Xəqani Cəfərli: Hindistanla strateji tərəfdaşlıq vacibdir
Siyasət 02 Sentyabr 2026, 10:03
430
Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü çərçivəsində Bişkekdə Hindistanın Baş naziri Narendra Modi ilə görüşünü zamanında atılmış addım hesab edirəm. Hindistanla münasibətlərin yenidən dəyərləndirilməsinin zəruriliyi haqqında son bir ildə youtebe çıxışlarımda, facebook yazılarımda və ictimai müzakirələrdə dəfələrlə fikir ifadə etmişəm.
Citypost.az xəbər verir ki, bu sözləri politoloq Xəqani Cəfərli bildirib.
Politoloq əlavə edib ki, Dünyanın böyüyən iqtisadi gücü, yeni texnologiyalar sahəsində öncül dövlətlərdən və “Pax Silka”-nın qurucularından biri olan Hindistanla soyuq münasibətlərin Azərbaycana zərər verdiyinə əmindim. Hindistanla münasibətlər strateji tərəfdaşlığa çevrilə bilər və qənaətimcə çevrilməlidir. Duyğusal topluma bunu izah etmək çətin olsa da, bir daha cəhd edəcəm. Siyasətlə ədəbiyyatın fərqi ondadır ki, ədəbiyyatda yalnız ağlın məhsulu olan, duyğulardan uzaq əsərlər uğur qazana bilməz. Siyasətdə isə yalnız duyğu məhsulu olan, ağıl və məntiqə əsaslanmayan təşəbbüslər heç bir uğur qazana bilməz. Üstəlik, zərərli ola bilər. Hindistanla münasibətlərin normallaşmasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin önəmli rol oynadığı aydın görünür.
Həmçinin oxuyun
Xəqani Cəfərlinin sözlərinə görə, Qırğızıstana səfərdən öncə Hindistanın Baş naziri Narendra Modi Özbəkistanda iki günlük rəsmi səfərdə olmuşdu. Səfər zamanı Hindistanla Özbəkistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi, ticarət dövriyəsinin bir neçə dəfə artırılması ilə bağlı anlaşmalar əldə edilmişdi. Hindistanla strateji tərəfdaşlığın dərinləşdirilməsinin Özbəksitan və Mərkəzi Asiya (Türküstan) üçün həyati əhəmiyyət daşıdığı haqqında ayrıca yazmağa çalışacam. Hindistanın Özbəkistan və Türküstan ilə münasibətlərinin dərinləşməsinin Cənubi Qafqaza da müsbət təsir edəcəyinə əminəm. Cənubi Qafqazın Türküstanla vahid iqtisadi məkana çevrilməsi prosesinin başlanğacında olduğumuz üçün bir çox təşəbbüs və addım toplumda şübhə ilə qarşılana bilər. Ancaq bu böyük proses başlayıb və getdikcə dərinləşəcək. Ona görə də Hindistanla münasibətlərin strateji tərəfdaşlığa çevrilməsinin də çox da uzaqda olmadığına inanıram.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Deputat: Azərbaycan Avrasiyanın əsas bağlantı mərkəzinə çevrilir
Avrasiya məkanında dövlətlərin çəkisi artıq yalnız iqtisadi imkanlar, hərbi potensial və təbii sərvətlərlə ölçülmür. Böyük bazarları, nəqliyyat xətlərini, enerji şəbəkələrini və təhlükəsizlik gündəliklərini birləşdirmək qabiliyyəti müasir gücün ayrıca meyarına çevrilib. 2001-ci ildə regional etimad və təhlükəsizlik platforması kimi yaradılan Şanxay Əməkdaşlıq Təşkilatının təkamülü də bu dəyişimi əks etdirir. Təşkilatın 25 illiyinə həsr olunan Bişkek sammiti təhlükəsizlikdən logistika, enerji, rəqəmsallaşma, süni intellekt və yaşıl inkişafadək uzanan yeni əməkdaşlıq arxitekturasını müəyyənləşdirdi. Azərbaycan üçün sammitin başlıca mənası ölkəmizin formalaşdırdığı siyasi və geoiqtisadi reallıqların geniş Avrasiya məkanına təqdim olunmasıdır.Bunu CityPost.az-a açıqlamasında millət vəkili millət vəkili Rövşən Muradov bildirib.Rövşən Muradovun sözlərinə görə, Azərbaycanın ŞƏT-lə münasibətləri...
02 Sentyabr 2026, 10:01
Tramp İrana qarşı mövqeyini açıqladı - Danışıqlar dayandırılıb
ABŞ Prezidenti Donald Trampın administrasiyası hələlik İranla münaqişənin sülh yolu ilə nizamlanması ilə bağlı danışıqlar aparmır.Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib."Hazırda danışıqlar aparılmır. Prezident onların danışıqlar masası arxasına əyləşməyə və ciddi müzakirələr aparmağa hazır olduqlarını hiss edənədək vəziyyət belə davam edəcək", - deyə o, "Fox News" telekanalının efirində bildirib.Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab bəhanəsi ilə İran ərazisinə bir neçə seriya zərbə endirib. Həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin ləğv edildiyini...
27 Avqust 2026, 18:17
Geosiyasi təsir dairəsi nədir? – Qlobal güclərin xarici siyasət strategiyaları
Geosiyasi təsir dairəsi bir dövlətin öz sərhədlərindən kənarda yerləşən coğrafi ərazilərdə, regionlarda diplomatik, hərbi, iqtisadi, mədəni rıçaqlar vasitəsilə qərarqəbuletmə proseslərinə hakim olması, üstünlük qazanması konsepsiyasıdır. Qlobal siyasətdə güc mərkəzləri olan böyük dövlətlər öz milli təhlükəsizlik maraqlarını qorumaq, resurslara çıxışı təmin etmək, strateji rəqiblərini neytrallaşdırmaq məqsədilə bu təsir sahələrini formalaşdırırlar. Beynəlxalq münasibətlər sisteminin tarixi inkişafı göstərir ki, təsir dairələri uğrunda mübarizə qlobal güclərin xarici siyasət strategiyasının nüvəsini təşkil edir.Citypost.az xəbər verir ki, qlobal güclərin xarici siyasət strategiyalarında təsir dairəsini genişləndirmək üçün müxtəlif metodlardan istifadə olunur. Ənənəvi hərbi bloklar, xarici ölkələrdə hərbi bazaların yerləşdirilməsi, təhlükəsizlik paktları klassik sərt güc (hard power) alətləri...
24 Avqust 2026, 21:32
"İsrail Suriyada Türkiyənin hərbi mövcudluğuna dözməyəcək"
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail özünə təhlükə yaradan Türkiyənin Suriyadakı hərbi mövcudluğuna dözməyəcək."Biz İsrail üçün təhlükə yaradan Türkiyənin Suriyadakı hərbi mövcudluğuna dözməyəcəyik", - deyə o bildirib. Netanyahunun açıqlamalarını onun ofisi yayıb."Biz mesajı açıq şəkildə çatdırdıq: buna ehtiyac yoxdur. Görünür, bu mesaj kifayət qədər yaxşı eşidilməyib, ona görə də onun daha yaxşı başa düşülməsini təmin etdik", - deyə Netanyahu əlavə edib.Citypost.az Trend-ə istinadən bildirir ki, daha əvvəl Netanyahunun ofisi bildirmişdi ki, Suriya ölkənin şimalındakı aviabazada Türkiyə qoşunlarının yerləşdirilməsinə imkan verməklə İsraillə təhlükəsizlik sahəsində mövcud status-kvonun "pozulmasına yaxınlaşıb".Bundan əvvəl Syria TV telekanalı avqustun 18-də İsrail Hərbi Hava Qüvvələrinə...
20 Avqust 2026, 09:34
Siyasi sığınacaq nədir və kimlərə verilir?
Siyasi sığınacaq öz mənşə ölkəsində irqi, dini, milli mənsubiyyəti, müəyyən sosial qrupa daxilliyi, siyasi əqidəsi səbəbindən təqib olunan, həyatı, azadlığı təhlükə altında qalan şəxslərə xarici dövlətlər tərəfindən verilən hüquqi müdafiə statusudur. Beynəlxalq hüquq normalarına, 1951-ci il Cenevrə Konvensiyasına əsaslanan bu mexanizm insan hüquqlarının universal qorunması məqsədi daşıyır. Sığınacaq alan şəxs sığındığı ölkənin ərazisində qanuni yaşamaq, işləmək, təhsil almaq, tibbi xidmətlərdən yararlanmaq hüququ qazanır.Citypost.az xəbər verir ki, bu status ilk növbədə öz ölkəsində dövlət orqanları, yaxud hakimiyyətin nəzarət edə bilmədiyi qruplar tərəfindən reallıqda təqiblərə, işgəncələrə maruz qalan fərdlərə şamil olunur. Siyasi baxışlarına, müxalif fəaliyyətinə, ifadə azadlığına görə həbs olunma riski daşıyan...
18 Avqust 2026, 12:20
Konstitusiyalı monarxiya və respublika idarəetmə formalarının müqayisəsi
Dövlət idarəetmə formaları cəmiyyətin siyasi strukturunu, ali hakimiyyət orqanlarının formalaşdırılması qaydasını, dövlət başçısının səlahiyyət çərçivəsini müəyyən edən ana meyardır. Müasir dünyada ən geniş yayılmış iki əsas idarəetmə modeli konstitusiyalı monarxiya respublika quruluşudur. Hər iki sistem demokratik prinsiplərə, hüququn aliliyinə söykənə bilsə də, hakimiyyətin leqitimlik mənbəyi, dövlət başçısının seçilmə qaydası, icraedici mexanizmlərin fəaliyyəti baxımından köklü fərqlərə malikdir.Citypost.az xəbər verir ki, Konstitusiyalı monarxiya modelində dövlətin başında formal olaraq monarx (kral, imperator, sultan) dayanır. Lakin onun səlahiyyətləri ölkənin əsas qanunu olan konstitusiya ilə kəskin şəkildə məhdudlaşdırılır. Monarx hakimiyyəti irsən keçir, o, xalq tərəfindən seçilmir, siyasi neytrallığı qoruyur. Bu sistemdə real icraedici hakimiyyət parlamentə,...
14 Avqust 2026, 21:40