Bizə yazın

Baku

-°C

USD

-

Yəməndə 300-dən çox insan öldürülüb

Dünya 08 Sentyabr 2026, 08:26

214

Yəmənin cənub-qərbində hökumət qüvvələri ilə “Ənsar Allah” hərəkatı qüvvələri (husilər) arasında son günlər baş verən toqquşmalar nəticəsində 300-dən çox insan həlak olub.

Modern.az yerli mediaya istinadla xəbər verir ki, hökumət qüvvələrindəki hərbi mənbələrin məlumatına görə, şənbə və bazar günləri gedən döyüşlərdə 84 hökumət hərbçisi öldürülüb. Husilərə yaxın mənbələr isə eyni müddətdə qrupun 57 üzvünün öldürüldüyünü bildirib.

Yəmən Silahlı Qüvvələrinin Media Mərkəzi “X” platformasında yaydığı açıqlamada hökumət qüvvələrinin bazar günü bir sıra cəbhələrdə genişmiqyaslı hərbi əməliyyatlar keçirdiyi bildirilib. Əməliyyatlar zamanı bir sıra mövqelərin geri alındığı, habelə husilərin sızma cəhdlərinin qarşısının alındığı qeyd olunub.

Məlumata görə, əməliyyatlar nəticəsində Taiz şəhərinin qərbində bir sıra mövqelər geri alınıb və Hudeyda vilayətinin cənubunda isə yeni mövqelər möhkəmləndirilib. Əl-Bərh cəbhəsində isə üç istiqamətdən hücum həyata keçirilib.

Bundan başqa, bazar günü axşam Taizin qərbindəki əl-Dubab cəbhəsində husilərin sızma cəhdinin qarşısı alınıb. Bildirilib ki, toqquşma nəticəsində 20-dən çox husi öldürülüb və ya yaralanıb, həmçinin qrupun texnikasına ziyan dəyib.

Hökumət qüvvələrinin husilərin mövqelərinə qarşı hava zərbələrini də davam etdirdiyi bildirilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kuba ABŞ ilə təmasları davam etdirmək niyyətindədir

Kuba hakimiyyəti danışıqlarda irəliləyişin olmamasına baxmayaraq, ABŞ hökuməti ilə təmasları davam etdirmək niyyətindədir.APA xəbər verir ki, bunu Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilya mətbuat konfransında bildirib.Mətbuat konfransı ABŞ-nin Kubaya qarşı tətbiq etdiyi ticarət-iqtisadi və maliyyə blokadasının mənfi təsirləri barədə BMT Baş Assambleyasına təqdim ediləcək hesabatın təqdimatına həsr olunub.“Danışıqlarda irəliləyişin olmamasına baxmayaraq, təmasları davam etdirmək niyyətindəyik”, – nazir bildirib.Rodriges Parrilyanın sözlərinə görə, tərəflər arasında danışıqlar keçirilib və Vaşinqtonla əlaqələr davam edir. Bununla belə, Kuba XİN rəhbəri irəliləyişin olmamasını ABŞ tərəfinin siyasi iradə nümayiş etdirməməsi ilə əlaqələndirib.Nazir Kubanın qarşılıqlı hörmət və ölkənin daxili işlərinə qarışmamaq prinsipləri əsasında danışıqları davam etdirməyə hazır...

07 Sentyabr 2026, 21:57

Tramp Kanada və Meksikanın ABŞ bayrağının rənglərində təsvir olunduğu xəritə paylaşıb

ABŞ Prezidenti Donald Tramp Kanada və Meksikanın ABŞ bayrağının rənglərində təsvir olunduğu xəritə paylaşıb.Citypost.az az xəbər verir ki, Tramp müvafiq görüntünü “Truth Social” hesabında yayıb.Xəritədə ABŞ-la yanaşı, Kanada və Meksikanın əraziləri də Amerika bayrağının rənglərində göstərilib. (APA)

07 Sentyabr 2026, 20:45

Rusiya Almaniyanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlamaq qərarına gəlib

Rusiya Almaniyanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlamaq və Höte mərkəzlərinin əməkdaşlarını ölkədən çıxarmaq qərarına gəlib.Citypost.az APA-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.XİN Sankt-Peterburqdakı alman diplomatlarının sentyabrın 18-dək Rusiyanı tərk etmələrini tələb edib.Höte mərkəzlərinin əməkdaşları isə sentyabrın 13-dək Rusiyanı tərk etməlidirlər.“Rusiya Federasiyası və Almaniya Federativ Respublikası arasındakı münasibətlərdə yeni bir eskalasiyanın nəticələrinə görə məsuliyyət tamamilə Berlinin üzərinə düşür”, - Rusiya XİN-in məlumatında deyilir....

07 Sentyabr 2026, 18:26

Tanzaniya prezidentinin həyat yoldaşı ürək xəstəliyindən öldü 

Tanzaniya prezidenti Samiya Suluhu Həsənin həyat yoldaşı Hafid Əmeyr Həsən 68 yaşında Zənzibar adasındakı xəstəxanada vəfat edib.Citypost.az Qaynarinfo-a istinadən xəbər verir ki, bu barədə “Nation” ölkənin vitse-prezidenti Deoqratius Ndembyaya istinadən məlumat yayıb.Onun sözlərinə görə, Həsən bu gün səhər Zənzibardakı Emilio Mzena Memorial Xəstəxanasında dünyasını dəyişib. O, ürək xəstəliyindən müalicə olunurdu. Dəfn mərasimi həmin adadakı Kizimkazi kəndində keçiriləcək.Hafid Əmeyr Həsən kənd təsərrüfatı elmləri üzrə müəllim olub və ictimaiyyətin diqqətindən uzaq həyat tərzi sürüb. Həyat yoldaşının 2021-ci ildə prezident vəzifəsinə başlamasından sonra Tanzaniyanın ilk centlmeni olub.Cütlük Samiya Suluhu Həsənin siyasətlə məşğul olmasından xeyli əvvəl, 1978-ci ildə ailə qurub. Onların üç oğlu və...

07 Sentyabr 2026, 17:00

Avstraliyalılara sosial media alqoritmlərindən imtina imkanı veriləcək

Avstraliyada istifadəçilərə sosial media platformalarının fərdiləşdirilmiş alqoritmlərini söndürmək imkanı verilməsi planlaşdırılır.Citypost.az FRANCE24.com-a istinadən xəbər verir ki,  bununla bağlı “rəqəmsal qayğı vəzifəsi”ni nəzərdə tutan qanun layihəsinin bu həftə parlamentə təqdim edilməsi gözlənilir. Qanun qəbul olunarsa, Meta kimi şirkətlər istifadəçilərə məzmun tövsiyələrini fərdiləşdirən alqoritmlərdən imtina seçimi təqdim etməli olacaq.Rabitə naziri Anika Uells bildirib ki, istifadəçilərə lentlərində hansı məzmunu görəcəkləri ilə bağlı daha çox seçim verilməlidir.Qeyd edək ki, sosial media şirkətləri asılılıq yaradan və istifadəçiləri sensasion məzmuna yönləndirən alqoritmlərdən istifadə etdikləri iddiaları ilə uzun müddətdir tənqid olunur....

07 Sentyabr 2026, 10:55

Solomon Adalarının baş naziri devrilməkdən xilas oldu

Solomon Adalarının Baş naziri Metyu Ueyl hökumətinə qarşı irəli sürülən etimadsızlıq təşəbbüsündən sonra vəzifəsini qoruyub.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Parlament iclası qeyri-müəyyən müddətə təxirə salınıb. Ueylin Çinlə münasibətlərdən uzaqlaşaraq ABŞ və Avstraliya ilə əməkdaşlığı gücləndirmək siyasəti fonunda baş verən siyasi böhran regionda diqqətlə izlənilir.Baş nazir hökumətin əsas islahatları davam etdirəcəyini bildirib.Turan

07 Sentyabr 2026, 10:44