Əmək hüququnda bağışlama mexanizmi ilə bağlı mütəxəssis açıqlaması
Hüquq 18 May 2026, 08:51
436
Əmək münasibətlərində bağışlama və güzəşt mexanizmlərinin tətbiqi yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallar çərçivəsində mümkündür.
Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, əmək müqaviləsinə xitam verildikdən sonra yaranan mübahisələr və ya hüquqi pozuntu iddiaları müəyyən prosedurlar əsasında araşdırıla bilər.
Hüquqşünaslar bildirirlər ki, əgər əmək münasibətləri zamanı və ya ondan sonra mövcud şəraitdə hüquqi əsaslar dəyişərsə, yaxud əvvəlki dövrdə texniki və ya prosedur xarakterli səhvlər aşkar olunarsa, vətəndaşın səlahiyyətli orqanlara müraciət etmək hüququ mövcuddur. Bu müraciətlər qanunvericiliklə müəyyən edilmiş müddətlər daxilində, adətən bir il ərzində təqdim edilə bilər.
Mütəxəssislərin açıqlamasına görə, belə hallarda müraciətlər aidiyyəti qurumlar tərəfindən araşdırılır və faktlara uyğun hüquqi qiymət verilir. Əmək hüququ sahəsində bağışlama və ya güzəşt anlayışı isə emosional deyil, yalnız hüquqi əsaslar və sübutlar çərçivəsində tətbiq olunur.
Həmçinin oxuyun
Qeyd olunur ki, hər bir müraciət fərdi qaydada nəzərdən keçirilir və yalnız əsaslandırılmış hallarda müvafiq qərarların qəbul edilməsi mümkündür.
Yusif
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Müstəntiqin çağırışına getməmək hansı məsuliyyət yaradır?
İstintaq orqanı tərəfindən vətəndaşa telefonla və ya rəsmi qaydada çağırış edildikdə, həmin şəxs üzrsüz səbəbdən istintaqa gəlməzsə, qanunvericiliyə uyğun olaraq məcburi gətirilmə (məcburi iştirak) barədə qərar qəbul oluna bilər.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, belə hallarda vətəndaşın istintaqdan yayınması onun istənilən vaxt polis əməkdaşları tərəfindən məcburi qaydada istintaq orqanına aparılması ilə nəticələnə bilər. Bu zaman şəxsin harada olmasından asılı olmayaraq – evdə, işdə və ya ictimai məkanda – qərar icra edilə bilər.Mütəxəssislər bildirirlər ki, istintaq hərəkətləri cinayətin törədildiyi və ya araşdırmanın aparıldığı ərazi üzrə həyata keçirilir. Bu səbəbdən şəxs yalnız qeydiyyatda olduğu yerə deyil, hadisə ilə bağlı araşdırma aparılan...
18 May 2026, 10:39
Söküntü zamanı evdə qeydiyyatda olan şəxslərin hüququ varmı?
Söküntü zamanı evdə qeydiyyatda olan şəxslərin hüququ varmı? – Hüquqşünas açıqladıPaytaxtın “Sovetski” kimi tanınan ərazilərində aparılan söküntü və yenidənqurma işləri fonunda vətəndaşları ən çox maraqlandıran məsələlərdən biri də mənzildə qeydiyyatda olan şəxslərin hüquqları ilə bağlıdır. Xüsusilə evin mülkiyyətçisi ilə yanaşı orada yaşayan ailə üzvlərinin kompensasiya və ya yeni mənzil üzərində hüququnun olub-olmaması tez-tez müzakirə olunur.Citypost.az xəbər verir ki, Mövzu ilə bağlı hüquqşünaslar bildirirlər ki, belə hallarda əsas hüquqi məsələ daşınmaz əmlakın kimin adına rəsmiləşdirilməsidir. Əgər mənzilin çıxarışı və mülkiyyət hüququ bir şəxsin adınadırsa, söküntü zamanı aparılan bütün rəsmi prosedurlar məhz həmin mülkiyyətçi ilə həyata keçirilir.Hüquqşünasların sözlərinə görə, bina sökülərkən tikinti...
16 May 2026, 10:14
Hansı fərdi yaşayış evlərinin tikintisi üçün icazə tələb olunmur?
Hüquqşünasların sözlərinə görə, Şəhərsalma və Tikinti Məcəlləsi fərdi yaşayış evlərinin tikintisi ilə bağlı müəyyən sadələşdirilmiş qaydalar nəzərdə tutur. Xüsusilə kiçik ölçülü yaşayış evlərinin inşası zamanı bəzi hallarda ayrıca tikinti icazəsinin alınması tələb olunmur.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, Məcəllənin 80-ci maddəsinə əsasən, mərtəbələrinin sayı 3-dən çox olmayan, hündürlüyü 12 metri keçməyən və aşırımlarının uzunluğu 6 metrdən artıq olmayan fərdi yaşayış evlərinin tikintisi üçün bir sıra hallarda xüsusi icazə tələb edilmir.Lakin hüquqşünaslar vurğulayırlar ki, bu, tikintinin tamamilə nəzarətsiz həyata keçirilməsi anlamına gəlmir. Belə evlərin tikintisi zamanı torpaq sahəsinin təyinatı, şəhərsalma normaları, təhlükəsizlik qaydaları və digər texniki tələblər mütləq şəkildə gözlənilməlidir.Ekspertlərin...
15 May 2026, 10:59
Hüquqşünaslardan açıqlama: müəllif hüququ ömürlükdürmü?
Son dövrlər xüsusilə musiqi və şou-biznes sahəsində müəllif hüquqları ilə bağlı mübahisələr ictimaiyyətin diqqət mərkəzinə çevrilib. Müğənnilər, bəstəkarlar və ifaçılar arasında mahnıların icazəsiz istifadəsi, müəllifin adının göstərilməməsi və əsərlərin paylaşılması ilə bağlı yaranan müzakirələr bu mövzunu yenidən aktuallaşdırıb.Citypost.az-ın məlumatına görə, hüquqşünasların sözlərinə görə, müəllif hüquqları Azərbaycan qanunvericiliyində “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunla tənzimlənir. Qanunda qeyd olunur ki, müəllif dedikdə əsəri yaradan şəxs nəzərdə tutulur və həmin şəxs yaratdığı əsər üzərində müəyyən hüquqlara malik olur.Mütəxəssislər bildirirlər ki, cəmiyyətdə ən çox verilən suallardan biri müəllif hüququnun ömürlük olub-olmamasıdır. Hüquqşünasların fikrincə, müəllif hüququ müddətsiz deyil və qanunvericilikdə bunun konkret müddəti müəyyən...
15 May 2026, 09:22
Bağışlanan əmlaka digər övladlar etiraz edə bilərmi?
Valideynlərin sağlığında bağışlama müqaviləsi ilə daşınmaz əmlakı övladlarından birinin adına keçirməsi halları praktikada tez-tez rast gəlinən məsələlərdəndir. Lakin bir çox hallarda digər övladlar düşünür ki, həmin əmlak sonradan vərəsəlik qaydasında bölünməli idi və buna görə də bağışlama müqaviləsini mübahisələndirmək hüquqları yaranır.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, bağışlama müqaviləsi ilə verilmiş əmlak, bir qayda olaraq, artıq vərəsəlik kütləsinə daxil edilmir. Çünki şəxs sağlığında öz əmlakı üzərində sərbəst şəkildə sərəncam vermək hüququna malikdir və istədiyi şəxsin adına əmlakı bağışlaya bilər.Mütəxəssislər bildirirlər ki, bu halda digər övladların avtomatik olaraq həmin əmlakdan “məcburi pay” tələb etmək hüququ yaranmır. Çünki məcburi vərəsəlik payı yalnız...
15 May 2026, 08:18
Azərbaycanda bunu edənlər 1500 manat cərimə olunacaq — VƏKİL DETALLARI AÇIQLADI
Azərbaycanda bu şəxslər CƏRİMƏLƏNƏCƏK!—Yeni qaydalar AÇIQLANDI Xüsusi icra məmurları ilə bağlı qanunvericiliyə yeni dəyişikliklər təklif edilir. Təklif olunan qaydalara əsasən, and içmədən və rəsmi reyestrə daxil olunmadan fəaliyyət göstərən şəxslər 1500 manatadək cərimələnəcək.Bundan başqa, xüsusi icra məmuruna məxsus geyim formasını və ya rəsmi nişanını qanunsuz şəkildə istifadə edən şəxslər 700 manatadək cərimə ediləcək. Reyestrdəki məlumatlarda dəyişiklik olduqda bu barədə vaxtında məlumat verməyən xüsusi icra məmurlarına isə 500 manat məbləğində cərimə tətbiqi nəzərdə tutulur.Vəkil Emil Aslanov mövzu ilə bağlı Oxu24.com-a verdiyi açıqlamada bildirib ki, həmin qanunla xüsusi icra məmuru məhkəmələrin və digər orqanların qərarlarının icrasını həyata keçirmək üçün şəhadətnamə almış fiziki şəxslər...
14 May 2026, 12:01