Bizə yazın

Baku

-°C

USD

-

İlham Əliyev Bakıda yeni innovasiya şəhərciyini açdı

Cəmiyyət 14 Sentyabr 2026, 10:56

341

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib.

Citypost.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına "SABAH.city" innovasiya şəhərciyi barədə məlumat verib.

Bildirildi ki, layihə ümumilikdə 20 hektarda icra olunacaq. Birinci mərhələ 5 hektardan çox ərazini və ümumilikdə 20 min kvadratmetr tikili sahəni əhatə edir. Burada tikinti işlərinə ötən ilin oktyabrında başlanılıb və bir-biri ilə əlaqələndirilmiş 4 korpusdan ibarət kompleks inşa olunub. Şəhərcikdə 5 restoran, market və tədbirlər zalı, həmçinin açıq idman infrastrukturu - basketbol, futbol meydançaları və 2 padel kortu yaradılıb, açıq havada istirahət zonaları, piyada və velosiped zolaqları, parklanma sahələri təşkil edilib.

Şəhərcikdə Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mühəndislik, informasiya texnologiyaları, tətbiqi elmlər istiqamətlərində təhsil alan 1500-dən çox tələbəsinin tədrisə və praktiki fəaliyyətə cəlb edilməsi nəzərdə tutulur. Şəhərciyin tam fəaliyyətə başlaması ilə isə gündəlik ziyarətçi sayının təxminən 3 min nəfər olacağı gözlənilir.

Burada ASAN Süni İntellekt Mərkəzi (ASAN AI Hub) də yaradılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevə ASAN Süni İntellekt Mərkəzi, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, həmçinin "ASAN xidmət"in "Süni İntellekt Assistent" layihəsi barədə məlumat verdi.

ASAN Süni İntellekt Mərkəzi Azərbaycanda süni intellekt sahəsində innovativ təşəbbüsləri dəstəkləmək, tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada (www.asanhub.ai) bir araya gətirmək, açıq innovasiya modelini təşviq etməklə dövlət, biznes və təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılıb. Bugünədək ümumilikdə 50 süni intellekt həlli təqdim olunub. ASAN Süni İntellekt Mərkəzi ölkədə fəaliyyət göstərən 8 universitet, Azərbaycan Milli Elmlər Akademiyası, bir sıra nüfuzlu xarici universitetlər (Sinxua Universiteti (Çin), Oksford Universiteti (Birləşmiş Krallıq) və Boğaziçi Universiteti (Türkiyə)), eyni zamanda, digər beynəlxalq nüfuzlu tərəfdaşlarla əməkdaşlıq əlaqələri qurub.

"ASAN xidmət"in "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzindən bu günədək 150 startap yararlanıb, 4 startap xarici investorlar tərəfindən satın alınıb.

"Süni İntellekt Assistent" platforması "ASAN xidmət"in müxtəlif fəaliyyət istiqamətləri barədə məlumatı sürətli, sadə və adi söhbət formatında əldə etmək, təhlil və proqnozlaşdırmaq imkanı yaradır.

"SABAH.city" innovasiya şəhərciyində Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən yaradılan ümumilikdə 13 tədris və tədqiqat laboratoriyası var. Laboratoriyalarda süni intellekt, robototexnika, kompüter elmləri, kibertəhlükəsizlik, biotexnologiya, nanobiologiya, nanofizika, kimya, telekommunikasiya və digər prioritet elmi-texnoloji istiqamətlər üzrə tədqiqat və tətbiqi fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Burada, eyni zamanda, 12 startapın yer aldığı "kovorkinq" (insanların və şirkətlərin işləməsi üçün nəzərdə tutulmuş ortaq iş məkanı) zonası, yerli və beynəlxalq texnologiya şirkətləri, korporativ tədqiqat və inkişaf mərkəzləri, həmçinin innovasiya ekosisteminin digər iştirakçıları üçün 22 ofis sahəsi var.

Layihənin birinci mərhələsinə 3 ali təhsil müəssisəsi ilə yanaşı 8 texnologiya və innovasiya yönümlü şirkət, 12 startap olmaqla ümumilikdə 23 əsas ekosistem iştirakçısı cəlb edilib.

Qeyd edək ki, layihənin icrasında əsas məqsəd ölkəmizin innovasiya, elm, təhsil və yüksək texnologiyalar ekosisteminin əsas iştirakçılarını vahid məkanda bir araya gətirməklə onların qarşılıqlı fəaliyyətini gücləndirən innovasiya mühitinin formalaşdırılmasıdır. "SABAH.city" bilik və texnologiyanın iqtisadi və sosial dəyərə çevrilməsini dəstəkləyən kompleks innovasiya platforması kimi mühüm rol oynamaqla uzunmüddətli perspektivdə insan kapitalının, tətbiqi elmin, texnologiya transferinin və Azərbaycanın innovasiya ekosisteminin rəqabət qabiliyyətinin daha da möhkəmlənməsinə töhfə verəcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kamran Əliyev İƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 7-ci iclasında iştirak edib 

Baş prokuror Kamran Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Baş prokurorlarının Qazaxıstanda keçirilən 7-ci iclasında iştirak edib.Bu barədə Citypost.az-a Baş Prokurorluqdan məlumat verilib.Tədbirdə çıxış edən K.Əliyev bildirib ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və dövlətin strateji prioritetlərindən biri kimi müəyyənləşdirilən rəqəmsal transformasiya kursu hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.Diqqətə çatdırılıb ki, cari ilin fevral ayında yaradılmış və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrlik etdiyi Azərbaycan Rəqəmsal İnkişaf Şurasının əsas məqsədləri ölkənin texnoloji potensialının və rəqəmsal suverenliyinin gücləndirilməsi, habelə innovasiyalara əsaslanan iqtisadi modelə keçidin təşviqindən ibarətdir.Baş prokuror Azərbaycanın bu sahədə mühüm nailiyyətlərindən biri...

14 Sentyabr 2026, 11:12

Parlamentdə əhalinin məşğulluğu müzakirə olunacaq

Milli Məclisdə əhalinin məşğulluğunun artırılmasına həsr edilən ictimai dinləmə keçiriləcək.Citypost.az xəbər verir ki, bu, parlamentin 2026-cı il payız sessiyası üzrə iş planına daxil edilib.Plana əsasən, "Əhalinin məşğulluğunun artırılması sahəsində qarşıda duran vəzifələr və qanunvericiliyin təkmilləşdirilməsi" mövzusunda dinləmənin sessiya müddətində təşkili nəzərdə tutulur.

14 Sentyabr 2026, 11:08

Azərbaycan və Çin terrorla mübarizədə əməkdaşlığı gücləndirir

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə Çinin İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.Citypost.az-a DTX-dən verilən məlumata görə, saziş Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çinin Ciansu əyalətinin Lianyunqan şəhərinə baş tutan səfəri çərçivəsində imzalanıb.Çinin İctimai Təhlükəsizlik Nazirliyinin dəvəti ilə baş tutan səfər çərçivəsində nümayəndə heyəti müxtəlif ölkə və beynəlxalq təşkilatları təmsil edən yüksəkvəzifəli şəxslərin qatıldığı V Qlobal İctimai Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda iştirak edib.Terrorçuluğa qarşı mübarizə, beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı məsələlərin müzakirə olunduğu tədbirdə "Qlobal Terrorçuluqla Mübarizə üzrə 2026-cı...

14 Sentyabr 2026, 10:57

Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb 

Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb.Bu barədə Citypost.az-a Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.Qeyd olunub ki, Xalq artistinin müalicəsi ev şəraitində davam etdirilir.Xatırladaq ki, Xalq artisti Zaur Rzayev sentyabrın 5-də Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunmuşdu. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu qoyulmuşdu.

14 Sentyabr 2026, 10:20

TDT Müsəlman dini liderlərinin 8-ci Görüşü Türkiyədə keçiriləcək 

Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 8-ci Görüşü Türkiyədə keçiriləcək.Citypost.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşündə deyib.O qeyd edib ki, bu görüşlər Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rifah və tərəqqisinə yeni töhfələr verir.

14 Sentyabr 2026, 09:55

Allahşükür Paşazadə Qarabağda türk dövlətlərinin dəstəyindən danışdı

"Azərbaycandan başlayan məhsuldar əməkdaşlığın uğurlu davamı türk dövlətləri arasında mənəvi həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edir".Citypost.az  xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşündə deyib."Ulu Öndər Heydər Əliyev bizi bir ağacın budaqlarına bənzədərək türk xalqlarının ortaq köklərə bağlılığını ifadə edib. Prezident İlham Əliyevin təbirincə desək, “Türk dünyası bizim ailəmizdir. Dövlət başçılarımızın müdrik və uzaqgörən siyasəti sayəsində ortaq dini və mənəvi dəyərlərimizə xüsusi ehtiram və qayğı göstərilir. Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin rəhbərlərinin qarşılıqlı səfərləri, eləcə də dövlətlərimiz və xalqlarımız arasında formalaşmış qardaşlıq münasibətləri xüsusi təqdirəlayiqdir”, - Allahşükür Paşazadə qeyd...

14 Sentyabr 2026, 09:38