Sosial şəbəkədə şəxsi yazışmaları paylaşmaq: Hansı halda cinayət məsuliyyəti yaradır?
Hüquq 06 Avqust 2026, 22:44
3031
Müasir dövrdə sosial şəbəkələr və ani mesajlaşma tətbiqləri gündəlik ünsiyyətin ayrılmaz hissəsinə çevrilsə də, platformalarda aparılan şəxsi yazışmaların qorunması hüquqi müstəvidə ciddi tənzimlənir. Çox vaxt istifadəçilər aralarında olan narazılıq, mübahisə və ya sadəcə qisas almaq niyyəti ilə qarşı tərəfin icazəsi olmadan şəxsi mesajları, səs yazılarını və skrinşotları internet resurslarında paylaşırlar. Lakin konstitusiya və cinayət qanunvericiliyi şəxsi heyatın və yazışma sirrinin toxunulmazlığını təmin etdiyi üçün bu addım müəyyən şərtlər daxilində birbaşa cinayət məsuliyyəti doğurur.
Citypost.az xəbər verir ki, hüquqşünasların bildirdiyinə görə, yazışmanın iki şəxs arasında keçməsi tərəflərdən birinə həmin məlumatı ictimailəşdirmək ixtiyarı vermir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər kəsin yazışma, telefon danışıqları və digər rabitə vasitələri ilə ötürülən məlumatların sirrini saxlamaq hüququ dövlət tərəfindən qorunur. Cinayət Kodeksinin müvafiq maddələrinə görə, şəxsin öz razılığı olmadan onun şəxsi və ya ailə həyatının sirri olan məlumatların, o cümlədən özəl yazışmaların toplanması, yayılması və ya kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə nümayiş etdirilməsi təqsirkar şəxsin cərimələnməsindən tutmuş azadlığın məhdudlaşdırılmasına və ya azadlıqdan məhrum edilməsinə qədər kəskin hüquqi nəticələr yaradır.
Yazışmaların paylaşılması zamanı cinayət tərkibi yaradan digər vacib məqam həmin məlumatların məzmunudur. Əgər şəxsi mesajlarda qarşı tərəfin nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirən, onu təhqir edən və ya şantaj xarakterli ifadələr varsa, məsələ daha da ağırlaşır. Qanunsuz əldə edilmiş və ya üçüncü şəxslərə ötürülmüş mesajlar vasitəsilə kimisə hədələmək, pul və ya hər hansı güzəşt tələb etmək hədə-qorxu ilə tələb etmə cinayəti kimi qiymətləndirilir. Eyni zamanda, təhqiramiz ifadələrlə zəngin yazışmaların kütləvi şəkildə yayılması diffamasiya və şərəf və ləyaqətin alçaldılması kimi məsuliyyət addımları tələb edir.
İstisna hallar yalnız qanunla müəyyən edilmiş qaydada hüquq-mühafizə orqanlarının fəaliyyəti zamanı yarana bilər. Əgər yazışmada hər hansı ağır cinayətin hazırlanması, törədilməsi və ya dövlət təhlükəsizliyinə təhdid barədə məlumatlar varsa, həmin yazışmanın sübut kimi yalnız müstəntiqə və ya məhkəməyə təqdim olunması hüquqazidd sayılmır. Lakin bu məlumatların da sosial şəbəkələrdə kütləvi auditoriyaya açılması yolverilməzdir.
Sonda vurğulamaq lazımdır ki, raqamsal məkanda "ekran görüntüsü" (skrinşot) götürüb paylaşmaq sadə bir sosial şəbəkə vərdişi kimi görünsə də, qarşı tərəfin şikayəti əsasında dərhal məhkəmə predmetinə çevrilə bilər. Şəxsi həyata müdaxilə hesab edilən bu əməldən yayınmaq, internet istifadəçilərini həm mənəvi, həm də ciddi hüquqi məsuliyyətdən sığortalayan en vacib şərtdir.
Səkinə Yusifova/Citypost.az
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Torpağın sənədi var, evin yoxdursa, vərəsələrə necə keçir?
Torpaq sahəsinin çıxarışı olduğu halda həmin torpağın üzərində yerləşən evin ayrıca sənədi yoxdursa, əmlak sahibinin vəfatından sonra vərəsələr arasında bölgü zamanı müəyyən hüquqi çətinliklər yarana bilər. Belə vəziyyətdə vətəndaşların ən çox maraqlandığı məsələlərdən biri budur: torpaq sənədlidirsə, lakin ev qeydiyyatdan keçməyibsə, həmin ev də vərəsələr arasında bölünə bilərmi?Citypost.az xəbər verir ki, hüquqşünasın sözlərinə görə, belə hallarda ilk növbədə vərəsəlik işi açılmalıdır. Əmlak sahibinin vəfatından sonra onun əmlakının kimlərə keçməsi məsələsi qanunvericilikdə müəyyən edilmiş vərəsəlik qaydalarına uyğun həll olunur. Lakin evin sənədi ümumiyyətlə yoxdursa, həmin tikilinin də mərhumun əmlakı olduğunu hüquqi baxımdan rəsmiləşdirmək lazım gəlir.Əgər torpağın sənədi varsa, lakin evin ayrıca...
08 Sentyabr 2026, 10:54
Evin 5 metrliyində avtoyuma: Bağlatdırmaq mümkündür?
Yaşayış evlərinin yaxınlığında müxtəlif obyektlərin, xüsusilə avtoyuma məntəqələrinin fəaliyyət göstərməsi bəzi hallarda sakinlərin ciddi narazılığına səbəb olur. Avtoyuma zamanı yaranan səs-küy, avtomobillərin hərəkəti, su və digər təsirlər insanların rahatlığına mane ola bilər. Bəzən vətəndaşlar belə obyektlərin evlərinə çox yaxın məsafədə fəaliyyət göstərməsindən şikayət edərək onların bağlanmasının mümkün olub-olmadığını soruşurlar. Lakin mütəxəssislər bildirirlər ki, belə məsələlərə yalnız obyektlə yaşayış evi arasındakı məsafəyə əsasən qiymət vermək düzgün deyil.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, vətəndaşın qonşuluq münasibətlərindən irəli gələn hüquqları mövcuddur. Mülkiyyətçinin öz əmlakından istifadə hüququ olsa da, bu hüquq qonşuların və digər şəxslərin hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır. Konstitusiya Məhkəməsinin mövqeyinə görə...
08 Sentyabr 2026, 09:51
Hərbçiyə verilən köhnə ev özəlləşdirilə bilərmi?
Hərbi qulluqçulara müxtəlif illərdə xidmətlə əlaqədar mənzillərin verilməsi Azərbaycanda geniş yayılmış təcrübələrdən olub. Lakin belə mənzillərin sonradan özəlləşdirilməsi zamanı vətəndaşlar müxtəlif hüquqi və inzibati maneələrlə qarşılaşa bilirlər. Xüsusilə uzun illər əvvəl, sovet dövründə verilmiş mənzillərlə bağlı sənədlərin mövcud olmasına baxmayaraq, həmin əmlakın dövlət qeydiyyatına alınmaması və çıxarışın verilməməsi vətəndaşlarda suallar yaradır.Məsələn, hərbçi olmuş şəxsin ailəsinə 1983-cü ildə mənzil verilib, həmin mənzilə dair order mövcuddur, ailə uzun illərdir orada yaşayır, lakin mənzilin özəlləşdirilməsi mümkün olmur. Belə vəziyyətdə vətəndaş hansı hüquqi addımları ata bilər? Mənzilin orderinin olması onun avtomatik olaraq özəlləşdirilə biləcəyi anlamına gəlirmi?Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, bu məsələdə...
08 Sentyabr 2026, 08:47
Kredit tarixçəsi yeni kreditə necə təsir edir? – Mütəxəssisdən AÇIQLAMA
Kredit götürən vətəndaşların qarşılaşdığı əsas problemlərdən biri ödənişlərdə yaranan gecikmələrdir. Bəzən borcalan müəyyən səbəbdən krediti vaxtında ödəyə bilmir, bir neçə gün və ya daha uzun müddət gecikmə yaranır. Sonradan həmin şəxs borcunu tam şəkildə bağlasa da, növbəti dəfə başqa banka və ya kredit təşkilatına müraciət etdikdə ona kredit verilmədiyini görə bilər. Bu zaman vətəndaşlarda haqlı olaraq sual yaranır: “Əgər əvvəlki kreditimi tam ödəmişəmsə, niyə mənə yenidən kredit verilmir?”Citypost.az xəbər verir ki, maliyyə mütəxəssislərinin sözlərinə görə, burada əsas məsələlərdən biri kredit tarixçəsidir. Vətəndaşın götürdüyü kredit, ödənişlərin vaxtında həyata keçirilib-keçirilməməsi, yaranmış gecikmələr və kredit öhdəliyinin hansı formada icra edilməsi barədə məlumatlar kredit...
07 Sentyabr 2026, 11:30
Müqavilə imzalamazdan əvvəl bunlara diqqət edin – Hüquqşünaslardan xəbərdarlıq
Hüquqşünaslar və mütəxəssislər vətəndaşlara müqavilə imzalamazdan əvvəl sənədin bütün şərtlərini diqqətlə oxumağı və yalnız məbləğə və ya əsas şərtlərə baxaraq qərar verməməyi tövsiyə edirlər. Çünki gündəlik həyatda insanlar müxtəlif müqavilələrlə qarşılaşırlar. Alqı-satqı, kredit, icarə, xidmət, iş, tikinti, sığorta və digər münasibətlər zamanı imzalanan sənədlər sonradan tərəflərin hüquq və öhdəliklərini müəyyən edən əsas sənədlərdən birinə çevrilə bilər.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, vətəndaşların yol verdiyi ən geniş yayılmış səhvlərdən biri “standart müqavilədir, imzalayıb gedək” yanaşmasıdır. İnsanlar bəzən müqavilənin çox səhifədən ibarət olmasını, hüquqi terminlərlə yazılmasını və ya sənədin qarşı tərəf tərəfindən “hamı belə imzalayır” ifadəsi ilə təqdim edilməsini əsas götürərək...
07 Sentyabr 2026, 10:00
Zaminlikdən necə çıxmaq olar? – Hüquqşünaslardan vacib açıqlama
Bankdan kredit götürən şəxsin borcuna zamin durmaq bir çox hallarda sadəcə dost və ya qohuma kömək kimi qiymətləndirilir. Lakin sonradan borclunun ödənişləri gecikdirməsi və ya ümumiyyətlə krediti ödəməməsi zamin üçün ciddi hüquqi və maliyyə öhdəlikləri yarada bilər. Bu səbəbdən də vətəndaşlar tez-tez “Zaminlikdən necə çıxa bilərəm?”, “Zaminlik müqaviləsini ləğv etmək mümkündürmü?” və ya “Borclu ödəniş etmirsə, mən zaminlikdən imtina edə bilərəmmi?” kimi suallarla müraciət edirlər.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, zaminlikdən çıxmaq insanların düşündüyü qədər sadə məsələ deyil. Şəxs zaminlik müqaviləsini imzaladıqdan sonra yalnız öz istəyinə əsasən “mən artıq zamin deyiləm” deməklə bu öhdəlikdən azad ola bilməz. Zaminliyin xitamı...
07 Sentyabr 2026, 09:00