Qulu Məhərrəmli 15 sentyabrın “Paytaxt Günü” elan olunmasını təklif etdi
Cəmiyyət 15 Sentyabr 2026, 09:25
324
Professor, Əməkdar jurnalist Qulu Məhərrəmli Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım edib.
Citypost.az xəbər verir ki, Q.Məhərrəmli xatırladıb ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də elan edilərkən paytaxt Bakı bolşeviklərin, daha sonra isə Britaniyanın dəstəklədiyi Sentrokaspi hökumətinin nəzarətində olub. Onun sözlərinə görə, hər iki hakimiyyətdə erməni-rus hərbi qüvvələri aparıcı rol oynayıb.
Professor qeyd edib ki, 1918-ci il iyunun 4-də Azərbaycan Cümhuriyyəti ilə Osmanlı dövləti arasında imzalanan müqavilədən sonra Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Azərbaycana gəlib və Gəncədən Bakıya doğru yürüşə başlayıb. Göyçay, Kürdəmir, Ucar, Salyan və Şamaxı istiqamətlərində ağır döyüşlər aparılıb.
Q.Məhərrəmli bildirib ki, avqustun əvvəlində Bakıya ilk hücum uğursuz olsa da, Azərbaycan-Türk ordusu qüvvələri yenidən səfərbər edərək sentyabrda hücuma keçib. 36 saat davam edən döyüşlərdən sonra sentyabrın 15-də Bakı işğaldan azad edilib.
“Beləliklə, böyük M.Ə.Rəsulzadənin sözləri ilə desək, ‘Azərbaycanın bədəni ilə başı birləşdi’”, - deyə Q.Məhərrəmli vurğulayıb.
Həmçinin oxuyun
Professor bildirib ki, Bakının azad edilməsini Azərbaycan tarixinin şərəfli səhifələrindən biri kimi qiymətləndirir və bu qələbəni qazanan qəhrəmanların ehtiramla yad edilməsinin vacibliyini qeyd edib.
Q.Məhərrəmli, həmçinin sentyabrın 15-nin gələcəkdə Bakının azad edilməsi şərəfinə Paytaxt Günü elan olunacağına ümid etdiyini bildirib.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Emin Əmrullayev: Təmayül sinifləri 90 məktəbdə fəaliyyət göstərəcək
“İnanıram ki, bu tədris ili Azərbaycan məktəbi və ölkəmiz üçün faydalı, uğurlu olacaq. Qarşıda duran məqsədlərə doğru daha bir addım atacağıq”.Citypost.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin başlanması ilə bağlı jurnalistlərə açıqlamasında deyib.Emin Əmrullayev yeni tədris ilində təmayül siniflərinin əhatə dairəsinin genişləndirildiyini bildirib. Onun sözlərinə görə, əvvəl 14 məktəbdə tətbiq olunan model bu ildən 90 məktəbi əhatə edəcək.“Bu model bir neçə baxımdan faydalıdır. Həm şagirdlərin ehtiyaclarını nəzərə alır, həm də valideynlərə müəyyən mənada dəstək olur. Bu siniflərdə şagirdlər öz istək və seçimlərinə uyğun təmayül üzrə dərs alaraq daha yaxşı nəticələr göstərə bilərlər”, –...
15 Sentyabr 2026, 09:13
Quba icra başçısı jurnalistlərlə görüşüb
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tanınmış jurnalist Aytəkin Alxaslı və həmkarı Cəlal Fərzəliyevlə görüşüb.Citypost.az xəbər verir ki, Aytəkin Alxaslı görüşlə bağlı sosial media hesabında paylaşım edib. O bildirib ki, İlqar Mahmudovla müxtəlif mövzularda geniş fikir mübadiləsi aparılıb.“Bu gün Quba rayon İH başçısı İlqar Mahmudovla səmimi və yaddaqalan görüşümüz oldu. Həmkarım Cəlal Fərzəliyevlə birgə başçı ilə müxtəlif mövzularda geniş fikir mübadiləsi etdik. Ürəyimizcə oldu”, - deyə jurnalist qeyd edib.A.Alxaslı görüş zamanı onlara vaxt ayırdığı və maraqlı söhbətə görə icra başçısına təşəkkürünü bildirib.Turan...
15 Sentyabr 2026, 09:10
Nazir Əhmədli: “Şah İsmayıl Əmir Teymur kimi qəddar olmayıb”
Tarixçi alim, araşdırmaçı Nazir Əhmədli Əmir Teymur, Çingiz xan və Şah İsmayılın tarixi irsi ilə bağlı fikirlərini bölüşüb.Citypost.az N.Əhmədli sosial media hesabında yazıb ki, tarixçilərin hesablamalarına görə, Əmir Teymurun yürüşləri zamanı milyonlarla insan həlak olub və onun insan kəllələrindən piramidalar düzəltdiyi barədə tarixi məlumatlar var. Buna baxmayaraq, onun bu gün də təqdir və tərif edildiyini bildirib.Araşdırmaçı Çingiz xanın da qəddarlığı ilə seçilən hökmdarlardan olduğunu qeyd edərək, onun da geniş şəkildə tərif edildiyini vurğulayıb.“Şah İsmayıl Çingiz xan və Əmir Teymur kimi qəddar olmayıb. 23 illik hökmdarlığı dövründə apardığı müharibələrdə düşmən tərəfindən maksimum 200-250 min nəfər həlak ola bilər. Amma nədənsə hamıdan...
15 Sentyabr 2026, 09:07
Emin Əmrullayev bu il məktəbə qədəm qoyan şagirdləri təbrik edib
Bu gün 124 minə yaxın uşaq yeni dərs ilinə qədəm qoyur.Citypost.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü münasibətilə Yasamal rayonu 21 saytlı tam orta məktəbdə keçirilən tədbirdə deyib.Nazir birinci sinfə qədəm qoyan şagirdlərin timsalında bütün şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.Emin Əmrullayev bildirib ki, təhsildə əldə olunan nəticələrin əsasında müəllimlərin fəaliyyəti dayanır. O, müəllimləri də yeni tədris ilinin başlanması münasibətilə təbrik edib.Nazir valideynlərə də təşəkkürünü bildirib. O qeyd edib ki, valideynlər bütün tədris prosesi boyunca övladlarının yanında olsalar və məktəblə yaxından əməkdaşlıq etsələr, təhsildə daha böyük irəliləyişlərə nail...
15 Sentyabr 2026, 09:03
Şəhla Cabbarlı: “İman və ideologiya silahdan da, puldan da güclüdür”
Araşdırmaçı jurnalist Şəhla Cabbarlı Yəməndəki Ənsarullah hərəkatının fəaliyyətini və Səudiyyə Ərəbistanı ilə qarşıdurmasını şərh edib.Citypost.az xəbər verir ki, S.Cabbarlı sosial media hesabında yazıb ki, Səudiyyə Ərəbistanının böyük maliyyə və hərbi imkanlarına baxmayaraq, husilər uzun müddətdir müqavimət göstərməkdə davam edirlər. O, bunun əsas səbəbini iman və ideologiyada görür.“Bu iki sistem silahdan da, puldan da güclüdür. Adamlar yoxsul yaşayırlar, amma dünyanı idarə edən yəhudilərin paytaxtına raket dalğası göndərirlər. Bunu kim edə bilər? Onlar üçün Səudiyyə elə-belə görünür”, - deyə jurnalist bildirib.Ş.Cabbarlı husilərin yalnız İranın təsiri ilə hərəkət etdiyini düşünmədiyini də qeyd edib. Onun sözlərinə görə, Ənsarullah hərəkatı digər şiə hərəkatlarından fərqlənir və...
15 Sentyabr 2026, 09:02
Metroda niyə tez-tez nasazlıq baş verir?
Metrolarda yaranan texniki nasazlıqlar ciddi narahatlıq doğurur. Ümid edirəm, bu problemlərin qarşısının alınması istiqamətində Bakı Metropoliteni tərəfindən əsaslı işlər görüləcək.Citypost.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı ötən gün səhər saatlarında metroda yaranan ləngimə və sərnişin dolu qatarların 30 dəqiqədən çox tunellərdə qalması haqda danışarkən qeyd edib.“Metropolitendə köhnə avadanlıqlar, qatarlar və vaqonlar hələ də xidmət göstərir. Hesab edirəm ki, problemin kökündə bu amil dayanır.Artıq bu kimi problemlər tez-tez baş verir. Sistemi və avadanlıqları mümkün qədər tez təkmilləşdirmək, hətta müasirləşdirmək lazımdır ki, belə hallar baş verməsin”, – ekspert əlavə edib....
15 Sentyabr 2026, 08:38