Bizə yazın

Baku

-°C

USD

-

Ona obrazlı olaraq başqa sözlə “Türk bolşevik” desək, yəqin ki, yanılmarıq - Orxan Saffari yazır

Söz adamı 24 Avqust 2026, 13:21

411

Ona obrazlı olaraq başqa sözlə “Türk bolşevik” desək, yəqin ki, yanılmarıq. 

Söhbət, əlbəttə, Xəlil Paşa Kutdan gedir. 

Məlum olduğu kimi, Xəlil Paşa Kut Nuru Paşa və Ənvər Paşanın əmisidir.

Ancaq təəssüf ki, o, Azərbaycan uğrunda gedən mübarizədə əmilərinin davamçısı yox, bolşevik ideyalarının davamçısı kimi çıxış etdi. 

Şübhəsiz, tarixdə bu əməllərə müxtəlif cür bəhanələr var, ancaq fakt budur ki, Xəlil Paşanın bolşeviklərlə təması kifayət qədər mübahisəlidir. 

Əslində, o, ilk növbədə, yanlışı Mustafa Kamal Atatürkə etmişdi. 

Çünki Mustafa Kamalın tapşırığı ilə Xəlil Paşa silah və maddi yardımı almaq üçün Moskvaya, ümumən Qafqaza göndərilsə də, Xəlil Paşa bu fürsətdən istifadə edərək Sovet rəsmiləri ilə sıx əlaqələr qurmuşdu. 

Bəs onun bu məsələlərdə, qurulan əlaqələrdə ziyanlı rolu nədən ibarət idi?

Ondan ibarət idi ki, 1920-ci ilin aprelində Qızıl Ordu Azərbaycan sərhədlərini keçərkən Bakıda olan Xəlil Paşanın yerli hərbi rəhbərlərə (məsələn, Əliağa Şıxlınskiyə) bolşeviklərə qarşı müqavimət göstərməməyi, dəmiryollarını sökməməyi və Sovet ordusunun guya sadəcə Türkiyəyə köməyə gedəcəyini demiş, daha dəqiq, buna inandırmışdı. 

Belə demək olarsa, həmin görüşlərdə Xəlil Paşa öz xislətini biruzə vermiş, bolşevik təbliğatı aparmış, işğala bir yolu da özü cızmışdı. 

Konkret olaraq bu sözləri demişdi: 

“XI Qırmızı Ordu Azərbaycanı işğal etməyə gəlmir, Anadoluya, ingilis və yunan imperializminə karşı mübarizə aparan türk qardaşlarınıza köməyə gedir. Onlara müqavimət göstərmək Türkiyənin xilasına mane olmaq deməkdir”.

Bəli, həm də məhz bu təbliğata görə, Azərbaycan milli ordusu Qızıl Orduya qarşı real döyüş təşkil edə bilmədi və aprel işğalı asanlaşdı. 

Konkret desək, bu əməl Azərbaycanın müstəqilliyinin itirilməsinə səbəb olan bir yalan, ağır səhv idi. 

Bəs sonralar nə oldu?

O oldu ki, bolşeviklər Bakıya girdikdən dərhal sonra isə AXC-nin qurucularına, ziyalılara və hərbçilərə qarşı kütləvi qırğınlar və həbslər başladı. 

Xəlil Paşa isə bu vaxt bolşevik rəhbərləri ilə qonaqlıqlarda iştirak edir, Moskvaya aparılacaq neft və qızıl vaqonlarının koordinasiyası ilə məşğul olurdu.

Görünən odur ki, missiyasını tamamlamışdı. 

Bir sözlə, konkret desək, Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda mühüm rol oynayan azsaylı türk zabitlərindən ən öndə gedəni məhz Xəlil Paşa idi. 

Onun bu cür əməlləri haqqında açıq mənbələr, daha dəqiq, Məhəmməd Şərif Əfəndizadə yazırdı ki, Xəlil Paşa Azərbaycana gələn kimi Azərbaycan parlamentində təmsil olunan İttihad Partiyasına üzv olur: 

“Xəlil Paşa bir müddət kəndisini hökumətə məzahir göstərib Azərbaycan üçün Qarabağa hərb etməyə belə getmişdisə də, sonraları açıqdan-açığa bolşevik olduğunu elan edib, Azərbaycan ordusunun hökumətə qarşı itaətini rədd etdiyi kimi, yanında bərabər götürmüş olduğu Kiçik Tələt bəyi Azərbaycan şəhər və qəsəbələrinə göndərib oralarda əhalini hökumətləri əleyhinə təşviq və təhrikatda bulunurdu”.

Bundan başqa, Nağı bəy Şeyxzamanlı isə xatirələrində Xəlil Paşaya qarşı daha ciddi ittiham irəli sürürdü:

“İkinci bağışlanmaz şəxs hərbi nazir general Əliağa Şıxlinskidir. Birinci Dünya müharibəsində rus ordusunun baş topçu müfəttişi olaraq şöhrət qazanmış general yalançı nümayəndə olan Xəlil Paşa tərəfindən aldadılaraq saflığının və sadəlövhlüyünün qurbanı olmuşdur. Qızıl Ordu sərhədimizdə dayandığı zaman hökumətimiz Quba valisinə sərhəddəki dəmiryolu relslərinin bir kilometrə qədər sökülməsi əmrini verir. Vali ertəsi gün əmri yerinə yetirir. Ancaq bu dəfə yalançı nümayəndə olan Xəlil bəy general Şıxlinski ilə görüşərək təlaşla “Paşam, hökumət sərhəddəki dəmiryolu relslərini sökdürmüşdür. Qızıl Ordu Anadoluya gedə bilməyəcəkdir və nəticədə kömək gecikəcəkdir. Xahiş edirəm, təcili tədbir görün” deyir. General onun sözünə aldanaraq əmr edir və relslər təzədən yerinə taxılır”.

Mirzə Bala Məhəmmədzadə “Azərbaycan Milli Hərəkatı” əsərində də yazır ki, Xəlil Paşa Müsavat hökumətini yola gətirmək üçün Məhəmməd Əmin Rəsulzadə və Nəsib bəy Yusifbəyli ilə də görüşübmüş. 

Rəsulzadənin ona cavabı isə belə olub: 

“Etməyin, bizi öz halımıza buraxın. Yüz ildən bəri əsarətində olduğumuz rusları biz daha yaxşı tanıyırıq. Onlar hiylə ilə gələr, sonra bizi əzərlər”.

Məhəmməd Əmin Rəsulzadənin başqa bir qeydi də diqqət çəkir.

Rəsulzadə yazır ki, aprelin 28-dən etibarən üçrəngli Azərbaycan bayrağı qismən Sovet və Osmanlı bayraqları ilə əvəz edildi. Milis dəstələrində, yardım alayında, şəhər komandanlığında və digər məsul məqamlarda bulunan türk (Osmanlı) ad və imzası ilə çıxan əmrlər, bəyannamə və elanlar gözə çarpırdı: 

“Öylə bir təsir hasil oluyordu ki, ixtilalı yapan təcavüzkar rus ordusu deyil, Osmanlı türkləridir. Müsavat hökuməti devrilmiş, yerinə Türkiyə hökuməti qurulmuşdur”.

Bütün bunlardan əlavə, konkret olaraq əgər “Cümhuriyyət ordusu niyə Bakını müdafiə etmədi?” sualını qoyası olsaq, belə deyə bilərik ki, 1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində hakimiyyətin bolşeviklərə təhvil verilməsi məsələsi müzakirə olunarkən, Cümhuriyyət ordusunun rəhbərliyi prosesə cəlb edilməmişdi. 

Həmin iclasa səbəbi dəqiq bilinməyən məsələlərə görə, hərbi nazir Səməd bəy Mehmandarov və nazir müavini Əlağa Şıxlinski dəvət olunmamışdı. 

Niyəsi isə artıq məlumdur. 

O zamanlar belə bir fikir də var idi ki, guya Cümhuriyyət ordusu ümumiyyətlə döyüşməyib. 

Ancaq bu, olduqca yanlış fikirdir. 

Belə olsaydı, məsələn, Qızıl Ordunun Azərbaycana daxil olduğu zamanı Xaçmaz istiqamətində yerləşən 1-ci Piyada Diviziyasının 350 əsgəri Samur uğrunda döyüşlərdə həlak olmazdı. 

Məhz Samur döyüşündə, Cümhuriyyət ordusunun bolşeviklərin gəldiyi qatarın qarşısını almaq üçün apardığı döyüş zamanı Xəlil Paşa aşağı düşüb onları inandırmağa çalışıb ki, Türkiyəyə köməyə gedirlər. 

Cümhuriyyət ordusu ona inanaraq silahı yerə qoyub və beləliklə, rusların Azərbaycanı işğal etməsinə səbəb olub.

Üstəlik, mənbələrdə qeyd olunur ki, həmin dövrdə Azərbaycan ordusunun əsas qüvvələrinin bir hissəsi isə Qazax, Zəngəzur, Qarabağ və Gədəbəy istiqamətlərində daşnak qüvvələrinə qarşı döyüşürdü. 

Fəqət deyilən kimi, bu müzakirələrdə, məsələlərdə əsas rollardan biri də məhz Xəlil Paşa idi və onun vurduğu ziyan ən qatı bolşeviklərin vurduğu ziyandan mahiyyət etibarı ilə fərqlənmir. 

Çünki məsələn, bolşevik qüvvələrinin Bakıya daxil olmasından sonra Xəlil paşanın tabeliyindəki Yardım alayının silahları əlindən alınmış, əsgərlərin bir hissəsi qovulmuş, bir hissəsi isə güllələnmişdi.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

BU ÇİÇƏK KARIXIB ÖMRÜN ƏLİNDƏ  

Zülümmü əlini üstünə çəkmiş,Bu nə dərd yüküdü… Gözlərin aydın.Tanrı bu çiçəyə ömür verməmiş,Əvvəl taleyini düzüb qoşaydın.Qorxur ki, yerisə, yer çökə birdən,Bu yandan göylər də uça üstünə.Tərpədə bilməyir ömrü yerindən,Açılan qollar yox, qaça üstünə.Görən, tezmi düşər güzarın bəri, Bir gör neyniyirsən… Bir düşün, Allah!Tez götür üstündən bəd nəzərləri,Əlinə keçməsin qurd-quşun, Allah! Yandırır dağları, daşları ahı,Yarəb, bundan betər pərişanmı var… Bizə sən yazırsan bəxti, İlahi,Sənin də işinə qarışanmı var… Bir gör, neyniyirsən, sıxılır hava, Sənin ki, fərmanın, əmrin əlində.Getməyə yeri yox, qalmağa yuva,Bu çiçək karıxıb ömrün əlində.Vasif Süleyman...

24 Avqust 2026, 13:54

ÇAĞRILMIŞ BAYATI.. ( Şaiq Vəli )

Sus, barı danışma olub-keçəni,Dəli duyğuları oyatma bir də…Gecələr sürünən kölkələr kimi,Bəzən qorxunc olur xatirələr də.Sən niyə gəlmisən,Fikrin, qəsdin nə?Görmüşəm vəfanı, mən ilqarını…Sıxıb gözlərini tökmə üstüməÖtəri hisslərin acılarını.Mən dərddən tökülmüş həsrət heykəli,Sənin üzündəki o kölgə nədir?Saçımda dolaşıb illərin əli,Sənin saçlarında…Ah, bu dəhşətdir!Sevgi məktubu tək çöhrən sap-sarı,Qəlbində yad eşqin harayı, ünü…Hanı gözlərinin gur dalğaları?Çəkilib,az qala dibi görünür.Səni bağışlayım…Sevimmi səni?Ürəkdə yaşamaq istərəm düzü.Qəlbinə salma yox,Yandırar məni,Ögey duyğuların istisi közü.Köksümdə qaralıb sönən ocağı,Ha yellə, yelpiklə, alışan deyil.Bizim aramızdan ümmanlar axır,Bizim ulduzlar ki, barışan deyil.Ömrün payızında gəlmisən nəsə…Qayıt, bu nə sevgi, umu-küsüdür?Gedişin bir eşqin sükutuydusa,Gəlişin bir ömrün faciəsidir.Mən dərddən tökülmüş həsrət heykəli,Sənin üzündəki o kölgə...

23 Avqust 2026, 14:42

Necə deyərlər, "qurunun oduna yaş da yanır"- Ramidə Yaqubqızı yazır

Deməli, istəsək hansısa nəticə əldə edə bilərik. Yetər ki, birliyimiz, həmrəyliyimiz olsun. Son  günlərin ajiataj doğuran xəbər başlıqlarına olan münasibət getdikcə ədalət nizam tərəzisinə yönəlir. İstər həmkarımız Kamilə xanımın anasının dünyasını dəyişməsi, istərsə də Anar Nəcəflinin işdən ayrılması ilə bağlı. Artıq bir çox müəlliflər, həmkarlar etiraz səsini ucaldır. Ağlınıza gələn, kefinizə uyan kimi informasiyalar yaymayın. Reytinq, baxış sayı çox şeyi həll edə bilər. Amma hər şeyi yox. Dönə-dönə təkrarlayıram, tanıdığım insanlar var ki, onun da anası evdə tək olan zaman ürək tutmasından dünyasını dəyişib. Övladları gəldikdə artıq gec olub. Və yaxud da, başqa bir nəfərin atası deyə-gülə evdən çıxıb, beş dəqiqə...

23 Avqust 2026, 13:07

Bizim İlqar Musayeviç...

Mühacirət tariximizin bilicisi, filologiya elmləri doktoru, professor Abid Tahirli onun haqqında yazır: “Heyrətamiz hafizəsi, çevik zəkası, bənzərsiz ünsiyyət qurmaq bacarıgı, baməzə söhbət və şux zarafatları, ətrafına qarşı diqqət və həssasiyyəti, açıq və demokratik düşüncəsi, yüksək milli- mənəvi dəyərləri ilə nəinki ötən əsrin 70-ci illərində təhsil aldığı qrupda, bütünlüklə jurnalistika fakültəsinin, həmçinin bizimlə qonşu Şərqşunaslıq, Hüquq fakültələrinin tələbələri arasında fərqlənir, sayılıb seçilirdi...” Böyük şairimiz Məmməd Arazın yadigarı, əməkdar jurnalist İradə Tuncay isə onun barəsində söyləyir: "Onunla biz Universitetin jurnalistika fakültəsində birgə təhsil almışıq. Hələ tələbəlik illərindən o hər kəsdən seçilir, hamı tərəfindən sevilirdi. Onda qeyri-adi cazibə qüvvəsi vardı. İstənilən adamla bircə söhbətdən...

23 Avqust 2026, 11:50

Nadan insanlar bunu anlamırlar....

Əlisa Nicatın cəmiyyətin müəyyən bir təbəqəsinə yönəltdiyi sərt, ağrılı və bəlkə də mübahisəli fikri götürüb onu bütöv Azərbaycan xalqına qarşı çevirmək nə ədəbiyyat anlayışıdır, nə də sağlam düşüncə.Azərbaycan ədəbiyyatında bu ənənə yeni deyil. M.F.Axundzadə öz əsərlərində cəhaləti, nadanlığı, mövhumatı və geriliyi amansız tənqid edirdi və bu gün bu pəstahı çıxardan nadanların babaları onda da Axundzadəyə qarşı pəstah çıxardırdılar.M.Ə.Sabir cahil, düşüncəsiz, riyakar və nadan insanları satirasının hədəfinə çevirirdi. Bu gün tənqidi fikri manipuliasiya edib güya xalqın təssübünü çəkənlərin babaları onda Sabirə qarşı kampaniya aparırdılar.C.Məmmədquluzadə “Molla Nəsrəddin” vasitəsilə cəmiyyətin ən ağrılı yaralarını açırdı. Ölülər əsərində "tufu sizin üzünüzə ölülər" deyirdi və bu gün...

22 Avqust 2026, 12:00

Əlirza HƏSRƏTİN   XUDAFƏRİN ŞEİRİ

İki eli birləşdirən,Bir qucaqdır Xudafərin.Qəldən qəlbə şəfəq saçan,Gur çıraqdır Xudafərin.Aramızda dönüb dağa,Nə qul keçir,nə də ağa.Zalımdan qisas almağa,Bir yaraqdır Xudafərin.Sərhəd telindən asdığı,Dərdli Xan Araz yastığı.Vətən bağrına basdığı,Bir bayraqdır Xudafərin.Yavaş-yavaş qızarır dan,Üzün gülsün Azərbaycan. Budaqdan asılıb qalan,Son yarpaqdır Xudafərin.

22 Avqust 2026, 10:48