SƏRVAZ HÜSEYNOĞLU: Ürəyi göynəyir xatirələrin
Söz adamı 24 Avqust 2026, 15:10
480
Şəhla Şəlaləyə sayğılarla
İnsanın əbədi ehtiyacıdı,
Geriyə dönəydi barı gedənlər.
Tənha qu quşudu, qəm ağacıdı
Yanından çəkilib yarı gedənlər.
Elə yaranışdan həmin həmindi,
Bu dərdin kökləri dərindən dərin.
İçindən baxırsan, bu ev sənindi,
Çölündən baxırsan, xatirələrin.
Bir üzdə gerçəkdi, bir üzdə yalan
Bil ki, dünya adlı bu qoca namərd.
Hər dəfə ,,Sənsiz,,i çalanda çalan
Qövr edir o yara, oyanır o dərd.
Kamillik örnəyi Kamillər gedir,
Nizamı pozulur bu göyün, yerin.
Bir şəhla baxışlı qadın dərd edir,
Ürəyi göynəyir xatirələrin.
Örpəyi çəkilmiş qaya kimidi
Uca zirvəsindən qarı gedənlər...
Kamiltək ürəyə, yaddaşa köçüb,
Belə gedəydilər barı gedənlər...
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
BU ÇİÇƏK KARIXIB ÖMRÜN ƏLİNDƏ
Zülümmü əlini üstünə çəkmiş,Bu nə dərd yüküdü… Gözlərin aydın.Tanrı bu çiçəyə ömür verməmiş,Əvvəl taleyini düzüb qoşaydın.Qorxur ki, yerisə, yer çökə birdən,Bu yandan göylər də uça üstünə.Tərpədə bilməyir ömrü yerindən,Açılan qollar yox, qaça üstünə.Görən, tezmi düşər güzarın bəri, Bir gör neyniyirsən… Bir düşün, Allah!Tez götür üstündən bəd nəzərləri,Əlinə keçməsin qurd-quşun, Allah! Yandırır dağları, daşları ahı,Yarəb, bundan betər pərişanmı var… Bizə sən yazırsan bəxti, İlahi,Sənin də işinə qarışanmı var… Bir gör, neyniyirsən, sıxılır hava, Sənin ki, fərmanın, əmrin əlində.Getməyə yeri yox, qalmağa yuva,Bu çiçək karıxıb ömrün əlində.Vasif Süleyman...
24 Avqust 2026, 13:54
Ona obrazlı olaraq başqa sözlə “Türk bolşevik” desək, yəqin ki, yanılmarıq - Orxan Saffari yazır
Ona obrazlı olaraq başqa sözlə “Türk bolşevik” desək, yəqin ki, yanılmarıq. Söhbət, əlbəttə, Xəlil Paşa Kutdan gedir. Məlum olduğu kimi, Xəlil Paşa Kut Nuru Paşa və Ənvər Paşanın əmisidir.Ancaq təəssüf ki, o, Azərbaycan uğrunda gedən mübarizədə əmilərinin davamçısı yox, bolşevik ideyalarının davamçısı kimi çıxış etdi. Şübhəsiz, tarixdə bu əməllərə müxtəlif cür bəhanələr var, ancaq fakt budur ki, Xəlil Paşanın bolşeviklərlə təması kifayət qədər mübahisəlidir. Əslində, o, ilk növbədə, yanlışı Mustafa Kamal Atatürkə etmişdi. Çünki Mustafa Kamalın tapşırığı ilə Xəlil Paşa silah və maddi yardımı almaq üçün Moskvaya, ümumən Qafqaza göndərilsə də, Xəlil Paşa bu fürsətdən istifadə edərək Sovet rəsmiləri ilə sıx əlaqələr qurmuşdu. Bəs onun bu...
24 Avqust 2026, 13:21
ÇAĞRILMIŞ BAYATI.. ( Şaiq Vəli )
Sus, barı danışma olub-keçəni,Dəli duyğuları oyatma bir də…Gecələr sürünən kölkələr kimi,Bəzən qorxunc olur xatirələr də.Sən niyə gəlmisən,Fikrin, qəsdin nə?Görmüşəm vəfanı, mən ilqarını…Sıxıb gözlərini tökmə üstüməÖtəri hisslərin acılarını.Mən dərddən tökülmüş həsrət heykəli,Sənin üzündəki o kölgə nədir?Saçımda dolaşıb illərin əli,Sənin saçlarında…Ah, bu dəhşətdir!Sevgi məktubu tək çöhrən sap-sarı,Qəlbində yad eşqin harayı, ünü…Hanı gözlərinin gur dalğaları?Çəkilib,az qala dibi görünür.Səni bağışlayım…Sevimmi səni?Ürəkdə yaşamaq istərəm düzü.Qəlbinə salma yox,Yandırar məni,Ögey duyğuların istisi közü.Köksümdə qaralıb sönən ocağı,Ha yellə, yelpiklə, alışan deyil.Bizim aramızdan ümmanlar axır,Bizim ulduzlar ki, barışan deyil.Ömrün payızında gəlmisən nəsə…Qayıt, bu nə sevgi, umu-küsüdür?Gedişin bir eşqin sükutuydusa,Gəlişin bir ömrün faciəsidir.Mən dərddən tökülmüş həsrət heykəli,Sənin üzündəki o kölgə...
23 Avqust 2026, 14:42
Necə deyərlər, "qurunun oduna yaş da yanır"- Ramidə Yaqubqızı yazır
Deməli, istəsək hansısa nəticə əldə edə bilərik. Yetər ki, birliyimiz, həmrəyliyimiz olsun. Son günlərin ajiataj doğuran xəbər başlıqlarına olan münasibət getdikcə ədalət nizam tərəzisinə yönəlir. İstər həmkarımız Kamilə xanımın anasının dünyasını dəyişməsi, istərsə də Anar Nəcəflinin işdən ayrılması ilə bağlı. Artıq bir çox müəlliflər, həmkarlar etiraz səsini ucaldır. Ağlınıza gələn, kefinizə uyan kimi informasiyalar yaymayın. Reytinq, baxış sayı çox şeyi həll edə bilər. Amma hər şeyi yox. Dönə-dönə təkrarlayıram, tanıdığım insanlar var ki, onun da anası evdə tək olan zaman ürək tutmasından dünyasını dəyişib. Övladları gəldikdə artıq gec olub. Və yaxud da, başqa bir nəfərin atası deyə-gülə evdən çıxıb, beş dəqiqə...
23 Avqust 2026, 13:07
Bizim İlqar Musayeviç...
Mühacirət tariximizin bilicisi, filologiya elmləri doktoru, professor Abid Tahirli onun haqqında yazır: “Heyrətamiz hafizəsi, çevik zəkası, bənzərsiz ünsiyyət qurmaq bacarıgı, baməzə söhbət və şux zarafatları, ətrafına qarşı diqqət və həssasiyyəti, açıq və demokratik düşüncəsi, yüksək milli- mənəvi dəyərləri ilə nəinki ötən əsrin 70-ci illərində təhsil aldığı qrupda, bütünlüklə jurnalistika fakültəsinin, həmçinin bizimlə qonşu Şərqşunaslıq, Hüquq fakültələrinin tələbələri arasında fərqlənir, sayılıb seçilirdi...” Böyük şairimiz Məmməd Arazın yadigarı, əməkdar jurnalist İradə Tuncay isə onun barəsində söyləyir: "Onunla biz Universitetin jurnalistika fakültəsində birgə təhsil almışıq. Hələ tələbəlik illərindən o hər kəsdən seçilir, hamı tərəfindən sevilirdi. Onda qeyri-adi cazibə qüvvəsi vardı. İstənilən adamla bircə söhbətdən...
23 Avqust 2026, 11:50
Nadan insanlar bunu anlamırlar....
Əlisa Nicatın cəmiyyətin müəyyən bir təbəqəsinə yönəltdiyi sərt, ağrılı və bəlkə də mübahisəli fikri götürüb onu bütöv Azərbaycan xalqına qarşı çevirmək nə ədəbiyyat anlayışıdır, nə də sağlam düşüncə.Azərbaycan ədəbiyyatında bu ənənə yeni deyil. M.F.Axundzadə öz əsərlərində cəhaləti, nadanlığı, mövhumatı və geriliyi amansız tənqid edirdi və bu gün bu pəstahı çıxardan nadanların babaları onda da Axundzadəyə qarşı pəstah çıxardırdılar.M.Ə.Sabir cahil, düşüncəsiz, riyakar və nadan insanları satirasının hədəfinə çevirirdi. Bu gün tənqidi fikri manipuliasiya edib güya xalqın təssübünü çəkənlərin babaları onda Sabirə qarşı kampaniya aparırdılar.C.Məmmədquluzadə “Molla Nəsrəddin” vasitəsilə cəmiyyətin ən ağrılı yaralarını açırdı. Ölülər əsərində "tufu sizin üzünüzə ölülər" deyirdi və bu gün...
22 Avqust 2026, 12:00