Bizə yazın

Baku

-°C

USD

-

Borc verdiyiniz pulu necə qoruya bilərsiniz? 

Hüquq 30 İyul 2026, 08:58

377

Cəmiyyətimizdə ən çox rast gəlinən hüquqi mübahisələrdən biri də borc münasibətləri ilə bağlıdır. İnsanlar yaxın qohumuna, dostuna və ya tanışına etibar edərək pul verirlər. Lakin sonradan həmin məbləğin geri qaytarılmaması tərəflər arasında ciddi problemlərə səbəb olur. Belə hallarda isə əsas sual yaranır: borc verən şəxs öz hüququnu necə qoruya bilər?

Citypost.az xəbər verir ki, Hüquqşünaslar bildirirlər ki, borc münasibətlərində ən vacib məsələ sübutların mövcudluğudur. Xüsusilə də məbləğ böyük olduqda, borcun yazılı şəkildə rəsmiləşdirilməsi gələcəkdə yarana biləcək mübahisələrin qarşısını almaq baxımından böyük əhəmiyyət daşıyır.Qanunvericiliyin tələblərinə əsasən, məbləği 3 000 manatdan artıq olan borc münasibətlərinin yazılı formada rəsmiləşdirilməsi məqsədəuyğundur və hüquqi baxımdan mühüm əhəmiyyət daşıyır. Yazılı forma həm notariat qaydasında təsdiq edilmiş borc müqaviləsi, həm də tərəflərin öz aralarında imzaladığı sadə yazılı sənəd ola bilər.

Mütəxəssislər qeyd edirlər ki, tərəflərin notariusda borc müqaviləsi bağlaması daha etibarlı hesab olunur. Çünki belə sənədlər sonradan məhkəmədə sübutetmə baxımından əlavə üstünlüklər yaradır. Lakin notariat təsdiqi olmasa belə, tərəflərin imzaladığı yazılı borc müqaviləsi də hüquqi qüvvəyə malikdir.Əgər borc alan şəxs müəyyən olunmuş müddətdə pulu geri qaytarmırsa, borc verən şəxs mülki məhkəmə qaydasında iddia qaldıraraq borcun tutulmasını tələb edə bilər. Bunun üçün isə məhkəməyə mümkün qədər çox sübut təqdim edilməlidir.

Hüquqşünasların sözlərinə görə, işlər araşdırılarkən ilk növbədə tərəflər arasında aparılmış yazışmalar diqqətlə öyrənilir. Xüsusilə WhatsApp, Telegram, SMS və digər mesajlaşma proqramlarında aparılmış yazışmalar, borc alan şəxsin borcu etiraf etdiyi mesajlar, səsli mesajlar və digər elektron sübutlar məhkəmə üçün əhəmiyyət kəsb edə bilər.Əgər yazışmalarda borc alan şəxs "borcu qaytaracağam", "filan tarixdə ödəyəcəyəm", "borcum qalıb" kimi ifadələr işlədibsə, bu cür etiraflar məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilər.Bundan əlavə, tərəflər arasında göndərilmiş səsli mesajlar da, əgər birbaşa həmin şəxslər arasında mübadilə olunubsa və qanunsuz üsulla əldə edilməyibsə, məhkəmə tərəfindən sübut kimi qəbul oluna bilər.

Hüquqşünaslar vurğulayırlar ki, qanunvericilik gizli şəkildə, qanunsuz üsulla əldə edilmiş bəzi məlumatların istifadəsinə məhdudiyyət qoyur. Lakin tərəflərin öz aralarında könüllü şəkildə göndərdikləri mesajlar, elektron yazışmalar və digər rəqəmsal məlumatlar mülki mübahisələr zamanı sübut kimi istifadə edilə bilər.Bəzən isə tərəflər ümumiyyətlə heç bir yazılı müqavilə bağlamırlar. Bu halda da borc verən şəxs əvvəlcədən özünü hüquqi baxımdan sığortalaya bilər.Məsələn, pul təqdim edilən zaman videoçəkiliş aparılması, borcun verilməsi faktının kamera qarşısında təsdiqlənməsi, şahidlərin iştirakı və ya borc alan şəxsin həmin məbləği aldığını videoda etiraf etməsi sonradan mühüm sübut rolunu oynaya bilər.Həmçinin bank köçürməsi ilə pul göndərilərkən təyinat hissəsində "borc", "borc müqaviləsi üzrə", "müvəqqəti borc" kimi qeydlərin yazılması da gələcəkdə hüquqi mübahisələr zamanı borc münasibətinin mövcudluğunu sübut etməyə kömək edir.

Mütəxəssislər hesab edirlər ki, insanlar etibara əsaslanaraq borc versələr də, hüquqi təhlükəsizlik baxımından bunu mütləq sənədləşdirməlidirlər. Çünki sonradan yaranan mübahisələr zamanı "şifahi razılaşma olmuşdu" demək əksər hallarda kifayət etmir.

Hüquqşünaslar vətəndaşlara tövsiyə edirlər ki, xüsusilə iri məbləğlər üzrə borc münasibətlərində yazılı müqavilə bağlasınlar, mümkün qədər bank vasitəsilə ödəniş etsinlər, elektron yazışmaları və digər sübutları saxlasınlar. Bu cür tədbirlər həm borc verən şəxsin hüquqlarını qoruyur, həm də gələcəkdə uzunmüddətli məhkəmə çəkişmələrinin qarşısını almağa kömək edir.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Birgə mülkiyyətlə bağlı vacib hüquqi qaydalar

Ailə münasibətlərində ən çox mübahisə doğuran məsələlərdən biri də ər-arvadın nikah dövründə əldə etdiyi əmlakın hüquqi statusudur. Bir çox insanlar hesab edirlər ki, əmlak yalnız kimin adına rəsmiləşdirilibsə, ona məxsusdur. Halbuki Azərbaycan qanunvericiliyi bu məsələyə fərqli yanaşır.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, nikah dövründə ər və arvadın əldə etdiyi əmlak, əksi sübuta yetirilməyənədək onların birgə mülkiyyəti hesab olunur. Bu hüquqi yanaşma "birgə mülkiyyət prezumpsiyası" adlanır.Bu o deməkdir ki, nikah müddətində əldə edilmiş mənzil, torpaq sahəsi, avtomobil, bank əmanətləri, biznesdən əldə olunan gəlirlər və digər əmlaklar, adətən, hər iki həyat yoldaşının ümumi mülkiyyəti sayılır. Əmlakın yalnız ərin və ya yalnız...

30 İyul 2026, 09:57

Onlayn kredit borcu miras qalırmı?

Son illər vətəndaşları ən çox maraqlandıran hüquqi məsələlərdən biri də vəfat etmiş şəxsin bank borclarının taleyidir. Xüsusilə onlayn qaydada götürülmüş, zaminsiz və sığortasız kreditlərlə bağlı ailə üzvləri tez-tez sual edirlər: "Yoldaşım vəfat edib,götürdüyü onlayn kredit hələ də bağlanmayıb. Bu borcu mən və ya övladlarım ödəməlidirmi?"Citypost.az xəbər verir ki, hüquqşünasların izahına görə, bu məsələdə əsas meyar mirasın qəbul olunub-olunmamasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən, vəfat etmiş şəxsin varisləri mirası qəbul etdikləri halda, mərhumun borclarına da yalnız qəbul etdikləri mirasın dəyəri həcmində cavabdeh olurlar. Başqa sözlə, varis öz şəxsi əmlakı və ya gəlirləri hesabına borcu ödəməyə məcbur deyil. Onun məsuliyyəti yalnız miras...

29 İyul 2026, 10:58

Vəfatdan sonra ev avtomatik həyat yoldaşına keçir?

Vətəndaşlar tərəfindən ən çox ünvanlanan hüquqi suallardan biri də vəfat etmiş həyat yoldaşının adına olan evin sonrakı taleyi ilə bağlıdır. Xüsusilə "Üç övladım var, həyat yoldaşım vəfat edib. Ev onun adınadır. Evi birbaşa öz adıma keçirə bilərəmmi?" sualı tez-tez səsləndirilir.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, belə hallarda ev avtomatik olaraq sağ qalan həyat yoldaşının adına keçirilmir. İlk növbədə mirasın açılması və qanunla müəyyən edilmiş vərəsələrin dairəsinin müəyyənləşdirilməsi lazımdır.Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, birinci növbə üzrə qanuni vərəsələr mərhumun həyat yoldaşı, övladları və valideynləridir. Yəni vəfat etmiş şəxsin anası və atası sağdırsa, onlar da birinci dərəcəli vərəsə hesab olunur. Eyni...

29 İyul 2026, 09:58

Sığortasız sürücü qəza törədərsə, zərəri kim ödəyir?

Azərbaycanda sürücülərin ən çox üzləşdiyi problemlərdən biri də yol-nəqliyyat hadisəsi zamanı qarşı tərəfin avtomobilinin icbari sığortasının olmamasıdır. Belə hallarda zərərçəkən sürücülər haqlı olaraq sual edirlər: "Mən öz avtomobilimi sığortalatmışamsa, niyə sığorta şirkətim mənim zərərimi ödəmir?"Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, bu məsələ ilə bağlı cəmiyyətdə ciddi yanlış anlaşılmalar mövcuddur. Çoxları düşünür ki, avtomobilini icbari sığortalatdığı üçün istənilən qəza zamanı onun avtomobilinə dəyən zərəri də sığorta şirkəti ödəməlidir. Halbuki qanunvericiliyə əsasən, icbari avtomobil sığortasının funksiyası tamamilə fərqlidir.Mütəxəssislər izah edir ki, icbari avtomobil sığortası avtomobil sahibinin öz nəqliyyat vasitəsini deyil, onun üçüncü şəxslər qarşısındakı mülki məsuliyyətini sığortalayır. Başqa sözlə, əgər sürücü...

29 İyul 2026, 08:55

Mənzilin kvadratmetri niyə fərqli hesablanır?

Vətəndaşların ən çox qarşılaşdığı suallardan biri də mənzilin müqavilədə göstərilən sahəsi ilə faktiki ölçü arasında fərqin yaranmasıdır. Bəzən alıcılar mənzili, məsələn, 150 kvadratmetr sahə kimi alırlar, lakin sonradan mütəxəssis tərəfindən aparılan ölçmə zamanı sahənin 230 kvadratmetr olduğu müəyyən edilir. Bu isə haqlı olaraq alıcılarda sual yaradır: bu fərq necə yaranır və qanun buna necə yanaşır?Citypost.az-ın məlumatına görə, hüquqşünasların sözlərinə görə, belə halların əsas səbəbi tikinti şirkətlərinin sahəni hesablama üsulu ilə bağlıdır. Bir sıra hallarda mənzil satılarkən ümumi sahəyə yalnız yaşayış otaqları deyil, həm də divarların, ara kəsmələrin və digər konstruktiv elementlərin altında qalan hissələr daxil edilir. Nəticədə alıcıya təqdim olunan...

28 İyul 2026, 11:00

Leyvi işıqdan istifadəyə görə hansı cərimələr tətbiq olunur? 

Elektrik enerjisindən qanunsuz istifadə, yəni ictimaiyyət arasında "leyvi işıq" kimi tanınan hallara görə Azərbaycan qanunvericiliyində həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulur. Hüquqşünasların sözlərinə görə, məsuliyyətin növü vurulan ziyanın məbləğindən və əməlin nəticələrindən asılı olaraq müəyyən edilir.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, elektrik enerjisinin sayğacdan kənar qoşulma yolu ilə mənimsənilməsi, sayğacın göstəricilərinə müdaxilə edilməsi, plombun qırılması və ya digər qanunsuz üsullarla elektrik enerjisindən istifadə edilməsi qanun pozuntusu hesab olunur.Onların sözlərinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsinə əsasən, elektrik enerjisinin qanunsuz istehlakı nəticəsində az miqdarda ziyan vurulduqda fiziki şəxslər 100 manatdan 150 manatadək, vəzifəli şəxslər 800 manatdan...

28 İyul 2026, 09:58