Vəkil Azər Hüseynli: “Mediasiyada tərəflərin azadlığı mütləq deyil”
Hüquq 10 Sentyabr 2026, 09:38
332
Mediasiya könüllülük və sərbəstlik prinsipləri üzərində qurulsa da, tərəflərin azadlığı mütləq deyil və qanunla müəyyən edilmiş çərçivələrlə məhdudlaşır.
Citypost.az xəbər verir ki, Vəkil Azər Hüseynli bu sahədə mediator və vəkillərin üzərinə ciddi məsuliyyət düşdüyünü bildirib.
Onun sözlərinə görə, barışıq sazişi qanuni olmalı, tərəflər razılaşmaya istədikləri hər hansı şərti daxil edə bilməməlidirlər. Sazişin şərtləri imperativ qanun normalarına zidd olmamalı, ictimai qaydaya və mənəviyyata zidd fəaliyyətləri ehtiva etməməli, üçüncü şəxslərin hüquq və qanuni mənafelərini pozmamalıdır.
Vəkil qeyd edib ki, mediator yalnız tərəfləri dinləyən şəxs deyil, həm də prosesin qanuniliyinin qorunmasına cavabdeh olan tərəfdir. Mediator tərəflərin razılaşdığı şərtlərin qanuna uyğun və icra edilə bilən olub-olmadığını qiymətləndirməli, qanunsuz şərt irəli sürüldükdə isə sazişi təsdiqləməkdən imtina edərək tərəfləri qanun çərçivəsinə yönəltməlidir.
Azər Hüseynli vəkillərin də bu prosesdə mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, vəkil müvəkkilini müvəqqəti və ya qanunsuz maraqlar naminə gələcəkdə hüquqi fəsadlara səbəb ola biləcək şərtlərlə razılaşmaqdan çəkindirməlidir. Çünki qanunsuz şərtlərlə bağlanan sazişin sonradan məhkəmə tərəfindən etibarsız hesab edilməsi müvəkkilin ziyanına nəticələnə bilər.
Vəkil konkret məhkəmə işini də nümunə göstərib. Onun sözlərinə görə, boşanmış ər-arvad arasında mediasiya təşkilatında vəkilin iştirakı ilə barışıq sazişi bağlanıb və təsdiq edilib. Sazişə əsasən, keçmiş ər uzun illər valideynlik vəzifələrini yerinə yetirmədiyini təsdiq və etiraf edib, valideynlik hüquqlarından məhrum ediləcəyini qəbul edib. Keçmiş arvad isə bunun müqabilində birgə nikahdan dünyaya gələn azyaşlı uşaqlar üçün alimentdən imtina etməyə razılaşıb.
Həmçinin oxuyun
Azər Hüseynlinin sözlərinə görə, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2026-cı il tarixli qərarı ilə həmin saziş etibarsız hesab edilib və mübahisənin həlli baxımından hüquqi əhəmiyyətsiz sayılıb.
Vəkil bildirib ki, alimentdən bu formada imtina, eləcə də valideynin uşağa münasibətdə şəxsiyyət hüququ olan valideynlik hüququndan könüllü şəkildə imtinaya dair razılaşma qanunla qadağandır.
“Qanunla şəxsə mənsub olan valideynlik hüququ özgəninkiləşdirilə və ya hər hansı başqa üsulla digər şəxslərə güzəşt edilə bilən hüquq deyil. Şəxs valideynlik hüququndan yalnız qanunla müəyyən edilmiş halların mövcudluğu sübuta yetirildiyi halda və məhz uşağın üstün mənafeləri nəzərə alınmaqla məhkəmə qaydasında məhrum edilə bilər”, – deyə Azər Hüseynli qeyd edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ərinin pensiyası tənha həyat yoldaşına qala bilərmi? – Hüquqi AÇIQLAMA
Həyat yoldaşını itirən şəxslərin ən çox maraqlandığı məsələlərdən biri mərhum ər və ya arvadın pensiyasından yararlanmağın mümkün olub-olmamasıdır. Qanunvericilikdə bu məsələ “ailə başçısını itirməyə görə əmək pensiyası” anlayışı ilə tənzimlənir. Lakin həyat yoldaşının vəfat etməsi avtomatik olaraq onun pensiyasının digər həyat yoldaşına keçməsi demək deyil. Bunun üçün qanunda müəyyən edilmiş şərtlər mövcud olmalıdır.Citypost.az-ın məlumatına görə, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, vəfat etmiş şəxsin əri və ya arvadı müəyyən hallarda ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna malikdir. Belə hüquq ər və ya arvad pensiya yaşına çatdıqda, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən...
10 Sentyabr 2026, 09:00
Mərhumun bank borcu qalıbsa, ölüm pulunu alan övlad borclu sayılır? – Hüquqşünaslar açıqlayır
Vətəndaşları maraqlandıran hüquqi məsələlərdən biri də yaxınını itirmiş şəxsin bank borcu olduğu halda ailə üzvlərinin mərhumun ölümü ilə əlaqədar nəzərdə tutulan ödənişi almasının hansı hüquqi nəticə doğurmasıdır.Bəzən ailə üzvləri mərhumun bank qarşısında borcu olduğunu bildikdə, ölümə görə nəzərdə tutulan ödənişi almaqdan çəkinirlər. Onların əsas narahatlığı bundan ibarətdir ki, həmin vəsaiti qəbul etdikdən sonra bank onları mərhumun vərəsəsi hesab edə və kredit borcunun ödənilməsini tələb edə bilər.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirirlər ki, burada ilk növbədə “ölüm pulu”nun hansı hüquqi əsasla ödənildiyini müəyyənləşdirmək lazımdır. Çünki şəxsin ölümü ilə əlaqədar ailə üzvünə və ya digər şəxsə ödənilən vəsaitlə mərhumun mirasına daxil olan...
09 Sentyabr 2026, 11:15
15 il əvvəl köçüb: Keçmiş qeydiyyat necə silinir?
Vətəndaşlardan daxil olan hüquqi suallardan biri də ailə üzvlərinin uzun illər əvvəl başqa ünvana köçməsinə baxmayaraq əvvəlki yaşayış yerində qeydiyyatda qalması ilə bağlıdır.Məsələn, bir ata yazır: “Qızım 15 il əvvəl ailə qurub, ərinin yanına köçüb və həmin vaxtdan bizim evdə yaşamır. Hazırda başqa ünvanda yaşayır. Onu mənzildən qeydiyyatdan necə çıxara bilərəm?”Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirirlər ki, bu məsələdə ilk növbədə qeydiyyatla yaşayış sahəsindən istifadə hüququnu bir-birindən fərqləndirmək lazımdır. Şəxsin müəyyən ünvanda qeydiyyatda olması avtomatik olaraq həmin mənzil üzərində mülkiyyət hüququnun yaranması demək deyil. Eyni zamanda, konkret şəxsin həmin mənzildən istifadə hüququnun olub-olmaması da ayrıca hüquqi məsələdir.Əgər söhbət şəxsin faktiki...
09 Sentyabr 2026, 10:20
Torpağın sənədi var, evin yoxdursa, vərəsələrə necə keçir?
Torpaq sahəsinin çıxarışı olduğu halda həmin torpağın üzərində yerləşən evin ayrıca sənədi yoxdursa, əmlak sahibinin vəfatından sonra vərəsələr arasında bölgü zamanı müəyyən hüquqi çətinliklər yarana bilər. Belə vəziyyətdə vətəndaşların ən çox maraqlandığı məsələlərdən biri budur: torpaq sənədlidirsə, lakin ev qeydiyyatdan keçməyibsə, həmin ev də vərəsələr arasında bölünə bilərmi?Citypost.az xəbər verir ki, hüquqşünasın sözlərinə görə, belə hallarda ilk növbədə vərəsəlik işi açılmalıdır. Əmlak sahibinin vəfatından sonra onun əmlakının kimlərə keçməsi məsələsi qanunvericilikdə müəyyən edilmiş vərəsəlik qaydalarına uyğun həll olunur. Lakin evin sənədi ümumiyyətlə yoxdursa, həmin tikilinin də mərhumun əmlakı olduğunu hüquqi baxımdan rəsmiləşdirmək lazım gəlir.Əgər torpağın sənədi varsa, lakin evin ayrıca...
08 Sentyabr 2026, 10:54
Evin 5 metrliyində avtoyuma: Bağlatdırmaq mümkündür?
Yaşayış evlərinin yaxınlığında müxtəlif obyektlərin, xüsusilə avtoyuma məntəqələrinin fəaliyyət göstərməsi bəzi hallarda sakinlərin ciddi narazılığına səbəb olur. Avtoyuma zamanı yaranan səs-küy, avtomobillərin hərəkəti, su və digər təsirlər insanların rahatlığına mane ola bilər. Bəzən vətəndaşlar belə obyektlərin evlərinə çox yaxın məsafədə fəaliyyət göstərməsindən şikayət edərək onların bağlanmasının mümkün olub-olmadığını soruşurlar. Lakin mütəxəssislər bildirirlər ki, belə məsələlərə yalnız obyektlə yaşayış evi arasındakı məsafəyə əsasən qiymət vermək düzgün deyil.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, vətəndaşın qonşuluq münasibətlərindən irəli gələn hüquqları mövcuddur. Mülkiyyətçinin öz əmlakından istifadə hüququ olsa da, bu hüquq qonşuların və digər şəxslərin hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır. Konstitusiya Məhkəməsinin mövqeyinə görə...
08 Sentyabr 2026, 09:51
Hərbçiyə verilən köhnə ev özəlləşdirilə bilərmi?
Hərbi qulluqçulara müxtəlif illərdə xidmətlə əlaqədar mənzillərin verilməsi Azərbaycanda geniş yayılmış təcrübələrdən olub. Lakin belə mənzillərin sonradan özəlləşdirilməsi zamanı vətəndaşlar müxtəlif hüquqi və inzibati maneələrlə qarşılaşa bilirlər. Xüsusilə uzun illər əvvəl, sovet dövründə verilmiş mənzillərlə bağlı sənədlərin mövcud olmasına baxmayaraq, həmin əmlakın dövlət qeydiyyatına alınmaması və çıxarışın verilməməsi vətəndaşlarda suallar yaradır.Məsələn, hərbçi olmuş şəxsin ailəsinə 1983-cü ildə mənzil verilib, həmin mənzilə dair order mövcuddur, ailə uzun illərdir orada yaşayır, lakin mənzilin özəlləşdirilməsi mümkün olmur. Belə vəziyyətdə vətəndaş hansı hüquqi addımları ata bilər? Mənzilin orderinin olması onun avtomatik olaraq özəlləşdirilə biləcəyi anlamına gəlirmi?Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, bu məsələdə...
08 Sentyabr 2026, 08:47