"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
Cəmiyyət 11 Sentyabr 2026, 19:51
159
Aparıcı Elgiz Əkbər yutubdakı canlı yayım zamanı bəzi izləyicilərinə irad bildirib.
Citypost.az xəbər verir ki, aparıcı qeyri-etik və təhqiramiz ifadələr yazan şəxslərdən şikayət edəcəyini deyib. Elgiz hətta bir neçə izləyici ilə bağlı artıq polisə müraciət etdiyini bildirib.
Həmçinin oxuyun
"Hünəriniz var, yazın. Sizi süründürüm, görün. İçərisində yaşlı adamlar da var. Onun başına oyun açın. Mən bir yana, burada yaşlı insanlar, analar var. Nə ixtiyarınız var belə söyüş yazasınız? Tənqid lazımdır, vacibdir. Amma təhqir başqadır. Bizi polislə birgə çalışırıq ki, bu cür tərbiyəsiz insanlar sosial şəbəkədə yığışdırılsın" deyə, Elgiz bildirib./Axşam.az
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti uzadılıb
Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfərin həbs müddəti daha 7 gün uzadılıb.Bu barədə "Report"a Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu məlumat verib.Belə ki, gəminin batması nəticəsində Şimali Kiprdə aparılan istintaq çərçivəsində növbəti məhkəmə iclası keçirilib.O.Həsənoğlu bildirib ki, bu gün keçirilən məhkəmə iclasında gəmidə çalışan Azərbaycan vətəndaşı olan heyət üzvlərinə - Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətova qarşı ayrıca ittiham elan edilməyib. Onbun sözlərinə görə, hadisə ilə əlaqədar saxlanılan şəxslərlə bağlı "ehtiyatsızlıq və diqqətsizlik nəticəsində ölümə səbəb olma" ittihamı üzrə istintaq aparılır:"Azərbaycan vətəndaşları şübhəli...
11 Sentyabr 2026, 19:58
Azərbaycanda faəliyyət başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib.Bu barədə "Report"a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.Qeyd edilib ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb.Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa...
11 Sentyabr 2026, 19:00
Norveç şahzadəsi Astrid qardaşının dəfnindən iki gün sonra vəfat edib
Norveçin mərhum kralı V Haraldın böyük bacısı, Norveç şahzadəsi Astrid vəfat edib."Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə kral sarayının bəyanatında bildirilib.Şahzadə Astrid 94 yaşında vəfat edib.Xatırladaq ki, kral Harald 35 ildən çox davam edən hakimiyyətindən sonra ötən ay 89 yaşında vəfat edib və şahzadə Astrid sonuncu dəfə çərşənbə günü onun dəfn mərasimində ictimaiyyət qarşısında görünüb.Kral V Haraldın ölümündən sonra onun oğlu VIII Hakon Norveçin yeni monarxı olub....
11 Sentyabr 2026, 18:51
Zakir Fərəcov növbəti dəfə səyyar qəbul keçirdi
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 10-cu mikrorayon ərazisində növbəti səyyar qəbul-görüş keçirib.Citypost.az xəbər verir ki, qəbulda Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, aidiyyəti idarə və təşkilatların rəhbərləri, kommunal və xidmət sahələrinin nümayəndələri, habelə sakinlər iştirak ediblər.Səyyar görüş çərçivəsində vətəndaşların gündəlik həyatında qarşılaşdıqları məsələlər, ərazinin sosial və kommunal problemləri, eləcə də müxtəlif xarakterli müraciət və təkliflər müzakirə olunub. Sakinlər onları narahat edən məsələləri birbaşa şəhər rəhbərinə çatdıraraq, həllinə dair gözləntilərini bildiriblər.Zakir Fərəcov vətəndaşların müraciətlərini dinləyərək qaldırılan məsələlərin hər biri ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Bildirilib ki, səsləndirilən problemlər müəyyən edilmiş qaydada araşdırılmalı və qanunvericiliyin tələblərinə uyğun...
11 Sentyabr 2026, 18:38
Müsəlman ölkələrindən olan diplomatlar Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar
Qarabağa və Şərqi Zəngəzura səfər edən diplomatik korpus nümayəndələri Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində olublar.Citypost.az xəbər verir ki, qonaqlara memarlıq abidəsi və onun tarixi barədə məlumat verilib.Müsəlman ölkələrindən olan diplomatlar məsciddə namaz qılıblar.
11 Sentyabr 2026, 18:30
Arzu Nağıyev Tovuzda seçiciləri ilə görüşdü
105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev Tovuz rayonunun Qovlar şəhərində vətəndaş qəbulu keçirib.Citypost.az xəbər verir ki, vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən sosial, məşğulluq, səhiyyə və digər məsələlərlə bağlı olub.Müraciətləri dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirib.Vətəndaş məmnuniyyətinin təmin olunması məqsədilə qəbullar davam edəcək. Növbəti qəbullar haqda məlumatları Milli Məclisin rəsmi internet saytından izləmək mümkündür....
11 Sentyabr 2026, 18:22