Xırdalan–Bakı qatarları daha sürətli olacaq – ADY açıqladı
Cəmiyyət 14 Sentyabr 2026, 14:20
247
“Azərbaycan Dəmir Yolları” (ADY) yeni mövsümdən artan sərnişin tələbatının qarşılanması məqsədilə xidmət sahəsində bir sıra yeniliklər həyata keçirir.
ADY-dən Citypost.az-a verilən məlumata görə, 15 sentyabr tarixindən sərnişin axınının daha çevik idarə olunması məqsədilə Bakı Dəmiryol Vağzalında yeni turniket zalı istifadəyə veriləcək.
Vağzalda mövcud 35 turniketdən əlavə yeni zalda 11 turniket quraşdırılıb. Bununla da Bakı vağzalında turniketlərin ümumi sayı 32% artaraq 46-ya çatdırılıb. Bu yenilik xüsusilə gediş-gəlişin intensiv olduğu saatlarda sərnişinlərin daha rahat hərəkətinə imkan yaradacaq.
Səfərlərin daha rahat və operativ təşkili məqsədilə 15 sentyabrdan etibarən Xırdalan–Bakı istiqamətində hərəkət vaxtı qısaldılacaq. Yeni hərəkət cədvəlinin tətbiqi ilə qatarların yolda olma müddəti 35 dəqiqəyə endiriləcək. Hazırda Xırdalan–Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmiryol körpüsünün təmiri ilə əlaqədar həmin istiqamətdə səfər müddəti 45 dəqiqə təşkil edir. Bu dəyişiklik sərnişinlərə vaxtlarına qənaət etməyə və səfərlərini daha rahat planlaşdırmağa imkan verəcək. Körpünün bərpası başa çatdıqdan sonra sözügedən istiqamət üzrə sürət həddi bir qədər də artırılacaq, yəni Bakı–Xırdalan istiqaməti üzrə səfər müddəti əvvəlki qaydada 26 dəqiqə təşkil edəcək, eyni zamanda, Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək.
Yeni qrafikə əsasən, Bakı–Xırdalan–Bakı marşrutu ilə reyslərin sayı 26-dan 32-yə çatdırılıb, o cümlədən Xırdalan istiqamətində sərnişin axını nəzərə alınaraq səhər saatlarında 2 reys artırılıb. Həmçinin Bakı–Xırdalan istiqamətində saat 20:30 reysi əlavə olunub. Ümumilikdə, şəhərətrafı qatarların gündəlik reys sayı artırılaraq 90-dan 96-ya çatdırılıb.
Bundan başqa, sərnişinlərin rahatlığı üçün turniketlərdə təmassız ödəniş imkanları da genişləndirilib. Hazırda “Visa” ilə yanaşı, “Mastercard” kartları ilə də NFC vasitəsilə gediş haqqını ödəmək mümkündür.
Həmçinin oxuyun
Bank kartları üzrə gediş haqqı ödənişləri artıq səyahətin həyata keçirildiyi gün hesabdan çıxılır. Bu yanaşma ödəniş prosesinin daha rahat və şəffaf təşkilinə xidmət edəcək.
Elektron ödəniş imkanlarının artırılması istiqamətində Bakı və Sabunçu vağzalları, Pirşağı, Xırdalan, Koroğlu, Bakıxanov, Məmmədli və Dərnəgül stansiya və dayanacaqlarındakı turniketlərdə bank kartı ilə keçid üçün əlavə 58 validator quraşdırılıb. Bu yenilik sərnişinlərin alternativ ödəniş vasitələrindən daha geniş istifadəsinə şərait yaradacaq.
Səyahət imkanlarının daha da yaxşılaşdırılması məqsədilə növbəti mərhələdə SİMA Pay – üztanıma ilə ödəniş terminallarının sayının artırılması nəzərdə tutulur.
Həyata keçirilən tədbirlər dəmir yolu nəqliyyatında xidmət səviyyəsinin yüksəldilməsinə, sərnişinlərin rahatlığının artırılmasına və müasir rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinə yönəlib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Hakan Fidan sabah Azərbaycana gəlir
Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 15-də Azərbaycana səfər edəcək.Citypost.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.Hakan Fidanın ikigünlük səfər çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramov və digər rəsmi şəxlərlə görüşləri nəzərdə tutulub.Məlumatda qeyd olunub ki, görüşlərdə Türkiyə-Azərbaycan münasibətləri çərçivəsində 15 milyard dollarlıq ümumi ticarət dövriyyəsi hədəfinə çatmaq üçün görüləcək işlər, enerji və nəqliyyat sahələrinə dair məsələlər və layihələr müzakirə ediləcək.Eyni zamanda Hakan Fidanın səfər zamanı Türkiyənin yaxın vaxtlarda ev sahibliyi edəcəyi Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə görüşü və COP31-lə bağlı məsləhətləşmələrin aparılması da nəzərdə tutulur....
14 Sentyabr 2026, 14:28
Vüsal Şilderin qətlinin sifarişçisinin məhkəməsi başlayıb
Bakıda 13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən Xəyal Əlizadənin məhkəməsi başlayıb.Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.Zərərçəkən şəxsin hüquqi varisi qismində Vüsal Şilderin atası Adolf Şilder tanınıb. O, tərcüməçi ilə təmin olunub.Xəyal Əlizadənin vəkili vəsatət verərək xahiş edib ki, ittiham ehtimallara əsaslanıb və buna görə də cinayət işinə xitam verilsin. Əgər bu olmazsa, Xəyal Əlizadənin barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilsin.Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini təklif edib.Zərərçəkənin vəkili vəsatət verərək Lalə Ağayevanın hadisələrin əsas mərkəzində olması ilə...
14 Sentyabr 2026, 14:00
Bakıda 40 minə yaxın uşaq birinci sinfə gedəcək
Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 504 413 şagirdin təhsil alacağı gözlənilir.Bu barədə Citypost.az-a BŞTİ-dən məlumat verilib.Bildirilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 39 999, IX sinfində 49 167, XI sinfində 39 479, XII sinfində 99 şagirdin təhsil alacağı proqnozlaşdırılır.Paytaxtdakı ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 17 863 beşyaşlının cəlb olunması nəzərdə tutulur.BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəslərinə isə 35 043 uşaq cəlb olunub.BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 29 715 müəllim, məktəbəqədər təhsil müəssisəslərində isə 4 137 tərbiyəçi-müəllim çalışır.Qeyd edək ki, BŞTİ-nin tabeliyində 729 təhsil müəssisəsi,...
14 Sentyabr 2026, 13:54
Rusiyada ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiyanın elm və ali təhsil nazirinin müavini Konstantin Moqilevski ilə görüşüb.APA-nın Moskva bürosu xəbər verir ki, görüşdə təhsil və elm sahəsində ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.Xüsusilə, Azərbaycan-Rusiya birgə Universitetinin yaradılması məsələsinə toxunulub.Görüş zamanı Azərbaycan abituriyentlərinin Rusiya universitetlərində təhsil almağa artan marağı məmnuniyyətlə vurğulanıb.Qeyd olunub ki, 1 oktyabr 2025-ci il tarixinə görə, Rusiyada bütün təhsil formaları (Rusiya təhsil müəssisələrinin xarici filialları istisna olmaqla) üzrə 10.000-dən çox Azərbaycan Respublikası vətəndaşı ali təhsil proqramlarında təhsil alır, 1 oktyabr 2024-cü il tarixinə görə isə bu rəqəm 9744 tələbə olub....
14 Sentyabr 2026, 13:28
Heydər Əliyev adına Hərbi İnstitutda andiçmə mərasimi keçirilib
Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların təntənəli andiçmə mərasimi keçirilib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, MMU-nun və institutun rəhbərliyi, şəxsi heyəti, o cümlədən professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə hərbi orkestrin müşayiəti ilə Döyüş bayrağı sıranın önünə çıxarılıb.Sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.Çıxış edənlər kursantları Hərbi andı qəbul etmələri münasibətilə ürəkdən təbrik edərək, onlara gələcək hərbi xidmətlərində uğurlar arzulayıb, Azərbaycan xalqına layiqli övlad olmağı, Vətənə, xalqa və Hərbi anda daim sədaqətlə xidmət...
14 Sentyabr 2026, 13:20
Həftəsonu 17 silah aşkarlanıb
️Sentyabrın 12-də və 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 1 tapança, 8 tüfəng, 6 patron darağı və 194 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Bu barədə Citypost.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
14 Sentyabr 2026, 13:13