Bizə yazın

Baku

-°C

USD

-

Heydər Oğuz: İran ABŞ-ın qisasını Bəhreyndən alır

Siyasət 13 İyul 2026, 08:09

277

İranın “qəhrəmanlığı”: ABŞ-ın qisasını 3 adaya sığınmış şiələrdən alır

SEPAH-a bağlı informasiya kanalları səhərin gözü açılmamış böyük fəxarətlə uğur hekayələri paylaşıblar. Qurumun Telegram kanalında yayımlanan paylaşımların birincisində bildirilir: 

“Bəhreyndə artıq həyəcan siqnalları çalınır”

‎✅ @sepah_pasdaran

Üzərindən 1 dəqiqə keçməmiş ikinci muştuluq gəlib:

“#Təcili | Bəhreyndə bir neçə yeni partlayış”.

Bəs bilirsinizmi, SEPAH-ın vurulmasını böyük uğur kimi təqdim etdiyi Bəhreyn nə boyda ölkədir?

Vikipediya bu suala belə cavab verir: “Bəhreyn Səudiyyə Ərəbistanından 16 kilometr məsafədə üç nisbətən iri və xeyli kiçik adalarda yerləşir. Paytaxtı və ən böyük şəhəri Manama şəhəri, ümumi sahəsi 760 kvadrat kilometrdir. Bəhreyn Asiya qitəsində Sinqapur və Maldivdən sonra üçüncü ən kiçik dövlətdir. Bu ölkə həm də ən kiçik ərəb dövlətidir”.

Daha aydın təsəvvürünüz yaransın deyə, qeyd etmək istərdim ki, Naxçıvan MR-ın orta böyüklükdə rayonlarından sayılan Babək rayonunun ərazisi – 828.42 km²-dır. Yəni ərəblərin Bəhreyni bizim Babəkdən hardasa 70 kvadrat km balacadır. Azərbaycanın ən kiçik rayonları qədər ərazisi olan bu ölkədə cəmi 1.67 milyon insan yaşayır. Onların, yəqin ki, böyük əksəriyyəti isə əcnəbidir. Qısası, Xameneinin qisasını almağa söz verən SEPAH tam gözünün qabağındakı ABŞ gəmilərini yox, müharibənin əsas günahları saydığı İsraili də yox, məhz 3 balaca ada üzərində qurulmuş dövləti (əslində ona nə qədər dövlət demək olar, bunu da bilmirəm, bu məntiqlə, sadəcə 3 balaca adanı) vurur. Və ən pisi də odur ki, bunu böyük qəhrəmanlıq kimi İran xalqına təqdim edir.

Bəs bilirsinizmi ki, özünü şiə müsəlmanlarının hamisi kimi təqdim edən İranın “böyük qəhrəmanlıqla” vurduğu Bəhreynin etnik və dini yapısı necədir? Gəlin, bu suala cavab tapmaq üçün yenə statistik məlumatlara nəzər salaq.

Statistik məlumatlara görə, Bəhreyn əhalisinin təxminən 50-53%-i ərəb, 45%-i asiyalı (hindli, pakistanlı, filippinli), qalanları isə afrikalı və avropalı immiqrantlardır. Əhalinin əksəriyyəti müsəlmandır; təxminən üçdə ikisi şiə, üçdə biri isə sünnidir. Həmçinin xristian və hindu azlıqları da var.

Uzun sözün kəsəsi, İran mərhum dini liderinin qisasını əhalisinin hardasa 70% şiələrdən təşəkkül tapan 3 balaca adadan alır.

Deyə bilərsiniz ki, Bəhreyn niyə öz torpaqlarında ABŞ əsgərlərinə yer verir ki, İran da onu vursun? 

Haqlı sualdır. Amma nəzərə alın ki, Babək rayonundan 70 kvadrat km balaca olan Bəhreyn ABŞ əsgərlərini Trampın dədəsinin ruhu hörmətinə öz ərazilərində yerləşdirməyib. Ölkə İngilis müstəmləkəsindən qurtulduğu 1971-ci ildən indiyədək başı üzərində Demokl qılıncı kimi Tehran təhlükəsi hiss edib. Bu qorxu istər-istəməz onu ABŞ-a, Böyük Britaniyaya sığınmaq məcburiyyətində buraxıb. Üstəlik, əhalisinin yarısından çoxu əcnəbilərdən ibarət olan Bəhreyn istəsə belə, ingilislərin himayəsindən qopub müstəqil addım ata bilməz. Başqa sözlə desək, Bəhreyn bir tərəfdən İranın basqıları, digər tərəfdən isə anqlo-saks hədələri ilə onun üçün təyin olunmuş cizgidə hərəkət etməyə məhkumdur. İranın özünün də iştirak etdiyi bu təhkimçilik rejiminə boyun əyən ölkədən ABŞ-ın qisasını almağa çalışması anlaşılan deyil. Əksinə, İranın bu bəsirətsiz siyasəti Bəhreyni ABŞ-ın ətəklərindən daha sıx tutunmasına kömək edir. 

Heydər Oğuz

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezidentdən Rusiya ilə münasibətlərə dair AÇIQLAMA

Azərbaycan-Rusiya münasibətləri tam şəkildə normallaşıb.Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda Rusiya ilə münasibətlərə dair suala cavabında bildirib.“Bir daha qeyd etmək istəyirəm ki, biz Rusiya ilə münasibətlərə böyük dəyər veririk. Rusiya Federasiyasının rəsmi şəxslərinin, o cümlədən Prezident Putinin ölkələrimiz arasında münasibətlərin müsbət dinamika ilə inkişaf etməsinə dair bəyanatlarını da görmüşük. Müəyyən çətinliklərdən danışdınız. Bəli, onların hamısını bilirik. Ancaq əsas odur ki, həmin mərhələ artıq arxada qalıb. Mən deyərdim ki, münasibətlər tam şəkildə normallaşıb. Müxtəlif səviyyələrdə təmaslar davam edir. Həm hökumətlər səviyyəsində, həm hökumətlərarası komissiyanın həmsədrləri arasında, həm Xarici İşlər nazirlikləri, həm də Prezident administrasiyaları...

13 İyul 2026, 11:17

İlham Əliyev: Avropa Şurası ilk addımı atmalıdır

“Azərbaycan Avropa Şurasını tamamilə tərk etsə belə, ölkədə bunu demək olar ki, heç kim hiss etməyəcək”.Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.“2023-cü ilin sentyabrına qədər Azərbaycan Avropa Şurası Parlament Assambleyasında heç vaxt hər hansı sanksiya ilə üzləşməmişdi. Məhz 2023-cü ilin sentyabrında biz öz qanuni özünümüdafiə hüququmuzdan istifadə edərək ərazimizi separatçıların qalıqlarından azad etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycanı cəzalandırmaq qərarına gəldi. 2024-cü ilin yanvarında isə Assambleya Azərbaycan nümayəndə heyətinin mandatını müzakirəyə çıxardı və nümayəndə heyətini səsvermə hüququndan məhrum etdi.Bu, guya insan hüquqları məsələləri ilə bağlı idi. Lakin məsələ bununla əlaqəli olsaydı, bu...

13 İyul 2026, 10:02

Xəqani Cəfərli: Lindsi Qremin ölümü siyasi mənzərəni üzə çıxardı

Ukranya və İsrailin qızğın tərəfdarı, Rusiya və İranın qatı əleyhidarı senator Lindsi Qremin (Lindsey Olin Graham) qəfil ölümü çoxsaylı konspiroloji fikirlər doğurub. MAGA hərəkatının öncül bloggeri Laura Loomer, Weatherman Fondunun prezidenti, general Kett Kelloqun qızı Megan Mobbs, Fox News şərhçisi Mark Thiessen senator Lindsi Qremin qəfil ölümündə Rusiyanın əlinin olduğunu bildirirlər. ABŞ-dakı Rusiyapərəst qüvvələr senatorun qəfil ölümündə Ukraynanın iştirak etdiyi fikirini yaymağa çalışırlar. Senator Lindsi Qremin ölümündə İranın əlinin ola biləcəyi haqqında da fikirlər var. Bütün bunlara görə respublikaçıların nüfuzlu təmsilçiləri senatorun ölümünün səbəblərini araşdırmağa və Rusiyanın bu hadisədə iştirak edib-etmədiyinə aydınlıq gətirilməsini istəyirlər. Konspiroloji fikirləri şərh etməyi sevmədiyim üçün, senator Lindsi...

13 İyul 2026, 10:00

İlham Əliyev: Türkiyə və Azərbaycan ən yaxın iki dövlətdir

Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan iki dövlətdir.Citypost.az  xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.“Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan iki dövlətdir. Siyasi, iqtisadi, enerji, nəqliyyat əlaqələri və insanlar arasında münasibətlərin səviyyəsinə baxsanız, yəqin ki, dünyada bir-birinə Türkiyə və Azərbaycan qədər yaxın, bir-birini bu qədər dəstəkləyən və dost olan başqa iki ölkə tapmaq çətindir. Bu, xalqlarımız və dövlətlərimiz üçün böyük sərvətdir. Biz birlikdə daha güclüyük. Bu, həm də regional sabitlik və əməkdaşlıq, o cümlədən bayaq toxunduğum nəqliyyat bağlantıları baxımından mühüm amildir. Eyni zamanda, təhlükəsizliyin təmin olunmasında da mühüm rol oynayır....

13 İyul 2026, 09:31

Elçin Rüstəmlidən İran səfirinə sərt reaksiya

Jurnalist Elçin Rüstəmli İranın Ermənistandakı səfirinin açıqlamasına münasibət bildiribCitypost.az xəbər verir ki, Jurnalist Elçin Rüstəmli İranın Ermənistandakı səfiri Xəlil Şirqulaminin Azərbaycan və Türkiyə liderlərinin İranın ali dini rəhbəri Əli Xameneinin dəfn mərasimində iştirak etməməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.O qeyd edib ki, səfirin bu açıqlaması SEPAH-ın mövqeyini əks etdirir. Elçin Rüstəmli bildirib ki, Azərbaycan və Türkiyə liderlərinin dəfn mərasimində iştirak etməməsinə irad bildirilməsi yersizdir.Jurnalist, həmçinin vurğulayıb ki, mərasimdə Xameneinin oğlu Müctəba Xamenei də iştirak etməyib. Onun fikrincə, bu halda digər dövlət liderlərinə irad tutulması və bunun tarixi yaddaşda qalacağı barədə fikirlər əsassızdır....

10 İyul 2026, 10:20

Qulu Məhərrəmli: İsrailin qərarı təsadüfi deyil

Professor Qulu Məhərrəmli İsrail parlamentinin (Knessetin) qondarma “erməni soyqırımı”nın tanınması məsələsini gündəmdən çıxarmasını mühüm geosiyasi proseslərin nəticəsi kimi qiymətləndirib.Citypost.az xəbər verir ki, professor bildirib ki, bu addım birbaşa NATO-nun Ankara sammiti, ABŞ-Türkiyə münasibətlərində müşahidə olunan istiləşmə, Azərbaycan hökumətinin və ölkədəki yəhudi icmalarının səylərinin nəticəsidir. Onun fikrincə, bu, hadisələrin inkişafının ən uğurlu ssenarisidir.Qulu Məhərrəmli vurğulayıb ki, Türkiyə Azərbaycanın hərbi müttəfiqi və qardaş ölkəsi, İsrail isə dost və strateji tərəfdaşıdır. O qeyd edib ki, Qarabağın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində hər iki dövlətin Azərbaycana göstərdiyi dəstək misilsiz və unudulmaz olub.Professor əlavə edib ki, ABŞ-nin dəstəyi ilə yaxın zamanda...

10 İyul 2026, 10:05