Kamran Əliyev İƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 7-ci iclasında iştirak edib
Cəmiyyət 14 Sentyabr 2026, 11:12
251
Baş prokuror Kamran Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Baş prokurorlarının Qazaxıstanda keçirilən 7-ci iclasında iştirak edib.
Bu barədə Citypost.az-a Baş Prokurorluqdan məlumat verilib.
Tədbirdə çıxış edən K.Əliyev bildirib ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və dövlətin strateji prioritetlərindən biri kimi müəyyənləşdirilən rəqəmsal transformasiya kursu hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Diqqətə çatdırılıb ki, cari ilin fevral ayında yaradılmış və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrlik etdiyi Azərbaycan Rəqəmsal İnkişaf Şurasının əsas məqsədləri ölkənin texnoloji potensialının və rəqəmsal suverenliyinin gücləndirilməsi, habelə innovasiyalara əsaslanan iqtisadi modelə keçidin təşviqindən ibarətdir.
Baş prokuror Azərbaycanın bu sahədə mühüm nailiyyətlərindən biri kimi 2021-ci ildə Prezidentin Fərmanı ilə yaradılmış "Elektron Prokurorluq" İnformasiya Sistemini (EPİS) qeyd edib. Bildirilib ki, EPİS hazırda elektron sənəd dövriyyəsi, istintaq, dövlət ittihamı, beynəlxalq hüquqi əməkdaşlıq, cinayətlərin xəritələşdirilməsi və elektron sorğular üzrə modulları əhatə edir. Bu modulların bir neçəsində süni intellekt texnologiyalarından istifadə olunur. Sistem, həmçinin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilib.
Səfər çərçivəsində Baş prokuror xarici həmkarlarla bir sıra ikitərəfli görüşlər də keçirib.
İranın nümayəndə heyəti ilə görüşdə Baş prokuror Məhəmməd Kazım Movahedi-Azad regionda baş verən son hadisələr fonunda Azərbaycan tərəfindən göstərilən humanitar yardımlara görə ölkə başçısı İlham Əliyevə xüsusi minnətdarlığını bildirib.
Həmçinin oxuyun
Daha sonra iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, peşəkar təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, habelə qarşılıqlı hüquqi yardım mexanizmlərindən daha səmərəli istifadə imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və digər transmilli cinayətkarlıq formalarına qarşı mübarizədə birgə fəaliyyətin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Pakistanın Baş prokurorunun müavini Umer Aslam Khanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən ikitərəfli görüşdə ölkələr arasında mövcud yüksək səviyyəli münasibətlər, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın inkişaf perspektivləri, habelə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi məsələləri müzakirə olunub.
İkitərəfli görüşlər zamanı, həmçinin cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə, korrupsiya cinayətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətinin səfəri başa çatıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Parlamentdə əhalinin məşğulluğu müzakirə olunacaq
Milli Məclisdə əhalinin məşğulluğunun artırılmasına həsr edilən ictimai dinləmə keçiriləcək.Citypost.az xəbər verir ki, bu, parlamentin 2026-cı il payız sessiyası üzrə iş planına daxil edilib.Plana əsasən, "Əhalinin məşğulluğunun artırılması sahəsində qarşıda duran vəzifələr və qanunvericiliyin təkmilləşdirilməsi" mövzusunda dinləmənin sessiya müddətində təşkili nəzərdə tutulur.
14 Sentyabr 2026, 11:08
Azərbaycan və Çin terrorla mübarizədə əməkdaşlığı gücləndirir
Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə Çinin İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.Citypost.az-a DTX-dən verilən məlumata görə, saziş Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çinin Ciansu əyalətinin Lianyunqan şəhərinə baş tutan səfəri çərçivəsində imzalanıb.Çinin İctimai Təhlükəsizlik Nazirliyinin dəvəti ilə baş tutan səfər çərçivəsində nümayəndə heyəti müxtəlif ölkə və beynəlxalq təşkilatları təmsil edən yüksəkvəzifəli şəxslərin qatıldığı V Qlobal İctimai Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda iştirak edib.Terrorçuluğa qarşı mübarizə, beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı məsələlərin müzakirə olunduğu tədbirdə "Qlobal Terrorçuluqla Mübarizə üzrə 2026-cı...
14 Sentyabr 2026, 10:57
İlham Əliyev Bakıda yeni innovasiya şəhərciyini açdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib.Citypost.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına "SABAH.city" innovasiya şəhərciyi barədə məlumat verib.Bildirildi ki, layihə ümumilikdə 20 hektarda icra olunacaq. Birinci mərhələ 5 hektardan çox ərazini və ümumilikdə 20 min kvadratmetr tikili sahəni əhatə edir. Burada tikinti işlərinə ötən ilin oktyabrında başlanılıb və bir-biri ilə əlaqələndirilmiş 4 korpusdan ibarət kompleks inşa olunub. Şəhərcikdə 5 restoran, market və tədbirlər zalı, həmçinin açıq idman infrastrukturu - basketbol, futbol meydançaları və 2 padel kortu yaradılıb,...
14 Sentyabr 2026, 10:56
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb.Bu barədə Citypost.az-a Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.Qeyd olunub ki, Xalq artistinin müalicəsi ev şəraitində davam etdirilir.Xatırladaq ki, Xalq artisti Zaur Rzayev sentyabrın 5-də Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunmuşdu. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu qoyulmuşdu.
14 Sentyabr 2026, 10:20
TDT Müsəlman dini liderlərinin 8-ci Görüşü Türkiyədə keçiriləcək
Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 8-ci Görüşü Türkiyədə keçiriləcək.Citypost.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşündə deyib.O qeyd edib ki, bu görüşlər Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rifah və tərəqqisinə yeni töhfələr verir.
14 Sentyabr 2026, 09:55
Allahşükür Paşazadə Qarabağda türk dövlətlərinin dəstəyindən danışdı
"Azərbaycandan başlayan məhsuldar əməkdaşlığın uğurlu davamı türk dövlətləri arasında mənəvi həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edir".Citypost.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşündə deyib."Ulu Öndər Heydər Əliyev bizi bir ağacın budaqlarına bənzədərək türk xalqlarının ortaq köklərə bağlılığını ifadə edib. Prezident İlham Əliyevin təbirincə desək, “Türk dünyası bizim ailəmizdir. Dövlət başçılarımızın müdrik və uzaqgörən siyasəti sayəsində ortaq dini və mənəvi dəyərlərimizə xüsusi ehtiram və qayğı göstərilir. Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin rəhbərlərinin qarşılıqlı səfərləri, eləcə də dövlətlərimiz və xalqlarımız arasında formalaşmış qardaşlıq münasibətləri xüsusi təqdirəlayiqdir”, - Allahşükür Paşazadə qeyd...
14 Sentyabr 2026, 09:38