Bizə yazın

Baku

-°C

USD

-

Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər

Cəmiyyət 11 Fevral 2025, 17:08

17536

Azərbaycanın hüquq-müdafiə təşkilatlarının monitorinq qrupunun üzvləri – Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı ötən həftə həbs edilən jurnalist Şahnaz Bəylərqızının işi ilə bağlı ölkə rəhbərliyinə ünvanladıqları müraciətlər çərçivəsində Daxili İşlər Nazirliyində qəbul olunublar.

Citypost.az xəbər verir ki, hüquq müdafiəçiləri nazirlikdə dinlənilib və müraciətin baxılmasının nəticələri barədə onlara məlumat veriləcəyi bildirilib. 

Şahnaz Bəylərqızının apellyasiya şikayətinə fevralın 12-si saat 14:00-da baxılacaq.

Daha əvvəl hüquq müdafiəçiləri Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevaya müraciət edərək Şahnaz Bəylərqızının ciddi sağlamlıq problemlərini və iki azyaşlı övladının olduğunu nəzərə alaraq barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə dəstək olmalarını xahiş etmişdilər.

Qeyd edək ki, Ş.Bəylərqızı qaçaqmalçılıq və başqa cinayətlərdə ittiham edilir. Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 15 günlük həbs qətimkan tədbiri seçilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

WUF13 çərçivəsində Bakıda müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək 

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Bakının bir sıra küçə və prospektlərində müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək.Bu barədə Citypost.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.Məlumata görə, müvəqqəti xüsusi hərəkət zolaqları Heydər Əliyev prospekti - Aerport şosesi, Abbasqulu ağa Bakıxanov, Mehdi Abbasov, Mikayıl Əliyev, Yusif Səfərov, Mikayıl Müşfiq küçələrində yaradılacaq.Bu zolaqlar müvafiq yol nişanı quraşdırıldıqdan sonra qüvvədə olacaq. Yəni nişan olmadığı müddətdə bütün nəqliyyat vasitələri zolaqdan istifadə edə bilər.Xatırladaq ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. İndiyədək forumda iştirak etmək üçün dünyanın müxtəlif ölkəsindən 20 min nəfərdən çox şəxs qeydiyyatdan...

04 May 2026, 16:42

Çaylardan daşqın və sel keçəcək

Mayın 5-7-də Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran) yağıntının intensivləşəcəyi, 5-6-da qısa müddətə güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

04 May 2026, 16:18

İlham Əliyev Azərbaycan xalçaçılarını təltif etdi

Prezident İlham Əliyev Azərbaycan xalçaçılarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.Citypost.az xəbər verir ki, Sərəncama əsasən Azərbaycanda xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:Ağalıyeva Neva Şahpələng qızıBabayeva Aidə Elman qızıBabayeva Ceyhunə Zakir qızıEyyubova Raya Şahvələd qızıƏbilova Nazilə Əlisəfa qızıƏhmədova Şəfiqə Məzəddin qızıƏkbərova İradə Xanağa qızıƏləkbərova Vüsalə Mərifət qızıƏsgərova Kəmalə Sərdar qızıHəsənova Xaliqə Yelmar qızıHüseynova Dilşad Mahmud qızıQənbərova Nargilə Əliağa qızıQurbanova Sədaqət Əmir qızıNəsirova Jalə Abduləli qızıNuriyev Əlisafa İdris oğluÖzbəkova Gülgəz Mətləbulla qızıRəhimova Nailə Allahverdi qızıŞahmuradova Alisa Sadıq qızı....

04 May 2026, 16:06

"Space" TV-nin yeni baş direktoru o təyin edildi 

"Space" televiziyasına yeni baş direktor təyin edilib.Citypost.az Manset.az-a istinadən xəbər verir ki, "Space" televiziyasının təsisçisinin qərarı ilə baş direktor vəzifəsinə Ayaz Mustafayev gətirilib.  Ayaz Mustafayev bir az əvvəl televiziyanın rəhbər şəxsləri və redaksiya kollektivi ilə iclas keçirib, müvafiq tapşırıqlar verilib.  Qeyd edək ki, "Space" TV-nin əvvəlki baş direktoru Vado Korovin istefa verərək vəzifəsindən ayrılıb.Xatırladaq ki, bir neçə gün bundan əvvəl Axar.az saytı "Space" televiziyasının bağlanacağı ilə bağlı xəbər yayımlamışdı. ...

04 May 2026, 15:51

Kəmaləddin Heydərov Xankəndi şəhərində vətəndaşları qəbul edib 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xankəndi şəhərində vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.Kəmaləddin Heydərov mayın 4-də Xankəndi şəhərində, Xankəndi şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları sakinlərinin qəbulunu keçirib. Fövqəladə hallar naziri tərəfindən qəbul edilən Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər....

04 May 2026, 15:37

"Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə kolleclərə tələbə qəbulu aparılmayacaq 

Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş 2026/2027-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu planında ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə plan yeri ayrılmayıb.DİM-dən Citypost.az-a verilən məlumata görə, bu ildən etibarən "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu aparılmayacaq.DİM abituriyentlərin nəzərinə çatdırır ki, cari tədris ilinin qəbul planına uyğun olaraq aşağıda göstərilən komissiyalar da fəaliyyət göstərməyəcək.6401 – fiziki tərbiyə müəllimliyi (11 illik təhsil bazası üzrə);152 – fiziki tərbiyə müəllimliyi (9 illik təhsil bazası üzrə).Qabiliyyət imtahanları ilə bağlı daha ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və...

04 May 2026, 15:22