Bizə yazın

Baku

-°C

USD

-

Rubio Moskva və Kiyevdəki danışıqları məzmunlu adlandırıb

Dünya 09 Sentyabr 2026, 09:08

294

Həftəsonu Moskva və Kiyevdə Ukrayna üzrə keçirilən danışıqlar məzmunlu olub.

Citypost.az "Report" a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubio Kolumbiyaya səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Bununla belə, Dövlət Departamentinin rəhbəri müzakirələri "məhsuldar və ya qeyri-məhsuldar" adlandırmaqdan imtina edib.

"Hər iki tərəfin çox sərt qırmızı xətləri var. Lakin bunlar həftəsonu həm Kiyevdə, həm də Moskvada keçirilən məzmunlu danışıqlar idi və ümid edirəm ki, bunun əsasında biz (üçtərəfli) danışıqların bərpası üçün irəliyə doğru yol aça biləcəyik", - o deyib.

Daha əvvəl ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Kiyevdə Ukrayna lideri Volodimir Zelenski ilə görüşün yekunlarına əsasən bildirib ki, ABŞ, Rusiya və Ukrayna yaxın vaxtlarda üçtərəfli formatda danışıqların keçiriləcəyini elan edə bilər.

Rubio həmçinin vurğulayıb ki, Amerika tərəfi yaxın həftələrdə danışıqların bərpası və hər iki tərəf üçün məqbul olan razılaşmanın mümkün əldə olunması üçün yol xəritəsi hazırlamağı nəzərdə tutur.

"Qarşıda hələ çox iş var", - Dövlət Departamentinin rəhbəri yekunlaşdırıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

ABŞ beş İran tankerinin məhv edildiyini açıqlayıb

ABŞ hərbçiləri İranın beş neft tankerini məhv edib.Citypost.az  xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) açıqlayıb.“CENTCOM qüvvələri sentyabrın 8-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun son iki gün ərzində ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə iki dəfə ballistik raketlərlə hücum etməsindən sonra beş İran neft tankerini məhv edib”, - komandanlığın bəyanatında deyilir.CENTCOM-un məlumatına görə, Oman körfəzində yerləşən “Kaviz”, “Charminar”, “Horizon 1” və “Riesco” tankerləri, həmçinin Xark adası yaxınlığında olan “Derya” gəmisi məhv edilib.Bəyanatda qeyd olunur ki, sentyabrın 5-də ABŞ hərbçiləri İran İslam Respublikasına məxsus üç neft tankerini də məhv edib. (APA)...

09 Sentyabr 2026, 08:54

Ayı mənimsəyən Trampa BMT-dən cavab

BMT-dən ABŞ Prezidenti Donald Trampın "Ay ABŞ-nindir" bəyanatına cavab verilib. Citypost.az "Unikal" a istinadən xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Düjarrik təşkilatın kosmosun dinc məqsədlərlə istifadəsinə sadiq olduğunu bildirib:"Biz kosmosun dinc məqsədlərlə istifadəsinə inanırıq və deyəcəyim budur".ABŞ da daxil olmaqla 100-dən çox dövlətin tərəf olduğu 1967-ci il Kosmos Müqaviləsi Ayın və digər səma cisimlərinin suverenlik, istifadə və ya işğal iddiaları ilə milli mənimsənilməsini qadağan edir....

09 Sentyabr 2026, 08:26

SEPAH: ABŞ ordusuna məxsus sualtı aparat Hörmüz boğazında ələ keçirilib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ-a məxsus bir ədəd ağıllı pilotsuz sualtı aparatın Hörmüz boğazında ələ keçirildiyini açıqlayıb.APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə SEPAH Hərbi Dəniz Qüvvələrinin yaydığı bəyanatda bildirilib.Məlumata görə, ABŞ ordusunun ən müasir ağıllı və pilotsuz sualtı aparatlarından biri bu gün səhər saatlarında Hörmüz boğazının girişində mürəkkəb məlumat və əməliyyat üstünlüyü təmin edən tədbir nəticəsində tələyə salınıb.SEPAH əlavə edib ki, sözügedən sualtı aparat dünyanın sualtı texnologiya sahəsində ən yeni texnologiyalardan birinə malikdir.Bəyanatda o da qeyd olunub ki, aparat 2025-ci ildə ABŞ ordusunun donanmasına təhvil verilib....

08 Sentyabr 2026, 22:00

Zəlimxan Yusupov həbs edildi

Məşhur pop-MMA döyüşçüsü Zəlimxan Yusupov Moskvada sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs edilib.Citypost.az "Unikal"a istinadən xəbər verir ki, polis 33 yaşlı Yusupovun idarə etdiyi Hongai H5 markalı avtomobili saxlayıb. O, əvvəllər tibbi müayinədən imtina etməkdə ittiham olunmuşdu. Bu dəfə də vəziyyət təkrarlanıb. Döyüşçüyə qarşı cinayət işi açılıb.Qeyd edək ki, Zəlimxan təkcə döyüşləri ilə deyil, həm də işdən kənar davaları ilə tanınır. 2022-ci ildə döyüşçü həmkarı ilə mübahisədən sonra Dağıstanda döyülüb. Elə həmin ilin sonlarında Moskva bölgəsində belaruslu kikboksçuya hücum edib. 2024-cü ildə isə Zəlimxan başqa bir dava zamanı güllələnib....

08 Sentyabr 2026, 21:10

İranda "Bəsic" komandiri öldürüldü

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Bəsic” hərbiləşdirilmiş qüvvələrinin komandirlərindən biri Əbdürrauf Esaqi öldürülüb.Modern.az İran KİV-nə istinadən xəbər verir ki, hadisə ölkənin cənub-şərq bölgəsində baş verib.İran hakimiyyəti hadisəni terror hücumu kimi təsvir edib. Medianın məlumatına görə, təhlükəsizlik qüvvələri hücum edənləri axtarır və təqib edir.

08 Sentyabr 2026, 18:44

Kreml: Putin və Tramp bir saat telefon danışığı aparıb

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib.Onun sözlərinə görə, telefon danışığı düz 1 saat davam edib, konstruktiv və açıq xarakter daşıyıb.Putinlə Tramp ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskva və Kiyevə səfərinin nəticələrini müsbət qiymətləndiriblər, bu səfərlərin davam etdiriləcəyi razılaşdırılıb.Uşakovun sözlərinə görə, Tramp Ukraynadakı münaqişəyə son qoymaq istəyindən danışıb. Belə ki, Tramp prezidentliyi dövründə Ukrayna münaqişəsi üzrə irəliləyiş əldə etməkdə maraqlıdır.Uşakov qeyd edib ki, Putin Trampın vasitəçilik səylərini yüksək qiymətləndirib. Amerikalıların hərbi əməliyyatlara son qoymaq üçün hansı konkret...

08 Sentyabr 2026, 18:25