Bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 08 Sentyabr 2026, 08:11
282
Bu gün paytaxtın bəzi ərazilərində qaz olmayacaq.
Citypost.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Həmçinin oxuyun
Belə ki, “Qaz İxrac” İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadək Sabunçu və Suraxanı rayonlarının bir hissəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan səfirliyi "The Guardian"da dərc edilmiş qərəzli məqaləyə cavab verib
"The Guardian" qəzetində dərc edilmiş qərəzli məqalə ilə bağlı Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin müşaviri Günel Səlimovanın qəzetin redaksiyasına ünvanladığı cavab məktubu dərc olunub.Bu barədə Citypost.az-a Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyindən məlumat verilib.Məktubda qeyd olunub ki, müəllifin fikirlərinin əksinə olaraq müvafiq film şovinist mövqe ehtiva edir və mövcud reallığı əks etdirmir. Həmçinin keçmiş münaqişədən bəhs edərkən Azərbaycan xalqının yaşadığı faciələr, işğalın humanitar və sosial nəticələri, eləcə də davam edən mina təhlükəsi nəzərə alınmalıdır.Məktubda keçmiş münaqişənin səbəbinin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi olduğu və Azərbaycanın 2020-ci ildə öz ərazi bütövlüyünü bərpa etdiyi də nəzərə çatdırılıb.Azərbaycan və Ermənistan...
08 Sentyabr 2026, 08:00
Ancelina Coli Xarkova səfər edib
Amerikalı aktrisa Ancelina Coli Ukraynanın şərqində yerləşən Xarkov şəhərinə səfər edib.Citypost.az APA-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Boks Federasiyası məlumat yayıb.Federasiyanın “Telegram” kanalında yayılan məlumata görə, Coli şəhərdəki boks klublarından birini ziyarət edib. Onun oğlu Noks da klubda keçirilən muay-tay məşqində iştirak edib.Ancelina Coli avqustun sonunda Ukraynaya gəlib. O, Xarkovdan əvvəl Lvov, Ternopil və Poltava şəhərlərinə də səfər edib....
07 Sentyabr 2026, 22:08
Bayılda binanın fasadı qopdu
Paytaxtda hökm sürən küləyin təsiri nəticəsində Bayıl qəsəbəsində yerləşən “Sabah Residence”in fasad örtüyünün bir hissəsi sıradan çıxaraq uçub.Citypost.az xəbər verir ki, bu haqda “Operativ media” məlumat yayıb.Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
07 Sentyabr 2026, 21:28
Azərbaycan BAEA iclasında nüvə təhlükəsizliyinin əhəmiyyətini qabardıb
Azərbaycanın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (BAEA) daimi nümayəndəsi Kamil Xasiyev Rəhbərlər Şurasının sentyabr iclasında iştirak edib və nüvə təhlükəsizliyinin əhəmiyyətini qabardıb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın Avstriyadakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb."Azərbaycanın təyin olunmuş Daimi Nümayəndəsi səfir Kamil Xasiyev BAEA Rəhbərlər Şurasındakı bəyanatında nüvə və radiasiya təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb və bu sahədə milli potensialın gücləndirilməsində agentliyin dəstəyini təqdir edib", - məlumatda bildirilib.Qeyd edək ki, Azərbaycanın Beynəlxalq Atom Enerjisi Agentliyində (BAEA / IAEA) rəsmi təmsilçiliyi Avstriyadakı daimi nümayəndəlik vasitəsilə həyata keçirilir və bu vəzifəni Azərbaycanın Avstriyadakı səfiri icra edir. Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri və Vyanadakı beynəlxalq...
07 Sentyabr 2026, 21:18
Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb
Azərbaycan vətəndaşı Hafiz Süleymanov Gürcüstanda itkin düşüb.APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Acarıstanın “Batumelebi” nəşri yazıb.Qohumu nəşrə bildirib ki, Hafiz Süleymanov quru sərhədlə Türkiyədən Gürcüstana keçib və avqustun 28-dən etibarən onunla əlaqə saxlamaq mümkün deyil.Gürcüstanın Daxili İşlər Nazirliyindən “Batumelebi” nəşrinə bildirilib ki, itkin düşmüş Azərbaycan vətəndaşı ilə bağlı axtarış tədbirləri həyata keçirilir.
07 Sentyabr 2026, 21:10
Şəhid anası vəfat etdi
Vətən müharibəsi şəhidi Qəşəm İbrahimlinin anası vəfat edib.Citypost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhid anası Gülçöhrə İbrahimova yaşadığı Ağdam rayonunun Xındırıstan kəndində dünyasını dəyişib.Qeyd edək ki, 1995-ci il təvəllüdlü Qəşəm 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib və 9 oktyabr 2020-ci ildə Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.Ölümündən sonra bir neçə medalla təltif edilib.
07 Sentyabr 2026, 19:58