Bizə yazın

Baku

-°C

USD

-

Bakı metrosunda qatarlararası intervallar azaldılır 

Cəmiyyət 14 Sentyabr 2026, 12:57

301

Texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində Bakı Metropolitenində qatarlararası intervallar minimuma endirilir.

Citypost.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.

Belə ki, sentyabrın 15-dən etibarən “İçərişəhər–Əhmədli” mənzilində pik saatlarda qatarlar 2 dəqiqəlik intervalla hərəkət edəcək.

Yaşıl xətdə zərurət yarandıqda qatarlararası interval 3 dəqiqə 30 saniyədən 3 dəqiqəyə qədər azaldılacaq.

Bənövşəyi xəttdə isə payız-qış qrafikinə keçidlə əlaqədar “Avtovağzal–8 Noyabr” sahəsində 5 dəqiqə, “Xocəsən–Avtovağzal” sahəsində isə 10 dəqiqəlik interval tətbiq olunur.

Yeni tədris ilində bütün xətlər üzrə sərnişin axını nəzarətdə saxlanılacaq, ehtiyac olduqda əlavə tənzimləmələr aparılacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Həftəsonu 17 silah aşkarlanıb 

️Sentyabrın 12-də və 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 1 tapança, 8 tüfəng, 6 patron darağı və 194 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Bu barədə Citypost.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

14 Sentyabr 2026, 13:13

Rəşad Həsənov maliyyə nazirinin müşaviri təyin olunub 

Rəşad Həsənov maliyyə nazirinin müşaviri vəzifəsinə təyin olunub.Citypost.az  xəbər verir ki, bu barədə Rəşad Həsənov özü məlumat verib.O bildirib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb.“Dövlət qulluğunda peşəkar fəaliyyətimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyində nazirin müşaviri kimi davam etdirərək dövlət maliyyəsinin idarə olunması sahəsində ölkədə aparılan genişmiqyaslı islahatlara töhfə verməyə davam edəcəyəm”, – R.Həsənov qeyd edib.Rəşad Həsənov 2025-ci ilin avqustundan 2026-cı ilin iyulunadək BVF və Dünya Bankı Qrupunun İcraçı Direktorlar şuralarında Azərbaycanın nümayəndəsi olub.O, eyni zamanda 2023-cü ilin sentyabrından 2026-cı ilin iyulunadək Beynəlxalq Valyuta Fondunda İcraçı Direktorun müşaviri vəzifəsində çalışıb.R.Həsənov 2019–2023-cü illərdə isə Azərbaycan Maliyyə...

14 Sentyabr 2026, 12:55

Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatı təqdim edilib 

Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatını Prezident İlham Əliyevə təqdim edib.Citypost.az xəbər verir ki, qəbul zamanı Azərbaycan Prezidentinin bu ilin əvvəlində “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldüyü xatırlanıb.

14 Sentyabr 2026, 12:50

Sabah Bakıda 32 dərəcə isti olacaq 

Sentyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Citypost.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Gecə bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 17-20° isti, gündüz 30-34° isti, dağlarda gecə 12-17° isti, gündüz...

14 Sentyabr 2026, 12:27

Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib.Citypost.az xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyev ilə Məhəmməd Əbdülsalamın əvvəlki görüşləri məmnunluqla xatırlanıb.Ölkəmizlə Müsəlman Ağsaqqalları Şurası arasında həyata keçirilən uğurlu əməkdaşlıq qeyd olunub. Eyni zamanda, İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın qlobal səviyyədə oynadığı vacib rola toxunulub, bu xüsusda Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin Bakıda keçirilən 7-ci görüşünün, həmçinin gələn il Azərbaycanda təşkil olunacaq İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısının əhəmiyyəti vurğulanıb. Ölkəmizdə dini münasibətlərin yüksək səviyyədə tənzimləndiyi qeyd edilib.Söhbət zamanı Azərbaycan Prezidentinin bu ilin əvvəlində “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldüyü xatırlanıb....

14 Sentyabr 2026, 12:20

Şeyx Məhəmməd Xiyabaninin əziz xatirəsini dərin ehtiramla anırıq

14 sentyabr 1920-ci ildə Cənubi Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, publisist, ruhani və milli azadlıq hərəkatının lideri Şeyx Məhəmməd Xiyabani Təbrizdə faciəli şəkildə həlak olub.CityPost.az  xəbər verir  ki1880-ci ildə Xamnədə anadan olan Xiyabani İran Məşrutə hərəkatında fəal iştirak edib, xalqın hüquq və azadlıqları uğrunda mübarizə aparıb.O, 1917-ci ildə Azərbaycan Demokrat Firqəsinin fəaliyyətini gücləndirib, “Təcəddüd” qəzetini nəşr etdirərək azadlıq, demokratiya və milli hüquqlar ideyalarını təbliğ edib.1920-ci ildə Təbrizdə milli hökumətin qurulmasına rəhbərlik edən Xiyabani Azərbaycan əyalətinin adını “Azadistan” elan edib. Qısa müddət ərzində təhsil, idarəçilik və ictimai həyat sahələrində islahatlara başlanılıb.Xiyabaninin mübarizəsinin əsas qayəsi xalqın hüquqlarının qorunması, azadlıq və ədalətin bərqərar olması...

14 Sentyabr 2026, 11:52