Ali Məhkəmə "Tərtər işi"ndə təqsirləndirilən şəxslərin cinayət işi üzrə qərar verib
Hüquq 05 Sentyabr 2025, 13:40
5375
"Tərtər işi" ilə bağlı ittiham olunan Fuad Ağayev, Qurban Cümşüdov, Fuad Axundov, Ramil Əhmədov və Cavid Ağadadaşovun barələrində verilmiş kassasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
CityPost.az-ın məlumatına görə, Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənin onların cəzalarının ağırlaşdırılması üçün verdiyi kassasiya şikayətinə baxılıb.
Şikayət təmin edilməyib, aşağı instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Fuad Ağayev 13 il, Qurban Cümşüdov 10 il, Fuad Axundov 9 il 6 ay, Ramil Əhmədov 9 il 6 ay, Cavid Ağadadaşov isə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Həmçinin oxuyun
Daha sonra onların barəsində olan hökmü Bakı Apellyasiya Məhkəməsi də dəyişdirmədən saxlayıb.
Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qonşu mübahisələri məhkəməyə qədər gedə bilər
Qonşular arasında yaranan mübahisələr gündəlik həyatda ən çox rast gəlinən problemlərdən biridir. İlk baxışda sadə görünən bəzi narazılıqlar zamanla böyüyərək ciddi hüquqi mübahisələrə çevrilə və hətta məhkəmə araşdırmasının predmetinə çevrilə bilər.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, qonşular arasında ən çox rast gəlinən mübahisələr səs-küy, torpaq sahələrinin sərhədləri, hasarların yerinin dəyişdirilməsi, ağacların budaqlarının qonşu sahəyə keçməsi, avtomobil parkı, ümumi istifadə sahələri və digər məişət məsələləri ilə bağlı olur.Mütəxəssislər bildirirlər ki, bir çox hallarda tərəflər emosiyalara qapılaraq problemi hüquqi müstəvidən çox şəxsi müstəviyə keçirirlər. Halbuki belə vəziyyətlərdə ilk növbədə qanunvericiliyin tələblərinə və hüquqi mexanizmlərə əsaslanmaq vacibdir.Əgər qonşunun hərəkətləri digər şəxsin hüquqlarını...
24 İyun 2026, 10:40
Ata övladını tanımırsa, uşağın hüquqları necə qorunur?
Hüquqşünaslar bildirirlər ki, bəzi hallarda ata uşağı könüllü şəkildə tanımadıqda və ya atalığını qəbul etmədikdə bu, uşağın hüquqlarının itirilməsi anlamına gəlmir. Citypost.az xəbər verir ki, Azərbaycan qanunvericiliyi belə hallarda uşağın hüquqlarının müdafiəsi üçün məhkəmə qaydasında atalığın müəyyən edilməsi mexanizmini nəzərdə tutur.Mütəxəssislərin sözlərinə görə, uşağın atasının rəsmi şəkildə müəyyən edilməməsi aliment, vərəsəlik, sosial təminat və digər hüquqların həyata keçirilməsində müəyyən çətinliklər yarada bilər. Lakin qanun bu halların həlli üçün kifayət qədər hüquqi imkanlar təqdim edir.Atalığın müəyyən edilməsi ilə bağlı iddia məhkəməyə təqdim oluna bilər və məhkəmə işə baxarkən müxtəlif sübutları araşdırır. Bu sübutlara tərəflərin yazışmaları, foto və video materiallar, şahid ifadələri, tibbi...
24 İyun 2026, 08:42
Diqqət! Qeydiyyatsız yaşamaq cərimə ilə nəticələnə bilər
Mütəxəssislərin sözlərinə görə, hazırda bir çox vətəndaşın faktiki yaşadığı ünvanla rəsmi qeydiyyatda olduğu ünvan fərqlənir. Lakin qanunvericilik hər bir şəxsin daimi və ya müvəqqəti yaşadığı yer üzrə qeydiyyata alınmasını tələb edir.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirirlər ki, yaşayış yeri üzrə qeydiyyat təkcə statistik məlumatların aparılması üçün deyil, həm də vətəndaşla dövlət arasında mövcud olan hüquq və vəzifələrin düzgün icrası baxımından mühüm əhəmiyyət daşıyır.Dövlət orqanlarının bildirişlərinin çatdırılması, sosial xidmətlərin göstərilməsi, seçki hüquqlarının həyata keçirilməsi və digər bir sıra məsələlər məhz yaşayış yeri üzrə qeydiyyatla əlaqəlidir.Mütəxəssislərin izahına görə, vətəndaş faktiki olaraq başqa ünvanda yaşayırsa, qanunvericiliyin müəyyən etdiyi qaydada həmin ünvanda qeydiyyata düşməlidir....
23 İyun 2026, 10:34
Xarici vətəndaşlar Azərbaycanda torpaq sahibi ola bilərmi?
Hüquqşünasların sözlərinə görə, Azərbaycan qanunvericiliyi torpaq sahələri üzərində mülkiyyət hüququ məsələsində xarici vətəndaşlar və xarici hüquqi şəxslər üçün müəyyən məhdudiyyətlər nəzərdə tutur.Qanunvericiliyə əsasən, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, eləcə də xarici hüquqi şəxslər Azərbaycan Respublikasında torpaq sahələrini birbaşa mülkiyyət hüququ əsasında əldə edə bilməzlər. Onlar torpaqdan yalnız istifadə və ya icarə hüququ əsasında yararlana bilərlər.Lakin bu qaydanın müəyyən istisnaları da mövcuddur. Hüquqşünaslar bildirirlər ki, xarici fiziki və hüquqi şəxslər torpaq sahəsi üzərində mülkiyyət hüququnu vərəsəlik, bağışlama müqaviləsi və ya ipoteka öhdəliklərinin icrası nəticəsində əldə edə bilərlər. Ancaq bu halda həmin şəxslər torpaq sahəsinin daimi sahibi kimi qala bilməzlər.Mütəxəssislərin izahına görə, xarici vətəndaş...
23 İyun 2026, 09:32
Ər-arvad bir-birinin avtomobilini etibarnaməsiz idarə edə bilərmi?
Vətəndaşları maraqlandıran məsələlərdən biri də həyat yoldaşının adına olan avtomobilin etibarnamə olmadan idarə edilməsinin mümkün olub-olmamasıdır. Hüquqşünasların sözlərinə görə, qanunvericilik müəyyən hallarda ər və arvadın bir-birinin nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsinə imkan verir.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, nikah dövründə əldə edilmiş əmlak, o cümlədən nəqliyyat vasitəsi Azərbaycan Respublikasının ailə qanunvericiliyinə əsasən ər və arvadın ümumi birgə mülkiyyəti hesab olunur. Bu səbəbdən də avtomobil yalnız bir tərəfin adına qeydiyyatda olsa belə, həmin nəqliyyat vasitəsi üzərində digər həyat yoldaşının da mülkiyyət hüququ yarana bilər.Hüquqşünasların qeyd etdiyi kimi, həyat yoldaşları avtomobil üzərində ümumi mülkiyyət hüquqlarını rəsmiləşdirərək notariat qaydasında nəqliyyat vasitəsinə...
22 İyun 2026, 10:44
Hansı malları geri qaytarmaq mümkün deyil?
İstehlakçılar arasında geniş yayılmış fikirlərdən biri də odur ki, alınan istənilən mal müəyyən müddət ərzində satıcıya qaytarıla bilər. Lakin mütəxəssislər bildirirlər ki, bu qayda bütün məhsullara aid deyil və bəzi malların geri qaytarılması qanunvericiliklə məhdudlaşdırılıb.Hüquqşünasların sözlərinə görə, geri qaytarılması və ya dəyişdirilməsi mümkün olmayan malların siyahısı insanların düşündüyü kimi mağazaların daxili qaydaları ilə deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilir. Söhbət Nazirlər Kabinetinin 114 nömrəli qərarı ilə təsdiq olunmuş siyahıdan gedir.Citypost.az-ın məlumatına əsasən, mütəxəssislər qeyd edirlər ki, həmin siyahıya daxil edilən məhsullar istehlakçı tərəfindən istifadə edilməsə belə, müəyyən hallarda geri qaytarıla bilməz. Bunun əsas səbəbi həmin məhsulların...
22 İyun 2026, 09:42