Xırdalanda iaşə obyektindəki yanğına görə binada yaşayan 45 sakin təxliyə edilib
Hadisə 03 Mart 2025, 10:12
17517
Xırdalanda iaşə obyektində baş vermiş yanğınla bağlı binada yaşayan 45 sakin təxliyə edilib.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 500 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli restoranın yanar konstruksiyaları və restorana bitişik ümumi sahəsi 860 m² olan birmərtəbəli fitnes klubun dam örtüyünün taxta atmaları 65 m² sahədə yanıb.
Həmçinin oxuyun
Fitnes klubun böyük hissəsi, əraziyə bitişik altımərtəbəli yaşayış binası və ümumi sahəsi 2400 m² olan müxtəlif təyinatlı obyektlər yanğından mühafizə edilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasından ümumilikdə 45 nəfər sakin təxliyə olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bilgəhdə dənizdə batan şəxslərin kimliyi məlum oldu
Bilgəhdə dənizdə batan şəxslərin kimliyi məlum olub.Citypost.az xəbər verir ki, Bilgəh qəsəbəsinin dəniz çimərliyində Qusar rayon sakini 2008-ci il təv. Elmin Elmar oğlu Əmirəliyev və Bərdə rayon sakini 2008-ci il təv. Əlipaşa Natiq oğlu Əlizadə suda boğulub.Onların meyitlərinin sudan çıxarılması istiqamətində tədbirlər davam etdirilir.
21 Sentyabr 2026, 11:05
Cəlilabadda 7 il əvvəl itkin düşən şəxsin qətli açıldı
Azərbaycan Respublikasının prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb.Məlumata görə, 2019-cu ilin mart ayında Cəlilabad rayonunun Göytəpə şəhər sakini Məmmədov Nadir Bahadır oğlunun həmin ilin mart ayında yaşadığı evdən çıxdıqdan sonra geri qayıtmaması barədə rayon polis şöbəsinə müraciət daxil olub.Müraciət əsasında Nadir Məmmədovun itkin düşməsi ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri araşdırma və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.Aparılmış araşdırmanın nəticələri üzrə toplanmış material üzrə Cəlilabad rayon prokurorluğunda 8 avqust 2019-cu il tarixdə cinayət işi başlanılıb.İş üzrə...
21 Sentyabr 2026, 10:50
Tranzit yükdə 80 kiloqrama yaxın marixuana aşkarlandı
Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.Məlumata görə, Astara gömrük postunda İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” və “kərəviz” yükü aparan yük nəqliyyat vasitəsi idxal yoxlama xəttində saxlanılaraq gömrük nəzarətinə cəlb edilib.Nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilərək kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb, yükdə gizlədilən bağlamaların olduğu müəyyən edilib.Aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən 230 ədəd "kərəviz" formalı qablaşdırmada xalis təmiz çəkisi 79 kq 740 qram narkotik vasitə - marixuana aşkar...
21 Sentyabr 2026, 09:26
Bakıda yaşayış binasında yanğın olub
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, C. Naxçıvanski küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.Bu barədə Citypost.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.Yanğın nəticəsində ümumi sahəsi 95 m² olan dördotaqlı mənzilin mətbəxinin və eyvanının yanar konstruksiyaları 15 m² sahədə yanıb.Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.Hadisə nəticəsində xəsarət alan olmayıb....
19 Sentyabr 2026, 16:55
İki ay əvvəl Həkəri çayında boğulan 64 yaşlı kişinin meyiti tapılıb
Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun meyiti FHN-in xilasediciləri tərəfindən suda tapılıb.FHN-dən Citypost.az-a verilən məlumata görə, onun meyiti aidiyyəti üzrə təhvil verilib.Qeyd edək ki, N. Həsənov 4 iyul 2026-cı il tarixində Həkəri çayında batmışdı.
19 Sentyabr 2026, 16:10
Ağdərədə gənc oğlanı "tok" vuraraq öldürüb
Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.Citypost.az xəbər verir ki, hadisə rayonun Həsənriz kəndində qeydə alınıb. Belə ki, Goranboy rayon sakini, 1998-ci il təvəllüdlü Mütəllimov Raqif Allahyar oğlu Həsənriz kəndində elektirik xətti çəkərkən cərəyanın vurması nəticəsində ölüb.Faktla bağlı araşdırma aparılır.
19 Sentyabr 2026, 13:20