ŞAH İSMAYIL POLEMİKASI BİTDİMİ?!
Cəmiyyət 24 Avqust 2026, 14:05
418
Deputat Fazil Mustafanın başladığı "Şah İsmayıl Xətai diskussiyaları" çox uzun çəkdi, amma faydasız da olmadı. Cəmiyyət bu tarixi şəxsiyyət haqqında xeyli məlumat aldı, çoxları öz intellektual cəbbəxanasını yeni ideya və fərqli mənbə biliklərilə zənginləşdirdi. Bəzi nüfuzlu tarixçilərin polemikalarda iştirakı da faydalı oldu. Hər halda çoxluqda belə bir qənaət möhkəmləndi ki, tarixi gerçəkliyi təhrif etmək olmaz. Yəni hərbi şücaətinə görə qədim Roma və Yunan sərkərdələri ilə, qurduğu idarəçilik sisteminə görə Avropa kralları ilə müqayisə edilən Şah İsmayılın şəxsiyyətinə emosional müstəvidə deyil, tarixi kontekstdə, o dövrün tarixi şəraitinin gerçəkləri çərçivəsində, həmçinin dövlətçilik düşüncəsi, Ana dili, ədəbi irs və milli yaddaş müstəvisində yanaşmaq lazımdır. Məncə, "Xətaini nə ideallaşdırıb bütləşdirmək, nə də tarixi kontekstdən çıxarıb ittiham etmək olmaz" düşüncəsi polemikada iştirak edənlərin əksəriyyətinin gəldiyi qənaət oldu.
Bundan sonra diskussiyaların davam edib-etməyəcəyini bimiirəm. Amma mənə görə, professor Cəmil Həsənli gənc tarixçi alim Samid Bağırovun “Şah İsmayılın həyatı” (2025) kitabına istinadən polemikaları sonluğa yaxınıaşdırdısa, "Ədəbiyyat" qəzeti sonuncu (21 avqust) nömrəsinin materialları ilə bu yorucu diskussiyaların nöqtəsini qoydu.
Qəzet bu mövzuya beş səhifə ayırıb və Şah İsmayıl, Səfəvilər, Azərbaycan dövlətçilik tarixinin mürəkkəb məsələləri barədə iki ciddi müəllifin sanballı yazısını təqdim edib.
Birincisi, İlqar Fəhminin “Niyə Səfi? – Səfəviliyin estetik fəlsəfəsi haqqında bədii-publisistik əsərdən qısa fraqmentlər” silsilə məqaləsidir. Kifayət qədər bilik, məntiq və dünyagörüş sahibi olan, həm də Şərq ədəbiyatını və Şah İsmayılın tarixdə və milli yaddaşımızdakı yerini yaxşı bilən İlqar Fəhmi bu yazıda qiymətli fikirlər səsləndirir. O cümlədən “Şah İsmayıl və Səfəvi mifini dağıtmaqla biz yalnız itirəcəyik…” deyir. Əlbəttə, müəllif buradakı “mif”i tarixi uydurma kimi deyil, millətin keçmişini mənalandıran kollektiv yaddaş, tarixi simvol və milli özünüdərk hadisəsi kimi nəzərdən keçirir.
Qəzetdə bu mövzudakı ikinci oxunaqlı yazının müəllifi isə yazıları və araşdırmaları ilə daim milli düşüncə tariximizə güzgü tutan tədqiqatçı-alim, baş redaktor Azər Turandır. Onun “Şah İsmayıl Xətai: imtina etmək, yoxsa tarixin gizlin və gerçəklərinə baxmaq” araşdırma-essesi bu mövzuda çox dərin qatlara işıq salır və xeyli ciddi suallara cavab verir.
Əslində bu esse təkcə Şah İsmayıl haqqında deyil, həm də dövlətçilik düşüncəsinə, milli tarix və mədəniyyət irsinə, Səfəvi varisliyinə tarixi-fəlsəfi retrospektivdən baxışdır. Eyni zamanda, Şah İsmayılı XVI əsrin mürəkkəb siyasi və dini reallıqlarından ayırıb XXI əsrin ideoloji və məzhəbi qəlibləri ilə mühakimə edən yanaşmalara tutarlı polemik cavabdır.
Essenin “Xətainin məzhəb faşizmi, yoxsa Osmanlı müftisinin fitvası?” bölümü xüsusilə düşündürücüdür. Azər Turan Osmanlı mənbələrinə və türk tarixçilərinin araşdırmalarına istinadən Sultan Səlim dövründə Anadolu qızılbaşlarının təqib edilməsini, Müfti Həmzə və Kamal Paşazadənin qızılbaşlar əleyhinə fitvalarını xatırladır. Bununla da oxucuya mühüm bir sual ünvanlayır: tarixi hadisələri bütün tərəfləri və dövrün reallıqları nəzərə alınmadan qiymətləndirmək nə dərəcədə doğrudur?Əslində, Şah İsmayıl haqqında mübahisələrin əsas problemi də buradadır.
Deməli, hər bir hadisə də, tarixi şəxsiyyət də məhz tarixin öz qatlarında, tarixin konkret təcrübəsinə əsasən və həm də başqaları ilə müqayisədə götürülməlidir. Bu mənada Ş.İ.Xətaini nə bütləşdirmək, nə də tarixi kontekstdən çıxarıb ittiham etməyə gərək yoxdur. Sadəcə, onu anlamaq lazımdır. Çünki Şah İsmayıl Azərbaycan tarixində sadəcə bir hökmdar deyil. Onun şəxsiyyətində dövlətçilik, siyasi iradə, Azərbaycan türkcəsi, poeziya, mədəniyyət və tarixi yaddaş birləşir (Oqtay Əfəndiyev). Xətai həm dövlət qururdu, həm də söz yaradırdı. Tarixdə hökmdarlar çox olub, şairlər də çox olub. Amma öz siyasi iradəsi ilə böyük dövlət qurub, öz ana dilində yaratdığı poeziya ilə əsrlər sonra da xalqının yaddaşında yaşayan hökmdarlar çox azdır. Ona görə Şah İsmayıl ətrafında gedən mübahisə əslində təkcə XVI əsr haqqında mübahisə deyil. Bu, bizim öz tariximizə necə baxmağımız barədə mübahisədir.
Həmçinin oxuyun
Tarix isə nə kor-koranə mədh edilməli, nə də ideoloji sifarişlə sökülüb yenidən yazılmalıdır. Tarix öyrənilməli, mənbələrlə danışdırılmalı və öz dövrünün həqiqətləri içərisində dərk edilməlidir.
“Ədəbiyyat qəzeti”nin bu sayının dəyəri də məhz bundadır: bizi Şah İsmayıl haqqında sadəcə oxumağa deyil, Şah İsmayıl və Səfəvilər haqqında yenidən düşünməyə çağırır. Və həm də
Azər Turanın qələmi ilə bizi buna inandırır, çünki o, mövzuya peşəkar tədqiqatçı rakursundan yanaşır, əsas problemi ustalıqla işıqlandırır, eyni zamanda açıq qalan sualları, mübahisə doğuran məqamları da gün işığına çıxarır. Gün işığı isə görmək, duymaq, durultmaq və aydınlatmaq deməkdir...
Qulu Məhərrəmli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Tahir Rasizadə haqqında MARAQLI FAKTLAR
Rasizadələr nəslinin daha bir nümayəndəsi - Tahir Rasizadə haqqında sizə qısa bir məlumat vermək istəyirəm. Fotoda gördüyünüz bu gənc Hüseyn Cavidin böyük qardaşı, Şeyx Məhəmməd Rasizadənin oğlu Tahir Rasizadədi. Bu fotoda onun 19 yaşı var. Ümumiyyətlə, Rasizadələr nəsli Azərbaycanda köklü nəsillərdən hesab olunur və bu tayfa say-seçmə ziyalıları ilə tanınıb. Ən böyük nümayəndəsi də romantik şeirin banisi Hüseyn Cavid əfəndidir. Turan Cavid Rasizadələr haqqında məlumat verərək deyirdi: "Deyirlər, Rasi dindar sözündəndir. Cavidin babası Məşədi Qulu ömrünün yarısını əkinçiliklə, yarısını da həllaclıqla, yəni pambıq daramaqla keçirib. Məşədi Qulunun dörd oğlu olub. Məşədi Ənnağı, Məşədi Tağı, Hacı Molla Abdulla və Kəblə Mirzəli…...
24 Avqust 2026, 14:41
İlham Əliyevin sosial media hesablarında Buxaraya getməsinə dair video paylaşılıb
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Özbəkistanın paytaxtı Daşkəndən Buxara şəhərinə getməsi ilə bağlı paylaşım edilib.Citypost.az Prezidentin sosial media hesablarına istinadən videonu təqdim edir: View this post on Instagram A post shared by oxu24.az (@oxu24.az)
24 Avqust 2026, 13:50
Müavinət və təqaüd alanlara ŞAD XƏBƏR
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların avqustun 25-də ödənilməsi nəzərdə tutulub.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.Bildirilib ki, bununla da respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq./Ajans.az
24 Avqust 2026, 13:16
Yağış, şimşək, duman - SABAHIN HAVASI
Avqustun 25-də gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir.Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.Sabah rayonlarda hava necə olacaq?Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39°, bəzi yerlərdə 40°-dək isti, dağlarda gecə 14-18° isti, gündüz 23-28° isti olacaq./Sfera.az...
24 Avqust 2026, 12:59
Bu xəstəxanaya yeni direktor təyin olundu
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.Citypost.az xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Oktay Əmənullayev təyinat alıb.Qeyd edək ki, ixtisasca terapevt olan O.Əmənullayev 2025-ci ildən yeni təyinata qədər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının, 2020-2025-ci illərdə isə Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.Xatırladaq ki, bundan əvvəl Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru cMəmmədova olub. O, bu ayın əvvəlində yaşayış yerini dəyişməsi ilə əlaqədar olaraq öz istəyi ilə tutduğu vəzifədən azad olunub.(İqtisadiyyat.az)...
24 Avqust 2026, 12:37
Prezident İlham Əliyev Buxarada səfərdədir - VİDEO
Prezident İlham Əliyevin təyyarəsi Buxara hava limanına enib.Bu barədə CityPost.az xəbər verir.
24 Avqust 2026, 12:32