Tural İrfan:Mənəvi dəyərlər məhv olur
Cəmiyyət 09 Sentyabr 2026, 10:25
172
Sosial vəziyyət çox ağırdır. Getdikcə daha da ağırlaşır. Proses vətəndaşların düşüncə tərzinə, həyata, ölkəyə baxışına, hətta sağlamlığına ciddi və mənfi təsir göstərir.
Citypost.az xəbər verir ki, bu sözləri Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı Tural İrfan bildirib
İlahiyyatçı qeyd edib ki, Təhqir və söyüşün artması, əksəriyyətin aqressivləşməsi, radikallaşması, halal-haram, qanun-qadağa demədən batil vasitələrlə məqsədə çatmağa can atma meylləri bütün mənəvi, əxlaqi dəyərləri məhv edir. Adamın balası acdırsa, işığını kəsiblərsə ona istər Tövrat oxu, istər Quran fərqində deyil... Fikri balasının yanındadır. Zikri qaranlıqda qalan ailəsinin yanındadır.Əgər fəhləni fəhləlikdən çıxarıb taleyin ümidinə buraxırlarsa, məmur obrazı ölkədə qəddarlıq simvoluna çevrilirsə bu ciddi siqnaldır...
Həmçinin oxuyun
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İslam və əxlaq barədə - Fazil Mustafa yazır…
İslam və əxlaq münasibəti yalnız ibadət və inanc çərçivəsində deyil, insanın gündəlik davranışı, məsuliyyəti və cəmiyyət qarşısındakı mövqeyi kontekstində də düşünülməlidir.Milli Məclisin deputatı Fazil Mustafa bu yazısında əxlaqın dindən əvvəl mövcud olan, insanın mahiyyəti ilə bağlı universal bir dəyər sistemi olduğunu vurğulayır.Müəllif İslamın əxlaq anlayışına, xüsusilə dürüstlük, halal ticarət, məsuliyyət, ədalət və başqasının haqqına hörmət prinsiplərinə diqqət çəkərək ibadətlə əxlaqlılığın eyni anlayış olmadığını ortaya qoyur.Yazıda həmçinin Maks Weberin “inanc əxlaqı” və “məsuliyyət əxlaqı” bölgüsündən, Əhməd Ağaoğlunun “Üç mədəniyyət” əsərində irəli sürdüyü Şərq-Qərb müqayisəsindən və İslam dünyasının müasir problemlərindən bəhs edilir.Fazil Mustafa İslamın siyasi ideologiyaya çevrilməsi ilə insanın mənəvi və əxlaqi...
09 Sentyabr 2026, 10:36
Ədalət Muradov: Universitetlərin missiyası yalnız iqtisadi nəticələrlə məhdudlaşmır
Universitetlərə getdikcə daha çox yalnız iqtisadi dəyər yaradan institutlar kimi baxılır. Halbuki universitetlərin missiyası iqtisadi nəticələrlə məhdudlaşmır. Citypost.az xəbər verir ki, bu sözləri UNEC-in rektoru, professor Ədalət Muradov feysbuk səhifəsində paylaşım edərkən bildirib.Rektor daha sonra əlavə edib ki, Onların cəmiyyətin sosial, mədəni və intellektual inkişafındakı rolu da eyni dərəcədə fundamental əhəmiyyət daşıyır.Uğurlar! Hər şey daha da yaxşı olacaq!Əli
09 Sentyabr 2026, 10:30
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yenilənib
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 sentyabr 2026-cı il tarixli 274 nömrəli Qərarı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yenilənib.Citypost.az xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, dəyişikliklərin əsas məqsədi daha yığcam, çevik və səmərəli idarəetmə modelinin formalaşdırılması, təkrarlanan funksiyaların aradan qaldırılması, qərarvermə prosesinin sürətləndirilməsi və mövcud resursların prioritet fəaliyyət istiqamətlərinə yönəldilməsidir.Qeyd olunub ki, əvvəlki strukturda İdarənin Aparatından əlavə səkkiz tabeli qurum fəaliyyət göstərirdisə, yeni strukturda iki tabeli qurum – Muzey və Turizm Mərkəzi və Ənənəvi İncəsənət Mərkəzi nəzərdə tutulub. Bu dəyişiklik idarəetmənin daha yığcam və çevik təşkilinə, təkrarlanan funksiyaların aradan qaldırılmasına...
09 Sentyabr 2026, 10:27
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
Xalq artisti Zaur Rzayev Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.Bu barədə APA-ya açıqlamasında xəstəxananın diretoru Zaur Xəlilov məlumat verib.O bildirib ki, Xalq artistinin vəziyyəti qənaətbəxşdir və o, palata şəraitində müalicə alır. O, bir neçə gün sonra xəstəxanadan evə buraxılacaq.
09 Sentyabr 2026, 10:19
Dövlət əleyhinə çağırışlara görə saxlanılan şəxsə 8 il 6 ay həbs cəzası verildi
Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Cahid Kamal İsayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.Citypost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən yekun prosesdə prokuror çıxışı zamanı yəqsirləndirilənin 9 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.Müşavirədən sonra hökm elan edilərək Cahid Kamal İsayev 8 il 6 ay azadlıqdan məhrum edilib.Xatırladaq ki, Rusiya vətəndaşı olan və bu ölkədə yaşayan Cahid Kamal İsayev 2025-ci ilin noyabrında Türkiyəyə səyahət edərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb və Azərbaycana ekstradisiya edilib.C. İsayev Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışların bir qrup şəxs tərəfindən törədilməsi),...
09 Sentyabr 2026, 10:05
Mədəniyyət Nazirliyi Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət Nazirliyi Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq yayıb.Bu barədə Citypost.az Mədəniyyət Nazirliyi məlumat verib.Bildirilib ki, Azərbaycan mədəniyyətinə ağır itki üz verib:"Görkəmli teatr xadimi, rejissor, Xalq artisti Aleksandr Şarovski 9 sentyabr 2026-cı il tarixində, 78 yaşında vəfat edib.Aleksandr Yakovleviç Şarovski 10 fevral 1948-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu (indiki Azərbaycan Dillər Universiteti) bitirib.Aleksandr Şarovski 1967-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1976-cı ildən taleyini 50 il ərzində çalışdığı S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına bağlayıb. Bu səhnədə aktyor kimi həyat verdiyi Rezo ("Premyera", L.Roseb), Eldar...
09 Sentyabr 2026, 10:00