Bizə yazın

Baku

-°C

USD

-

Messi İspaniyanın "Eldense" klubunu almaq barədə razılığa gəlib

İdman 09 Sentyabr 2026, 09:20

252

Argentinalı futbolçu Lionel Messi İspaniyanın "Eldense" klubunu almaq barədə prinsipial razılığa gəlib.

"Report" xəbər verir ki, bu barədə "Marca" qəzeti mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, "İnter Mayami"nin hücumçusu və kapitanı klubun hazırkı sahibləri ilə razılığa gəlib və üçüncü tərəflərin iştirakı olmadan səhmlərin 100%-ni əldə edəcək.

Bildirilib ki, bu qərar argentinalının futboldakı irsini investisiya etməklə davam etdirmək istəyi ilə bağlıdır.

İspaniya çempionatının ikinci ən güclü divizionunda çıxış edən klub Alikante vilayətində, Kataloniyadan çox da uzaq olmayan ərazidə yerləşir. Messi peşəkar karyerasını başa vurduqdan sonra burada yaşamağı planlaşdırır.

Qeyd edək ki, aprel ayında 39 yaşlı Messinin Kataloniyada yerləşən "Kornelya" klubunun sahibi olduğu məlum olub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rafael Fiziyev UFC reytinqində yenidən “Top-10”da

UFC ötən həftə sonu Parisdə baş tutan turnirin ardınca çəki dərəcələri üzrə ən son reytinq cədvəlini yeniləyib.Citypost.az xəbər verir ki, yüngül çəki dərəcəsində Səlahəddin Parnas Dan Hoker üzərindəki qələbədən sonra reytinq cədvəlinə birbaşa 9-cu pillədən giriş edib.Azərbaycanı təmsil edən döyüşçü Rafael Fiziyev yenidən reytinqin ən yaxşı onluğundda öz yerini alıb.Qeyd edək ki, orta çəki dərəcəsində də yerdəyişmələr baş verib. Şarabutdin Maqomedov "top-15" siyahısındakı mövqeyini bərpa etdiyi halda, Abusupyan Maqomedov irəliyə doğru iki addım ataraq 12-ci sıraya yerləşib....

09 Sentyabr 2026, 08:14

"Neftçi" kanadalı basketbolçu Şakeyl Prays ilə müqavilə bağlayıb

Yeni mövsümə hazırlığı davam etdirən "Neftçi" kanadalı basketbolçu Şakeyl Prays ilə müqavilə bağlayıb.Bu barədə Citypost.az-a klubun mətbuat xidmətindən məlumat verilib.Boyu 188 sm olan müdafiəçi ilə müqavilənin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.Qeyd edək ki, Şakeyl Prays son olaraq Niderlandın "Luvarden" komandasının formasını geyinib.

08 Sentyabr 2026, 18:17

"Kəpəz" - "Qəbələ" oyunu bir dəqiqəlik sükutla başlayacaq 

Misli Premyer Liqasının V turunun "Kəpəz" - "Qəbələ" oyunu 1 dəqiqəlik sükutla başlayacaq.Citypost.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.Qarşılaşmanın start fitindən öncə Azərbaycanın veteran futbolçusu Mehman Hacıyevin vəfatı ilə əlaqədar Gəncə stadionunda 1 dəqiqəlik sükut elan olunacaq.Bununla bağlı "Kəpəz" rəhbərliyinin Peşəkar Futbol Liqasına müraciətinə müsbət cavab verilib. Bir dəqiqəlik sükut zamanı həmçinin stadionun ekranlarında mərhumun fotosu əksini tapacaq.Xatırladaq ki, matç sentyabrın 12-də keçiriləcək....

08 Sentyabr 2026, 14:58

"Sabah" basketbolçusu Castin Tillmanla vidalaşıb 

"Sabah" klubu basketbolçusu Castin Tillman ilə vidalaşıb.Citypost.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb.Oyunçu ilə qarşılıqlı razılıq əsasında yollar ayrılıb.Xatırladaq ki, C.Tillman 2025/2026 mövsümünün əvvəlində "Sabah"ın heyətinə qoşulub və komandanın uğurlu mövsümündə mühüm rol oynayıb. O, "Sabah"la Azərbaycan Basketbol Liqasının (ABL) çempionu olub və ABL final seriyasının MVP-si seçilib.

08 Sentyabr 2026, 11:15

"Neftçi"dən yeni  transfer 

“Neftçi” yeni hücumçu transfer edib.Citypost.az  xəbər verir ki, paytaxt təmsilçisi Finlandiyanın “Qnistan” klubundan nigeriyalı Adeleke Akinyemini sıralarına qatıb. Buna qədər Avropanın müxtəlif liqalarında çıxış etmiş mərkəz hücumçusu Akinyemi xüsusilə də son 3 ildə yüksək inkişaf göstərib. İki il əvvəl Finlandiyada “İlves”lə gümüş medal qazanaraq UEFA Avropa Liqasına vəsiqə əldə edən Adeleke Finlandiya çempionatında “Qnistan”la bu mövsüm 22 oyunun hamısında meydana çıxıb. 2017-ci ildə Latviya yüksək liqasının ən məhsuldar futbolçusu olan forvard “Qnistan”da da qolçuluq bacarığını göstərib və 13 qolla “Veikkaussliqa”nın bombardiridir.28 yaşlı futbolçu bu gün tibbi baxışdan keçdikdən sonra “Neftçi” ilə 2+1 illik müqavilə bağlayıb. O, komandada 26 nömrəli formanı geyinəcək....

07 Sentyabr 2026, 21:00

“Sabah” Futbol Akademiyasına 10 milyon manatlıq yatırım

"Sabah" klubu uşaq futbolunun davamlı inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq.Citypost.az  xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Sabah" klubuna UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə 5 milyon manat maliyyə dəstəyi ayrılıb.Klub göstərilən dəstəyi Azərbaycan futbolunun gələcəyinə yönəltmək məqsədilə UEFA Çempionlar Liqasında iştiraka görə əldə etdiyi məbləğdən əlavə 5 milyon manat vəsaiti uşaq futbolunun inkişafına ayırmaq qərarına gəlib.Beləliklə, "Sabah Football Academy Future Talents" ("Sabah Futbol Akademiyası – Gələcəyin istedadları") proqramının ilkin kapitalı 10 milyon manat təşkil edəcək. Bu məbləğin 5 milyon manatı dövlət dəstəyi, digər 5 milyon manatı...

05 Sentyabr 2026, 15:20