Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb
Cəmiyyət 03 Sentyabr 2026, 11:37
269
Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında 3 Azərbaycan vətəndaşı da var.
Citypost.az "Report" a istinadən xəbər verir ki, həmin şəxlər Xaçmaz rayonun Palçıqoba kənd sakini Valeh Hümbətov, əslən Tərtərdən olan, hazırda Bakıda yaşayan Rəşad İbrahimov və Şabran rayonundan olan Qədir Quliyevdir.
Valeh Hümbətovun anası Yeganə Hümbətova "Report"a açıqlamasında bildirib ki, oğlu ilə sonuncu dəfə hadisədən bir neçə saat sonra danışa bilib:
Valeh Hümbətov
"Bir qızım, bir oğlum var. Oğlum Valeh Hümbətov 28 yaşındadır. Bakıda təhsil alıb. İlk dəfədir ki, Türkiyədə gəmiyə işləməyə getmişdi. Bundan əvvəl yük gəmisində 5 ay müddətində matros kimi çalışıb. Bir ay olardı ki, sərnişin gəmisinə keçmişdi. Elə hər iki gəmi eyni şirkətə məxsusdur. Bu ay rayona qayıtmalı idi".
Y.Hümbətova bildirib ki, gəmi qəzası zamanı oğlu nişanlısına batdıqları barədə qısa məlumat verib:
"Nişanlısı bizə xəbər verdi. Qəzadan bir neçə saat sonra ona yığdım, dedi ki, camaatı xilas edirlər, quruya çıxanda yığacaq. Bir dəfə çox qısa danışdıq. Ondan sonra bir dəfə nişanlısı ilə danışıb, deyib ki, onları nəzarətə götürürlər. Ondan sonra əlaqəyə keçə bilmirik".
Saxlanılan digər Azərbaycan vətəndaşı Rəşad İbrahimovun (2006-cı il təvəllüdlü) bacısı Türkan Təhməzova "Report"a bildirib ki, qardaşı 20 gün idi Şimali Kiprə gəmidə işləmək üçün getmişdi.
Rəşad İbrahimov
"Bu hadisəyə qədər ancaq telefonda görüntülü danışmışdıq. Qəza günü onu işə düzəldən şirkətdən mənim həyat yoldaşıma zəng gəlib və hadisə ilə bağlı məlumat verilib. Həmin gün mənim bacımın nişanı idi və ona görə həyat yoldaşım hadisə ilə bağlı bizə məlumat verməyib".
T.Təhməzova qeyd edib ki, ilkin olaraq səhvən çoxlu sayda ölünün olması barədə məlumat yayılmışdı:
Həmçinin oxuyun
"Yoldaşım elə bilirdi ki, qardaşım da batanlar arasındadır və şirkət ona düzgün məlumat vermir. Sonradan yoldaşım yenə də həmin şirkətlə əlaqə saxlayıb və mənim qardaşımın sağ olmasını məlumatını təsdiqlədib. Qardaşımın bütün şəxsi əşyaları, o cümlədən mobil telefonu batıb. Sonradan mənim həyat yoldaşım ekipaj üzvü olan digər azərbaycanlının telefonu vasitəsilə Rəşadla danışıb. O xəstəxanada olduğunu qısa danışıq zamanı bildirib".
T.Təhməzova bildirib ki, qardaşının saxlanıldığını digərləri kimi sosial şəbəkələrdən biliblər və qardaşının qolu qandallı olduğunu görüblər.
"Biz onu işə düzəldən şirkətlə danışdıq və onlar da bildirdilər ki, həbs xəbəri düzgün olsa da, Rəşadlıq bu məsələdə bir işin olmadığını, sadəcə olaraq insan tələfatının çox olması ilə bağlı normal prosedur qaydası olduğunu deyiblər. Rəşad vəkillə təmin olunub və biz də onunla əlaqə saxlayıb, son xəbərləri ondan alırıq".
Saxlanılan 3 şəxs - Qədir Quliyevin qardaşı Nurət Quliyev bildirib ki, hazırda onunla heç bir əlaqəyə keçə bilmirlər:
Qədir Quliyev
"Əslən Şabrandanıq və rayonda yaşayırıq. Qardaşımın 22 yaşı var. Ailədə 3 oğlanıq, Qədir ən böyüyümüzdür, subaydır. Aprel ayından eyni gəmidə çalışıb, vəzifəsi matros olub. Qəzadan sonra anama xəbər edib və deyib ki, gəmi batıb, lakin sağdırlar. Bildirib ki, onları izahat vermək üçün aparıblar".
Ailə üzvü bildirib ki, qardaşının olduğu gəmi şirkətindən atası ilə əlaqə saxlayıb, bildirib ki, narahatlığa əsas yoxdur.
Məlumat üçün bildirək ki, avqustun 30-da Şimali Kiprin Girnə sahillərində gəmi qəzaya uğrayıb. Son məlumatlara görə, qəza nəticəsində 240 nəfər xilas edilib, 8 nəfər ölüb və 19 sərnişin üçün axtarış-xilasetmə işləri davam etdirilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ceyhun Bayramovla Litva xarici işlər naziri arasında telefon danışığı olub
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Litvanın xarici işlər naziri Kestutis Budris arasında telefon danışığı baş tutub.Bu barədə Citypost.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.Qeyd olunub ki, telefon danışığı zamanı Azərbaycan-Litva ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun davam etdirilməsinin, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.Telefon danışığı zamanı həmçinin çoxtərəfli platformalar çərçivəsində tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Kestutis Budris Litvanın 2027-ci ilin ilk yarısında Avropa İttifaqı Şurasına sədrliyə hazırlığı barədə məlumat verib. Azərbaycan-Avropa İttifaqı münasibətləri kontekstində Litvanın qarşıdan gələn sədrliyi dövründə bir sıra istiqamətlər üzrə səylər barədə fikir mübadiləsi aparılıb.Nazirlər...
03 Sentyabr 2026, 11:39
Tural İrfan GİLEYLƏNDİ: “Yaşamırıq, yalnız problem həll etməklə məşğuluq”
İlahiyyatçı, yazar və MCP sədrinin müavini Tural İrfan ölkədə sosial vəziyyətin ağırlığı ilə bağlı fikirlərini bölüşüb.Tural İrfan sosial şəbəkə hesabında yazdığı paylaşımda kommunal ödənişlərlə bağlı yaşadığı çətinliklərdən söz açıb. O, ötən aydan borcunun qaldığını və işığının kəsilməsi ilə bağlı xəbərdarlıq edildiyini bildirib.İlahiyyatçı qeyd edib ki, bir neçə gün əvvəl su nəzarətçisi də ödənişin vaxtında edilməsini tələb edib və suyun kəsilə biləcəyini deyib. Onun sözlərinə görə, bu xəbərdarlıq qonşuların yanında səsləndirilib.Tural İrfan qarşıdan gələn qışla bağlı da narahatlığını ifadə edib.“Hələ qarşıdan qış gəlir. Görək qaza pul çatdıra biləcəyikmi... Kənddə yaşasaydıq, yenə kərmədən, təzəkdən tapıb yandırmaq olardı. Şəhərdə quru asfaltın üstündə nə...
03 Sentyabr 2026, 11:33
Ədalət Verdiyev Ermənistan ordusunu belə tənqid etdi
Hərbi ekspert Ədalət Verdiyev Ermənistan ordusunun hərbi mərasimlərindən birini tənqid edib.Citypost.az Ədalət Verdiyev sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə Ermənistan ordusunda silahla hərbi salam verilməsi görüntülərinə münasibət bildirib.“Dünyada silahla hərbi salam verən bir ordu var. O da Ermənistan ordusudur. Müdafiəsiz nazir də elə ciddi dayanıb ki, sanki nizamnamənin tələbləri belə imiş”, – deyə hərbi ekspert yazıb.Ədalət Verdiyev paylaşımında Ermənistan ordusunu sərt ifadələrlə tənqid edərək, “Beyin gizlənməsi buna deyirlər. Ordu deyil, vallah, multfilmdir” sözlərini qeyd edib.Turan...
03 Sentyabr 2026, 10:56
Ötən dövrdə 87 uşaq himayədar ailələrə verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 87 uşaq himayədar ailələrə verilib.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən himayədar ailə modelinin tətbiqi, valideyn himayəsindən məhrum uşaqların ailə mühitinə reinteqrasiya prosesinin daha da təkmilləşdirilərək sadələşdirilməsi üçün müvafiq prosedurlarda bir sıra dəyişikliklər edilib.Qeyd edilib ki, yeni dəyişikliklər bu sahədə əlçatanlığın artırılmasına və xidmətlərin daha çevik təşkilinə, himayədar ailə olmaq üçün müraciət edən vətəndaşların daha qısa müddət ərzində himayədar valideyn kimi fəaliyyətə başlamalarına imkan yaradır.Belə ki, hazırda himayədar valideyn olmaq istəyən şəxslər uçota alındıqdan sonra 10 iş günü ərzində onlarla müsahibə keçirilir və maddi-məişət...
03 Sentyabr 2026, 10:54
Ceyhun Məmmədovdan lift mədəniyyəti ilə bağlı MESAJ
Bina evlərində yaşayanların ən çox qarşılaşdığı problemlərdən biri lift məsələsidir.Amma lift problemi yalnız onun xarab olması, gec gəlməsi və ya işləməməsi deyil. Bəzən liftin ən böyük problemi elə onu istifadə edən insanlardır.Məsələn, liftin qapısını arxasınca gələn adama bir neçə saniyə saxlamayanlar var. Adamın liftə çatmasına iki addım qalıb, amma qapı artıq bağlanıb.Liftin qapısını təpiklə açanlar da var.Liftin içinə tüpürənlər, saqqız yapışdıranlar, tum qabıqlarını və müxtəlif tullantıları atanlar...Liftin güzgüsünü isə sanki şəxsi dəftər hesab edənlər var. Adını, soyadını, telefon nömrəsini yazan, müxtəlif sözlər cızan, güzgünü makiyaj vasitələrinin izləri ilə çirkləndirənlər...Bəziləri liftin içində yüksək səslə danışır, telefonla qışqıra-qışqıra danışır, musiqini ətrafdakı insanların...
03 Sentyabr 2026, 10:46
3 yaşlı uşağın ət maşınında ağır yaralanan əli 8 saatlıq əməliyyatla bərpa edildi
Sol yuxarı ətrafının ət maşınında sıxılması nəticəsində yaranmış ağır travmatik amputasiya ilə 3 yaşlı oğlan uşağı hadisədən təxminən 7 saat sonra Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasına gətirilib.Səhiyyə Nazirliyindən Citypost.az-a bildirilib ki, travma nəticəsində uşağın sol əl biləyi və əl daraqları, həmçinin baş, işarə, orta və üzük barmaqları metakarpofalangeal oynaq səviyyəsində tam amputasiya olunub.Xəstənin klinik vəziyyəti qiymətləndirildikdən sonra təcili şəkildə əməliyyata hazırlanıb və yüksək ixtisaslı mikrocərrahi komanda - Dilqəm Məmmədov, Bəxtiyar Qasımov, Abidin Həsənli, anestezoloqlar Mail Sədiyev və Dayaq Əhmədli tərəfindən kompleks rekonstruktiv əməliyyat həyata keçirilib.Əməliyyatın ilkin mərhələsində bilək və əl daraqlarının...
03 Sentyabr 2026, 10:18