Şirvan suvarma kanalının yenidən qurulması üzrə işçi qrupunun növbəti iclası keçirilib
Cəmiyyət 14 Sentyabr 2026, 21:08
241
Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin inzibati binasında Şirvan suvarma kanalının yenidən qurulması ilə bağlı yaradılmış İşçi qrupunun növbəti iclası keçirilib.
Citypost.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.
İclasda Prezident İlham Əliyevin "Şirvan suvarma kanalının yenidən qurulması haqqında" Sərəncamından irəli gələn məsələlərin icrası, tikinti-quraşdırma işlərinin müəyyən edilmiş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılması, həmçinin aidiyyəti qurumlar arasında koordinasiyanın təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Həmçinin oxuyun
İclas zamanı layihə üzrə görülən işlərin hazırkı vəziyyəti, tikinti-quraşdırma işlərinin gedişi, qarşıya çıxan çətinliklər və onların həlli istiqamətində görülən tədbirlər müzakirə olunub. İşçi qrupunun rəhbəri Rafiq Aslanov mövcud vəziyyətlə bağlı fikir və təkliflərini səsləndirib, aidiyyəti qurumların nümayəndələrinin təkliflərini dinləyib.
Müzakirələr zamanı səsləndirilən təkliflər nəzərə alınaraq işlərin təsdiq edilmiş qrafikə uyğun davam etdirilməsi, mövcud problemlərin operativ həlli, layihədə olan çatışmazlıqların aradan qaldırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“Kurtlar Vadisi”nin ssenaristləri Kaşif Kozinoğlu işi üzrə iki saatdan çox ifadə veriblər
Türkiyədə keçmiş kəşfiyyat zabiti Kaşif Kozinoğlunun Silivri həbsxanasında ölümündən 15 il sonra "Kurtlar Vadisi" serialının ssenaristləri aparılan istintaqda ifadə veriblər.NTV xəbər verir ki, 2011-ci ildə Ergenekon istintaqı çərçivəsində Silivri həbsxanasında vəfat edən Milli Kəşfiyyat Təşkilatının (MİT) zabiti Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq davam edir.Bu gün Silivri Məhkəməsində üç ssenarist - Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan şahid qismində təxminən 2,5 saat ifadə veriblər.Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaqdan sonra "Kurtlar Vadisi Pusu" serialı ilə bağlı təfərrüatlar ortaya çıxıb. Belə ki, serialın 123-cü bölümündə "Kazım Kaşifoğlu" adı ilə təqdim edilən Milli Kəşfiyyat Təşkilatı (MİT) zabiti obrazının əslində Kaşif Kozinoğlunun...
14 Sentyabr 2026, 20:30
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüş zamanı "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatını dövlət başçısına təqdim edib.Citypost.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə 2026-cı il üzrə bu mükafata layiq görülüb.Mükafatın şərtlərinə görə, Azərbaycan Prezidentinə 500 min ABŞ dolları məbləğində vəsait verilir.Prezident İlham Əliyev bu məbləğin tam olaraq Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib....
14 Sentyabr 2026, 20:00
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb."Report"un Cənub bürosunun məlumatına görə, hadisə şəhərin Paşa Təhməzov küçəsi 6 ünvanında qeydə alınıb.Belə ki, 2023-cü il təvəllüdlü A.Allahverdiyev ehtiyatsızlıqdan üçüncü mərtəbədən yıxılıb. Azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır qiymətləndirilir.Faktla bağlı araşdırma aparılır.
14 Sentyabr 2026, 19:40
Azərbaycan-Türkiyə media əməkdaşlığı müzakirə olundu
Media və Yayım Şurasının sədri Əhməd İsmayılov Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Bu barədə Citypost.az-a Media və Yayım Şurasından məlumat verilib.Bildirilib ki, görüşdə Ə.İsmayılov Azərbaycan və Türkiyə arasında media və kommunikasiya sahəsində mövcud əməkdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayıb.Müasir informasiya mühitində sözügedən sahədə qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, dezinformasiyaya qarşı mübarizədə birgə fəaliyyətin gücləndirilməsi kimi istiqamətlərdə əməkdaşlığın vacibliyi qeyd olunub.F.Pirinççi rəqəmsal transformasiyanın media və kommunikasiya sahəsində yaratdığı yeni imkanlardan bəhs edib. Yeni media alətlərinin effektiv tətbiqi, müasir kommunikasiya yanaşmalarının inkişaf etdirilməsi, eləcə də iki ölkənin media nümayəndələri arasında peşəkar əlaqələrin və birgə təşəbbüslərin...
14 Sentyabr 2026, 19:23
Cəlil Xəlilov veteranlarla “Türk şəhidliyi”ni ziyarət etdi
Veteranlar polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Bakıda “Türk şəhidliyi”ni ziyarət edibCitypost.az xəbər verir ki, 14 sentyabr 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Bakıdakı “Türk şəhidliyi”ni ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. Tədbir iştirakçıları qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov 1918-ci il hadisələrindən, Bakı uğrunda gedən döyüşlərin əhmiyyətindən danışıb. Polkovnik qeyd edib ki, məhz 1918-ci ildə Osmanlı imperiyasının hərbi dəstəyi Azərbaycanın, eləcə də onun paytaxtı olan Bakının erməni-bolşevik silahlı dəstələrindən təmizlənməsində mühüm rol oynayıb, türk əsgərləri Azərbaycan hərbçiləri ilə çiyin-çiyinə anti-türk qüvvələrinə qarşı qəhrəmancasına mübarizə aparıb.Təşkilat sədri vurğulayıb ki,...
14 Sentyabr 2026, 19:14
Azər Xəlilzadə katib təyin edildi
“Azergold” QSC-də korporativ katib vəzifəsinə təyinat olub.Citypost.az xəbər verir ki, bu vəzifə Kənan Xəlilzadəyə həvalə olunub.K.Xəlilzadə eyni zamanda Azərbaycan İnvestisiya Holdinqinin Hüquq direktoru təyin edilib.Qeyd edək ki, K.Xəlilzadə bundan öncə (2025-2026-cı illər) Azərbaycan İnvestisiya Holdinqində Hüquq departamentinin rəhbəri olub. O, 2023-2025-ci illərdə “Azərlotoreya” ASC-də, 2021-2023-cü illərdə isə, “Veysəloğlu Şirkətlər Qrupu”nda müxtəlif vəzifələrdə çalışıb.Məlumat üçün deyək ki, "AzerGold" 2016-cı ildə dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb. Şirkət Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindədir. Şirkətin Müşahidə Şurasının sədri Azərbaycan İnvestisiya Holdinqinin İdarə heyətinin sədri Mətin Eynullayev, İdarə heyətinin sədri isə, Zakir İbrahimovdur. "Azergold"un nizamnamə kapitalı 278 300 000 manatdır.\\plat.az...
14 Sentyabr 2026, 19:00