Bizə yazın

Baku

-°C

USD

-

Mədəniyyət Nazirliyi Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq yayıb 

Cəmiyyət 09 Sentyabr 2026, 10:00

106

Mədəniyyət Nazirliyi Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq yayıb.

Bu barədə Citypost.az Mədəniyyət Nazirliyi məlumat verib.

Bildirilib ki, Azərbaycan mədəniyyətinə ağır itki üz verib:

"Görkəmli teatr xadimi, rejissor, Xalq artisti Aleksandr Şarovski 9 sentyabr 2026-cı il tarixində, 78 yaşında vəfat edib.

Aleksandr Yakovleviç Şarovski 10 fevral 1948-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu (indiki Azərbaycan Dillər Universiteti) bitirib.

Aleksandr Şarovski 1967-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1976-cı ildən taleyini 50 il ərzində çalışdığı S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına bağlayıb. Bu səhnədə aktyor kimi həyat verdiyi Rezo ("Premyera", L.Roseb), Eldar ("Qum üzərində ev", R.İbrahimbəyov), Şeyx Sənan ("Şeyx Sənan", H.Cavid), Fərhad ("Fərhad və Şirin", S.Vurğun), Henrix ("Kral Lir", V.Şekspir), Mehmandarov ("Neft bumu", M.İbrahimbəyov) – ümumilikdə 50-dən çox obraz tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Aleksandr Şarovski 1978–1990-cı illərdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında rejissor assistenti, 1991-ci ildən quruluşçu rejissor, 1993-cü ildən 2026-cı ilədək baş rejissor kimi fəaliyyət göstərib. Bu illər ərzində 50-dən artıq tamaşaya quruluş verib.

Sənətkar eyni zamanda "Yarımçıq qalmış mahnı" (1979), "Anın quruluşu” (1980) "Qorxma, mən səninləyəm" (1981) və "Lətifə" (1989) filmlərində çəkilib, televiziya tamaşalarında maraqlı rollar oynayıb.

Geniş ictimai fəaliyyəti ilə də tanınan Xalq artisti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasında təmsil olunurdu.

Aleksandr Şarovskinin Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, respublikanın “Əməkdar artist” (1987), “Xalq artisti” (1998) fəxri adlarına, “Şöhrət” (2008), “Şərəf” (2018), “Prezidentin fəxri diplomu” (2023) ilə təltif edilib. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi görkəmli teatr xadimi, Xalq artisti Aleksandr Şarovskinin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Dövlət əleyhinə çağırışlara görə saxlanılan şəxsə 8 il 6 ay həbs cəzası verildi

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Cahid Kamal İsayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.Citypost.az xəbər verir ki,  Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən yekun prosesdə prokuror çıxışı zamanı yəqsirləndirilənin 9 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.Müşavirədən sonra hökm elan edilərək Cahid Kamal İsayev 8 il 6 ay azadlıqdan məhrum edilib.Xatırladaq ki, Rusiya vətəndaşı olan və bu ölkədə yaşayan Cahid Kamal İsayev 2025-ci ilin noyabrında Türkiyəyə səyahət edərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb və Azərbaycana ekstradisiya edilib.C. İsayev Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışların bir qrup şəxs tərəfindən törədilməsi),...

09 Sentyabr 2026, 10:05

Xalq artisti Aleksandr Şarovski vəfat edib 

Xalq artisti Aleksandr Şarovski vəfat edib.Citypost.az xəbər verir ki, bu barədə Birinci vitse-prezident Mehriban Əliyeva paylaşım edib.Paylaşımda deyilir:"Aleksandr Yakovleviç Şarovski. Məkanın cənnət olsun, böyük Ustad!"

09 Sentyabr 2026, 09:58

Ceyhun Məmmədov: Şəhid anasının şəxsi həyatını müzakirə etmək şəhidin xatirəsinə hörmətsizlikdir

Bir insan haqqında danışmaq bizə çox asan gəlir. Xüsusilə də sosial şəbəkələrdə.Bir cümlə yazırıq, bir fikir bildiririk, bəzən heç bilmədiyimiz bir məsələ haqqında hökm veririk. Sonra həmin fikir paylaşılır, yayılır və bir insanın şəxsi həyatı minlərlə insanın müzakirəsinə çevrilir.Amma bəzən yazmazdan əvvəl bir anlıq dayanmaq lazımdır.Mən bunu həqiqətən bilirəmmi?Yoxsa sadəcə eşitmişəm?Bu barədə hökm verməyə haqqım varmı?Bu sözün qarşı tərəfdə necə iz buraxacağını düşünmüşəmmi?Xüsusilə söhbət şəhid anasından gedirsə, sözümüzün məsuliyyəti daha da artır.İslam insanın yalnız ibadətinə deyil, onun şəxsi həyatına, ailəsinə, sirrinə, ləyaqətinə və şəxsi məkanına hörmət edilməsinə də böyük əhəmiyyət verir.Quranda buyurulur:“Öz evlərinizdən başqa evlərə, icazə almadan və sakinlərinə salam...

09 Sentyabr 2026, 08:55

Diqqət - Bu ərazilərdə işıq OLMAYACAQ

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə  sentyabrın 9-da Yasamal rayonunda Transformator Məntəqəsində, Mingəçevir və Yevlaxda isə bəzi hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.Citypost.az  xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Arif Mehdiyev, Mirəli Seyidov küçələri, Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Mingəçevir Elektrik Şəbəkəsinə (EŞ) daxil olan şəhərin Babək, Cəmil Əliyev və Naxçıvan küçələrinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.Planlı fasilə saat 10:00-dan 15:00-dək Yevlax EŞ-nin...

09 Sentyabr 2026, 08:00

Ərdoğan Rəşad Aslanovun etimadnaməsini təqdim edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında Azərbaycan səfiri Rəşad Aslanovu qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının “X” hesabında məlumat verilib.Qəbul zamanı səfir Rəşad Aslanov etimadnaməsini Prezident Ərdoğana təqdim edib.

08 Sentyabr 2026, 21:33

Bu gün Jurnalistlərin Beynəlxalq Həmrəylik Günüdür - Ramidə Allahverdiyeva yazır

İllər əvvəl belə bir statistik məlumat oxumuşdum. Dünyada şaxtaçılardan sonra, ən qısa ömür yaşayan peşə sahiblərindən biri də jurnalistlərdir. Yəqin ki, bu qənaət ondan irəli gəlib ki, biz qələm adamları özümüzlə bərabər, neçə-neçə taleyləri, problem və çətinlikləri çiynimizdə daşıyıb, əlac axtarırıq. Bəzən nail oluruq, bəzən yox. Və bütün bunları da daşımağa, həzm edib, yoluna qoymağa cəsarətlə yanaşı, möhkəm ürək də gərəkdir. Ürək isə ovcumuz boyda ət parçasından ibarətdir. Nə daşıdır, nə dəmir. Bu gün Jurnalistlərin Beynəlxalq Həmrəylik Günüdür. Beynəlxalqı lazım deyil. Elə öz içimizdə, aramızda və sıramızda həmrəy, həmfikir olaq. Birləşək, eyni yerə, nöqtəyə külüng vuraq. Məqsədimiz, amalımız bir olsun. Daha bir-birimizi top...

08 Sentyabr 2026, 20:42