Vüsal Şilderin qətlinin sifarişçisinin məhkəməsi başlayıb
Cəmiyyət 14 Sentyabr 2026, 14:00
316
Bakıda 13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən Xəyal Əlizadənin məhkəməsi başlayıb.
Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Zərərçəkən şəxsin hüquqi varisi qismində Vüsal Şilderin atası Adolf Şilder tanınıb. O, tərcüməçi ilə təmin olunub.
Xəyal Əlizadənin vəkili vəsatət verərək xahiş edib ki, ittiham ehtimallara əsaslanıb və buna görə də cinayət işinə xitam verilsin. Əgər bu olmazsa, Xəyal Əlizadənin barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilsin.
Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini təklif edib.
Zərərçəkənin vəkili vəsatət verərək Lalə Ağayevanın hadisələrin əsas mərkəzində olması ilə əlaqədar mesajlarının cinayət işində sübutlar siyahısına daxil edilməsini və onun məhkəmədə şahid qismində dindirilməsini xahiş edib.
Müşavirədən sonra qərar elan olunub. Qərara əsasən, təqsirləndirilən şəxsin vəkilinin vəsatətləri təmin edilməyib, lakin zərərçəkənin vəkilinin vəsatəti təmin edilib.
Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası sentyabrın 28-nə təyin edilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, 2013-cü il mayın 2-də Bakı şəhərinin Nərimanov rayonu ərazisində Şilder Vüsal Adolf qəsdən öldürülüb. Faktla bağlı prokurorluq orqanları tərəfindən aparılmış ibtidai istintaq nəticəsində İsgəndərov Elman Seyidağa oğlu Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah məqsədilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma, gəzdirmə) maddələri, Talıbov Seymur Teymur oğlu isə həmin Məcəllənin 120.2.1-ci və 120.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Müvafiq məhkəmə hökmləri ilə sadalanan cinayətlərdə təqsirli bilinərək Elman İsgəndərov 15 il, Seymur Talıbov isə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Həmçinin oxuyun
Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi və əldə olunan sübutların tədqiqi zamanı Əlizadə Xəyal Məzahir oğlunun sözügedən cinayətin təşkili və törədilməsinə rəhbərlik etməsinə əsaslı şübhələr müəyyən edilib. Bununla əlaqədar onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək cinayət təqibi davam etdirilib.
Xəyal Əlizadə Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb və istintaqdan qaçıb gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
Aparılmış axtarış tədbirləri nəticəsində Xəyal Əlizadənin Birləşmiş Ərəb Əmirliklərində olduğu müəyyən edilib.
Ötən müddət ərzində Xəyal Əlizadənin ekstradisiyası ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Baş Prokurorluğun vəsatəti əsasında Ədliyyə Nazirliyi tərəfindən göndərilmiş sorğu nəticəsində o, 2026-cı il yanvarın 11-də Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanları tərəfindən tutulub və sonradan Azərbaycana ekstradisiya edilib.
Cinayət işinin ibtidai istintaq davam etdirilib, toplanmış mötəbər sübutlar əsasında Xəyal Əlizadəyə Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə cinayətini təşkil etmə) maddəsi ilə ittiham elan edilib, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, 2013-cü ilin may ayında Bakıda Almaniya vətəndaşı, “Mercedes Benz” şirkətinin Azərbaycandakı təmsilçisinin oğlu Vüsal Şilder aldığı iki bıçaq xəsarəti ilə əlaqədar xəstəxanaya aparılarkən yolda ölüb. Əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov və Seymur Talıbov saxlanılıb.
Almaniya vətəndaşı olan 23 yaşlı Vüsal Şilder Adolf əslən azərbaycanlı olub. Almaniya vətəndaşı olan kişi ilə Azərbaycan vətəndaşı olan qadın Vüsal Şilder Adolfu Bakıda övladlığa götürüblər. O, Qərb Universitetinin ikinci kurs tələbəsi olub.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə isə Vüsal Şilderin ölümündən əvvəl ona planlı şəkildə avtomobil qəzası təşkil etməkdə və üzərinə narkotik vasitə atmaqda təqsirləndirilən sabiq polis mayoru İlham Məmmədov 6 il 6 ay, Qurban Novruzov 6 il 6 ay, türkiyəli iş adamı Yaşar Sunar 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Kənan Babayevə isə 4 il şərti cəza təyin edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakıda 40 minə yaxın uşaq birinci sinfə gedəcək
Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 504 413 şagirdin təhsil alacağı gözlənilir.Bu barədə Citypost.az-a BŞTİ-dən məlumat verilib.Bildirilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 39 999, IX sinfində 49 167, XI sinfində 39 479, XII sinfində 99 şagirdin təhsil alacağı proqnozlaşdırılır.Paytaxtdakı ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 17 863 beşyaşlının cəlb olunması nəzərdə tutulur.BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəslərinə isə 35 043 uşaq cəlb olunub.BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 29 715 müəllim, məktəbəqədər təhsil müəssisəslərində isə 4 137 tərbiyəçi-müəllim çalışır.Qeyd edək ki, BŞTİ-nin tabeliyində 729 təhsil müəssisəsi,...
14 Sentyabr 2026, 13:54
Rusiyada ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiyanın elm və ali təhsil nazirinin müavini Konstantin Moqilevski ilə görüşüb.APA-nın Moskva bürosu xəbər verir ki, görüşdə təhsil və elm sahəsində ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.Xüsusilə, Azərbaycan-Rusiya birgə Universitetinin yaradılması məsələsinə toxunulub.Görüş zamanı Azərbaycan abituriyentlərinin Rusiya universitetlərində təhsil almağa artan marağı məmnuniyyətlə vurğulanıb.Qeyd olunub ki, 1 oktyabr 2025-ci il tarixinə görə, Rusiyada bütün təhsil formaları (Rusiya təhsil müəssisələrinin xarici filialları istisna olmaqla) üzrə 10.000-dən çox Azərbaycan Respublikası vətəndaşı ali təhsil proqramlarında təhsil alır, 1 oktyabr 2024-cü il tarixinə görə isə bu rəqəm 9744 tələbə olub....
14 Sentyabr 2026, 13:28
Heydər Əliyev adına Hərbi İnstitutda andiçmə mərasimi keçirilib
Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların təntənəli andiçmə mərasimi keçirilib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, MMU-nun və institutun rəhbərliyi, şəxsi heyəti, o cümlədən professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə hərbi orkestrin müşayiəti ilə Döyüş bayrağı sıranın önünə çıxarılıb.Sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.Çıxış edənlər kursantları Hərbi andı qəbul etmələri münasibətilə ürəkdən təbrik edərək, onlara gələcək hərbi xidmətlərində uğurlar arzulayıb, Azərbaycan xalqına layiqli övlad olmağı, Vətənə, xalqa və Hərbi anda daim sədaqətlə xidmət...
14 Sentyabr 2026, 13:20
Həftəsonu 17 silah aşkarlanıb
️Sentyabrın 12-də və 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 1 tapança, 8 tüfəng, 6 patron darağı və 194 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Bu barədə Citypost.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
14 Sentyabr 2026, 13:13
Bakı metrosunda qatarlararası intervallar azaldılır
Texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində Bakı Metropolitenində qatarlararası intervallar minimuma endirilir.Citypost.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.Belə ki, sentyabrın 15-dən etibarən “İçərişəhər–Əhmədli” mənzilində pik saatlarda qatarlar 2 dəqiqəlik intervalla hərəkət edəcək.Yaşıl xətdə zərurət yarandıqda qatarlararası interval 3 dəqiqə 30 saniyədən 3 dəqiqəyə qədər azaldılacaq.Bənövşəyi xəttdə isə payız-qış qrafikinə keçidlə əlaqədar “Avtovağzal–8 Noyabr” sahəsində 5 dəqiqə, “Xocəsən–Avtovağzal” sahəsində isə 10 dəqiqəlik interval tətbiq olunur.Yeni tədris ilində bütün xətlər üzrə sərnişin axını nəzarətdə saxlanılacaq, ehtiyac olduqda əlavə tənzimləmələr aparılacaq....
14 Sentyabr 2026, 12:57
Rəşad Həsənov maliyyə nazirinin müşaviri təyin olunub
Rəşad Həsənov maliyyə nazirinin müşaviri vəzifəsinə təyin olunub.Citypost.az xəbər verir ki, bu barədə Rəşad Həsənov özü məlumat verib.O bildirib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb.“Dövlət qulluğunda peşəkar fəaliyyətimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyində nazirin müşaviri kimi davam etdirərək dövlət maliyyəsinin idarə olunması sahəsində ölkədə aparılan genişmiqyaslı islahatlara töhfə verməyə davam edəcəyəm”, – R.Həsənov qeyd edib.Rəşad Həsənov 2025-ci ilin avqustundan 2026-cı ilin iyulunadək BVF və Dünya Bankı Qrupunun İcraçı Direktorlar şuralarında Azərbaycanın nümayəndəsi olub.O, eyni zamanda 2023-cü ilin sentyabrından 2026-cı ilin iyulunadək Beynəlxalq Valyuta Fondunda İcraçı Direktorun müşaviri vəzifəsində çalışıb.R.Həsənov 2019–2023-cü illərdə isə Azərbaycan Maliyyə...
14 Sentyabr 2026, 12:55