir neçə gün əvvəl su nəzarətçisi də ödənişin vaxtında edilməsini tələb edib və suyun kəsilə biləcəyini deyib. Onun sözlərinə görə, bu xəbərdarlıq qonşuların yanında səsləndirilib.
Tural İrfan qarşıdan gələn qışla bağlı da narahatlığını ifadə edib.
“Hələ qarşıdan qış gəlir. Görək qaza pul çatdıra biləcəyikmi... Kənddə yaşasaydıq, yenə kərmədən, təzəkdən tapıb yandırmaq olardı. Şəhərdə quru asfaltın üstündə nə edəsən...” – deyə o yazıb.
Müəllif sosial vəziyyətin getdikcə ağırlaşdığını vurğulayaraq yoxsulluq, kasıblıq və sosial çətinliklərin insanları daha ağır vəziyyətlərə saldığını bildirib.
Həmçinin oxuyun
“Sosial vəziyyət həddindən artıq ağırdır. Nəfəskəsici dərəcədə ağırdır. Yoxsulluq, kasıblıq, sosial çətinlik insanları daha ağır durumlara salır. Yaşamırıq, yalnız problem həll etməklə məşğuluq. O da həll edə bilsək”, – Tural İrfan qeyd edib.
İlahiyyatçı ictimai fəaliyyət və maarifləndirmə ilə məşğul olmağın da belə sosial şəraitdə çətinləşdiyini bildirib.
“Belə ağır sosial vəziyyətdə ictimai fəaliyyətlə məşğul olmaq, müstəqil ilahiyyatçılıq etmək, maarifləndirmə ilə məşğul olmaq sadəcə əzabkeşlikdir”, – deyə Tural İrfan bildirib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ceyhun Bayramovla Litva xarici işlər naziri arasında telefon danışığı olub
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Litvanın xarici işlər naziri Kestutis Budris arasında telefon danışığı baş tutub.Bu barədə Citypost.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.Qeyd olunub ki, telefon danışığı zamanı Azərbaycan-Litva ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun davam etdirilməsinin, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.Telefon danışığı zamanı həmçinin çoxtərəfli platformalar çərçivəsində tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Kestutis Budris Litvanın 2027-ci ilin ilk yarısında Avropa İttifaqı Şurasına sədrliyə hazırlığı barədə məlumat verib. Azərbaycan-Avropa İttifaqı münasibətləri kontekstində Litvanın qarşıdan gələn sədrliyi dövründə bir sıra istiqamətlər üzrə səylər barədə fikir mübadiləsi aparılıb.Nazirlər...
03 Sentyabr 2026, 11:39
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb
Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında 3 Azərbaycan vətəndaşı da var.Citypost.az "Report" a istinadən xəbər verir ki, həmin şəxlər Xaçmaz rayonun Palçıqoba kənd sakini Valeh Hümbətov, əslən Tərtərdən olan, hazırda Bakıda yaşayan Rəşad İbrahimov və Şabran rayonundan olan Qədir Quliyevdir.Valeh Hümbətovun anası Yeganə Hümbətova "Report"a açıqlamasında bildirib ki, oğlu ilə sonuncu dəfə hadisədən bir neçə saat sonra danışa bilib:Valeh Hümbətov"Bir qızım, bir oğlum var. Oğlum Valeh Hümbətov 28 yaşındadır. Bakıda təhsil alıb. İlk dəfədir ki, Türkiyədə gəmiyə işləməyə getmişdi. Bundan əvvəl yük gəmisində 5 ay müddətində matros kimi...
03 Sentyabr 2026, 11:37
Ədalət Verdiyev Ermənistan ordusunu belə tənqid etdi
Hərbi ekspert Ədalət Verdiyev Ermənistan ordusunun hərbi mərasimlərindən birini tənqid edib.Citypost.az Ədalət Verdiyev sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə Ermənistan ordusunda silahla hərbi salam verilməsi görüntülərinə münasibət bildirib.“Dünyada silahla hərbi salam verən bir ordu var. O da Ermənistan ordusudur. Müdafiəsiz nazir də elə ciddi dayanıb ki, sanki nizamnamənin tələbləri belə imiş”, – deyə hərbi ekspert yazıb.Ədalət Verdiyev paylaşımında Ermənistan ordusunu sərt ifadələrlə tənqid edərək, “Beyin gizlənməsi buna deyirlər. Ordu deyil, vallah, multfilmdir” sözlərini qeyd edib.Turan...
03 Sentyabr 2026, 10:56
Ötən dövrdə 87 uşaq himayədar ailələrə verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 87 uşaq himayədar ailələrə verilib.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən himayədar ailə modelinin tətbiqi, valideyn himayəsindən məhrum uşaqların ailə mühitinə reinteqrasiya prosesinin daha da təkmilləşdirilərək sadələşdirilməsi üçün müvafiq prosedurlarda bir sıra dəyişikliklər edilib.Qeyd edilib ki, yeni dəyişikliklər bu sahədə əlçatanlığın artırılmasına və xidmətlərin daha çevik təşkilinə, himayədar ailə olmaq üçün müraciət edən vətəndaşların daha qısa müddət ərzində himayədar valideyn kimi fəaliyyətə başlamalarına imkan yaradır.Belə ki, hazırda himayədar valideyn olmaq istəyən şəxslər uçota alındıqdan sonra 10 iş günü ərzində onlarla müsahibə keçirilir və maddi-məişət...
03 Sentyabr 2026, 10:54
Ceyhun Məmmədovdan lift mədəniyyəti ilə bağlı MESAJ
Bina evlərində yaşayanların ən çox qarşılaşdığı problemlərdən biri lift məsələsidir.Amma lift problemi yalnız onun xarab olması, gec gəlməsi və ya işləməməsi deyil. Bəzən liftin ən böyük problemi elə onu istifadə edən insanlardır.Məsələn, liftin qapısını arxasınca gələn adama bir neçə saniyə saxlamayanlar var. Adamın liftə çatmasına iki addım qalıb, amma qapı artıq bağlanıb.Liftin qapısını təpiklə açanlar da var.Liftin içinə tüpürənlər, saqqız yapışdıranlar, tum qabıqlarını və müxtəlif tullantıları atanlar...Liftin güzgüsünü isə sanki şəxsi dəftər hesab edənlər var. Adını, soyadını, telefon nömrəsini yazan, müxtəlif sözlər cızan, güzgünü makiyaj vasitələrinin izləri ilə çirkləndirənlər...Bəziləri liftin içində yüksək səslə danışır, telefonla qışqıra-qışqıra danışır, musiqini ətrafdakı insanların...
03 Sentyabr 2026, 10:46
3 yaşlı uşağın ət maşınında ağır yaralanan əli 8 saatlıq əməliyyatla bərpa edildi
Sol yuxarı ətrafının ət maşınında sıxılması nəticəsində yaranmış ağır travmatik amputasiya ilə 3 yaşlı oğlan uşağı hadisədən təxminən 7 saat sonra Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasına gətirilib.Səhiyyə Nazirliyindən Citypost.az-a bildirilib ki, travma nəticəsində uşağın sol əl biləyi və əl daraqları, həmçinin baş, işarə, orta və üzük barmaqları metakarpofalangeal oynaq səviyyəsində tam amputasiya olunub.Xəstənin klinik vəziyyəti qiymətləndirildikdən sonra təcili şəkildə əməliyyata hazırlanıb və yüksək ixtisaslı mikrocərrahi komanda - Dilqəm Məmmədov, Bəxtiyar Qasımov, Abidin Həsənli, anestezoloqlar Mail Sədiyev və Dayaq Əhmədli tərəfindən kompleks rekonstruktiv əməliyyat həyata keçirilib.Əməliyyatın ilkin mərhələsində bilək və əl daraqlarının...
03 Sentyabr 2026, 10:18