Bizə yazın

Baku

-°C

USD

-

Afaq Yusiflinin təhsil haqqı məsələsinə AÇIQLAMA

Cəmiyyət 03 Sentyabr 2026, 14:32

287

"Afaq Yusiflinin təhsil haqqının ödənilməməsi ilə bağlı məsələ sırf texniki xarakter daşıyır və müvəqqətidir".

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Kinematoqrafçılar İttifaqından (AKİ) məlumat verilib.

Bildirilib ki, problem AKİ-nin sədrliyinə sentyabrın 11-də keçiriləcək seçki konfransından sonra həllini tapacaq.

"Onu da qeyd edək ki, AKİ həmişə gənc kinematoqrafçılara dəstək olub, bundan sonra da onların inkişafına dəstək xətti davam edəcək. Ona görə də sosial mediada Afaq Yusifliyə AKİ nin dəstək olmayacağı məsələsi ilə bağlı yayılmış fikirlər əsassızdır", - məlumatda qeyd olunub.

Qeyd edək ki, rejissor Afaq Yusifli 2025-ci ildə Mədəniyyət Nazirliyinin “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində Avstraliyanın Melburn Universitetinin Bədii və Sənədli Filmlər üzrə Prodüserlik magistr proqramına qəbul olunub. Onun sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, birinci semesterinin ödənişini Mədəniyyət Nazirliyi həyata keçirib. İkinci semesterinin ödənişi isə Azərbaycan Kinematoqrafçılar İttifaqının hesabına köçürülüb. Həmin vaxt İttifaqın sədri, Xalq artisti Rasim Balayev vəfat etdiyi üçün sədrin imzası olmadan pulu universitetin hesabına köçürmək mümkün olmayıb. Üçüncü semesterin ödənişi isə aidiyyəti üzrə universitetə köçürülüb. Hazırda ikinci semsterin pulu (25.500 manat) universitetə köçürülmədiyi üçün Afaq Yusifli universitetdən dəfələrlə xəbərdarlıq alıb və hazırda ali təhsil ocağından uzaqlaşdırılmaq təhlükəsi ilə üz-üzədir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qobustanda 3 kiloqram narkotik götürən şəxslər saxlanıldı

Qobustanda 3 kiloqram narkotik vasitə aşkarlanıb.Citypost.az DİN-ə istinadən xəbər verir ki, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 37 yaşlı Xaqani İbişov və 27 yaşlı Rəşad Quliyev saxlanılıblar. Onlardan 3 kiloqram narkotik vasitə aşkarlanıb.Araşdırmalarla saxlanılan şəxslərin narkotik vasitələri İran vətəndaşından satış məqsədilə əldə etdikləri məlum olub.Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib....

03 Sentyabr 2026, 14:27

Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına 13 il həbs verildi

“Progress-2016” MTK-nın rəhbəri Emil Səməndərovun məhkəmə araşdırması başa çatıb.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib.Şirkət rəhbərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə verilən ittiham zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə təsdiqini tapıb. Təqsirləndirilən şəxsin eyni mənzili bir neçə nəfərə satdığı sübuta yetirilib.Hökmə əsasən, Səməndərova ittiham olunduğu maddənin sanksiyasının yuxarı həddi - 13 il həbs cəzası verilib.Qeyd edək ki, hazırda təqsirli bilinən şirkət rəhbəri bu yaxınlarda məşhur iş adamı İsfəndiyar Axundovu məhkəməyə verməsi ilə gündəmə gəlmişdi. Buna səbəb isə Şərurlu İsfəndiyarın bir verilişdə...

03 Sentyabr 2026, 14:10

Putin Rusiyada səfərbərlik barədə iddiaları təkzib edib 

Rusiyada səfərbərlik tələb edən heç bir ssenari yoxdur.Citypost.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunda bildirib.Rusiya lideri bu mövzuda yayılan xəbərləri cəfəngiyat adlandırıb və bunu Dövlət Dumasına seçkilərdən əvvəl informasiya hücumu ilə əlaqələndirib.“Bu, düşünülmüş informasiya əməliyyatıdır”, - Putin vurğulayıb.Rusiya Prezidenti ölkəsində insanların Ukrayna vətəndaşlarından fərqli olaraq, Müdafiə Nazirliyi ilə könüllü müqavilələr imzaladığını qeyd edib.

03 Sentyabr 2026, 14:08

Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb 

ANAMA minaaxtaran itlər üzrə potensialını sürətlə genişləndirib.Citypost.az  xəbər verir ki, bunu ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı “Marshall Legacy Institute” təşkilatının baş direktoru Eliz Becker Bakıda “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında panel sessiyasında çıxışı zamanı deyib.O, ANAMA ilə artıq 20 ildən çoxdur tərəfdaşlıq etdiklərini və bundan qürur duyduqlarını bildirib.Eliz Beckerin sözlərinə görə, sonrakı illərdə ANAMA öz əməliyyat təcrübəsini artırıb.“Son beş il ərzində özəl donorların dəstəyi ilə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlamışıq. Onlar hazırda sahələrdə fəaliyyət göstərirlər”.O əlavə edib ki, proqramın ilkin mərhələsində yaradılmış milli potensial minaaxtaran itlər...

03 Sentyabr 2026, 14:04

Fazil Mustafa Çevikin döyülməsi ilə bağlı mövqe bildirdi: “Din qoruyuculuğu adı ilə vəhşiliyə yol vermək olmaz” 

Milli Məclisin deputatı Fazil Mustafa Qəbələdə “Çevik” ləqəbi ilə tanınan qazinin iki şəxs tərəfindən döyülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.CityPost.az-ın  xəbərinə görə, Fazil Mustafa sosial şəbəkədəki paylaşımında Çevikin özünü ateist kimi təqdim etdiyini və din mövzusunda canlı yayımlarda müzakirələr apardığını qeyd edib.Deputat onun müzakirələrdəki üslubunu bəyənmədiyini, lakin qarşı tərəfdən də “köntöy və dözümsüz yanaşmalar” gördüyünü bildirib.Onun sözlərinə görə, ölkədə “Allah qoruyuculuğu, din qoruyuculuğu, məzhəb-təriqət qoruyuculuğu” adı altında insanların vəhşi üsullarla susdurulmasına yol verilməsi ciddi narahatlıq doğurur.Deputat bəzi şəxslərin Çevikin “Allah yoxdur!” ifadəsini inanclara təhqir kimi qiymətləndirməsinə də sərt reaksiya verib:“Kiminsə ‘Allah yoxdur!’ deməsi Allahı yox etməz, əksinə, bir inanclını...

03 Sentyabr 2026, 13:47

Əri faciəvi şəkildə öldü, adı Səyavuş Aslanla hallandı… – Təranə Vəlizadə kimdir? 

Günlərin birində, səhər saat 6-da toy məclisini yola vermək üçün ansamblın nağaraçalanı Ənvərlə birlikdə Eyvazın maşınına minib Gürcüstana yola düşürlər. Maşını əvvəlcə Eyvaz özü sürür. Sonra Ənvər sürməyə başlayır. Ənvər çox yorğun olduğundan qəza törədir, qarşıdan gələn yük maşını ilə toqquşurlar. Qəza vaxtı Eyvaz dünyasını dəyişir. Bu hadisədən sonra Təranə Vəlizadə dərin depressiya keçirir. Dostları, yaxınları çalışırlar ki, onu depressiyadan çıxarıb, az da olsa, əvvəlki vəziyyətinə qaytara bilsinlər. O, uzun müddət xəstə yatır. Kardeologiya şöbəsində müalicə olunur. Lakin orada həkimlər bütün bunların qorxudan baş verdiyini deyir. Bir müddət onun canındakı qorxunu çıxarmaq üçün pirlərə də aparırlar. Ancaq heç cür təskinlik...

03 Sentyabr 2026, 12:49