Aydın Quliyev: “Qarabağa sərmayə yatıran ölkələrin sayı artacaq”
Siyasət 15 Sentyabr 2026, 08:59
175
Əməkdar jurnalist, politoloq Aydın Quliyev Bakıdakı diplomatik korpusun nümayəndələrinin Qarabağa növbəti səfərini strateji baxımdan mühüm hadisə kimi qiymətləndirib.
Citypost.az xəbər verir ki, A.Quliyev sosial media hesabında bildirib ki, səfər çərçivəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin ilk dəfə iştirak etməsi diqqət çəkən məqamdır. Onun sözlərinə görə, vaxtilə müharibənin nəticələrini qəbul etməyən Avropa İttifaqının hazırda sülh prosesini dəstəkləməsi mühüm dəyişiklikdir.
“Əsas odur ki, müharibənin nəticələrini bir vaxtlar qəbul etməyən Avropa Qarabağa ilk dəfə xüsusi nümayəndə göndərir. Siz ‘Matı-Patıya’ fikir verməyin”, - deyə politoloq qeyd edib.
A.Quliyev hesab edir ki, diplomatik nümayəndələrin Qarabağa səfərlərində əsas diqqət Azərbaycanın bərpa və quruculuq imkanlarından daha çox, bölgəyə investisiya yatırmaq perspektivlərinə yönəlməlidir.
Həmçinin oxuyun
“Qarabağa gedən diplomatlar o yerlərdə bizim dövlətimizlə bərabər öz dövlətlərinin sərmayə yatırmaq imkanlarını araşdırır, planlar cızırlar. Çünki Azərbaycanın öz iqtisadi və maliyyə imkanları ilə Qarabağı və Zəngəzuru bəlli bir zamanda tam bərpa edəcəyini yəqin etməyə başlayıblar. Şübhə yoxdur ki, hər belə səfərlərdən sonra Qarabağa sərmayə yatıran ölkələrin sayı artacaq”, - A.Quliyev vurğulayıb.
Politoloq səfərlərin siyasi və iqtisadi əhəmiyyətinə diqqət çəkərək, bu cür hadisələrin “Matı-Patı” görüntüləri ilə kölgədə saxlanılmamasının vacibliyini bildirib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Deputat Zahid Oruc: Artıq “ Qara bağ “ yoxdur: general Tomsondan qalib Əliyevədək
Londonun Bakı siyasəti, enerji maraqları, Qarabağ diskursu və Azərbaycanın Zəfərlə dəyişdirdiyi yüzillik siyasi reallıqBritaniyanın Cənubi Qafqaza münasibəti tarixi xarakter daşıyır. Birinci Dünya müharibəsinin sonunda, 1918-ci ilin noyabrında general Uilyam Tomsonun başçılıq etdiyi beş minlik hərbi qüvvələri Bakıya daxil olmuşdular. Qədim Odlar yurdunun zəngin neft ehtiyatları, Xəzər hövzəsi, İran məsələsi, bolşevik Rusiyasının cənuba çıxışı və Qafqaz üzərində nəzarət rəsmi Londonun strategiyasının əsas məqsədlərini təşkil edirdi. Tomsonun Azərbaycan hökuməti qarşısında qoyduğu ultimativ şərtlərə görə türk hərbi qüvvələri Bakıdan çıxarılmalı, şəhərdə təhlükəsizlik və inzibati nəzarət Britaniya komandanlığının sərəncamına verilməli, neft obyektləri və mühüm kommunikasiya xətləri nəzarətdə saxlanılmalıydı. Haqlı olaraq, ölkə başçısı Cümhuriyyət dövrünə...
14 Sentyabr 2026, 10:45
Qulu Məhərrəmli: “Müharibənin bundan sonra daha da şiddətlənəcəyi aksiomadır”
Professor Qulu Məhərrəmli Rusiya-Ukrayna müharibəsində son günlər müşahidə olunan gərginliyin artması ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, professor sosial media hesabında yazıb ki, ABŞ Prezidenti Donald Trampın xüsusi elçilərinin Moskva və Kiyevə səfərindən sonra tərəflər arasında döyüşlər yenidən intensivləşib.“Son 24 saatda Ukrayna və Rusiyada xeyli obyekt vurulub. Aşkar görünür ki, Rusiya Ukraynanı – Kiyev, Odessa, Zaporojye və digər şəhərləri daha qorxunc silahlarla vurur. Ukrayna ordusu isə ardıcıl və məqsədyönlü şəkildə yanacaq və hərbi logistika obyektlərini hədəfə alır”, - deyə Q.Məhərrəmli bildirib.Professor qeyd edib ki, qarşıdurmalar nəticəsində hər iki tərəfdə, xüsusilə də Ukraynada dinc əhali arasında çoxsaylı itkilər var.“Müharibənin bundan...
14 Sentyabr 2026, 09:35
Səxavət Məmməd: “Dağılanın proksisi o hoqqanı çıxarmaz”
Hərbi jurnalist Səxavət Məmməd İranla bağlı fərqli fikirlər səsləndirən ekspertləri tənqid edib.Citypost.az xəbər verir k, sosial media hesabında jurnalist yazıb ki, bəzi şəxslər bir gün “İran dağılır, rejim çöküb” deyir, digər gün isə İranın proksisi olan husilərin Qırmızı dənizdə ciddi təsir imkanlarına malik olduğunu bildirirlər.“Adının qabağına da ‘politoloq’, ‘analitik’, ‘geopolitik’ yazdırır. Belələrinin debil olduğunu deyəndə də inciyirlər, küsürlər, adamı agent-zad çıxarırlar. Dağılanın proksisi o hoqqanı çıxarmaz, çıxara bilməz”, - deyə S.Məmməd bildirib.Hərbi jurnalist qeyd edib ki, İran-İsrail/ABŞ toqquşması başladıqdan sonra husilərin mümkün addımları, hərbi imkanları, istifadə etdikləri silahlar, eləcə də Çin və Rusiyanın onlara mümkün dəstəyi barədə müxtəlif platformalarda fikirlərini...
14 Sentyabr 2026, 09:26
Səfir: Meksika Azərbaycanda investisiyaları genişləndirmək niyyətindədir
Meksika və Azərbaycan ticarəti fəallaşdırmaq, investisiya əməkdaşlığını genişləndirmək və Azərbaycan bazarında Meksika mallarının mövcudluğunu artırmaq niyyətindədir.Citypost.az xəbər verir ki, bu barədə Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero Şuşada Meksikanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə bildirib.Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələr əhəmiyyətli dərəcədə möhkəmlənib, lakin hələ də gələcək inkişaf üçün əhəmiyyətli potensiala malikdir."Biz investisiya əməkdaşlığını və ticarət mübadiləsini fəallaşdırmaq, həmçinin ölkəmizin ən tanınmış mallarının Azərbaycanda təqdimatını davam etdirmək istəyirik", - diplomat bildirib.Səfir həmçinin Meksika və Azərbaycan arasında siyasi dialoqun və institusional əlaqələrin genişləndiyini qeyd edib....
11 Sentyabr 2026, 21:07
Hikmət Hacıyev: Azərbaycan-Meksika əlaqələri möhkəm təmələ əsaslanır
Azərbaycan-Meksika münasibətləri dostluq, tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Meksikanın Azərbaycandakı Səfirliyinin Şuşada bu ölkənin Müstəqillik Günü münasibətilə təşkil etdiyi qəbulda deyib.H.Hacıyev bildirib ki, hazırda Azərbaycan ilə Meksika arasında dostluq, tərəfdaşlıq, qarşılıqlı anlaşma və hörmətə əsaslanan münasibətlər mövcuddur.Onun sözlərinə görə, bu əlaqələrin mühüm tarixi təməli 1978-ci ildə Meksika prezidentinin Bakıya səfəri və 1982-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin SSRİ rəhbərliyində olduğu dövrdə Meksikaya səfəri ilə qoyulub.H.Hacıyev qeyd edib ki, həmin tarixi təmaslar sonrakı dövrdə Azərbaycan-Meksika dostluğunun inkişafında mühüm rol oynayıb.O vurğulayıb ki,...
11 Sentyabr 2026, 21:05
Qulu Məhərrəmli: “11 sentyabr bəşəriyyət üçün dönüş nöqtəsi oldu”
Professor Qulu Məhərrəmli 11 sentyabr terror aktının 25-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb.Citypsot.az xəbər verir ki, professor sosial şəbəkə hesabında 2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən və 3 minə yaxın insanın ölümü ilə nəticələnən terror aktının yalnız ABŞ üçün deyil, bütün bəşəriyyət üçün mənfi mənada dönüş nöqtəsi olduğunu qeyd edib.“25 il əvvəl baş vermiş və 3 minə yaxın insanın ölümünə səbəb olmuş dəhşətli terror aktı təkcə ABŞ üçün deyil, bütün bəşəriyyət üçün pis mənada dönüş nöqtəsi oldu.XXI əsrin bu dəhşətli terror və zorakılıq aktı sonradan zəncirvari faciələr dalğası yaratdı, eyni zamanda dünyada təhlükəsizlik, sülh və insan həyatının dəyəri haqqında...
11 Sentyabr 2026, 11:34